"Everton"un qapıçısı "Qalatasaray"dan qorxur
"Seçim imkanım olsaydı, "Atletiko"nu seçərdim"
İngiltərənin "Everton" klubunun qapıçısı Tim Hovard Avropa Liqasında "Qalatasaray"la qarşılaşa biləcəklərindən narahatdır.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avropa Liqasının 1/16 final mərhələsində Portuqaliyanın "Sportinq" klubunu üstələyəcəklərinə əmin olan qapıçı bundan sonrakı mərhələdə İstanbul komandası ilə qarşılaşma ehtimalını yüksək qiymətləndirir. "Türklərin Avropa təcrübəsi bizdən çoxdur. Biz də zəif deyilik. Amma seçim imkanım olsaydı, "Atletiko"nu seçərdim", - deyə Hovard bildirib. Xatırladaq ki, "Qalatasaray"ın 1/16 final mərhələsində "Atletiko" ilə səfərdə keçirdiyi ilk qarşılaşma 1:1 hesabı ilə başa çatıb və istanbulluların növbəti mərhələyə keçmək üçün yaxşı şansı var.