24 Fevral 2010-cı il, N 297(1195)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
Gündəm
PKK-çı Ərdoğana ayaqqabı tulladı
ƏN ÇOX OXUNANLAR
"Mən baldırlarımı açıb göstərmirəm" (623)
Azərbaycanın bütün hərbi obyektlərinin şəkilləri İnternetdə... (414)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (409)
"Taleh açarı", ya "Tale açarı"? (401)
"Tale açarı" lotereya biletlərinin satışı astronomik sürətlə artır (387)
Türkiyə-Ermənistan sərhədlərinə dair yeni məxfi sənəd... (386)
İpoteka krediti ətrafında yeni olaylar cərəyan edir (367)
Universitetlər Xocasən və Qobuya köçürülür... (365)
Şəhid gizirimizin meyiti hələ də təmas xəttindədir (350)
Polşa prezidentinin ölümü ilə bağlı ilk sensasiyalı bəyanat... (348)
SORĞU
Bu aşıqlardan hansını üstün bilirsiniz?
Aşıq Telli
Aşıq Namiq
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
İKT sektorunun yeni inkişaf mərhələsi başlayır
Ötən il İKT sektorunda istehsal olunan məhsul və göstərilən xidmətlərin ümumi həcmi 1,1 milyard manatı keçib

Son illər Azərbaycanda prioritet sahələrdən birinə çevrilən informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda, qeyri-neft sektorunun digər sahələrilə müqayisədə, dinamik inkişaf meylləri nəzərə çarpmaqdadır. Hətta inkişaf templərinə görə, bu sahə energetika sektorundan sonra ikinci yerdə qərarlaşıb. Mütəxəssislərin proqnozlarına görə, qarşıdakı beş il ərzində bu sahədə müasir texnologiyaların və yeni xidmətlərin tətbiqi nəticəsində əhəmiyyətli dəyişikliklər gözlənir. Xüsusilə də internet, mobil rabitə və telekommunikasiya sahələri inkişaf prosesinə görə daha çox fərqlənəcək.

   Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sektorunun inkişafında yeni və əsas mərhələ başlanğıcını 2004-cü ildən götürür.

   "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommuniksiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)"nın həyata keçirilməsi istiqamətində dövlət başçısı tərəfindən imzalanmış "Elektron imza və elektron sənəd haqqında" qanun, 2005-ci ildə təsdiq olunmuş "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramıı" (Elektron Azərbaycan) İKT sektorunun inkişafına imkanlar açıb. Məhz bu adıçəkilən Dövlət Proqramının icrası çərçivəsində Azərbaycanda İKT sektorunun fəaliyyətini tənzimləyən və bu sahə üçün gərəkli olan "Elektron imza və elektron sənəd", "Elektron ticarət", "Telekommunikasiya haqqında", "Poçt haqqında" qanunlar qəbul edilib.

   Ümumilikdə, həm qanunvericilik bazasının formalaşması, həm də son 5 ildə bir milyard dollara yaxın - 791,4 milyon manat (165,4 milyon manatı xarici investisiya olmaqla) investisiya qoyuluşu, Dövlət Proqramı üzrə həyata keçirilən tədbirlər sayəsində İKT sektorunda orta illik artım tempi 32% təşkil edib ki, bununla da Azərbaycan ümumdünya artım tempindən 3 dəfə yüksək nəticə qazanıb.

   Dövlət Statistika Komitəsinin məlumatına görə, iqtisadi böhrana baxmayaraq, Azərbaycanın İKT sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 2009-cu ildə istehsal olunan məhsul və göstərilən xidmətlərin ümumi həcmi 1,1 milyard manat təşkil edib və qeyd olunan göstəricilər 2008-ci ilin nəticələri ilə müqayisədə 13,7% artıb.

   Müqayisə üçün bildirək ki, bu atım tempi ilə Azərbaycan ötən il dünya üzrə İKT-nin orta inkişaf tempini iki dəfə qabaqlayıb. Ötən il mobil telefon şəbəkəsində əvvəlki illərlə müqayisədə ən böyük inkişaf qeydə alınıb və şəbəkəyə 1,1 milyon qoşulma olub.

