24 Fevral 2010-cı il, N 297(1195)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3666)
"Mən baldırlarımı açıb göstərmirəm" (3557)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2492)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2439)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2259)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2034)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1757)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1650)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1361)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1344)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
"Muskomediya"nın Yaradıcılıq Studiyası mübahisəyə səbəb oldu
Bəsti Cəfərova: "Yaradıcılıq studiyalarının əhəmiyyəti çox böyükdür"
Rafiq Sadıqov: "Teatr professional aktyor yetişdirə bilməz"
"Teatr Haqqında" Qanun qəbul edildikdən sonra əsasən teatrların yaradıcılıq istiqamətində, kadr hazırlığı məsələsində yeniliklər olacağı, islahatlar aparılacağı gözlənirdi. Hələlik bu sahədə güclü irəliləyiş hiss edilməsə də, bəzi paytaxt teatrlarının əsaslı təmir edilərək təhvil verilməsi, bəzilərinin təmir prosesində olması, bəzilərinin isə yaxın gələcəkdə təmirə dayandırılacağı gözlənir.
   Teatrlarımızda yaradıcılıq baxımından inkişafdan isə hələlik o qədər də səxavətlə danışmaq olmur. Əsas problemlərdən birinin kadr sahəsində olduğunu çoxları bilir. Doğrudur, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsində gənc aktyorlar yetişdirilir, amma onlar teatrlara işləməyə gələndə çox zaman özünü doğrulda bilmir.
   Bir neçə il əvvəl bəzi teatr rəhbərləri deyirdilər ki, rəhbərlik etdikləri teatrın nəzdində Yaradıcılıq Studiyası yaratmaq istəyirlər. Onlar bildirirdi ki, gənc aktyorları müasir səhnənin tələblərinə uyğun yetişdirmək üçün bu studiyaların yaradılmasına böyük ehtiyac var. Bu təşəbbüsdə ən çox Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bulunurdu.
   Qeyd edək ki, müxtəlif dövrlərdə yerli teatrların nəzdində gənclər üçün yaradıcılıq studiyalarının fəaliyyət göstərdiyi deyilir. Bu studiyaların gənclərin yetişdirilməsində önəmli rol oynadığını bildirənlərlə yanaşı, bunun əksini söyləyənlər də var. Gənc Tamaşaçılar Teatrında Yaradıcılıq Studiyasının yaradılıb-yaradılmadığı haqda heç nə deyə bilmərik. Məlumatımıza görə, bir sıra teatrlarda yaradıcılıq studiyaları fəaliyyətə başlayacaq.
   Mətbuatın məlumatına görə, artıq Şıx-Əli Qurbanov adına Musiqili Komediya Teatrında Yaradıcılıq Studiyası fəaliyyətə başlayıb. Bu studiyanın ölkə başçısının "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" 19 fevral 2007-ci il tarixli 1964 saylı sərəncamına və "Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı"na uyğun olaraq yaradıldığı bildirilir. Xəbərlərə görə, Mədəniyyət və Turizm Nazirliyi də bu studiyanın yaradılmasını sözügedən teatra tövsiyə edib.
   Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Bəsti Cəfərova bizimlə söhbətində bütün teatrların nəzdində yaradıcılıq studiyasının fəaliyyətə başlamalı olduğunu dedi. B.Cəfərovanın dediyinə görə, bu, gənclərin professional bir aktyor kimi yetişməsində önəmli rol oynaya bilər: "Musiqili Komediya Teatrında yaradıcılıq studiyasının yaradılmasını olduqca müsbət bir hal kimi qarşılayır, bunu alqışlayıram. Bu doğru işdir. Biz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində gənclərə teatrın sirlərini öyrədirik, arzu edirəm, bizim tələbələr gəlib sənətdə öz layiqli yerini tutsun. Teatrın bazasında nə isə olmalıdır ki, gənclər orada yetişsin. Bizim teatrda belə teatr studiyası nə əvvəllər olub, nə də ki, indi var. Ancaq bizim nəsil İncəsənət İnstitutundan təyinat alıb bura gəlirdi. İnstitutda bilirdilər ki, filankəslər istedadlıdır. Şəxsən mən üçüncü kursun əvvəlindən teatra dəvət olunmuşam. Sonra təyinatım "Azdrama"ya verilib. Hamı bilirdi ki, mən bu teatra gəlməliyəm. İnstitutda təhsil ala-ala "Azdrama"nın ab-havasını udmuşam.
