24 Fevral 2010-cı il, N 297(1195)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3669)
"Mən baldırlarımı açıb göstərmirəm" (3557)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2492)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2440)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2259)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2034)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1757)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1650)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1362)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1344)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
İKT sektorunun yeni inkişaf mərhələsi başlayır
Ötən il İKT sektorunda istehsal olunan məhsul və göstərilən xidmətlərin ümumi həcmi 1,1 milyard manatı keçib
Son illər Azərbaycanda prioritet sahələrdən birinə çevrilən informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda, qeyri-neft sektorunun digər sahələrilə müqayisədə, dinamik inkişaf meylləri nəzərə çarpmaqdadır. Hətta inkişaf templərinə görə, bu sahə energetika sektorundan sonra ikinci yerdə qərarlaşıb. Mütəxəssislərin proqnozlarına görə, qarşıdakı beş il ərzində bu sahədə müasir texnologiyaların və yeni xidmətlərin tətbiqi nəticəsində əhəmiyyətli dəyişikliklər gözlənir. Xüsusilə də internet, mobil rabitə və telekommunikasiya sahələri inkişaf prosesinə görə daha çox fərqlənəcək.
   Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sektorunun inkişafında yeni və əsas mərhələ başlanğıcını 2004-cü ildən götürür.
   "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommuniksiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)"nın həyata keçirilməsi istiqamətində dövlət başçısı tərəfindən imzalanmış "Elektron imza və elektron sənəd haqqında" qanun, 2005-ci ildə təsdiq olunmuş "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramıı" (Elektron Azərbaycan) İKT sektorunun inkişafına imkanlar açıb. Məhz bu adıçəkilən Dövlət Proqramının icrası çərçivəsində Azərbaycanda İKT sektorunun fəaliyyətini tənzimləyən və bu sahə üçün gərəkli olan "Elektron imza və elektron sənəd", "Elektron ticarət", "Telekommunikasiya haqqında", "Poçt haqqında" qanunlar qəbul edilib.
   Ümumilikdə, həm qanunvericilik bazasının formalaşması, həm də son 5 ildə bir milyard dollara yaxın - 791,4 milyon manat (165,4 milyon manatı xarici investisiya olmaqla) investisiya qoyuluşu, Dövlət Proqramı üzrə həyata keçirilən tədbirlər sayəsində İKT sektorunda orta illik artım tempi 32% təşkil edib ki, bununla da Azərbaycan ümumdünya artım tempindən 3 dəfə yüksək nəticə qazanıb.
   Dövlət Statistika Komitəsinin məlumatına görə, iqtisadi böhrana baxmayaraq, Azərbaycanın İKT sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 2009-cu ildə istehsal olunan məhsul və göstərilən xidmətlərin ümumi həcmi 1,1 milyard manat təşkil edib və qeyd olunan göstəricilər 2008-ci ilin nəticələri ilə müqayisədə 13,7% artıb.
   Müqayisə üçün bildirək ki, bu atım tempi ilə Azərbaycan ötən il dünya üzrə İKT-nin orta inkişaf tempini iki dəfə qabaqlayıb. Ötən il mobil telefon şəbəkəsində əvvəlki illərlə müqayisədə ən böyük inkişaf qeydə alınıb və şəbəkəyə 1,1 milyon qoşulma olub.
   Bununla da 2010-cu ilin əvvəli üçün Azərbaycanda hər 100 nəfərə düşən mobil telefonların sayı 85,6% təşkil edib ki, bu da orta ümumdünya göstəricisindən təxminən 25% çoxdur. Həmçinin, ötən ilin nəticələrinə görə, internet istifadəçilərinin sıxlığı da 40% həddini üstələyib.
   Məlumat üçün bildirək ki, bu göstəricilər Azərbaycanın ötən il iki ildə Dünya İqtisadi Forumun (WEF) informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafına dair reytinqində qabaqcıl mövqelərdə təqdim olunmasına da təsirsiz ötüşməyib. Forumun 2008-ci ildəki hesabatına görə, Azərbaycan 13 pillə irəliləyərək 134 ölkə arasında 60-cı yeri tutub. Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) hesabatında isə 2002-2007-ci illərdə İKT-nin inkişafı dinamikasına görə Azərbaycan dünyanın ilk 10 ölkəsi sırasında yer alıb.
   Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda ITU standartı ilə ölçülən internet istifadəçilərinin sayı (bura həm mobil telefon, həm də kompüter vasitəsi ilə internetə çıxan istifadəçilər daxildir) orta ümumdünya göstəricisindən təxminən iki dəfə yüksəkdir.
   Nazirin sözlərinə görə, 2009-cu ildə İKT-nin əsas infrastruktur göstəricisi sayılan ölkədaxili internet şəbəkəsinin qlobal internet şəbəkəsinə qoşulma sürəti 25% artıb, internet xidmətlərinin qiymətləri isə təxminən 5 dəfə aşağı düşüb. Ötən il Azərbaycanın internet xidmətlərinin regionda ixrac potensialı gücləndirilib və qonşu İran da Azərbaycanın internet xidmətlərinin ixrac etdiyi ölkələr sırasına daxil olub.
   Bununla bərabər, Azərbaycanda internet üzərindən ödəmələr, elektron ticarət və kommersiya, pərakəndə satış, reklam, ödənişli şəxsi xidmətlərin həyata keçirilməsi artıb, sərbəst internet iqtisadi sektorunun formalaşmasına başlanıb.
   
   Hərəyə bir kompüter, hərəyə bir telefon
   
   Rəsmi statistikaya görə, Azərbaycanın kompüter bazarının həcmi son 5 ildə orta hesabla illik 20-40% artıb. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, hazırda Azərbaycanda hər 100 nəfərə 12 kompüter düşür. Hər 100 nəfərdən isə 41-i internet istifadəçisidir. Kompüter əldə edən və internetdən istifadəyə başlayanların sayı isə ilbəil artmaqdadır. Aparılmış tədqiqatlara görə, təkcə 2009-cu ildə ölkədə hər 100 nəfərə düşən kompüterlərin sayı təxminən 50% artıb. Bu göstəricinin artımı isə bazar qiymətlərindən 25-30% aşağı və faizsiz kreditlə əhaliyə kompüter satışını təmin edən "Xalq kompüteri" layihəsinin icrası və digər tədbirlər nəticəsində əldə olunub.
   Hökumət isə hazırda, müəllimlərlə yanaşı, digər kateqoriyadan olan vətəndaşların da kompüter əldə etməsinin stimullaşdırılması, eləcə də müasir İKT-nin tətbiqi məqsədi ilə bir sıra tədbirlərin üzərində işlədiyini bəyan edir.
   Bu tədbirlərin sırasında stasionar telefon şəbəkələrinin inkişaf etdirilməsi, telefon istifadəçilərinin sayının artırılması da prioritetlərdəndir.
   Lakin hələ də bir sıra problemlərin mövcudluğu ilə əlaqədar olaraq Azərbaycanda 100 ilə yaxın yaşı olan stasionar şəbəkə inkişafına görə mobil şəbəkədən geri qalır. RİTN-in açıqladığı məlumatlara görə, keçən il yeni şəbəkə texnologiyasının tətbiqinə baxmayaraq, təxminən 90 min yeni stasionar telefon şəbəkəyə əlavə olunub. Əhalinin sabit telefon rabitə xidmətlərindən istifadəsi səviyyəsini artırmaq üçün cari ildə "100 ailəyə 100 telefon" layihəsinin davam etdirilməsi nəzərdə tutulur.
   RİTN-in statistikasına görə, 2008-ci ildə əhalinin hər 100 nəfərinə düşən stasionar telefon aparatlarının sayı 15,1 ədəd olduğu halda, 2009-cu ildə bu rəqəm 16 ədəd təşkil edib. Bu göstərici Bakı şəhəri üzrə 34,4, digər rayonlar üçünsə 10,5 telefon aparatı olub.
   Müqayisə üçün bildirək ki, Azərbaycanda mobil rabitə istifadəçiləriniin sayı digər Cənubi Qafqaz ölkələri ilə müqayisədə sürətlə artır. Təkcə 2009-cu ildə mobil telefon istifadəçilərinin sayı təxminən 1 milyon 209 min 120 nəfər artaraq 7 milyon 757 min 120 nəfər təşkil edib. Bu da ölkədə hər 100 nəfərdən 86 nəfərin mobil telefon işlətməsi deməkdir.
   
   2010 - yeniliklər davam edəcək
   
   Əvvəlki illərin təcrübəsini və yeni proqramları əsas götürən hökumət 2010-cu ildə İKT sektorunda göstəricilərin daha da yaxşılaşdırılması üçün bir sıra tədbirlərin həyata keçiriləcəyini bəyan edib.
