24 Fevral 2010-cı il, N 297(1195)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3669)
"Mən baldırlarımı açıb göstərmirəm" (3557)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2492)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2440)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2259)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2034)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1757)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1650)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1362)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1344)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Ermənistan prezidentinin kürəkəni qaynatasına qarşı çıxdı
Katalikos, arxiyepiskop, baş nazir və prezidentdən ibarət yeni idarəçilik modeli yarana bilər
Ermənistanda kilsənin mövqeyi güclənir
Qarşıdakı dövr ərzində Ermənistanı çətin sınaqlar gözləyir və 2010-cu il, rəsmi Ankaranın protokolların ratifikasiyasını Dağlıq Qarabağ münaqişəsinin həllilə paralel aparması baxımından, İrəvan üçün ağır olacaq. Belə bir açıqlama ilə erməni ekspert Yervand Bozoyan çıxış edib.
   Onun sözlərinə görə, bu prosesdə Ermənistana qarşı siyasi təzyiqlər artacaq". Bu məsələdə Ermənistan ona qarşı təzyiqlərə davam gətirməsə, vəziyyətin digər ölkənin xeyrinə dəyişəcəyinə toxunan Bozayan bildirir ki, siyasi güclər Ermənistanı qorumalıdır: "Ermənistan Milli Konqresi, 2009-cu ildə olduğu kimi, eyni mövqeyi 2010-ci ildə təkrarlasa, nəticələr faciə ilə bitəcək. Ermənistan 1920-ci ildəki vəziyyətə düçar olacaq".
   Onun sözlərinə görə, erməni tərəfi Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştə getməyəcəyi halda, Türkiyə Ermənistanın dövlət maraqları daxilində olan protokolların ratifikasiyasını təmin etməyəcək: "Belə olan halda regiondakı vəziyyət "futbol diplomatiyası"nın nəticələrinə bənzəməyəcək. Ermənistan qonşu ölkələrlə danışıqlara yenidən başlamalı olacaq".
   Politoloq ölkənin baş nazirinin istefaya göndərilməsinə dair yayılan xəbərlərə də münasibət bildirib. Bu barədə danışmazdan öncə qeyd edək ki, Ermənistan mediasının yazdığına görə, ölkədə yaranan ağır sosial-iqtisadi çətinliklər fonunda xalqın qəzəbinə daha çox tuş gələn Serj Sarkisyan, vəziyyətdən çıxış yollarından biri kimi, Tiqran Sarkisyanı baş nazir vəzifəsindən kənarlaşdırmağı düşünür. Bildirilir ki, ölkədə sosial sahədə yaranan ağır vəziyyətin əsas günahkarı kimi Tiqran Sarkisyanı göstərməyə çalışmaqla, prezident özünə qarşı təzyiqləri müəyyən qədər neytrallaşdırmaq məqsədi güdür. Həmçinin, Ermənistanda sosial-iqtisadi sahədə vəziyyətin günü-gündən pisləşməsinin qarşısının alınması üçün hökumətin indiyə qədər hər hansı effektiv tədbir görə bilməməsini də prezident baş nazirin yarıtmaz fəaliyyətilə əlaqələndirmək istəyir.
   Hadisələrin bu səpkidə inkişafından narahat olan Tiqran Sarkisyan isə müəyyən qabaqlayıcı addımlar atmağa başlayıb. Belə ki, Tiqran Sarkisyan prezidentin ona münasibətini dəyişməsi üçün hələ bir müddət əvvəl öz istəyilə hakim Respublika Partiyasına üzv qəbul olunub.
   Lakin Tiqran Sarkisyanın Respublika Partiyasına üzv qəbul olunması da onun baş nazir postunda qalmasını təmin etməyəcəyi təqdirdə, bu şəxsin yeni partiya yaradaraq Serj Sarkisyana qarşı mübarizəyə başlaması istisna olunmur. Erməni politoloq Yervand Bozoyan bildirir ki, bu məqsədlə Tiqran Sarkisyan müəyyən addımlar atıb: "Lakin onun bununla bağlı dəqiq fəaliyyət istiqamətləri istefaya göndəriləcəyi halda bəlli olacaq". Politoloq belə hesab edir ki, Tiqran Sarkisyanın istefaya göndərilmə ehtimalı kifayət qədər yüksəkdir. Çünki bu vaxta qədər sosial-iqtisadi məsələlərin həllində nə bir ciddi addım atılıb, nə də lazımi nəticələrə gətirib çıxara biləcək proqram hazırlanıb: "Belə vəziyyət, təbii ki, xalqın hakimiyyətdən daha çox narazı qalmasına səbəb olur. Bütün bunları yaxşı görən Serj Sarkisyan bütün günahları baş nazirin üzərinə atmaqla məsuliyyətdən kənarda qalmağa çalışır".
   Digər məlumata görə isə, Ermənistan prezidentinin administrasiya rəhbərinin müavini, Serj Sarkisyanın kürəkəni Mikael Minasyan da qayınatasından tələb edir ki, baş nazir Tiqran Sarkisyanı istefaya göndərsin. "Milli.az" portalı bildirir ki, Serj Sarkisyanın kürəkəni baş nazirin fəaliyyətindən razı deyil. O hesab edir ki, Tiqran Sarkisyan ölkənin büdcəsinə nəzarət etmək iqtidarında deyil.
