ABŞ-ın Azərbaycan siyasətinə həsr olunmuş konfrans keçiriləcək
ABŞ-ın Azərbaycan, Qafqaz və Xəzər regionları ilə bağlı yürütdüyü təhlükəsizlik və enerji siyasəti fevralın 23-də Vaşinqton və Prinstonda (Nyu-Cersi) müzakirə olunacaq.
APA-nın Vaşinqton müxbirinin məlumatına görə, "Təhlükəsizlik, enerji və ABŞ-ın maraqları" mövzusunda konfrans Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində keçiriləcək. Konfransda Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov, məşhur analitiklər Ariel Koen, Vladimir Sokor, Tomas de Vaal, Stiven Blenk və başqaları iştirak edəcək.