   Məlumat üçün bildirək ki, təkcə RİTN-in təsdiq edilmiş tədbirlər planında 2010-cu il üçün investisiya qoyuluşu proqnozlarında nəzərdə tutulan rabitə obyektlərinin tikintisi, rabitə müəssisələrin maliyyə imkanlarının mütəmadi təhlili, rabitə xidmətləri tariflərinin düzgün tətbiqinə nəzarət kimi onlarla prioritet məsələ əksini tapıb.
   RİTN-in mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun sözlərinə görə, nazirliyin 2010-cu il üçün nəzərdə tutulmuş tədbirlər planına əsasən, il ərzində informasiya cəmiyyətinin formalaşdırılması istiqamətində müvafiq işlər, həmçinin internet xidmətlərinin qiymət və keyfiyyətinin monitorinqi aparılacaq.
   Bununla yanaşı, Gəncə və Naxçıvanda məhdud imkanlı şəxslərin İKT-yə çıxışını asanlaşdırmaq məqsədi ilə Regional İnformasiya Mərkəzlərinin yaradılması nəzərdə tutulur.
   E-hökumət, e-imza, e-ticarətin təbliği məqsədilə mütəmadi olaraq dövlət qurumları, vətəndaşlar və sahibkarlar üçün seminarlar təşkil olunacaq, eyni zamanda qeyd olunan istiqamətlər üzrə təbdirlərin həyata keçirilməsi, elektron imzanın tətbiqi məqsədilə Milli Sertifikat Xidmətləri Mərkəzinin yaradılması və bu ildən etibarən elektron imza ilə bağlı ID kartların dövlət qurumları, hüquqi və fiziki şəxslərə paylanması görüləcək tədbirlər sırasındadır.
   Bu tədbirlərlə yanaşı, Azərbaycanda 2009-2012-ci illər üçün informasiya-kommunikasiya texnologiyalarının inkişafına dair ikinci Dövlət Proqramı layihəsinin ilkin variantının da yaxın vaxtlarda layihə açıq müzakirəyə çıxarılması gözlənir. Yeni Dövlət Proqramına, 2008-ci ildə başa çatmamış tədbirlərlə yanaşı, bir çox yeni layihələrin də daxil edildiyi bildirilir.
   Ən başlıcası isə, bu proqramda əsas yeri "Elektron hökumət"in qurulması təşkil edəcək.
   Başlıcası isə, regionlarda İKT sahəsi üzrə kadr çatışmazlığının aradan qaldırılması, ixtisaslı potensialdan səmərəli istifadə edilməsi və kadr axınının qarşısının alınması istiqamətində təkliflərin hazırlanması nəzərdə tutulur.
   
   İslahatlara ehtiyac var
   
   Azərbaycanda İKT-nin inkişafı üçün, digər region ölkələrindən fərqli olaraq, böyük potensial olduğunu qeyd edən Multimedia İnformasiya Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüzün sözlərinə görə, bu potensial real nəticələr üçün istiqamətləndirilərsə və düzgün istifadə olunarsa, yaxın illərdə daha çox nailiyyətlər əldə olunar: "Qonşu ölkələrdən yalnız Gürcüstanda son illər inkişaf meylləri müşahidə olunur.
   Ermənistanın isə bu sahədə heç bir yeniliyindən, uğurundan və imkanlarından danışmaq mümkün deyil. Bu ölkənin digər sektorlarda nəyi var ki, İKT sektorunda da nəyisə olsun? Deyə bilərəm ki, regionda ən ciddi potensial Azərbaycandadır və bundan real nəticələr üçün istifadə olunmalıdır".
   İKT sektorunda əhəmiyyətli irəliləyişlərə nail olunması üçünsə ekspert bu sahədə köklü islahatların aparılmasına ehtiyac duyulduğunu deyir.
   O.Gündüzün fikrincə, son illər WiMAX və 3G-nin tətbiqi, internetin sürətinin artırılmasına, qiymətlərin aşağı salınmasına baxmayaraq, bəzi problemlər qalır. Məsələn, hələ də internet istifadəçilərinin 90%-i şəbəkəyə dial-up vasitəsilə qoşulur.
   Ekspert hesab edir ki, sektorun əhəmiyyətli inkişafı üçün ilk növbədə bu sahədə instutisional islahatlar aparılmalıdır.