   Bundan başqa, Mikael Minasyan baş nazirin yeni siyasi qüvvə yaratmaq təşəbbüsündən narahatdır. Belə ki, Tiqran Sarkisyan və iş adamı Barseq Beqlaryan Ermənistan Xalq Azadlıq İttifaqının əsasında ətrafına gəncləri toplayacaq siyasi partiya yaratmaq niyyətindədir. Mikael Minasyan isə sıralarında gəncləri birləşdirən və Serj Sarkisyana dəstək məqsədilə yaradılan Vahid Milli Liberal Partiyasını (MİAK) himayə edir. Siyasi rəqibin meydana çıxması isə prezident kürəkəninin əsəb sisteminə pis təsir göstərir və o, baş nazir ətrafında intriqalar qurur.
   Lakin məsələ ətrafında başqa məlumatlar da səslənməkdədir və hər şeyin prezidentin cızdığı ssenari üzrə inkişaf etdiyi vurğulanır. Ermənistanın "Armtoday" portalının yazdığına görə, əslində Serj Sarkisyan öz kürəkəninin siyasi isterikasına əhəmiyyət vermir. Üstəlik, Tiqran Sarkisyan və Barseq Beqlaryan yeni siyasi qüvvənin yaradılması üçün prezidentdən xeyir-dua alıb. Onlar indidən gənclər arasında iş aparır və yeni partiyaya üzvlər cəlb etmək üçün pul mükafatları verməkdən də çəkinmirlər. Müxalifətdə olan Ermənistan Milli Konqresinin gənclər qanadının üzvlərinə də yeni siyasi qüvvənin ətrafında birləşmək təklif olunub. Amma onların əksəriyyəti bundan imtina edib. Yeni layihədə kilsəyə və arxiyepiskop Navasard Kçoyana da xüsusi yer ayrılıb. Məsələ burasındadır ki, Navasard Kçoyan, Tiqran Sarkisyan, Serj Sarkisyan və erməni katalikosu xüsusi idarəetmə modelini yaratmağı planlaşdırır. Bu modeldə kilsənin rolunun gücləndirilməsi nəzərdə tutulur.
   Bəzi məlumatlara görə, partiyanın yaradılmasında məqsəd, əsasən, gənclər və tələbələri oraya cəlb etmək, bu elektoratın hakimiyyətə dəstəyini qazanmaqdır.
   
Tahir TAĞIYEV
Kriminal avtoritet Rauf Quliyev prokurorun ona qarşı qərəzli olduğunu deyir
Fevralın 23-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olmaqda təqsirləndirilən kriminal avtoritet Quliyev Rauf Həsən oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
   Lent.az-ın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyilə keçirilən prosesdə dövlət ittihamçısı Nəriman Ələkbərov ittiham aktını elan edib.
   İttihama görə, 2009-cu ilin sentyabrın 19-da Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən ərazidə saxlanan R.Quliyevin üzərindən 20,192 qram heroin aşkarlanaraq götürülüb.
   Təqsirləndirilən R.Quliyev ona qarşı irəli sürülən ittihamla razılaşmayıb. O, dövlət ittihamçısının ona qarşı qərəzli olduğunu söyləyib: "Nəriman Ələkbərov mənə qarşı qərəzli mövqedə dayanıb. Vaxtilə məni günahsız yerə Cinayət Məcəlləsinin 120-ci maddəsilə ittiham edib. Təqsirim olmaya-olmaya bu cəzanı çəkmişəm. Ona görə də yenə mənə qarşı qərəzli olacağını düşünürəm".
   R. Quliyev ona şər atdıqlarını bildirib: "Tutulmazdan əvvəl məni izləyirdilər. Tutandan sonra isə məni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. Orada mənə dedilər ki, bu heroini boynuna götür. Mən də dedim ki, bu mənim üçün damğadır, ləkədir. Yaxşı olar, silah verin mənə, gedim ondan yatım".
   Qeyd edək ki, R.Quliyevin vəkili dövlət ittihamçısının dəyişdirilməsilə bağlı vəsatət qaldırıb. Məhkəmə heç bir əsas olmadığından vəsatəti təmin etməyib.
   R.Quliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsilə ittiham olunur.
Polis-jurnalist münasibətləri ətrafında çarpaz müzakirələr aparıldı
Polis orqanlarından məlumat almağın vəziyyətini tərəflər müxtəlif şəkildə izah etdilər
Polis təmsilçiləri jurnalistlərin çox zaman məlumat vermək səlahiyyəti olmayan şəxslərə müraciət etdiyini dedi
Dünən Bakı Media Mərkəzində "Jurnalistlər Ekstremal Şəraitdə" İctimai Birliyinin təşkilatçılığı ilə "Hüquq Mühafizə Orqanları ilə KİV-lər arasındakı münasibətin tənzimlənməsi yolları - 2" layihəsi çərçivəsində Dəyirmi Masa keçirildi. Üç aylıq layihə çərçivəsində Bakı, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.
   Layihə barədə məlumat verən "Jurnalistlər Ekstremal Şəraitdə" İctimai Birliyinin rəhbəri Firuzə Əsədullayeva bildirdi ki, layihənin həyata keçirilməsində məqsəd jurnalistlərlə polis arasında əlaqələri gücləndirmək, münasibətləri keyfiyyət baxımından yeni məcraya istiqamətləndirmək, eyni zamanda, bu münasibətlərin gələcəkdə tənzimlənməsinə yardımçı olmaqdır: "Bugünkü tədbirdə hüquq müdafiəçiləri, media qurumlarının rəhbərləri, jurnalistlər, polis zabitləri iştirak edir. Ümid edirik ki, dəyirmi masalarda mövzu ətrafında aparılan fikir mübadiləsi və irəli sürülən təkliflər öz səmərəsini verəcək, bu isə gələcəkdə polis və jurnalistlərin bir-birilə daha yaxşı davranmasına səbəb olacaq. Eyni zamanda, polis-jurnalist münasibətləri gündəmə gətirildikdə ictimaiyyətin diqqəti bu problemə daha çox yönələcək. Hesab edirik ki, aparılacaq müzakirələr layihənin müddəti başa çatdıqdan sonra da davam edəcək. Çünki problem cəmiyyəti məlumatlandıran, cəmiyyətlə polis arasında körpü rolunu oynayan bütün KİV-in ümumi problemidir".
