24 Fevral 2010-cı il, N 297(1195)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3666)
"Mən baldırlarımı açıb göstərmirəm" (3557)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2492)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2439)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2259)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2034)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1757)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1650)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1362)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1344)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Silivri həbsxanası məhbus türk general və zabitləri ilə dolub
Türkiyədə ordu-iqtidar qarşıdurması daha kəskin xarakter alır
Türkiyənin siyasi gündəmini məşğul edən əsas hadisə fevralın 22-də polisin "Balyoz" istintaqı çərçivəsində hərbi çevriliş cəhdi ilə hakimiyyəti ələ keçirmək üçün ölkədəki məscidləri partlatmağı planlaşdıran 50-dək hərbçini həbs etməsidir. Ordunun elitasında bir vaxtlar yüksək vəzifələr tutmuş hərbçilərin həbsi hökumət-ordu münasibətlərini xeyli kəskinləşdirib.
   Xatırladaq ki, yeni həbslərdə vaxtilə ölkənin ən nüfuzlu hərbi şəxsləri nəzarətə alınıb. Ankara, İstanbul və İzmirdə həyata keçirilən əməliyyatlar zamanı Baş Qərargah rəisinin keçmiş müavini, keçmiş 1-ci Ordu komandanı, ehtiyatda olan general Ergin Sayqun, Hərbi Hava Qüvvələrinin keçmiş komandanı İbrahim Fırtına, Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı, ehtiyatda olan admiral Özgen Ömek, ehtiyatda olan general Engin Alan və 10-larla polkovnik həbs olunub. Keçmiş hərbçilərin "Balyoz" əməliyyatında təqsirli bilinərək saxlandığı bildirilir. Məsələyə artıq dövlət səviyyəsində münasibət bildirilib. Prezident Abdulla Gül qeyd edib ki, belə bir həssas dönəmdə hər kəs səbrlə prosesin sonunu gözləməlidir. İspaniyada rəsmi səfərdə olan ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə Türkiyədə baş verənlər barədə onunla səfərdə olan daxili işlər naziri Bəşir Atalaydan məlumat alıb. İspaniyalı həmkarı Xose Luis Sapatero ilə birgə keçirdiyi mətbuat konfransında çıxışını yarımçıq saxlayan Ərdoğan qeyd edib ki, məsələnin kökündə nəyin dayandığını bilmədiyi üçün konkret heç nə deyə bilməz. O, həbslərlə bağlı şərh verməkdən imtina edərək, yalnız onu bildirib ki, bu addım prokurorların əmrlərilə atılıb.
   Hələlik isə o məlumdur ki, həbslər "Ergenekon işi" adını almış uzun sürən istintaqın bir hissəsidir. Bu planda iştirak edən dünyəvi elita simalarının siyasi İslam dinindən qaynaqlanan hakim AKP-ni devirməyə cəhd etdiyi0 iddia olunur. İndiyə kimi istintaq ərzində 200-dən çox adama qarşı ittiham irəli sürülüb.
   Türkiyə müxalifəti isə artıq baş verənlərə etiraz nümayiş etdirir. Ana müxalifət olan Cumhuriyyət Xalq Partiyasının (CHP) lideri Dəniz Baykal bildirib ki, demokratik cəmiyyətlərdə bu cür hadisələr yaşana bilməz: "Baş verənlər Türkiyədə nə hüququn, nə demokratiyanın işlədiyini göstərir. Sanki Türkiyə işğal altındadır. Az əvvəl cəmiyyətdə ən mötəbər insanlar hesab edilən, vaxtilə vətənə xidmət sahəsində böyük qabiliyyətlər nümayiş etdirən insanların birdən-birə terrorçu kimi suçlanmasının altında nələrin yatdığını ictimaiyyət yaxşı təxmin edir". CHP-nin digər təmsilçisi Mustafa Özürəyin də məsələyə münasibəti sərt olub. Onun sözlrinə görə, baş verənlər bütün ölkə və ordu üçün qorxuncdur: "Bir anda 100-dən çox zabit tutulur və cəmiyyətdə xof yaratmaq istənilir. Biz "Ergenekon işi"nin siyasi xarakterli olduğunu əvvəldən demişik. Baş verənlər bunu bir daha təsdiq edir. Elə təsəvvür yaranır ki, AKP Türk Silahlı Qüvvələrini ləğv edib, yerində dinə bağlı ordu qurmaq istəyir. Belə getsə, orduda xidmət verəcək zabit qalmayacaq, sanki bütün ordu terrorçu kimi göstərilir. İnsanları dəstə-dəstə tutub Silivriyə doldururlar, Silivri, sanki savaş zamanı əsirlərin toplandığı düşərgədir".