   Yalnız bu islahatlar İKT sektorunda özəl şirkətlərin fəaliyyətinə stimul verəcək: "Bu gün RİTN-in bu bazarı tənzimləməsinə baxmayaraq, həm də bu bazarda oyunçu rolunda çıxış etməsi, kommersiya fəaliyyəti ilə məşğul olması özəl şirkətlərin fəaliyyətinə təsir göstərir. Eyni zamanda, infrastruktur problemləri aradan qaldırılmalıdır".
   Ümumilikdə ekspertlər hesab edir ki, E-hökumət layihəsi çərçivəsində Azərbaycan qonşu ölkələrlə, hətta Türkiyə ilə müqayisədə xeyli uzağa gedərək bəzi nailiyyətlərə imza atıb.
   İKT-nin təhsildə tətbiqi və məktəblərin sürətli internetə qoşulması, vergi ödəyicilərinə elektron xidmətlərin göstərilməsi, gömrük və miqrasiya xidmətləri, səhiyyə, pensiya, ədliyyə, ictimai asayişin mühafizəsi, nəqliyyat, tələbə qəbulu prosesinin avtomatlaşdırılması, seçki və s. sahələrdə informasiyalaşma prosesi həyata keçirilib.
   Artıq bu prosesin ikinci mərhələsi kimi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının təqdim etdiyi elektron xidmətlərin vahid elektron hökumət portalında birləşdirilməsinə ehtiyac var.
   Rəşad Süleymanov
   APA informasiya agentliyinin əməkdaşı
   Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
"Texnikabank" və "Dekabank" POS terminal xidmətində digərlərindən nə ilə fərqləndi?
Ölkə üzrə bütün bank POS terminallarının 91 faizi Bakıda yerləşir
Azərbaycanda iqtisadi sferada, artıq bir neçə ildir ki, gündəmdə olan məsələlərdən biri də ticarət,xidmət və digər belə obyektlərdə POS terminalların quraşdırılmasıdır. Lakin araşdırmalar göstərir ki, bu sahədə hələ də istənilən nəticə əldə olunmayıb. Bunun əsas səbəblərindən biri isə yerli kommersiya banklarının qeyd olunan məsələyə o qədər də maraq göstərməməsidir.
   Bankların bu sahə üzrə fəaliyyətindən danışmazdan öncə qeyd edək ki, POS terminal ticarət və xidmət müəssisələrində müştərilərin plastik kart vasitəsilə nağdsız ödənişlər aparması üçün istifadə edilir. Azərbaycanda son zamanlar plastik kart bazarında müşahidə olunan artım-plastik kart istifadəçilərinin sayının gündən-günə artması nağdsız ödənişlərə və POS terminallara ehtiyacı artırır. Digər tərəfdən, POS terminalın ticarət və xidmət müəssisəsi üçün xeyli üstünlükləri var. Məsələn, onlardan istifadə zamanı nağdsız əməliyyatlar inkassator xidmətlərinə ehtiyacı azaldır. Həmçinin, nağdsız əməliyyatlar kassirlərin işini asanlaşdırır və səhv hesablaşmaların qarşısını alır. Bundan başqa, məlumdur ki, nağdsız əməliyyatların aparılması daha rahatdır, ödəniləcək məbləğləri yuvarlaqlaşdırmağa ehtiyac qalmır və məbləğ dəqiq hesablanır. Digər tərəfdən, qalıq məbləğin müştəriyə qaytarılması üçün iri əskinası kiçik əskinaslarla əvəz etməyə ehtiyac qalmır
   Araşdırmalar göstərir ki, hazırda ölkədə fəaliyyət göstərən 46 bankın 14-ü POS-terminalların quraşdırılması sahəsində xidmət göstərmir ki, bu da bütün bankların 30%-ni təşkil edir. Mərkəzi Bankın məlumatına görə, hazırda 32 bank POS terminal quraşdırmağa üstünlük verir. 14 bank isə belə xidmət göstərmir. POS terminal quraşdırmayan banklar arasında "AF-Bank", "Paşa Bank", "Poçtbank" kimi bankların da adı var. Eyni zamanda, xarici ölkə banklarının filialları da (Melli İran Bank, Pakistan Milli Bankı) bu xidməti göstərmir.
   8 bankda POS terminalın quraşdırılması üçün ilkin depozit tələb olunmur. Bu bankların sırasına "Atrabank", "Kapital Bank", Azərbaycan Sənaye Bankı, Yapı Kredi Bank, Muğanbank və "Nikoyl" Bank daxildir. Banklar arasında ən yüksək depozit miqdarı (840 manat) isə Xalq Bankında tələb olunur.