   F.Əsədullayeva əlavə olaraq məlumat verdi ki, "Jurnalistlər Ekstremal Şəraitdə" İctimai Birliyi tərəfindən "Polis və KİV" mövzusunda yazı müsabiqəsi elan edilib. Müsabiqənin müddəti martın 3-də başa çatır: "Xatırladım ki, "Jurnalistlər Ekstremal Şəraitdə" İctimai Birliyi tərəfindən eyni adlı sınaq layihəsi 2007-ci ildə Bakı, Gəncə və Xaçmaz şəhərlərində həyata keçirilib. Keçirilən tədbirlər cəmiyyət arasında böyük rezonans yaratmışdı. Həm jurnalistlər, həm də polislər tərəfindən münasibətlərin daha da yaxşılaşması üçün səmərəli təkliflər irəli sürülmüşdü. Ümid edirəm ki, bugünkü Dəyirmi Masa da qızğın müzakirələr, çoxsaylı təkliflərlə müzakirə olunacaq".
   F.Əsədullayeva jurnalistlərlə polislər arasında münasibətlərin toqquşma nöqtələrini də göstərdi. Qeyd etdi ki, əsas konfliktlər aksiyaların keçirilməsi və informasiyaların alınması zamanı özünü göstərir: "Jurnalistlər aksiyalarda polisin onlarla kobud davranmasından, lazımi informasiyaların verilməməsindən şikayətlənir. Polislər isə bildirir ki, jurnalistlər aksiyalarda özünü müşahidəçi kimi deyil, iştirakçı kimi aparır. Ona görə də, jurnalistləri aksiya iştirakçısından fərqləndirmək çətin olur".
   Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli polis-KİV münasibətlərilə bağlı xarici ölkələrin təcrübələrindən misallar gətirdi: "Amerika Birləşmiş Ştatlarında hər hansı hadisə olanda 911 xəttilə bir neçə quruma eyni vaxtda məlumat verilir. Həmin qurumlardan biri də KİV-dir. Yəni hadisə yerinə polis, yanğın söndürənlər, təcili yardım işçilərilə bərabər jurnalistlər də gəlir. Azərbaycanda belə hadisələr baş verəndə jurnalistlərin əsas problemi həkimlərlə, yanğınsöndürənlərlə deyil, polislərlə olur. Polislər bildirir ki, jurnalistlər onların işinə mane olur. Hesab edirəm ki, polisi KİV münasibətlərində müəyyən irəliləyişlər olmalıdır. Bunun üçün polisin fəaliyyətindən yazan ixtisaslaşmış jurnalistlər olmalıdır. Təəssüf ki, Azərbaycanda polisin fəaliyyətindən yazan, bu sahədə ciddi araşdırma aparan mətbu orqan yoxdur".
   Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin məsulu Orxan Mansurzadə çıxışında bildirdi ki, Daxili İşlər Nazirliyi dövlətçiliyin əsas sütunlarından biridir: "Ərazi bütövlüyümüzün qorunmasında fəal iştirak etmiş polislərimiz var. Onların fədakarlığını yüksək qiymətləndirmək lazımdır. Cənab nazir Ramil Usubov çıxışlarında dəfələrlə bildirib ki, polis cəmiyyətlə, jurnalistlərlə münasibətdə qanunun aliliyini gözləməlidir. Daxili İşlər Nazirliyi media, qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq edir.
   Layihə əməkdaşı Nahid Canbaxışlı polis-KİV münasibətlərindəki problemlərdən danışaraq qeyd etdi ki, son illər bu sahədə müəyyən inkişaf müşahidə edilməkdədir. Daxili işlər nazirinin əmrilə Nazirliyin mətbuat xidmətinin dörd region üzrə nümayəndəlikləri yaradılacaq".
   O.Mansurzadə, digər dövlət orqanları kimi, özlərinin də "reket qəzetlər"in fəaliyyətindən əziyyət çəkdiyini dedi: "Mətbuat Şurası "reket" jurnalistika ilə mübarizə aparır. Biz bunu yüksək qiymətləndiririk. "Reket" jurnalistlər Daxili İşlər Nazirliyinin növbətçi hissələrinə gedərək, xidmətdən kənar işlərlə məşğul olur ki, bu da polis-KİV münasibətlərini korlayan faktorlardan biridir. Ümid edirəm ki, "reket" jurnalistika problemi aradan qalxanda münasibətlər də arzuolunan səviyyədə olacaq".
   Mansurzadə onu da əlavə etdi ki, işində yol verdiyi nöqsanlara görə ötən il 442 polis inzibati qaydada cəzalandırılıb. 66 nəfər vəzifəsindən azad edilib".