   Dünya mediası isə baş verənləri AKP hökuməti ilə dünyəvilik tərəfdarı olan qüvvələr arasında çəkişmə kimi dəyərləndirir.
   Xatırladaq ki, "Balyoz" məsələsi hələ ötən ay AKP iqtidarına yaxın olan "Tərəf" qəzeti tərəfindən gündəmə gətirilib. Həmin vaxt qəzet yazırdı ki, 2002-ci ildə Ədalət və İnkişaf Partiyasının təkbaşına iqtidara gəlməsindən narahat olan Türkiyə Silahlı Qüvvələri içərisindəki bir qrup 1980-ci il sentyabrın 12-dəki "Bayraq hərəkatı"nı örnək alaraq çevriliş planı hazırlamağa başlayıb. "Tərəf"in iddiasına görə, çevrilişə hazırlıq toplantılarının səs yazılarından bu toplantılara qatılan yüksək rütbəli hərbçilərin qeydlərinə, "çox gizli" şifrəli rəsmi hərəkat əmrlərindən çevriliş üçün zəmin hazırlama məqsədi daşıyan "Çarşaf", "Saqqal", "Suga" və "Oraj" kod adlı əməliyyat planlarına, çevriliş zamanı həbs ediləcək və əməkdaşlıq ediləcək şəxslərin siyahılarından çevriliş sonrası icra ediləcək hökumət planına qədər bütün detallar bilgisayarda toplanıb.
   2002-ci ilin sonunda başlayan və 2003-cü ilin martına qədər davam edən planın 5000 səhifədən çox olduğu, plana o zaman birinci ordu komandanı general Çətin Doğanın rəhbərlik etdiyi bildirilir. İddia olunur ki, general Doğan 2003-cü ildə birinci ordunun plan seminarlarının proqramında dəyişiklik edərək, ölkə daxilində təhdidi xarici təhdiddən önə çıxarıb, bunun məqsədi isə hazırlanan "Balyoz" planını pərdələmək olub. Plan tamamilə 12 sentyabr çevrilişi modelilə hazırlanıb - öncə ölkədə fövqəladə vəziyyət rejimi elan etmək üçün Yunanıstanla gərginliyin artırılması, irtica tərəfdarlarının ordu əleyhinə fəaliyyətlərə təhrik edilməsi, hökumət və parlament üzərində təzyiqlərin gücləndirilməsi, Egey dənizində yunanlarla müharibə provokasiyasının hazırlanması, hətta bir türk təyyarəsinin vurulması, "cübbəli, sarıqlı, çarşaflı" adamların İstanbulun mühafizəkarlığı ilə tanınan Fatih və Kadıköy səmtlərində aksiyalar təşkil etməsi və Hava Muzeyinə hücum etməsi, parlamentin binası üzərindən hərbi təyyarələrin uçurulması yolu ilə psixoloji təzyiq göstərilməsi, məscidlərə hücumların təşkil olunması, insanların öldürülməsi kimi vahiməli addımların həyata keçirilməsi nəzərdə tutulub. Ordu isə bütün bunların cəfəngiyat olduğunu bildirir.
   
Tahir TAĞIYEV
"Cundullah" terror təşkilatının rəhbəri İranda həbs edildi
İranda "Cundullah" (Allahın ordusu) terror təşkilatının rəhbəri Əbdülməlik Riygi həbs edilib.
   APA-nın "İRNA"ya istinadən verdiyi məlumata görə, uzun sürən axtarışlardan sonra onlarla insanın qatili İran polisi tərəfindən keçirilən əməliyyat zamanı ələ keçib. O, İranın Sistan və Bəlucistan əyalətində bir neçə yüksək rütbəli dövlət məmururunun qətlinin təşkilatçısı hesab olunur.
AMİP daha İran səfirliyi qarşısında görünmür
Əli Orucov: "Qərar veriləcək"
Dünya Azərbaycanlıları Konqresi İranın son günlər Azərbaycana qarşı yürütdüyü təhdid siyasətinə etiraz olaraq, fevralın 22-də bu ölkənin Azərbaycandakı səfirliyinin binası qarşısında piket keçirdi. Amma həmin aksiyada Cənubi Azərbaycanda insan haqlarının müdafiəsi məsələsini özünün başlıca siyasi prioritetlərindən biri elan etmiş Azərbaycan Milli İstiqlal Partiyası və ya onun nümayəndələri gözə dəymədi.