   POS terminala xidmət haqqının ən aşağı həddi "Dekabank"da (0,03%), ən yüksək həddi (2,6%) isə "Debüt Bank"dadır. Ən az aylıq xidmət haqqı "Parabank"dadır. Bu bankın göstərdiyi aylıq xidmət haqqının dəyəri 5 manatdır. "Dekabank" və "Texnikabank"da isə ümumiyyətlə aylıq haqq tələb olunmur.
   Xidmət göstərdiyi kartların sayına görə Bank Standard və Beynəlxalq Bank üstünlük təşkil edir. Bu banklar 4 karta xidmət göstərir. Bank Standard VİSA, Master Card, DClub və Lokal kartları Beynəlxalq Bank isə VİSA, Master Card, American Express və Lokal kartları ilə işləyir.Bir sıra banklar yalnız bir karta xidmət göstərir. Məsələn, "Azər-Türk bank", "Günay" və "Dekabank" Lokal, "Kredobank", "Nikoyl" və "Atabank" VİSA, "Debüt", "Rabitəbank", "Turanbank" və Yapı Kredi Bank isə Master Card kartlarına üstünlük verir.
   Xatırladaq ki, hazırda ölkədə 8657 POS terminal fəaliyyət göstərir. Bütün terminalların 91%-i Bakının, 9%-i isə regionların payına düşür. POS terminalların 91%-i pərakəndə ticarət, ictimai iaşə və digər xidmət müəssisələrində quraşdırılıb.
   "İqtisadi forum" jurnalının məlumatına görə isə, 2009-cu ildə ölkə üzrə 533 POS terminal quraşdırılıb. Ümumilikdə POS terminalların sayı 8124-dən 8657-ə yüksəlib. Bütün terminalların 91%-i və ya 7871-i Bakının, 9%-i və ya 786-si isə regionların payına düşür. Ötən ilin dekabr ayında 44 POS terminal quraşdırılıb ki, bunların da hamısı paytaxtın payına düşüb. Həm noyabrda, həm də dekabrda regionlarda POS terminal quraşdırılmayıb.
   Onu da bildirək ki, POS terminalların sayının azlığı da ciddi problem kimi dəyərləndirilir. Bu, ilk növbədə nağdsız ödəmə sisteminin inkişafının qarşısını alır ki, sonda belə vəziyyət vergidən yayınma hallarının miqyasının artmasına təkan verir. Bunun nəticəsidir ki, yerli mağazaların əksəriyyəti POS terminallardan istifadədən imtina edir. Elə mağazalar da var ki, orada kart vasitəsilə pul ödəmək alınan malın qiymətinin 3 faiz bahalaşmasına gətirib çıxarır. Halbuki, adi bankomatlardan pul götürülərkən cəmi 1 faiz tutulur.
   Qeyd edək ki, əslində nağdsız ödəmə sisteminin geniş tətbiqinə 2008-ci il yanvarın 1-dən başlanmalı idi. Bu məqsədlə POS terminallar sisteminin geniş şəkildə quraşdırılması işinə də start verilməli idi. Lakin məsələ hələ də öz həllini tapmayıb.
   Bununla belə, məlumatlara görə, yaxın gələcəkdə Azərbaycanda mobil POS terminalların tətbiqi nəzərdə tutulur. Vergilər Nazirliyi hələ ötən ilin sonlarında bəyan edib ki, müasir informasiya texnologiyalarının tətbiqinə böyük önəm verilir və mobil POS terminalların tətbiqi də nazirliyin diqqət mərkəzindədir. Məlumatlara görə, mobil POS terminallar küçələrdə, ictimai yerlərdə kiçik alverin aparıldığı məntəqələrdə qurulacaq.
   
Tahir TAĞIYEV
Bank kreditlərinin və əmanətlərin faizləri düşəcək
Azərbaycanın bank sektorunda gözlənilməz dəyişikliklər baş verə bilər
Samir Əliyev: "Bütün hallarda əmanətçilərin əldə etdiyi faizlər kredit faizlərindən bir qədər aşağı olur"
Azərbaycan Bank Tədrisi Mərkəzinin direktoru Cavanşir Abdullayevin mətbuata verdiyi məlumata görə, qlobal maliyyə böhranının təsirilə bağlı, digər ölkələrdən fərqli olaraq, Azərbaycanda fəaliyyət göstərən bankların müflisləşmə təhlükəsi yoxdur.