   Bununla da 2010-cu ilin əvvəli üçün Azərbaycanda hər 100 nəfərə düşən mobil telefonların sayı 85,6% təşkil edib ki, bu da orta ümumdünya göstəricisindən təxminən 25% çoxdur. Həmçinin, ötən ilin nəticələrinə görə, internet istifadəçilərinin sıxlığı da 40% həddini üstələyib.

   Məlumat üçün bildirək ki, bu göstəricilər Azərbaycanın ötən il iki ildə Dünya İqtisadi Forumun (WEF) informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafına dair reytinqində qabaqcıl mövqelərdə təqdim olunmasına da təsirsiz ötüşməyib. Forumun 2008-ci ildəki hesabatına görə, Azərbaycan 13 pillə irəliləyərək 134 ölkə arasında 60-cı yeri tutub. Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) hesabatında isə 2002-2007-ci illərdə İKT-nin inkişafı dinamikasına görə Azərbaycan dünyanın ilk 10 ölkəsi sırasında yer alıb.

   Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda ITU standartı ilə ölçülən internet istifadəçilərinin sayı (bura həm mobil telefon, həm də kompüter vasitəsi ilə internetə çıxan istifadəçilər daxildir) orta ümumdünya göstəricisindən təxminən iki dəfə yüksəkdir.

   Nazirin sözlərinə görə, 2009-cu ildə İKT-nin əsas infrastruktur göstəricisi sayılan ölkədaxili internet şəbəkəsinin qlobal internet şəbəkəsinə qoşulma sürəti 25% artıb, internet xidmətlərinin qiymətləri isə təxminən 5 dəfə aşağı düşüb. Ötən il Azərbaycanın internet xidmətlərinin regionda ixrac potensialı gücləndirilib və qonşu İran da Azərbaycanın internet xidmətlərinin ixrac etdiyi ölkələr sırasına daxil olub.

   Bununla bərabər, Azərbaycanda internet üzərindən ödəmələr, elektron ticarət və kommersiya, pərakəndə satış, reklam, ödənişli şəxsi xidmətlərin həyata keçirilməsi artıb, sərbəst internet iqtisadi sektorunun formalaşmasına başlanıb.

   

   Hərəyə bir kompüter, hərəyə bir telefon

   

   Rəsmi statistikaya görə, Azərbaycanın kompüter bazarının həcmi son 5 ildə orta hesabla illik 20-40% artıb. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, hazırda Azərbaycanda hər 100 nəfərə 12 kompüter düşür. Hər 100 nəfərdən isə 41-i internet istifadəçisidir. Kompüter əldə edən və internetdən istifadəyə başlayanların sayı isə ilbəil artmaqdadır. Aparılmış tədqiqatlara görə, təkcə 2009-cu ildə ölkədə hər 100 nəfərə düşən kompüterlərin sayı təxminən 50% artıb. Bu göstəricinin artımı isə bazar qiymətlərindən 25-30% aşağı və faizsiz kreditlə əhaliyə kompüter satışını təmin edən "Xalq kompüteri" layihəsinin icrası və digər tədbirlər nəticəsində əldə olunub.

   Hökumət isə hazırda, müəllimlərlə yanaşı, digər kateqoriyadan olan vətəndaşların da kompüter əldə etməsinin stimullaşdırılması, eləcə də müasir İKT-nin tətbiqi məqsədi ilə bir sıra tədbirlərin üzərində işlədiyini bəyan edir.

   Bu tədbirlərin sırasında stasionar telefon şəbəkələrinin inkişaf etdirilməsi, telefon istifadəçilərinin sayının artırılması da prioritetlərdəndir.