   Halbuki, əvvəllər İran Azərbaycana qarşı xarici siyasətdə qeyri-səmimi mövqe tutan hərəkətə yol verəndə və ya Cənubi Azərbaycanda insan hüquqlarının kobud şəkildə pozulması faktlarına görə AMİP-çilər dəfələrlə İran səfirliyi qarşısında, hətta icazəsiz etiraz aksiyaları keçirməyə cəhd göstəriblər. Bu dəfə meydanda görünməmələrinin səbəbini isə AMİP sədrinin müavini Əli Orucovdan soruşduq.
   Əli Orucov İranda Azərbaycan əleyhinə aparılan siyasi kampaniyanın diqqətdən kənarda qalmadığını və bu məsələ ilə bağlı partiyada müzakirələr aparıldığını dedi: "Son günlər İranda həm milli-azadlıq fəallarına qarşı repressiyaların güclənməsi, həm də Azərbaycan dövləti əleyhinə çıxışların təşkili bizi də narahat edir.
   Təbrizdə Azərbaycan konsulluğu qarşısında dövlət bayrağımızın yandırılması bizdə çox böyük narahatlıq yaratdı. Biz İran hakimiyyətindən türklərə qarşı təqib və təzyiqləri durdurmağı tələb edirik. Bu məsələlər Milli İstiqlal Partiyasının diqqətindədir və müzakirələr aparılır. Bununla bağlı sərt münasibətimizi bildirmişik. Digər üsullara əl atılmasına gəlincə, bununla da bağlı qərar veriləcək.
   Düşünürük ki, İran rejiminin son vaxtlar apardığı siyasət qəbuledilməzdir. Bu, həm beynəlxalq hüquqa, həm də İranın özünün konstitusiyasına ziddir.
   O ki qaldı, AMİP-in fevralın 22-də İran səfirliyi qarşısında keçirilən aksiyada iştirak etməməsinə, həmin piket Dünya Azərbaycanlıları Konqresi tərəfindən təşkil olunmuşdu.
   Bununla bağlı bizə heç bir müraciət edilməmişdi və bizim də bu barədə məlumatımız yox idi. Zərurət yaranarsa, partiya məsələni gündəmə gətirə bilər".
   İranın siyasətinə qarşı etirazın müxtəlif üsullarından istifadə oluna biləcəyini deyən Ə.Orucov bildirdi ki, hələlik müzakirələr başa çatmayıb. Onun fikrincə, ilk növbədə, İranda fundamental insan hüquqlarının qorunmasına nail olmaq vacibdir.
   
Müşfiq ABDULLA
Böyük Quruluş BAXCP və Ədalət partiyaları "Vətən" bayrağının altına yığışırlar
Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi və Ədalət partiyalarının yaradacağı seçki blokunun "Vətən" Bloku adlandırılması nəzərdə tutulur.
   Ədalət Partiyasının sədr müavini Elxan Şükürlünün APA-ya verdiyi məlumata görə, blokun yaradılması istiqamətində qeyri-rəsmi müzakirələr aparılıb. O, blokun təkcə seçkilərlə bağlı yaradılmayacağını deyib: "İndi seçkilərdən də vacib vətənin taleyi, problemləridir. İstəyirik ki, siyasi partiyalar arasında ölkə problemlərini müntəzəm müzakirə edən, konkret təkliflərlə, proqramlarla çıxış edən çevik bir məşvərətçi qurum olsun. Ona görə də blokun adının "Vətən" olmasını təklif etmişik". E.Şükürlü bildirib ki, yeni yaranacaq blokun seçkilərə vahid namizədlər siyahısı ilə qatılması nəzərdə tutulur: "Amma hələlik bunlar təşəbbüs şəklindədir. Razılıq olsa, aprel ayının birinci yarısınadək blok yaradılacaq. Ancaq ola da bilər ki, heç razılaşma olmasın və blok da yaranmasın".
   
Dmitri Roqozin deyir ki, Rusiya öz hərbçilərini heç bir halda Əfqanıstana göndərməyəcək
Rusiya heç bir şərt daxilində Əfqanıstandakı əməliyyatın hərbi fazasında iştirak etməyəcək, bu, Moskvanın prinsipial mövqeyidir.
   APA-nın məlumatına görə, bunu "Exo Moskvı" radiostansiyasına müsahibəsində Rusiyanın NATO-dakı daimi nümayəndəsi Dmitri Roqozin bildirib.
   Bununla yanaşı, diplomat bildirib ki, Rusiya ilə NATO-nun münasibətləri bu gün kifayət qədər konstruktivdir.
   Roqozinin fikrincə, Şimali Atlantika alyansı ilə əməkdaşlıqda mümkün sahələrdən biri narkotiklərlə mübarizədir və qeyd edib ki, 2002-ci ildən bu günə kimi Əfqanıstan ərazisində uyuşdurucu istehsalı 40 dəfə artıb.