   C.Abdullayevin açıqlamasından belə məlum olub ki, Azərbaycanın bank sektorunda kifayət qədər likvidlik yaranıb və bu likvidlik meyli cari ilin sonuna qədər davam edəcək: "Bu isə bankların gəlirliliyinə mənfi təsir göstərəcək. Hazırda ölkənin bank sektorunda artıq likvidlik olduğuna görə, builki əsas istiqamət əmanətlər və kreditlər üzrə faiz dərəcələrinin azaldılmasına yönəldiləcək. Çünki banklar cəlb etdiyi vəsaitin yerləşdirilməsində xüsusi ehtiyatlanma nümayiş etdirir. Bu da, təbii olaraq, bir tərəfdən depozit portfelinin artmasına, xüsusən də əmanətlərin sığortalanan hissəsinin genişlənməsinə, kreditlər üzrə risqlərin yüksək olması isə banklar tərəfindən əmanətlər üzrə faiz dərəcələrinin aşağı salınmasına gətirib çıxaracaq".
   İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev hesab edir ki, böhranla əlaqədər Mərkəzi Bankın uçot dərəcəsini 13 faizdən 2 faizə endirməsi bu sahədə müsbət mənada öz təsirini göstərib: "Ümumiyyətlə, uçot dərəcəsi bütün ölkələrdə ona görə aşağı salınır ki, iqtisadi aktivlik artsın. Bankların və daha doğrusu kreditləşmənin ölkə iqtisadiyyatında rolunun artırılması məqsədilə, adətən, uçot dərəcəsi aşağı salınır. Eyni zamanda, ölkədə infilyasiya səviyyəsi aşağı olanda uçot dərəcəsi də endirilir. Ona görə də Mərkəzi Bank bir çox ölkələrin ənənəvi təcrübəsindən çıxış edərək, uçot dərəcələrinin aşağı salınmasına qərar verdi. Həmçinin, bu addım ona görə atılmışdı ki, bank kreditləri faiz dərəcələrini aşağı salsın. Yəni banklar tərəfindən fiziki və hüquqi şəxslərə verilən kreditlərin faiz dərəcələri aşağı salınsın. Ancaq təəssüflər olsun ki, Mərkəzi Bankın uçot dərəcələrini aşağı salmasına baxmayaraq, Azərbaycanda kreditlərin faiz dərəcələrinin endirilməsi baş vermədi. Bu da ondan irəli gəlir ki, Azərbaycandaki banklarda uçot dərəcələrilə kredit faizləri arasında heç bir əlaqə yoxdur. Bunun səbəbi odur ki, bankların kreditləşməsində Mərkəz Bankın verdiyi kreditlərin həcmi az olduğuna görə, kredit faizlərinin aşağı düşməsində rol oynaya bilmir".
   Kredit faizlərinin arzuolunan səviyyədə aşağı düşməsi üçün bir neçə şərtin həyata keçirilməsinin vacib olduğunu bildirən S.Əliyevin sözlərinə görə, Mərkəzi Bank bundan ötrü kommersiya banklarına verdiyi kreditlərin həcmini artırmalıdır: "Məsələ ondadır ki, hələlik bizdə verilən kreditlərin faiz dərəcələri 20 faizdən aşağı deyil. Bu da kifayət qədər yüksək rəqəmdir. Ona görə də Mərkəzi Bank kommersiya banklarına verdiyi kreditlərin həcmini artırmalıdır. Digər tərəfdən, ümumiyyətlə, uçot dərəcəsilə, kommersiya banklarının faiz dərəcələri arasında əlaqə yaradılmalıdır. Əmanətlər məsələsinə gəldikdə isə, banklar faizi əmanətçiyə o halda verir ki, bank öz vəsaitini hansısa istehsalata yönəldir və oradan çoxlu gəlir götürür. Yaxud da kiməsə kredit verir və kreditin faizi hesabına əldə etdiyi gəliri yenidən əmanətçiyə yönəldir. O baxımdan, kredit faizləri yüksək olanda, əmanətçilərin də faizi, kredit faizlərinə uyğun olaraq, bir qədər yüksək olur. Ancaq bütün hallarda, əmanətçilərin əldə etdiyi faizlər kredit faizlərindən bir qədər aşağı olur. Onu da qeyd edim ki, dünyanın heç bir yerində Azərbaycandakı banklar qədər əmanətçilərə yüksək faiz verilmir. Bu onu göstərir ki, əmanətlərin faizləri real deyil və bu, banklar üçün problemlər yarada bilər".