   Nəsimi Rayon Polis İdarəsinin polis zabiti, polkovnik Zahid Teymurov polis-KİV münasibətlərinin son vaxtlar aktuallaşdığını deyərək bildirdi ki, jurnalistlər bəzən polisin əməyini lazımınca qiymətləndirmir, onun fəaliyyətinin yaxşı tərəflərini görməzliyə vurur: "Siz heç vaxt polis idarəsinin qapısını qıfıllı görməzsiniz. Polis 24 saat fəaliyyət göstərir. Bəzən zəhmətinin qarşılığında uyğun maaş ala bilmir. Amma səsini çıxarmır. Çünki polis andı içib. Jurnalistlər informasiyanı verməklə kifayətlənməli deyil. Məlumat verilir ki, polisin əməliyyatı nəticəsində 5 kq narkotik maddə aşkarlanıb. Araşdırmaq lazımdır ki, 5 kq narkotik maddə nə deməkdir? Neçə nəfər bundan istifadə edə bilər və bu onların həyatına, sağlamlığına nə kimi təsir göstərə bilər? Yəni adi informasiyanın arxasında böyük bir əməliyyat durur. Nəticəni yox, prosesin özünü işıqlandırmaq lazımdır".
   Polisin fəaliyyətində neqativ halların da olduğunu deyən cənab Teymurov əlavə etdi ki, polisi cəmiyyətdən ayırmaq düzgün olmazdı: "Cəmiyyət necədirsə, polis də o cürdür. İnkişaf hərtərəfli getməlidir".
   "Həftə içi" qəzetinin baş redaktoru Sevinc Seyidova polis-KİV münasibətlərinin yaxşılaşdırılması, əlaqələrin gücləndirilməsi üçün müəyyən tədbirlərin görülməsinin vacibliyini qeyd etdi. Bildirdi ki, hər bir qəzetdən, telekanaldan bir nəfər jurnalist Daxili İşlər Nazirliyində qeydiyyatdan keçməlidir.
   "Turan" İnformasiya Agentliyinin əməkdaşı, tanınmış jurnalist Tofiq Türkel polislə KİV arasında problemlərin əsasən iş prosesində olduğunu dedi: "Problem kütləvi aksiyalarda və informasiyaların alınmasındadır. Polis idarələrindən baş vermiş hadisə ilə bağlı operativ informasiya almaq mümkün olmur. Jurnalist operativ informasiya almaq istəsə də, ona cavab verən tapılmır. Polis-KİV münasibətləri dedikdə mən polisin "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin üzünə durmasını, gənc bloqçularla bağlı məsələni xatırlamaya bilmirəm. Yəni elə məqamlar var ki, bir vətəndaş kimi məni ağrıdır. Belə hallar olmasa, digər münasibətləri də yoluna qoymaq mümkündür. Türkiyədə keçirilən etiraz aksiyalarında polislə jurnalist eyni xətt üzrə hərəkət edir".
   Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arif jurnalistlərlə daha yaxından münasibət qurmaqla bağlı heç bir problemlərinin olmadığını dedi: "Bəzən jurnalistlər elə polis işçilərindən münasibət öyrənirlər ki, onlar əslində heç bir məlumat verə bilməz. Çünki hadisə yeni baş verir və səbəbləri heç kəsə bəlli deyil. Ona görə də, bir qədər gözləmək lazımdır və bütün hallarda Bakı şəhərində baş verən cinayət hadisələrilə bağlı məlumatlar bizimlə dəqiqləşdirilsə yaxşı olar".
   "Polisə Dəstək" İctimai Birliyinin əməkdaşı Cabir Kazımov polisin fəaliyyətinin yaxşı tərəflərinin də olduğunu dedi: "Bəzən jurnalistlər polisin fəaliyyətinin yaxşı tərəflərini görmür. Bizim Dağlıq Qarabağda, cinayətkarlıqla mübarizədə dünyasını dəyişmiş, şəhid olmuş polislərimiz var. Onlardan da yazmaq lazımdır".
   "Trend" İnformasiya Agentliyinin əməkdaşı Könül Zərbəliyeva öz çıxışında bir neçə problemə toxundu: "Bəzən polis orqanları media qurumları arasında fərq qoyur. Telekanallara şərait yaradılır, amma agentliklərə, qəzetlərə ögey münasibət sərgilənir. Bu da bizi narahat edir. Polis İdarəsindən məlumat almaq, demək olar ki, mümkün deyil. Polis İdarəsinin əməkdaşları məlumat vermək hüquqlarının olmadığını deyir və tövsiyə edirlər ki, mətbuat xidmətinə zəng edək. Mətbuat xidmətində isə məlumat olmur. Bəzən də deyirlər ki, telefonla məlumat vermirlər. Bizim isə polis bölmələrinə getməyə vaxtımız olmur. Daxili İşlər Nazirliyində, eləcə də digər polis idarələrində keçirilən tədbirlərə adətən ancaq "AzərTAc" İnformasiya Agentliyi və AzTV dəvət olunur. Yəni ayrıseçkilik hallarına son qoyulsa yaxşı olardı".
   Bakı Şəhər Baş Dövlət Polis İdarəsinin ictimai təhlükəsizlik bölməsinin məsulu Nurulla Məmmədxanov polisdə kifayət qədər yüksək intellektli və peşəkar əməkdaşların olduğunu bildirdi: "Biz az danışıb, çox iş görməyi xoşlayırıq. Bəzən KİV işçiləri bizim işlərimizə mane olur. Cinayətin baş verdiyi hadisə yerinə özbaşına girirlər".
   Müzakirələrdə davam edən Dəyirmi Masa sonda nahar fasiləsilə öz işini yekunlaşdırdı.
   
Eldar XƏYAL
İsrail diplomatları Ağsu aşırımlarında ağır qəzaya düşdü
İkinci katibin xanımının 3 onurğa sümüyü zədələndi
"Azərbaycanda yol qəzasına uğramış İsrail vətəndaşlarına çox təcili və səmərəli yardım göstərilib". Bu açıqlamanı APA-ya İsrailin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon Lotem verib.