   Bu teatrda üç nəsil görmüşəm. Biz gənc nəsil idik, orta nəsil, bir də yaşlı nəsil vardı. Hər hansı bir teatrda işləmək üçün adamın ora ilə sıx əlaqəsi olmalıdır. Belə demək mümkünsə, o həmin teatrda doğulmalıdır. Elə tamaşalarda rol alırsan ki, orada müxtəlif nəsillərin nümayəndəsi olur. Sən onların atmosferində bişirsən. Bu baxımdan, yaradıcılıq studiyalarının əhəmiyyəti çox böyükdür.
   Bizim teatrın nəzdində də belə bir məktəb, studiya olarsa, gələcəyin aktyorları böyük səhnədə qoyulan sanballı, akademik tamaşalarda yetişə və ağır yükləri götürə bilər. Bu gənclər "Azdrama"nın gələcək nəsli ola bilər".
   B.Cəfərovanın sözlərinə görə, çox zaman başqa teatrlardan "Azdrama"ya işləməyə gələn istedadlı aktyorların əksəriyyəti burada özünü ifadə edə bilmir: "Başqa yerdə təcrübə keçib "Azdrama"ya gələn aktyorların çoxu bizim teatra uyuşa bilmir. Hesab edirəm ki, "Muskomediya"ya gələnlər İncəsənət Universitetini bitirən məzunlar olacaq.
   Onlar dörd il orada təhsil görüb, etüddən tutmuş tamaşaya qədər hər şeyi burada öyrəniblər. Gəlib o Yaradıcılıq Studiyasında da bir qədər təcrübə topladıqdan sonra özlərini doğruldacaq. Bu studiyaların çox olması peşəkar aktyorların yetişdirilməsinə böyük təkan verə bilər. Axır vaxtlar aktyor sənətinə o qədər təsadüfən gələnlər olur ki. Onlar qeyri-peşəkardır. Bu insanlar da heç vaxt tamaşaçı zövqünü oxşaya bilmir. Tamaşaçılar deyirlər ki, əvvəlki tamaşalar çox gözəl idi, niyə indiki tamaşalar zəifdir? Çünki get-gedə həqiqi peşəkarlar azalır.
   Bu sənətə gələnlər təhsil alıb gəlməlidir. Yoxsa ay sənətim başqadır, amma istedadım olduğu üçün teatra gəlmişəm, belə olmaz. Teatr studiyaları isə qeyri-peşəkarların teatrlara axınının qarşısını ala bilər. Çünki gənclər burada sınağa çəkiləcək".
   Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, professor, teatrşünas Rafiq Sadıqov isə B.Cəfərovanın fikirlərinin əksini söyləyir. Prorektor hesab edir ki, teatrların nəzdində yaradılan yaradıcılıq studiyaları heç zaman teatrlar üçün peşəkar aktyor hazırlamaq gücündə ola bilməz:
   "Teatrlar üçün aktyorları ancaq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti hazırlaya bilər. Biz universitetdə tələbələrə teatrın tarixini, aktyor sənətini və s. öyrədirik.
   Teatrların nəzdindəki studiyalar isə yalnız özfəaliyyət üçün həvəskarlar hazırlaya bilər. Universitetdə tələbələr proqram üzrə hazırlanır. Tələbə etüddən tutmuş tamaşaya qədər böyük bir yol keçir. Biz onları professional sənətkar kimi yetişdiririk.