   Lakin hələ də bir sıra problemlərin mövcudluğu ilə əlaqədar olaraq Azərbaycanda 100 ilə yaxın yaşı olan stasionar şəbəkə inkişafına görə mobil şəbəkədən geri qalır. RİTN-in açıqladığı məlumatlara görə, keçən il yeni şəbəkə texnologiyasının tətbiqinə baxmayaraq, təxminən 90 min yeni stasionar telefon şəbəkəyə əlavə olunub. Əhalinin sabit telefon rabitə xidmətlərindən istifadəsi səviyyəsini artırmaq üçün cari ildə "100 ailəyə 100 telefon" layihəsinin davam etdirilməsi nəzərdə tutulur.

   RİTN-in statistikasına görə, 2008-ci ildə əhalinin hər 100 nəfərinə düşən stasionar telefon aparatlarının sayı 15,1 ədəd olduğu halda, 2009-cu ildə bu rəqəm 16 ədəd təşkil edib. Bu göstərici Bakı şəhəri üzrə 34,4, digər rayonlar üçünsə 10,5 telefon aparatı olub.

   Müqayisə üçün bildirək ki, Azərbaycanda mobil rabitə istifadəçiləriniin sayı digər Cənubi Qafqaz ölkələri ilə müqayisədə sürətlə artır. Təkcə 2009-cu ildə mobil telefon istifadəçilərinin sayı təxminən 1 milyon 209 min 120 nəfər artaraq 7 milyon 757 min 120 nəfər təşkil edib. Bu da ölkədə hər 100 nəfərdən 86 nəfərin mobil telefon işlətməsi deməkdir.

   

   2010 - yeniliklər davam edəcək

   

   Əvvəlki illərin təcrübəsini və yeni proqramları əsas götürən hökumət 2010-cu ildə İKT sektorunda göstəricilərin daha da yaxşılaşdırılması üçün bir sıra tədbirlərin həyata keçiriləcəyini bəyan edib.

   Məlumat üçün bildirək ki, təkcə RİTN-in təsdiq edilmiş tədbirlər planında 2010-cu il üçün investisiya qoyuluşu proqnozlarında nəzərdə tutulan rabitə obyektlərinin tikintisi, rabitə müəssisələrin maliyyə imkanlarının mütəmadi təhlili, rabitə xidmətləri tariflərinin düzgün tətbiqinə nəzarət kimi onlarla prioritet məsələ əksini tapıb.

   RİTN-in mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun sözlərinə görə, nazirliyin 2010-cu il üçün nəzərdə tutulmuş tədbirlər planına əsasən, il ərzində informasiya cəmiyyətinin formalaşdırılması istiqamətində müvafiq işlər, həmçinin internet xidmətlərinin qiymət və keyfiyyətinin monitorinqi aparılacaq.

   Bununla yanaşı, Gəncə və Naxçıvanda məhdud imkanlı şəxslərin İKT-yə çıxışını asanlaşdırmaq məqsədi ilə Regional İnformasiya Mərkəzlərinin yaradılması nəzərdə tutulur.

   E-hökumət, e-imza, e-ticarətin təbliği məqsədilə mütəmadi olaraq dövlət qurumları, vətəndaşlar və sahibkarlar üçün seminarlar təşkil olunacaq, eyni zamanda qeyd olunan istiqamətlər üzrə təbdirlərin həyata keçirilməsi, elektron imzanın tətbiqi məqsədilə Milli Sertifikat Xidmətləri Mərkəzinin yaradılması və bu ildən etibarən elektron imza ilə bağlı ID kartların dövlət qurumları, hüquqi və fiziki şəxslərə paylanması görüləcək tədbirlər sırasındadır.

   Bu tədbirlərlə yanaşı, Azərbaycanda 2009-2012-ci illər üçün informasiya-kommunikasiya texnologiyalarının inkişafına dair ikinci Dövlət Proqramı layihəsinin ilkin variantının da yaxın vaxtlarda layihə açıq müzakirəyə çıxarılması gözlənir. Yeni Dövlət Proqramına, 2008-ci ildə başa çatmamış tədbirlərlə yanaşı, bir çox yeni layihələrin də daxil edildiyi bildirilir.

