Şirvan şəhər sakini Qarayev Azərin qarajından mal-qara oğurlanıb
Şirvan şəhərində mal-qara oğurlamış şəxslər tutulub. Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan şəhər Polis Şöbəsinin istintaq bölməsinin rəisi Əlbaxış Məmiyev məlumat verib.
Məlumatda bildirilir ki, fevralın 21-də gecə saatlarında Şirvan sakinləri Elvin və Elçin Mustafayev qardaşları, Rahil Əbilov Məhəbbət Şirməmmədov əlbir olaraq Şirvan şəhəri, Mehmandarov küçəsi 45, mənzil 8-də yaşayan Qarayev Azər Məmmədəli oğlunun qarajında saxladığı 4 baş iribuynuzlu mallarını oğurlayıb. Əməliyyat axtarışları nəticəsində həmin şəxslər tutularaq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.