Dmitri Roqozin deyir ki, Rusiya öz hərbçilərini heç bir halda Əfqanıstana göndərməyəcək
Rusiya heç bir şərt daxilində Əfqanıstandakı əməliyyatın hərbi fazasında iştirak etməyəcək, bu, Moskvanın prinsipial mövqeyidir.
APA-nın məlumatına görə, bunu "Exo Moskvı" radiostansiyasına müsahibəsində Rusiyanın NATO-dakı daimi nümayəndəsi Dmitri Roqozin bildirib.
Bununla yanaşı, diplomat bildirib ki, Rusiya ilə NATO-nun münasibətləri bu gün kifayət qədər konstruktivdir.
Roqozinin fikrincə, Şimali Atlantika alyansı ilə əməkdaşlıqda mümkün sahələrdən biri narkotiklərlə mübarizədir və qeyd edib ki, 2002-ci ildən bu günə kimi Əfqanıstan ərazisində uyuşdurucu istehsalı 40 dəfə artıb.