   Ən başlıcası isə, bu proqramda əsas yeri "Elektron hökumət"in qurulması təşkil edəcək.

   Başlıcası isə, regionlarda İKT sahəsi üzrə kadr çatışmazlığının aradan qaldırılması, ixtisaslı potensialdan səmərəli istifadə edilməsi və kadr axınının qarşısının alınması istiqamətində təkliflərin hazırlanması nəzərdə tutulur.

   

   İslahatlara ehtiyac var

   

   Azərbaycanda İKT-nin inkişafı üçün, digər region ölkələrindən fərqli olaraq, böyük potensial olduğunu qeyd edən Multimedia İnformasiya Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüzün sözlərinə görə, bu potensial real nəticələr üçün istiqamətləndirilərsə və düzgün istifadə olunarsa, yaxın illərdə daha çox nailiyyətlər əldə olunar: "Qonşu ölkələrdən yalnız Gürcüstanda son illər inkişaf meylləri müşahidə olunur.

   Ermənistanın isə bu sahədə heç bir yeniliyindən, uğurundan və imkanlarından danışmaq mümkün deyil. Bu ölkənin digər sektorlarda nəyi var ki, İKT sektorunda da nəyisə olsun? Deyə bilərəm ki, regionda ən ciddi potensial Azərbaycandadır və bundan real nəticələr üçün istifadə olunmalıdır".

   İKT sektorunda əhəmiyyətli irəliləyişlərə nail olunması üçünsə ekspert bu sahədə köklü islahatların aparılmasına ehtiyac duyulduğunu deyir.

   O.Gündüzün fikrincə, son illər WiMAX və 3G-nin tətbiqi, internetin sürətinin artırılmasına, qiymətlərin aşağı salınmasına baxmayaraq, bəzi problemlər qalır. Məsələn, hələ də internet istifadəçilərinin 90%-i şəbəkəyə dial-up vasitəsilə qoşulur.

   Ekspert hesab edir ki, sektorun əhəmiyyətli inkişafı üçün ilk növbədə bu sahədə instutisional islahatlar aparılmalıdır.

   Yalnız bu islahatlar İKT sektorunda özəl şirkətlərin fəaliyyətinə stimul verəcək: "Bu gün RİTN-in bu bazarı tənzimləməsinə baxmayaraq, həm də bu bazarda oyunçu rolunda çıxış etməsi, kommersiya fəaliyyəti ilə məşğul olması özəl şirkətlərin fəaliyyətinə təsir göstərir. Eyni zamanda, infrastruktur problemləri aradan qaldırılmalıdır".

   Ümumilikdə ekspertlər hesab edir ki, E-hökumət layihəsi çərçivəsində Azərbaycan qonşu ölkələrlə, hətta Türkiyə ilə müqayisədə xeyli uzağa gedərək bəzi nailiyyətlərə imza atıb.

   İKT-nin təhsildə tətbiqi və məktəblərin sürətli internetə qoşulması, vergi ödəyicilərinə elektron xidmətlərin göstərilməsi, gömrük və miqrasiya xidmətləri, səhiyyə, pensiya, ədliyyə, ictimai asayişin mühafizəsi, nəqliyyat, tələbə qəbulu prosesinin avtomatlaşdırılması, seçki və s. sahələrdə informasiyalaşma prosesi həyata keçirilib.

   Artıq bu prosesin ikinci mərhələsi kimi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının təqdim etdiyi elektron xidmətlərin vahid elektron hökumət portalında birləşdirilməsinə ehtiyac var.