   Səfir İsrail səfirliyinin əməkdaşları olan avtomobilin Ağsu rayonu ərazisində qəzaya uğramasının təfərrüatlarını açıqlayıb: "Qəzaya uğrayanlara köməyini əsirgəmədiyinə görə Dövlət Yol Polisi əməkdaşlarına, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, rayon xəstəxanası və Mərkəzi Klinik Xəstəxanasına öz minnətdarlığımı bildirirəm. Qəzaya uğrayanlara tibbi heyət tərəfindən həmin situasiyada edilə biləcək ən yüksək səviyyəli yardım edilib". Səfir hadisənin bazar günü baş verdiyini bildirib: "Maşını səfirliyin ikinci katibi Orya Barux idarə edib. Maşında onun xanımı Avital Barux və səfirliyin ikinci katibi xanım Arezu Xersel da olub. Qəza zamanı təhlükəsizlik yastığı açıldığı üçün Orea Barux demək olar ki, zədələnməyib. Hadisə onlar İsmayıllı istiqamətində hərəkət edən vaxt baş verib. Səfirliyin maşını əks istiqamətdə hərəkət edən yük maşını ilə toqquşub. Hadisəyə səbəb dumanlı hava olub. Hadisədən sonra yaralılar Şamaxı rayon xəstəxanasına aparılıb, orada onlara ilkin tibbi yardım edilib, sonra təcili yardım maşını onları Bakıya - Mərkəzi Klinik Xəstəxanaya çatdırıb".
   Səfir yaralılar müayinə olunduqdan sonra travmaların xarakterinin müəyyənləşdirildiyini deyib: "Arezu Xersalın üz nahiyəsinin sümükləri zədələnib - burnu, göz yuvası ətrafındakı bəzi sümüklər sınıb. Avital Baruxun isə boyun hissəsində yerləşən 3 onurğa sümüyü zədələnib. Hər 3 İsrail vətəndaşı xüsusi aviareyslə İsrail həkimlərinin nəzarəti altında İsrailə göndərilib. Orada keçirilmiş təkrar tibbi müayinə zamanı Azərbaycan həkimlərinin qoyduğu diaqnoz təsdiqlənib".
   İsrail səfiri hazırda yaralıların vəziyyətinin kafi-stabil olduğunu bildirib. "Avital Barux həkim nəzarəti altındadır, iki gündən sonra onu bu sahə üzrə mütəxəssis müayinə etməlidir. Arezu Xersel hələlik evə buraxılsa da, yaxın zamanlarda əməliyyat olunacaq".
   
ABŞ-dakı azərbaycanlılar bu dövlətin başçılarına 1211 "Xocalı məktubu" göndərib
Son iki həftədə amerikalı azərbaycanlılar ABŞ administrasiyasına, o cümlədən prezident Barak Obamaya, vitse-prezident Co Baydenə, dövlət katibi Hillari Klintona, həmçinin konqresmenlər və senatorlara 1211 məktub göndəriblər.
   Bu barədə APA-nın Vaşinqtondakı müxbirinə USAN Azərbaycan diaspor təşkilatından məlumat verilib. Məktublar 1992-ci ildə erməni faşistlərinin törətdiyi Xocalı qətliamının tanınması və yad edilməsi məqsədilə göndərilib. Məktub müəllifləri qeyd edir ki, Azərbaycan xalqı 1992-ci il fevralın 26-da harada olduğunu unutmayacaq - necə ki, amerikalılar 2001-ci ilin faciəli 11 sentyabr səhərində harada olduqlarını unutmur. Bu arada Türkiyə və Azərbaycan diasporları son iki həftədə ABŞ hökumətinə, Konqres üzvlərinə, Nümayəndələr Palatası və Senatın Xarici Əlaqələr Komitəsinə 2436 məktub göndərib. Bu məktublarda Konqres üzvləri saxta "erməni soyqırımı"na dair qətnamənin əleyhinə səs verməyə çağırılıb. Qətnamə martın 4-də Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində səsə qoyulacaq.
   
Naxçıvanın Konstitusiyasına dəyişikliklər edildi
Milli Məclisdə İrana qarşı sərt ittihamlar səsləndirildi
Prokurora yeni səlahiyyət verildi
"Ovçulara ayrıseçkilik qoyulur,
   Azərsun İmişlini çirkləndirir"
   Türkiyənin Qarabağ siyasəti təqdir olunduDünən Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirildi. Həmişə olduğu kimi, ilkin olaraq, cari məsələlərə baxıldı. İlk çıxış edən Əhəd Abıyev Masallıdan orduya çağırılaraq şəhid olan Real Fərəcovun ailə üzvlərinin ağır durumda yaşadığına diqqəti çəkdi: "Onun həyat yoldaşının körpə uşaqla tam yararsız və bərbad evdə yaşadığının canlı şahidi oldum. Hazırda dövlət büdcəsi hesabına Masallıda şəhid ailələri üçün nəzərdə tutulan yaşayış binası təhvil verilib. Aidiyyəti orqanlardan şəhidin ailəsinə həmin binadan mənzil verilməsinə köməklik göstərilməsini xahiş edirəm".