   
ABŞ-ın Azərbaycan siyasətinə həsr olunmuş konfrans keçiriləcək
ABŞ-ın Azərbaycan, Qafqaz və Xəzər regionları ilə bağlı yürütdüyü təhlükəsizlik və enerji siyasəti fevralın 23-də Vaşinqton və Prinstonda (Nyu-Cersi) müzakirə olunacaq.
   APA-nın Vaşinqton müxbirinin məlumatına görə, "Təhlükəsizlik, enerji və ABŞ-ın maraqları" mövzusunda konfrans Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində keçiriləcək. Konfransda Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov, məşhur analitiklər Ariel Koen, Vladimir Sokor, Tomas de Vaal, Stiven Blenk və başqaları iştirak edəcək.
   
   
İran "Fars körfəzi" sözünə görə dünyaya meydan oxumağa başladı
Keçilməz dağlarda daha iki nüvə zavodunun tikintisi barədə qərar dünyanı hövsələdən çıxarıb
Müharibə ehtimalları artır
Azərbaycanın cənub qonşusu olan İran bu dəfə iki mühüm məsələ ilə bağlı yenidən dünyanın diqqət mərkəzinə gəlib. Bu məsələlərdən biri, həmişə olduğu kimi, İranın nüvə proqramı, digəri isə Fars və ya Ərəb körfəzi ətrafında yaranan qalmaqaldır. Yeri gəlmişkən qeyd edək ki, ikinci məsələnin, birbaşa olmasa da, dolayısı ilə Azərbaycana da aidiyyəti var.
   Nüvə məsələsinə gəlincə isə, İran uranın zənginləşdiriləcəyi iki yeni obyektin inşasına başlamağı planlaşdırdığını bildirib. İranın dövlət mətbuatı ölkənin nüvə proqramının başçısı Əli Əkbər Salehiyə istinadən bildirir ki, obyektlərin inşası İran təqvimi ilə yeni ildə, yəni mart ayında başlayacaq. Xatırladaq ki, İran hələ ötən ilin noyabr ayında beynəlxalq ictimaiyyətin nüvə prosesini dayandırmaq çağırışlarına əhəmiyyət verməməyə davam edərək, Natanzda mövcud obyektdən əlavə, uran zəngiləşdirən yeni 10 zavodun inşasını planlaşdırdığını bildirmişdi.
   İki yeni obyektin isə düşmənin hərbi hava hücumundan qorunması üçün çətin keçilə bilən dağlıq ərazidə tikilməsi nəzərdə tutulur. Rəsmi Tehranın uranın zənginləşdirilməsi istiqamətində daha iki zavodun inşası haqqında qərarı ABŞ- da birmənalı qarşılanmayıb. Rusiya mətbuatının yazdığına görə, bunun qarşısını almaq üçün rəsmi Vaşinqton İranda yerləşən nüvə stansiyalarına hücüm haqqında plan hazırlamağa başlayıb. "Bi-Bi-Si Nyus" isə nəzərdə tutulan hərbi hücum barədə ABŞ-ın Birləşmiş Komitəsinin rəhbəri Mayk Mullenin fikirlərinə diqqət çəkir: "İrana hərbi müdaxilə bu ölkənin nüvə siyasətini ləngidə bilər, ancaq tam həll etmək iqtidarında olmayacaq".
   İsrail rəsmiləri isə Tehranın nüvə proqramının dayandırılması vaxtının gəlib çatdığını bəyan edir. İsrailin baş naziri Benyamin Netanyahu BMT Təhlükəsizlik Şurasının addıma razılıq verib-verməməsindən asılı olmayaraq, İranın enerji sektoruna dərhal embarqo qoyulmasına çağırıb.
   Maraqlıdır ki, belə bir vaxtda İsraildə bir sutka havada qala bilən və İranadək uça bilən yeni pilotsuz təyyarə hərbi hava qüvvələrinin arsenalına verilib. "Eytan" təyyarəsinin bir ton yük götürdüyü və 12 kilometr yüksəkliyə qalxmaq imkanına malik olduğu bildirilir. Proseslərin gedişini təhlil edən ekspertlərə görə, baş verənlər artıq ABŞ və İsrailin eyni vaxtda İranın nüvə obyektlərini darmadağın etmək üçün hərbi əməliyyatlara başlaya biləcəyindən xəbər verir. Ancaq məsələni müzakirə edən amerikalı politoloqlar Ceyms Lindsi və Rey Teyki İrana hücumun tərəfdarı olmadığını bildirib. Rey Teyki bununla bağlı qeyd edir: "Bu baş verərəsə, həm region, həm də dünya üçün ciddi fəsadlar yarada bilər. Çünki nüvə müharibəsinin başlanması dünyanın sonu deməkdir".