   S.Əliyev bu il Azərbaycan banklarının hansısa ciddi problemi olmayacağı qənaətindədir: "Rəsmi məlumatlara görə, böhran dövründən Azərbaycan bankları uğurla çıxdı. Verilən bu açıqlamada həqiqət var. Ancaq bunun səbəbi onunla əlaqədardır ki, Azərbaycan bankları böhran dövründə həddən artıq ehtiyatlılıq nümayiş etdirdi. Yəni ölkə bankları böhran dövründə konservativ maliyyə siyasəti yürütdülər. Bu baxımdan onlar özlərini qoruya bildi. O üzdən bu il bankların hansısa iflas, müflisləşmə və bağlanma təhlükəsi gözlənilmir. Digər tərəfdən, ötən il hökumət Mərkəzi Banka əlavə səlahiyyətlər verdi və həmin səlahiyyətlər sayəsində bankların fəaliyyəti tənzimlənir. O baxımdan, ciddi problemlər gözlənilmir".
   
Vidadi ORDAHALLI
 
 
 SON XƏBƏRLƏR
2010-02-24 Yasamalda üç avtomobil toqquşdu, yaralı çətinliklə çıxarıldı
2010-02-24 Bakıda öz mənzillərində ehtiyacdan ölmüş ana və qızı aşkarlandı
2010-02-24 "Qış bulvarı" yox, sadəcə şəhər parkı...
2010-02-24 Məntəqə və dairə komissiyalarının üzvləri əməkhaqlarını ala bilmir
2010-02-24 Portuqaliyada daşqın baş verib, 30 nəfərdən çox insan itkin düşüb
2010-02-24 AZAL Bakı-Naxçıvan aviareyslərindən uzaqlaşdırılıb
2010-02-24 Üç partiya polislə toqquşmada həbs olunmuş 5 dinçinin hüquqlarını müdafiə komitəsi yaratdı
2010-02-24 Sumqayıtda valyutadəyişənləri güllələmiş qatilin fotorobotu hazırlandı
2010-02-24 Yasamal polisi Aydəmirovdan "PM" tapançası götürdü
2010-02-24 "Nar Mobile"nin Şirvan şöbəsinə pulla işçi yığan dələduz tutuldu
2010-02-24 Bakıxanov qəsəbəsində aptekə oğru girdi
2010-02-24 "Xocalı günü" Ankaradakı Keçiören bələdiyyəsindəki abidə yad ediləcək
2010-02-24 Rusiyanın Mozambikdəki səfiri ATƏT-in Minsk Qrupuna həmsədr gəlir
2010-02-24 "Azəryolservis"in işçiləri "Tərəqqi" medalı aldı
2010-02-24 Prezident Lökbatanda Qarabağ əlil və şəhid ailələri üçün bina açılışında iştirak etdi
2010-02-24 Piter Semnebi Azərbaycana hələ bir müddət də gəlib-gedəcək
2010-02-24 "Xocalı qətliamına" görə 286 nəfər cinayət məsuliyyətinə cəlb olunub
2010-02-24 Ombudsmanlığa üç yeni namizədin adı Milli Məclisə təqdim edildi
2010-02-24 Lalə Şövkət haqqında qalmaqallı məqalə müəllifinin kimliyinə aydınlıq gətiriləcək
2010-02-24 "Nizami" metrosunda telefon oğrusu Nazim Heydərov yaxalandı
2010-02-24 15 il bağlı qalmış 300-dən çox cinayətin üstü açılıb
2010-02-24 Pullu yolların özü gəlməmiş mübahisəsi başladı
2010-02-24 Salyan avtovağzalındakı bazar davasına rayondan cavab gəldi
2010-02-24 ABŞ-dakı azərbaycanlılar bu dövlətin başçılarına 1211 "Xocalı məktubu" göndərib
2010-02-24 Polis-jurnalist münasibətləri ətrafında çarpaz müzakirələr aparıldı
2010-02-24 Kriminal avtoritet Rauf Quliyev prokurorun ona qarşı qərəzli olduğunu deyir
2010-02-24 Ermənistan prezidentinin kürəkəni qaynatasına qarşı çıxdı
2010-02-24 İranın Bakıdakı səfirliyi İrəvandakı səfirin səhvini düzəltməyə çalışdı
2010-02-24 Ermənistan parlamenti Kollektiv Operativ Reaksiya Qüvvələrinin yaradılması haqqında müqaviləni ratifikasiya edib
2010-02-24 "Əl-Qaidə" indi də Türkiyəni hədələdi
2010-02-24 Yanukoviç Moskvanı Brüsselə dəyişdi?
