.jpg)
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Toplantıda Unibank Premyer Liqasında XXII turun oyunlarındakı mübahisəli məqamlara aydınlıq gətirilib. AFFA-dan verilən məlumata görə, XXII turun "Bakı" - "Muğan" qarşılaşmasında ev sahibi komandanın futbolçularından 5-nin sarı vərəqə görməsi ilə əlaqədar Bakı təmsilçisi 1000 manat cərimə edilib. Oyunun 77-ci dəqiqəsində "Bakı" klubunun baş məşqçisi Bülent Korkmazın texniki zonadan kənara çıxaraq meydana daxil olması ilə əlaqədar məşqçi 1 oyunu tribunadan izləyəcək. Klub isə buna görə, 2000 manat cərimə olunub.