.jpg)
Ukraynanın yeni prezidenti Viktor Yanukoviç dövlət başçısı qismində ilk rəsmi səfərini Brüsselə edəcək.
Milli.Az "Kommersant-Ukrayna"ya istinadən xəbər verir ki, fevralın 25-də səlahiyyətlərinin icrasına başlayacaq Yanukoviç Brüsselə martın 1-də yollanacaq. Artıq bir sıra Avropa ölkələrinin liderləri Ukraynanın yeni prezidenti ilə görüşə razılıq verib. Yanukoviçin Brüsseldə Avropa İttifaqının prezidenti Herman Van Rompey, Avropa Komissiyasının rəhbəri Joze Manuel Borrozu, Avropa Parlamentinin sədri Yeji Buzeklə görüşləri nəzərdə tutulub. Martın ilk ongünlüyündə Yanukoviçin Moskvaya da səfər edəcəyi bildirilir.