   Burada çox güclü pedaqoqlar işləyir. Bir söz də deyim ki, yaxşı aktyor olmaq heç də yaxşı pedaqoq olmaq deyil. Teatrların nəzdində həvəskarlar üçün kurslar açmaq olar. Bu mənada ki, sonra bu həvəskarlardan tamaşaların kütləvi səhnələrində istifadə edə bilsinlər. Teatr özfəaliyyət üçün həvəskarlar yetişdirə bilər, amma professional aktyor yetişdirə bilməz".
   
İradə SARIYEVA
 
 
 SON XƏBƏRLƏR
2010-02-24 Yasamalda üç avtomobil toqquşdu, yaralı çətinliklə çıxarıldı
2010-02-24 Bakıda öz mənzillərində ehtiyacdan ölmüş ana və qızı aşkarlandı
2010-02-24 "Qış bulvarı" yox, sadəcə şəhər parkı...
2010-02-24 Məntəqə və dairə komissiyalarının üzvləri əməkhaqlarını ala bilmir
2010-02-24 Portuqaliyada daşqın baş verib, 30 nəfərdən çox insan itkin düşüb
2010-02-24 AZAL Bakı-Naxçıvan aviareyslərindən uzaqlaşdırılıb
2010-02-24 Üç partiya polislə toqquşmada həbs olunmuş 5 dinçinin hüquqlarını müdafiə komitəsi yaratdı
2010-02-24 Sumqayıtda valyutadəyişənləri güllələmiş qatilin fotorobotu hazırlandı
2010-02-24 Yasamal polisi Aydəmirovdan "PM" tapançası götürdü
2010-02-24 "Nar Mobile"nin Şirvan şöbəsinə pulla işçi yığan dələduz tutuldu
2010-02-24 Bakıxanov qəsəbəsində aptekə oğru girdi
2010-02-24 "Xocalı günü" Ankaradakı Keçiören bələdiyyəsindəki abidə yad ediləcək
2010-02-24 Rusiyanın Mozambikdəki səfiri ATƏT-in Minsk Qrupuna həmsədr gəlir
2010-02-24 "Azəryolservis"in işçiləri "Tərəqqi" medalı aldı
2010-02-24 Prezident Lökbatanda Qarabağ əlil və şəhid ailələri üçün bina açılışında iştirak etdi
2010-02-24 Piter Semnebi Azərbaycana hələ bir müddət də gəlib-gedəcək
2010-02-24 "Xocalı qətliamına" görə 286 nəfər cinayət məsuliyyətinə cəlb olunub
2010-02-24 Ombudsmanlığa üç yeni namizədin adı Milli Məclisə təqdim edildi
2010-02-24 Lalə Şövkət haqqında qalmaqallı məqalə müəllifinin kimliyinə aydınlıq gətiriləcək
2010-02-24 "Nizami" metrosunda telefon oğrusu Nazim Heydərov yaxalandı
2010-02-24 15 il bağlı qalmış 300-dən çox cinayətin üstü açılıb
2010-02-24 Pullu yolların özü gəlməmiş mübahisəsi başladı
2010-02-24 Salyan avtovağzalındakı bazar davasına rayondan cavab gəldi
2010-02-24 ABŞ-dakı azərbaycanlılar bu dövlətin başçılarına 1211 "Xocalı məktubu" göndərib
2010-02-24 Polis-jurnalist münasibətləri ətrafında çarpaz müzakirələr aparıldı
2010-02-24 Kriminal avtoritet Rauf Quliyev prokurorun ona qarşı qərəzli olduğunu deyir
2010-02-24 Ermənistan prezidentinin kürəkəni qaynatasına qarşı çıxdı
2010-02-24 İranın Bakıdakı səfirliyi İrəvandakı səfirin səhvini düzəltməyə çalışdı
2010-02-24 Ermənistan parlamenti Kollektiv Operativ Reaksiya Qüvvələrinin yaradılması haqqında müqaviləni ratifikasiya edib
2010-02-24 "Əl-Qaidə" indi də Türkiyəni hədələdi
2010-02-24 Yanukoviç Moskvanı Brüsselə dəyişdi?