   Ceyms Lindsi isə qəti əmin olduğunu bildirib ki, İrana hücum olsa, rəsmi Tehran dərhal İsraili məhv etmək istəyəcək: " İsraillə münasibətlər elə də yaxşı deyil. İran bilir ki, İsrail ABŞ-ın müttəfiqidir. Odur ki, İrana hərbi müdaxilə olsa, İsrail bunun ziyanını çəkəcək".
   Qeyd edək ki, bundan əvvəl İspaniyada səfərdə olarkən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İranın nüvə problemini yalnız dinc diplomatik vasitələrlə həll etməyə çağırıb. Onun fikrincə, İsrailin İslam respublikasına hücumu təsəvvürə gətirilməyəcək dəhşətli nəticələrə gətirib çıxara bilər.
   Yuxarıda qeyd edildiyi kimi isə, İranı yenidən diqqət mərkəzinə çəkən digər məsələ körfəzlə bağlıdır. İran xəbərdarlıq edib ki, daxili uçuş monitorlarında "Fars körfəzi" sözünü yazmayan hava yolları şirkətlərinin onun hava məkanından istifadəsinə qadağa qoyacaq. Ölkənin Nəqliyyat Nazirliyi, hətta bu qaydaya əməl etməyən təyyarələri müsadirə edəcəklərilə də hədələyib. İran israr edir ki, onu cənub qonşularından ayıran su məkanı Fars Körfəzi kimi tanınmalıdır.
   Oranın sadəcə "körfəz" adlandırılması İran hakimiyyətini qıcıqlandırır, Ərəb Körfəzi adlandırılması isə daha çox qəzəbləndirir.
   İndi İranın nəqliyyat naziri Həmid Behbahani xarici hava yollarına 15 gün vaxt verib ki, öz uçuş monitorlarında adı Fars Körfəzi olaraq qeyd etsinlər: "Bunu etməzlərsə, onların İranın hava məkanına girməsinə imkan verilməyəcək. Bu təkrar olunarsa, xarici hava yollarına məxsus təyyarələr enməyə məcbur ediləcək və onların İranı tərk etməsinə icazə verilməyəcək".
   Ərəb ölkələri isə İranın mövqeyilə razılaşmır. Onlar sözügedən körfəzin ya Ərəb körfəzi, ya da sadəcə körfəz adlandırılmasını tələb edir.
   Bununla bağlı yaranan ziddiyyət nəticəsində bu ilin aprel ayında İranda keçirilməsi nəzərdə tutulan Atletika Yarışları ləğv edilib. Bu barədə Səudiyyə paytaxtı Ər-Riyadda mənzillənmiş İslam Həmrəyliyi Olimpiya Federasiyası məlumat verib.
   Bu federasiyaya rəhbərlik edən Səudiyyə Olimpiya Federasiyasının sədri Sultan bin Fəhd bildirib ki, səbəb İran təşkilat komitəsinin özbaşına qəbul edilmiş bir sıra qərarları olub. İran təşkilatçıları yarışların bir sıra plakatlarında və habelə medal və mükafatlarda, ən başlıcası isə yarışların emblemində "Fars Körfəzi" sözlərinin yazılmasını planlaşdırırmış.
   Bir sıra ərəb ölkələri isə körfəzin düzgün adının Ərəb Körfəzi olduğunda israrlıdır. İran tərəfi ləğv qərarına cavab olaraq bildirib ki, Ərəb tərəfi özünün arqumentlərini ortaya qoymadan birtərəfli qərar qəbul edib. Ümumiyyətlə isə körfəzin necə adlandırılması barədə mübahisə, artıq onilliklərdir ki, İran və ərəb ölkələri arasında dərin ixtilaflara səbəb olur.
   
Tahir TAĞIYEV
İran parlamentinin vitse-spikeri ölkəsinin Ermənistan səfirinin sözlərinə "əhəmiyyət verməyin" deyib
"Mən bu Ərdəşiri tanımıram"
"Mən sözümü demişəm və bir daha təkrar edirəm ki, İran istər Qarabağ münaqişəsinin həllində, istərsə də digər məsələlərdə Azərbaycanın yanındadır".
   Bu sözləri APA-ya eksklüziv açıqlamasında İran İslami Şura Məclisi sədrinin müavini Məhəmmədrza Bahünər deyib.
