.jpg)
Beynəlxalq terror təşkilatı olan "Əl Qaidə" Türkiyənin Əfqanıstandakı rolunu sərt tənqid edib.
Türkiyə mətbuatının SNN kanalına istinadən verdiyi xəbərə görə, təşkilat tərəfindən yayımlanan videoyazıda rəsmi Ankara kəskin ittiham edilib. Videoda görüntüsü yer almayan səsin "Əl Qaidə"nin ikinci şəxsi sayılan Əyman əl-Zəvahiriyə aid olduğu bildirilir. Türkiyəni İslama və möminlərə qarşı günah işlətdiyini deyən Zəvahirinin ardınca Muaat əl-Türki adlı bir türkün də fikirləri yer alır. 22 dəqiqəlik videoyazının sonunda Muaat əl-Türki yaxında şəhid olacağını bildirib. O, Birləşmiş Ştatlarda həyata keçirilən 11 sentyabr terror aktına da haqq qazandırıb.