2010-02-24 İran parlamentinin vitse-spikeri ölkəsinin Ermənistan səfirinin sözlərinə "əhəmiyyət verməyin" deyib
2010-02-24 ABŞ-ın Azərbaycan siyasətinə həsr olunmuş konfrans keçiriləcək
2010-02-24 Dmitri Roqozin deyir ki, Rusiya öz hərbçilərini heç bir halda Əfqanıstana göndərməyəcək
2010-02-24 Böyük Quruluş BAXCP və Ədalət partiyaları "Vətən" bayrağının altına yığışırlar
2010-02-24 AMİP daha İran səfirliyi qarşısında görünmür
2010-02-24 "Cundullah" terror təşkilatının rəhbəri İranda həbs edildi
2010-02-24 Silivri həbsxanası məhbus türk general və zabitləri ilə dolub
2010-02-24 Şirvan şəhər sakini Qarayev Azərin qarajından mal-qara oğurlanıb
2010-02-24 Qeyri-adi tam verən GMO-lu meyvələr siyasilərin də diqqətindən yayınmayıb
2010-02-24 Ovçular Daşkəsən meşələrində dəhşətli yanğın törədib
2010-02-24 Bank kreditlərinin və əmanətlərin faizləri düşəcək
2010-02-24 "Texnikabank" və "Dekabank" POS terminal xidmətində digərlərindən nə ilə fərqləndi?
2010-02-24 İKT sektorunun yeni inkişaf mərhələsi başlayır
2010-02-24 Məni həbsxanaya salın!
2010-02-24 "Bursaspor" "Fənərbaxça"nın fənərini öz meydanında söndürdü
2010-02-24 "Everton"un qapıçısı "Qalatasaray"dan qorxur
2010-02-24 Mübariz Mənsimov "Beşiktaş"da islahatlara başlayır
2010-02-24 Qış Olimpiadasında daha bir ölüm hadisəsi
2010-02-24 Bülent Korkmaz "Bakı"da ilk cəzasını aldı
2010-02-24 "Real" və "Barselona"nın Eşli Koul davası
2010-02-24 Ronaldo karyerasını bitirəcəyi tarixi açıqladı
2010-02-24 AFFA-nın "Xəzər Lənkəran"la qalmaqalı böyüyür
2010-02-24 Azərbaycanda dünya futbolunda görünməmiş hadisə
2010-02-24 "BlackBerry" telefonu "İlin brendi" oldu
2010-02-24 Yasamal polisi ailəsindən küsən kişini bir ay sonra geri qaytardı
2010-02-24 Avtoritet "Dərzi Taleh"in məhkəməsi başladı
2010-02-24 Bakıda üç ayda on mənzil qarət etmiş Mahir Həsənov 10 il aldı
2010-02-24 Üç oğru, üç doğru, bir yalançı çərşənbə...
2010-02-24 "Anar bu işi sonsuza qədər davam etdirməlidir"
2010-02-24 Bərdənin 90 kəndinin 70-də qaz yoxdur
2010-02-24 "Bizə vəhhabi deyirlər, biz sadəcə müsəlmanıq"
2010-02-24 "Azərbaycan Dəmir Yolları"nda Xeyrulla Hümbətovun vəzifəsi ləğv olundu
2010-02-24 Sadıq Murtuzayevin təklifinə şərik olmayanlar var
2010-02-24 "Muskomediya"nın Yaradıcılıq Studiyası mübahisəyə səbəb oldu
2010-02-23 Mənzillərin hər kvadratına 5 min manat istəyənlər Bakıda piketə cəhd etdilər
2010-02-23 Cəlilabadda Rahim Qasımovun dəyirmanında faciə...
2010-02-23 Ceyranbatanda 5 otaqlı ev yandı
2010-02-23 Rauf Talışinskinin müavini həbs olundu
2010-02-23 Lalə Şövkət ona "KQB agenti" deyən qəzeti məhkəməyə verdi
 
 
 
Copyright (c) Bakı Xəbər 2009