   İltizam Əkbərli isə "Azərsun" şirkətinin İmişlidəki zavodunun ekologiyaya vurduğu ziyandan və quş ovuna qoyulan qadağanın icrası zamanı vətəndaşlara münasibətdə yaranan ayrıseçkilikdən şikayətləndi: "Azərsun"a məxsus Şəkər Zavodunun yerli şöbəsinin təmsil etdiyim rayonun ekologiyasına vurduğu ziyanı sübut etməyə, hesab edirəm ki, ehtiyac yoxdur. Təxminən iki il əvvəl zavodda tullantı sular üçün təmizləyici qurğular qurulsa da, zavodun həyətində tikilən əhəng zavodunun və gecə saatlarında havaya buraxılan zəhərli qazların orqanizmdə yaratdığı ağır nəticələri, yəqin ki, yerli əhali bir müddət sonra hiss edəcək. İndi zavodda işləyənləri kütləvi şəkildə azad etmək kampaniyasına başlanıb. 20 gün öncə birdən-birə 70 adam işdən çıxarılıb. Qəribəsi odur ki, yerli sakinlər işdən çıxarıldığı halda, başqa rayonlardan bura işçilər cəlb edilir. İstərdim ki, "Azərsun" rəhbərliyi bu sorğuya aydınlıq gətirsin. Quş qripi təhlükəsilə əlaqədar quş ovuna qadağa qoyulub. Quş ovuna qoyulan qadağanın aradan qaldırılması təşəbbüsü ilə çıxış etmək fikrindən uzağam. Məni daha çox narahat edən bu qadağanın ancaq sadə insanlara tətbiq edilməsidir. Azərbaycanda yaşayan əcnəbilər və paytaxtın varlı sakinləri hər gün rayondakı qoruqlarda iki minə qədər güllə atır. Lakin ovçuluq lisenziyası olan adi insanların bir quş vurması lisenziyanın alınması və ya tüfəngin müsadirə olunması ilə nəticələnir".
   Xanhüseyn Kazımlı Rusiya, Belarus və Moldovada Xocalı faciəsinin tanıdılması ətrafında xeyli işlərin həyata keçirildiyini söylədi: "Bu yaxınlarda həmin ölkələrdə olarkən hiss etdim ki, ölkə hüdudlarından kənarda da son zamanlar Xocalı faciəsinin tanıdılması istiqamətində böyük işlər görülür. Səfirlik və diasporumuz tərəfindən həmin ölkələrdə bu istiqamətdə çox ciddi işlər görülür".
   Deputat Musa Quliyev keçən əsrin ortalarında Ermənistandan soydaşlarımızın zorla didərgin salınması cinayətinin repressiya və deportasiya kimi qiymətləndirilməsini xahiş etdi: "1948-1953-cü illərdə 150 mindən çox soydaşımız zorakılıqla öz ata-baba yurdundan sürgün olundu. Deportasiyanın tədqiqi istiqamətində müəyyən işlər görülsə də, təəssüf ki, bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməyib. Milli Məclisin iclaslarının birində azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistandan zorla köçürülməsi müzakirə edilsin. Bu tarixi cinayət repressiya və deportasiya kimi qiymətləndirilsin. Ermənistandan təzminat məsələsi də beynəlxalq təşkilatlar qarşısında qaldırılsın".
   Gülhüseyn Əhmədov çıxışını aqrar sahədə innovasiya siyasətinin tətbiqinə həsr etdi: "Bazar iqtisadiyyatı dövründə elmi-texniki tərəqqinin nailiyyətlərinin kənd təsərrüfatında tətbiqi böyük əhəmiyyətlidir. Dünya təcrübəsi göstərir ki, hər bir ölkənin iqtisadi inkişafında innovasiyayönümlü iqtisadiyyata keçilməsi zəruridir. Bu səbəbdən innovasiya siyasəti bizdə də dövlətin aqrar siyasətinin tərkib hissəsi olmalıdır".
   
   Şəkidə ünvanlı sosial yardım problemi...
   
   Əli Məsimov Şəkidə seçicilərlə görüşü zamanı meydana çıxan problemi qabartdı: "Müraciət edənlər ünvanlı sosial yardım ətrafında yaranan qeyri-müəyyənlik barədə narahatlıq ifadə edirdi. Əvvəlcə məlumat verilmişdi ki artıq mart ayından bu iş bərpa olunacaq, amma hələ də qeyri-müəyyənlik davam edir. Ona görə də hesab edirəm ki, ÜSY ətrafında olan neqativ halların aradan qaldırılması vacibdir".
   Aynur Camalqızı şəhidlik statusundan Vətən yolunda həlak olanların qəyyumlarının da bəhrələnməsini istədi: " "Qanunvericiliyə görə, şəhid statusundan onların həyat yoldaşları, övladları, ata-anaları istifadə edə bilər. Amma məsələ burasındadır ki, elə şəhidlər var, onların bir hissəsi ailə qurmayıb və ya valideynlərini erkən yaşlardan itirib. Həmin insanlara qəyyumluq etmiş, onları böyütmüş ailə üzvləri var ki, həmin statusdan istifadə hüququ bu qəyyumlara da verilməlidir".
   
   Qüdrət Həsənquliyev Oqtay Əsədova İran səfərindən danışmağı təklif etdi
   
   Qüdrət Həsənquliyev həm xarici, həm də bəzi yerli problemləri vurğuladı, eyni zamanda təkliflə də çıxış etdi. Q.Həsənquliyev İranda Azərbaycan bayrağının yandırılması, səfirliyin önündəki digər hərəkətləri pisləyərək bunları "tərbiyəsizlik" adlandırdı: "Xocalı soyqırımının törədilməsində birbaşa iştirak edən Sarkisyanla görüşən Əhmədinejad hansı mənəvi haqla Azərbaycanı İsraillə münasibətlər qurmaqda suçlayır? Buna millət vəkili olaraq etirazımızı bildirməliyik. İstədim ki, Oqtay müəllim, Tehrandakı görüşləriniz barədə burada məlumat verəsiniz. Bizim ayrı-ayrı deputatlarımız prezident tərəfindən yüksək dövlət mükafatlarına layiq görülür. Bu hallar sessiyalararası dövrdə baş verəndə Milli Məclis tribunasından onların təbrik edilməsi ənənəsinin olmasını istərdim. Məhrum prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov bir qrup millət vəkilinə müraciət ünvanlayıb. Onlar 1989-cu ildə evlərini bir ermənilə rəsmi qaydada Bakıya dəyişib. 1991-ci ildə onları Ermənistandan gələn azərbaycanlı kimi qanuni evindən çıxarıb Qarabağa göndəriblər. Həmin ərazilər işğal edildikdən sonra onlar yenidən Bakıya qayıtsalar da, öz qanuni evlərinə köçə bilmirlər. Ona görə ki, həmin ev başqa bir polis işçisinə verilib. Bu adamın qanuni mənzil hüququ bərpa olunmalıdır. Məsələ heç cür hüquqi müstəvidə həllini tapa bilmir. Ona görə də Sizin və ölkənin siyasi rəhbərliyinin məsələyə müdaxiləsinə ehtiyac var".