   Vitse-spiker bildirib ki, onun dedikləri İran dövlətinin rəsmi mövqeyidir: "Özü də bu mövqeni ilk dəfə mən ifadə etmirəm. Ölkə prezidenti də dəfələrlə bəyan edib ki, İran və Azərbaycan yaxın, dost və qardaş ölkədir, həmişə Azərbaycana kömək etməyə hazırıq. Bu bizim rəsmi mövqeyimizdir".
   M.Bahünər İranın Ermənistandakı səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Ərdəşir Cavadinin şərhinə də münasibət bildirib: "Adamlar bəzən düşünmədən danışırlar və çox söz deyirlər. Siz onlara fikir verməyin, bu həmişə olub, olacaq da... Mən Ərdəşiri tanımıram, heç sözünə də əhəmiyyət vermirəm".
   Qeyd edək ki, M.Bahünər Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədovla görüşündə İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, ölkəsinin Dağlıq Qarabağın Azərbaycana qaytarılması üçün beynəlxalq səviyyədə səylərini davam etdirəcəyini bildirib. İranın Ermənistandakı səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Ərdəşir Cavadi isə bunun M.Bahünərin şəxsi fikirləri olduğunu, dövlətin mövqeyinin yalnız prezident, xarici işlər naziri və Xarici İşlər Nazirliyinin Aparatı tərəfindən ifadə olunduğunu deyib.
Yanukoviç Moskvanı Brüsselə dəyişdi?
Yeni prezident ilk səfərini NATO paytaxtına edəcək
Ukraynanın yeni prezidenti Viktor Yanukoviç dövlət başçısı qismində ilk rəsmi səfərini Brüsselə edəcək.
   Milli.Az "Kommersant-Ukrayna"ya istinadən xəbər verir ki, fevralın 25-də səlahiyyətlərinin icrasına başlayacaq Yanukoviç Brüsselə martın 1-də yollanacaq. Artıq bir sıra Avropa ölkələrinin liderləri Ukraynanın yeni prezidenti ilə görüşə razılıq verib. Yanukoviçin Brüsseldə Avropa İttifaqının prezidenti Herman Van Rompey, Avropa Komissiyasının rəhbəri Joze Manuel Borrozu, Avropa Parlamentinin sədri Yeji Buzeklə görüşləri nəzərdə tutulub. Martın ilk ongünlüyündə Yanukoviçin Moskvaya da səfər edəcəyi bildirilir.
   
"Əl-Qaidə" indi də Türkiyəni hədələdi
Beynəlxalq terror təşkilatı olan "Əl Qaidə" Türkiyənin Əfqanıstandakı rolunu sərt tənqid edib.
   Türkiyə mətbuatının SNN kanalına istinadən verdiyi xəbərə görə, təşkilat tərəfindən yayımlanan videoyazıda rəsmi Ankara kəskin ittiham edilib. Videoda görüntüsü yer almayan səsin "Əl Qaidə"nin ikinci şəxsi sayılan Əyman əl-Zəvahiriyə aid olduğu bildirilir. Türkiyəni İslama və möminlərə qarşı günah işlətdiyini deyən Zəvahirinin ardınca Muaat əl-Türki adlı bir türkün də fikirləri yer alır. 22 dəqiqəlik videoyazının sonunda Muaat əl-Türki yaxında şəhid olacağını bildirib. O, Birləşmiş Ştatlarda həyata keçirilən 11 sentyabr terror aktına da haqq qazandırıb.
   
Ermənistan parlamenti Kollektiv Operativ Reaksiya Qüvvələrinin yaradılması haqqında müqaviləni ratifikasiya edib
Ermənistan parlamenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bazasında Kollektiv Operativ Reaksiya Qüvvələrinin yaradılması haqqında müqaviləni ratifikasiya edib.
   APA-nın "Armenia today" portalına istinadən verdiyi məlumata görə, sənədin müzakirəsində çıxış edən Beynəlxalq əlaqələr komissiyasının sədri Armen Rustamyan deyib ki, Kollektiv Operativ Reaksiya Qüvvələri ölkənin təhlükəsizliyini gücləndirəcək. Onun fikrincə, kollektiv qüvvələrin mövcudluğu Ermənistana qarşı olan xarici qüvvələri aqressiv əməllərindən çəkindirəcək. A.Rustamyan Ermənistan üçün təhlükə mənbələrindən danışarkən Azərbaycanın adını çəkib. Qeyd edək ki, Kollektiv Operativ Reaksiya Qüvvələri haqqında müqavilə 2009-cu ilin iyununda imzalanıb. Rusiya prezidenti Dmitri Medvedev bildirib ki, kollektiv qüvvələr öz hərbi potensialına görə NATO-dan geri qalmamalıdır.
