Ermənistan parlamenti Kollektiv Operativ Reaksiya Qüvvələrinin yaradılması haqqında müqaviləni ratifikasiya edib
Ermənistan parlamenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bazasında Kollektiv Operativ Reaksiya Qüvvələrinin yaradılması haqqında müqaviləni ratifikasiya edib.
APA-nın "Armenia today" portalına istinadən verdiyi məlumata görə, sənədin müzakirəsində çıxış edən Beynəlxalq əlaqələr komissiyasının sədri Armen Rustamyan deyib ki, Kollektiv Operativ Reaksiya Qüvvələri ölkənin təhlükəsizliyini gücləndirəcək. Onun fikrincə, kollektiv qüvvələrin mövcudluğu Ermənistana qarşı olan xarici qüvvələri aqressiv əməllərindən çəkindirəcək. A.Rustamyan Ermənistan üçün təhlükə mənbələrindən danışarkən Azərbaycanın adını çəkib. Qeyd edək ki, Kollektiv Operativ Reaksiya Qüvvələri haqqında müqavilə 2009-cu ilin iyununda imzalanıb. Rusiya prezidenti Dmitri Medvedev bildirib ki, kollektiv qüvvələr öz hərbi potensialına görə NATO-dan geri qalmamalıdır.