"Cundullah" terror təşkilatının rəhbəri İranda həbs edildi
İranda "Cundullah" (Allahın ordusu) terror təşkilatının rəhbəri Əbdülməlik Riygi həbs edilib.
APA-nın "İRNA"ya istinadən verdiyi məlumata görə, uzun sürən axtarışlardan sonra onlarla insanın qatili İran polisi tərəfindən keçirilən əməliyyat zamanı ələ keçib. O, İranın Sistan və Bəlucistan əyalətində bir neçə yüksək rütbəli dövlət məmururunun qətlinin təşkilatçısı hesab olunur.