   
İranın Bakıdakı səfirliyi İrəvandakı səfirin səhvini düzəltməyə çalışdı
"Ermənistan KİV-i yalan yazıb"
İranın Azərbaycandakı səfirliyi Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumatları təkzib edib. "Rəsmi Tehranın Dağlıq Qarabağ problemilə bağlı mövqeyi dəyişməzdir və bu, İslam Respublikası prezidenti, xarici işlər naziri və ölkənin digər rəsmi şəxsləri tərəfindən dəfələrlə səsləndirilib.
   İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu mövqe sonadək belə qalacaq" - deyə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib.
   Səfirlikdən bildiriblər ki, Ermənistan KİV-i iranlı diplomatların İrəvanda səsləndirdiyi bəyanatları təhrif edib.
   Qeyd edək ki, bir müddət öncə İranın Ermənistandakı səfirliyi İran parlamentinin vitse-spikerinin rəyinə qarşı çıxış edib və bununla da Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxıb. Belə ki, İranın Ermənistandakı səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə məsul nümayəndəsi Ərdəşir Cavadi İslam Respublikası parlamentinin vitse-spikeri Rza Bahonarın bəyanatını şərh edərkən bildirib ki, xarici siyasi məsələlərdə İranın rəsmi mövqeyini yalnız İran prezidenti, xarici işlər naziri və Xarici İşlər Nazirliyi Aparatı ifadə edir.
   Xatırladaq ki, İran parlamentinin vitse-spikeri bildirib ki, "İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. İran beynəlxalq səviyyədə həmişə Dağlıq Qarabağın Azərbaycana qaytarılması üçün səy göstərib və göstərəcək".
   
   
   
 
 
 SON XƏBƏRLƏR
2010-02-24 Yasamalda üç avtomobil toqquşdu, yaralı çətinliklə çıxarıldı
2010-02-24 Bakıda öz mənzillərində ehtiyacdan ölmüş ana və qızı aşkarlandı
2010-02-24 "Qış bulvarı" yox, sadəcə şəhər parkı...
2010-02-24 Məntəqə və dairə komissiyalarının üzvləri əməkhaqlarını ala bilmir
2010-02-24 Portuqaliyada daşqın baş verib, 30 nəfərdən çox insan itkin düşüb
2010-02-24 AZAL Bakı-Naxçıvan aviareyslərindən uzaqlaşdırılıb
2010-02-24 Üç partiya polislə toqquşmada həbs olunmuş 5 dinçinin hüquqlarını müdafiə komitəsi yaratdı
2010-02-24 Sumqayıtda valyutadəyişənləri güllələmiş qatilin fotorobotu hazırlandı
2010-02-24 Yasamal polisi Aydəmirovdan "PM" tapançası götürdü
2010-02-24 "Nar Mobile"nin Şirvan şöbəsinə pulla işçi yığan dələduz tutuldu
2010-02-24 Bakıxanov qəsəbəsində aptekə oğru girdi
2010-02-24 "Xocalı günü" Ankaradakı Keçiören bələdiyyəsindəki abidə yad ediləcək
2010-02-24 Rusiyanın Mozambikdəki səfiri ATƏT-in Minsk Qrupuna həmsədr gəlir
2010-02-24 "Azəryolservis"in işçiləri "Tərəqqi" medalı aldı
2010-02-24 Prezident Lökbatanda Qarabağ əlil və şəhid ailələri üçün bina açılışında iştirak etdi
2010-02-24 Piter Semnebi Azərbaycana hələ bir müddət də gəlib-gedəcək
2010-02-24 "Xocalı qətliamına" görə 286 nəfər cinayət məsuliyyətinə cəlb olunub
2010-02-24 Ombudsmanlığa üç yeni namizədin adı Milli Məclisə təqdim edildi
2010-02-24 Lalə Şövkət haqqında qalmaqallı məqalə müəllifinin kimliyinə aydınlıq gətiriləcək
2010-02-24 "Nizami" metrosunda telefon oğrusu Nazim Heydərov yaxalandı
2010-02-24 15 il bağlı qalmış 300-dən çox cinayətin üstü açılıb
2010-02-24 Pullu yolların özü gəlməmiş mübahisəsi başladı
2010-02-24 Salyan avtovağzalındakı bazar davasına rayondan cavab gəldi
2010-02-24 ABŞ-dakı azərbaycanlılar bu dövlətin başçılarına 1211 "Xocalı məktubu" göndərib
2010-02-24 Polis-jurnalist münasibətləri ətrafında çarpaz müzakirələr aparıldı
2010-02-24 Kriminal avtoritet Rauf Quliyev prokurorun ona qarşı qərəzli olduğunu deyir
2010-02-24 Ermənistan prezidentinin kürəkəni qaynatasına qarşı çıxdı
2010-02-24 İranın Bakıdakı səfirliyi İrəvandakı səfirin səhvini düzəltməyə çalışdı
2010-02-24 Ermənistan parlamenti Kollektiv Operativ Reaksiya Qüvvələrinin yaradılması haqqında müqaviləni ratifikasiya edib
2010-02-24 "Əl-Qaidə" indi də Türkiyəni hədələdi
2010-02-24 Yanukoviç Moskvanı Brüsselə dəyişdi?