   Mübariz Qurbanlı qondarma erməni soyqırımı ilə bağlı ABŞ Konqresinə etiraz məktubu ünvanlanmasını təklif etdi: "Azərbaycan və Qarabağla bağlı Türkiyənin mövqeyi aydındır. Ərdoğan da Madriddə olarkən bu məsələni qəti şəkildə açıqladı. Amma Türkiyəyə təzyiqlər artmaqdadır. ABŞ "erməni soyqırımı"nı gündəliyə çıxarır. Bu Azərbaycanın da mənafeyinə zidd olduğundan, Milli Məclis ABŞ Konqresinə etiraz məktubu göndərsin və bu yöndə Türkiyə ilə birgə fəaliyyət göstərək".
   
   18 yaşda uşaq, 17 yaşda isə ərə getmək olar(?)
   
   Məlahət İbrahimqızı isə qızların təhsil alması istiqamətində yaranan problem və erkən nikahlar məsələsinə toxundu: "Bu gün ölkədə qızların təhsildən yayınması və erkən nikahla bağlı ciddi problemlər var. 1998-ci ildə qəbul edilən Uşaq Hüquqları Haqqında Qanunda uşaq yaşı 18 yaşa kimi götürülüb, amma 1999-cu ilin Ailə Məcəlləsində nikah yaşı 17 yaşdan götürülüb. Bu isə qanunda bəzi ziddiyyətlərin olduğunu göstərir".
   Elman Məvmədov Xocalıya Ədalət Kampaniyasının rəhbəri Leyla Əliyevanın bu sahədə apardığı işləri alqışladı: "İş göz qabağındadır. Amma bu sahədə hələ kifayət qədər iş görülməlidir. Türkiyəyə təzyiq ediləndə o çıxılmaz vəziyyətdə qalır. Ancaq çıxış yolu var. Onlar da Xocalı soyqırımını qaldırmalı, bu gün canlı şahidi olduğumuz Xocalı soyqırımından da danışmalıdırlar". Bu arada müzakirəyə spiker Oqtay Əsədov da qoşularaq, ötən illər ərzində Milli Məclis tərəfindən həmin faciə ilə bağlı 75 müraciətin daxil olduğunu diqqətə çatdırdı: "İlk dəfə olaraq İslam Konfransı Gənclər Təşkilatının timsalında beynəlxalq aləmdə Xocalı faciəsinə düzgün qiymət verilib. Bu qurumun parlament Assambleyası "Xocalı-insanlığa qarşı cinayət" qətnaməsini qəbul edib. Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev isə sözügedən qətnamənin məzmunu ilə millət vəkillərini tanış etdi: "Həmin qətnamə cari il yanvarın 31-də verilib. İlk dəfədir ki, beynəlxalq təşkilat belə bir qərar verir və birbaşa göstərir ki, bu cinayət erməni silahlı qüvvələri tərəfindən törədilib. Bu bizə bir presedent verir, başqa təşkilatlardan da onu tələb edə bilərik. İslam Konfransı Təşkilatı üzv ölkələrin parlamentlərinə də məhz bunu tövsiyə edib. Həmçinin tövsiyə olunub ki, onlar digər üzv olduqları beynəlxalq qurumlarda da bu məsələni qaldırsınlar.
   Sonra gündəlik məsələlərin müzakirəsinə keçildi. Komissiya sədri Əli Hüseynov deputatları Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər barədə məlumatlandırdı: "Prezident tərəfindən Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi barədə Konstitusiya Qanunu təqdim edilmişdi. Burada bir qrup dəyişiklik və əlavələr daxili məsələlərin həllinə yönəlib. Eyni zamanda, bəzi texniki düzəlişlər də mövcuddur. Onlardan birincisi preambulada və Naxçıvan Konstitusiyasının birinci maddəsində Moskva və Qars müqavilələrinin ilinin qarşısında "tarixli" sözlərinin göstərilməsidir. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi həm qanunvericilik, həm də bir sıra hallarda icra funksiyalarını həyata keçirən şəxsdir. Ona icra hakimiyyəti başçılarının vəzifəyə təyin və azad edilməsinə dair Azərbaycan prezidentinə təqdimat verilməsi və ali xüsusi rütbələrin verilməsinə dair ölkə prezidentinə təkliflər verilməsi səlahiyyətləri əlavə olunur. İcra, məhkəmə sistemlərində qulluq etdikdə, din xadimi olduqda, elmi, yaradıcı fəaliyyət istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olmanın da Naxçıvan Ali Məclisi deputatı səlahiyyətlərinin itirilməsi hallarına aid olması da tamamilə məntiqlidir. Referendum aktından irəli gələrək, Naxçıvan parlamentinin işinin təşkilində də komitə və komissiyaların mövcudluğu öz əksini tapacaq. Həmçinin təklif olunur ki, Naxçıvan Muxtar Respublikasının prokuroru da yerli Ali Məclisə qanunverici təşəbbüsü hüququ verilən subyektlər sırasında sadalansın. Naxçıvan Ali Məhkəməsinin qərarlarının dərc edilməsi kimi müddəa da sonuncu referendumda öz əksini tapan müddəalara uyğundur".
