"Bursaspor" "Fənərbaxça"nın fənərini öz meydanında söndürdü
Futbol üzrə Türkiyə Superliqasının 22-ci turunun son qarşılaşmasında "Bursaspor" səfərdə "Fənərbaxça"nı 3:2 məğlub etdi. Hesabda 2:0 geridə olan bursalılar oyunda dönüş yaratmağı və qalib gəlməyi bacarıblar.
"Bursaspor"a qalibiyyət gətirən qolları 26-cı dəqiqədə Batalla, 85 və 90-cı dəqiqələrdə isə Ozan ipək vurub. "Fənərbaxça"dan 5-ci dəqiqədə Aleks, 21-ci dəqiqədə Andre Santos fəqlənib. "Fənərbaxça" öz meydanında "Bursaspor"u məğlub edə bilsəydi, "Qalatasaray"ı 1 xal qabaqlamaqla yenidən turnir cədvəlinin zirvəsinə yüksələcəkdi. Lakin "Şükrü Saracoğlu"da 3 xal itirən komanda 45 xalla 2-ci yerdə qaldı. Səfərdə çox vacib qələbə qazanan "Bursaspor" isə 43 xalla 3-cü pilləyə yüksəlib. Turnir cədvəlinə 47 xalı olan "Qalatasaray" liderlik edir.