   Rəşad Süleymanov

   APA informasiya agentliyinin əməkdaşı

   Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
Oxunub: 91 Geri gayıt
Digər xəbərlər
Bank kreditlərinin və əmanətlərin faizləri düşəcək
Azərbaycanın bank sektorunda gözlənilməz dəyişikliklər baş verə bilər
"Texnikabank" və "Dekabank" POS terminal xidmətində digərlərindən nə ilə fərqləndi?
Ölkə üzrə bütün bank POS terminallarının 91 faizi Bakıda yerləşir
İKT sektorunun yeni inkişaf mərhələsi başlayır
Ötən il İKT sektorunda istehsal olunan məhsul və göstərilən xidmətlərin ümumi həcmi 1,1 milyard manatı keçib
 
 SON XƏBƏRLƏR
2010-02-24 Yasamalda üç avtomobil toqquşdu, yaralı çətinliklə çıxarıldı
2010-02-24 Bakıda öz mənzillərində ehtiyacdan ölmüş ana və qızı aşkarlandı
2010-02-24 "Qış bulvarı" yox, sadəcə şəhər parkı...
2010-02-24 Məntəqə və dairə komissiyalarının üzvləri əməkhaqlarını ala bilmir
2010-02-24 Portuqaliyada daşqın baş verib, 30 nəfərdən çox insan itkin düşüb
2010-02-24 AZAL Bakı-Naxçıvan aviareyslərindən uzaqlaşdırılıb
2010-02-24 Üç partiya polislə toqquşmada həbs olunmuş 5 dinçinin hüquqlarını müdafiə komitəsi yaratdı
2010-02-24 Sumqayıtda valyutadəyişənləri güllələmiş qatilin fotorobotu hazırlandı
2010-02-24 Yasamal polisi Aydəmirovdan "PM" tapançası götürdü
2010-02-24 "Nar Mobile"nin Şirvan şöbəsinə pulla işçi yığan dələduz tutuldu
2010-02-24 Bakıxanov qəsəbəsində aptekə oğru girdi
2010-02-24 "Xocalı günü" Ankaradakı Keçiören bələdiyyəsindəki abidə yad ediləcək
2010-02-24 Rusiyanın Mozambikdəki səfiri ATƏT-in Minsk Qrupuna həmsədr gəlir
2010-02-24 "Azəryolservis"in işçiləri "Tərəqqi" medalı aldı
2010-02-24 Prezident Lökbatanda Qarabağ əlil və şəhid ailələri üçün bina açılışında iştirak etdi
2010-02-24 Piter Semnebi Azərbaycana hələ bir müddət də gəlib-gedəcək
2010-02-24 "Xocalı qətliamına" görə 286 nəfər cinayət məsuliyyətinə cəlb olunub
2010-02-24 Ombudsmanlığa üç yeni namizədin adı Milli Məclisə təqdim edildi
2010-02-24 Lalə Şövkət haqqında qalmaqallı məqalə müəllifinin kimliyinə aydınlıq gətiriləcək
2010-02-24 "Nizami" metrosunda telefon oğrusu Nazim Heydərov yaxalandı
2010-02-24 15 il bağlı qalmış 300-dən çox cinayətin üstü açılıb
2010-02-24 Pullu yolların özü gəlməmiş mübahisəsi başladı
2010-02-24 Salyan avtovağzalındakı bazar davasına rayondan cavab gəldi
2010-02-24 ABŞ-dakı azərbaycanlılar bu dövlətin başçılarına 1211 "Xocalı məktubu" göndərib
2010-02-24 Polis-jurnalist münasibətləri ətrafında çarpaz müzakirələr aparıldı
2010-02-24 Kriminal avtoritet Rauf Quliyev prokurorun ona qarşı qərəzli olduğunu deyir
2010-02-24 Ermənistan prezidentinin kürəkəni qaynatasına qarşı çıxdı
2010-02-24 İranın Bakıdakı səfirliyi İrəvandakı səfirin səhvini düzəltməyə çalışdı
2010-02-24 Ermənistan parlamenti Kollektiv Operativ Reaksiya Qüvvələrinin yaradılması haqqında müqaviləni ratifikasiya edib