2010-02-24 İran parlamentinin vitse-spikeri ölkəsinin Ermənistan səfirinin sözlərinə "əhəmiyyət verməyin" deyib
2010-02-24 ABŞ-ın Azərbaycan siyasətinə həsr olunmuş konfrans keçiriləcək
2010-02-24 Dmitri Roqozin deyir ki, Rusiya öz hərbçilərini heç bir halda Əfqanıstana göndərməyəcək
2010-02-24 Böyük Quruluş BAXCP və Ədalət partiyaları "Vətən" bayrağının altına yığışırlar
2010-02-24 AMİP daha İran səfirliyi qarşısında görünmür
2010-02-24 "Cundullah" terror təşkilatının rəhbəri İranda həbs edildi
2010-02-24 Silivri həbsxanası məhbus türk general və zabitləri ilə dolub
2010-02-24 Şirvan şəhər sakini Qarayev Azərin qarajından mal-qara oğurlanıb
2010-02-24 Qeyri-adi tam verən GMO-lu meyvələr siyasilərin də diqqətindən yayınmayıb
2010-02-24 Ovçular Daşkəsən meşələrində dəhşətli yanğın törədib
2010-02-24 Bank kreditlərinin və əmanətlərin faizləri düşəcək
2010-02-24 "Texnikabank" və "Dekabank" POS terminal xidmətində digərlərindən nə ilə fərqləndi?
2010-02-24 İKT sektorunun yeni inkişaf mərhələsi başlayır
2010-02-24 Məni həbsxanaya salın!
2010-02-24 "Bursaspor" "Fənərbaxça"nın fənərini öz meydanında söndürdü
2010-02-24 "Everton"un qapıçısı "Qalatasaray"dan qorxur
2010-02-24 Mübariz Mənsimov "Beşiktaş"da islahatlara başlayır
2010-02-24 Qış Olimpiadasında daha bir ölüm hadisəsi
2010-02-24 Bülent Korkmaz "Bakı"da ilk cəzasını aldı
2010-02-24 "Real" və "Barselona"nın Eşli Koul davası
2010-02-24 Ronaldo karyerasını bitirəcəyi tarixi açıqladı
2010-02-24 AFFA-nın "Xəzər Lənkəran"la qalmaqalı böyüyür
2010-02-24 Azərbaycanda dünya futbolunda görünməmiş hadisə
2010-02-24 "BlackBerry" telefonu "İlin brendi" oldu
2010-02-24 Yasamal polisi ailəsindən küsən kişini bir ay sonra geri qaytardı
2010-02-24 Avtoritet "Dərzi Taleh"in məhkəməsi başladı
2010-02-24 Bakıda üç ayda on mənzil qarət etmiş Mahir Həsənov 10 il aldı
2010-02-24 Üç oğru, üç doğru, bir yalançı çərşənbə...
2010-02-24 "Anar bu işi sonsuza qədər davam etdirməlidir"
2010-02-24 Bərdənin 90 kəndinin 70-də qaz yoxdur
2010-02-24 "Bizə vəhhabi deyirlər, biz sadəcə müsəlmanıq"
2010-02-24 "Azərbaycan Dəmir Yolları"nda Xeyrulla Hümbətovun vəzifəsi ləğv olundu
2010-02-24 Sadıq Murtuzayevin təklifinə şərik olmayanlar var
2010-02-24 "Muskomediya"nın Yaradıcılıq Studiyası mübahisəyə səbəb oldu
2010-02-23 Mənzillərin hər kvadratına 5 min manat istəyənlər Bakıda piketə cəhd etdilər
2010-02-23 Cəlilabadda Rahim Qasımovun dəyirmanında faciə...
2010-02-23 Ceyranbatanda 5 otaqlı ev yandı
2010-02-23 Rauf Talışinskinin müavini həbs olundu
2010-02-23 Lalə Şövkət ona "KQB agenti" deyən qəzeti məhkəməyə verdi
 
 
 
Copyright (c) Bakı Xəbər 2009