2010-02-24 İran parlamentinin vitse-spikeri ölkəsinin Ermənistan səfirinin sözlərinə "əhəmiyyət verməyin" deyib
2010-02-24 ABŞ-ın Azərbaycan siyasətinə həsr olunmuş konfrans keçiriləcək
2010-02-24 Dmitri Roqozin deyir ki, Rusiya öz hərbçilərini heç bir halda Əfqanıstana göndərməyəcək
2010-02-24 Böyük Quruluş BAXCP və Ədalət partiyaları "Vətən" bayrağının altına yığışırlar
2010-02-24 AMİP daha İran səfirliyi qarşısında görünmür
2010-02-24 "Cundullah" terror təşkilatının rəhbəri İranda həbs edildi
2010-02-24 Silivri həbsxanası məhbus türk general və zabitləri ilə dolub
2010-02-24 Şirvan şəhər sakini Qarayev Azərin qarajından mal-qara oğurlanıb
2010-02-24 Qeyri-adi tam verən GMO-lu meyvələr siyasilərin də diqqətindən yayınmayıb
2010-02-24 Ovçular Daşkəsən meşələrində dəhşətli yanğın törədib
2010-02-24 Bank kreditlərinin və əmanətlərin faizləri düşəcək
2010-02-24 "Texnikabank" və "Dekabank" POS terminal xidmətində digərlərindən nə ilə fərqləndi?
2010-02-24 İKT sektorunun yeni inkişaf mərhələsi başlayır
2010-02-24 Məni həbsxanaya salın!
2010-02-24 "Bursaspor" "Fənərbaxça"nın fənərini öz meydanında söndürdü
2010-02-24 "Everton"un qapıçısı "Qalatasaray"dan qorxur
2010-02-24 Mübariz Mənsimov "Beşiktaş"da islahatlara başlayır
2010-02-24 Qış Olimpiadasında daha bir ölüm hadisəsi
2010-02-24 Bülent Korkmaz "Bakı"da ilk cəzasını aldı
2010-02-24 "Real" və "Barselona"nın Eşli Koul davası
2010-02-24 Ronaldo karyerasını bitirəcəyi tarixi açıqladı
2010-02-24 AFFA-nın "Xəzər Lənkəran"la qalmaqalı böyüyür
2010-02-24 Azərbaycanda dünya futbolunda görünməmiş hadisə
2010-02-24 "BlackBerry" telefonu "İlin brendi" oldu
2010-02-24 Yasamal polisi ailəsindən küsən kişini bir ay sonra geri qaytardı
2010-02-24 Avtoritet "Dərzi Taleh"in məhkəməsi başladı
2010-02-24 Bakıda üç ayda on mənzil qarət etmiş Mahir Həsənov 10 il aldı
2010-02-24 Üç oğru, üç doğru, bir yalançı çərşənbə...
2010-02-24 "Anar bu işi sonsuza qədər davam etdirməlidir"
2010-02-24 Bərdənin 90 kəndinin 70-də qaz yoxdur
2010-02-24 "Bizə vəhhabi deyirlər, biz sadəcə müsəlmanıq"
2010-02-24 "Azərbaycan Dəmir Yolları"nda Xeyrulla Hümbətovun vəzifəsi ləğv olundu
2010-02-24 Sadıq Murtuzayevin təklifinə şərik olmayanlar var
2010-02-24 "Muskomediya"nın Yaradıcılıq Studiyası mübahisəyə səbəb oldu
2010-02-23 Mənzillərin hər kvadratına 5 min manat istəyənlər Bakıda piketə cəhd etdilər
2010-02-23 Cəlilabadda Rahim Qasımovun dəyirmanında faciə...
2010-02-23 Ceyranbatanda 5 otaqlı ev yandı
2010-02-23 Rauf Talışinskinin müavini həbs olundu
2010-02-23 Lalə Şövkət ona "KQB agenti" deyən qəzeti məhkəməyə verdi
 
 
 
Copyright (c) Bakı Xəbər 2009