2010-02-24 "Əl-Qaidə" indi də Türkiyəni hədələdi
2010-02-24 Yanukoviç Moskvanı Brüsselə dəyişdi?
2010-02-24 İran parlamentinin vitse-spikeri ölkəsinin Ermənistan səfirinin sözlərinə "əhəmiyyət verməyin" deyib
2010-02-24 ABŞ-ın Azərbaycan siyasətinə həsr olunmuş konfrans keçiriləcək
2010-02-24 Dmitri Roqozin deyir ki, Rusiya öz hərbçilərini heç bir halda Əfqanıstana göndərməyəcək
2010-02-24 Böyük Quruluş BAXCP və Ədalət partiyaları "Vətən" bayrağının altına yığışırlar
2010-02-24 AMİP daha İran səfirliyi qarşısında görünmür
2010-02-24 "Cundullah" terror təşkilatının rəhbəri İranda həbs edildi
2010-02-24 Silivri həbsxanası məhbus türk general və zabitləri ilə dolub
2010-02-24 Şirvan şəhər sakini Qarayev Azərin qarajından mal-qara oğurlanıb
2010-02-24 Qeyri-adi tam verən GMO-lu meyvələr siyasilərin də diqqətindən yayınmayıb
2010-02-24 Ovçular Daşkəsən meşələrində dəhşətli yanğın törədib
2010-02-24 Bank kreditlərinin və əmanətlərin faizləri düşəcək
2010-02-24 "Texnikabank" və "Dekabank" POS terminal xidmətində digərlərindən nə ilə fərqləndi?
2010-02-24 İKT sektorunun yeni inkişaf mərhələsi başlayır
2010-02-24 Məni həbsxanaya salın!
2010-02-24 "Bursaspor" "Fənərbaxça"nın fənərini öz meydanında söndürdü
2010-02-24 "Everton"un qapıçısı "Qalatasaray"dan qorxur
2010-02-24 Mübariz Mənsimov "Beşiktaş"da islahatlara başlayır
2010-02-24 Qış Olimpiadasında daha bir ölüm hadisəsi
2010-02-24 Bülent Korkmaz "Bakı"da ilk cəzasını aldı
2010-02-24 "Real" və "Barselona"nın Eşli Koul davası
2010-02-24 Ronaldo karyerasını bitirəcəyi tarixi açıqladı
2010-02-24 AFFA-nın "Xəzər Lənkəran"la qalmaqalı böyüyür
2010-02-24 Azərbaycanda dünya futbolunda görünməmiş hadisə
2010-02-24 "BlackBerry" telefonu "İlin brendi" oldu
2010-02-24 Yasamal polisi ailəsindən küsən kişini bir ay sonra geri qaytardı
2010-02-24 Avtoritet "Dərzi Taleh"in məhkəməsi başladı
2010-02-24 Bakıda üç ayda on mənzil qarət etmiş Mahir Həsənov 10 il aldı
2010-02-24 Üç oğru, üç doğru, bir yalançı çərşənbə...
2010-02-24 "Anar bu işi sonsuza qədər davam etdirməlidir"
2010-02-24 Bərdənin 90 kəndinin 70-də qaz yoxdur
2010-02-24 "Bizə vəhhabi deyirlər, biz sadəcə müsəlmanıq"
2010-02-24 "Azərbaycan Dəmir Yolları"nda Xeyrulla Hümbətovun vəzifəsi ləğv olundu
2010-02-24 Sadıq Murtuzayevin təklifinə şərik olmayanlar var
2010-02-24 "Muskomediya"nın Yaradıcılıq Studiyası mübahisəyə səbəb oldu
2010-02-23 Deputatlar "reket" qəzetlərə sponsorluq edən məmurların(?) adlarının açıqlanmasını istəyir
2010-02-23 Binəqədidə şəxsi ev gözətçi ilə birlikdə yandı
2010-02-23 İranın Bakıdakı səfirliyi önündə piket "qatillərə qucaq açan ölkəyə ar olsun" şüarı ilə keçdi
2010-02-23 Öcalanı tutan generalın özünü Türkiyədə həbs etdilər
2010-02-23 Quşçuluq müəssisələri kreditlərdən məhrum edilib
 
 
 
Copyright (c) Bakı Xəbər 2009