   Məsələ ətrafında danışan Qüdrət Həsənquliyev layihəni dəstəkləsə də, gələcəkdə Naxçıvanın qanunverici orqanı ilə icra orqanının ayrılmasının vacib olduğunu dedi: "Rusiyada muxtar qurumların namizədliyini prezident təqdim edir və sonra həmin respublikaların parlamentində təsdiqə buraxılır. Naxçıvanda da hakimiyyətin bölgüsü prinsipi nəhayət öz həllini tapmalıdır. Muxtar Respublikanın ali vəzifəli şəxsi həm də icra funksiyalarını yerinə yetirən şəxsdir. Ona görə də qanunverici orqan ayrılmalı, Naxçıvan Ali Məclisinin sədri ayrı bir vəzifəli şəxs olmalıdır. Bu ali vəzifəli şəxs prezidentin təqdimatı əsasında Naxçıvan Ali Məclisi tərəfindən təsdiq olunmalıdır. Amma icra strukturlarının formalaşdırılması Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinə verilməlidir. İndiki halda həmin ali vəzifəli şəxs Naxçıvan Nazirlər Kabinetinin formalaşdırılmasında heç bir rol oynamır. Nazirlər Kabineti sədrinin təqdimatını prezident verir və Naxçıvanın Ali Məclisi təsdiq edir. Layihəyə səs verəcəm, amma hesab edirəm ki, növbəti mərhələdə Naxçıvanda hakimiyyət bölgüsü baxımından, həm də orada Nazirlər Kabinetinin formalaşmasında Naxçıvanın ali vəzifəli şəxsinin iştirakını təmin etmək üçün mütləq qanunverici orqanla icra orqanı ayrılmalıdır".
   İclasda spiker Oqtay Əsədov millət vəkili Qüdrət Həsənquliyevin İranla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərək, onun bu istiqamətdə sorğularını cavablandırdı və bu cür çıxışları "populist" adlandırdı: "Azərbaycanın regiondakı ölkələrlə bütün əlaqələrini yüksək səviyyədə qurması lazımdır. Ona görə də xahiş edirəm başqa məsələlər müzakirə olunarkən belə söhbətlər aparmayaq". Sonda isə O.Əsədov Q.Həsənquliyevə xitabən "ona görə də bir az səviyyəmizi normal saxlayaq" dedi.
   Bu arada vitse-spiker Ziyafət Əsgərov çıxış edərək qeyd etdi ki, Azərbaycanın unitar dövlət olmasına baxmayaraq, ərazisində muxtar qurumların olmasından ehtiyatlanmağına dəyməz: "Hələ sovet dövründə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın, Qaraqalpağın Özbəkistanın, Abxaziyanın Gürcüstanın tərkibində olmasına baxmayaraq, heç vaxt bu dövlətlər federativ dövlət kimi qəbul olunmayıb. Yəni avtomatik olaraq hər hansı muxtar qurumun bu və ya digər dövlətin tərkibində olması hələ onun federallaşması demək deyil. Federativ dövlət mərkəzi orqanla subyektlər arasında olan münasibətlərin şaquli və digər münasibətlər çərçivəsindən asılıdır. İtaliya unitar dövlət olsa da, tərkibində xeyli muxtar qurum var. Azərbaycanın unitar dövlət olmasına Naxçıvan Muxtar Respublikasının mövcudluğu heç bir xələl gətirmir". Sonda sözügedən gündəlik, əleyhinə heç kəsin olmaması ilə 103 səslə qəbul edildi. Ən sonda Mülki Məcəlləyə dəyişiklik və əlavələr, ardınca Belarus-Azərbaycan və Azərbaycan-Sloveniya arasında imzalanan bəyanatlar, habelə Sloveniya ilə Azərbaycan arasında viza tələbinin ləğv olunması haqda saziş qəbul edilərək təsdiq olundu.
   
Rüfət SULTAN
Salyan avtovağzalındakı bazar davasına rayondan cavab gəldi
Şahmar Paşayev heç bir qarşıdurmanın olmadığını deyir
Bazarın sahibi Füzuli Həsənov isə: "Hər dəfə başçı dəyişəndə bu bazarın problemləri çıxır"
"Salyan bazarında qarşıdurmanın baş verməsi və qarşıdurmada bir nəfərin ölməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil". Bunu APA-ya açıqlamasında Salyan rayon Polis İdarəsinin rəisi Şahmar Paşayev deyib.
   Onun sözlərinə görə, rayonun avtovağzalı ərazisində qanunsuz ticarətlə məşğul olan şəxslərlə danışıq aparılıb və qarşılıqlı anlaşma ilə onlar "Kolxoz bazarı"na köçürülüb: "Qarşıdurma olsaydı, orada kimsə vəfat etsəydi, ilk məlumat polisdə olardı. Bizdə isə belə bir məlumat yoxdur. Orada, ümumiyyətlə, heç bir səs-küy olmayıb. Sadəcə, vətəndaşlar avtovağzal ərazisində - maşın yolunda antisanitariya şəraitində ticarətlə məşğul olurdular. Onların sayı isə 30 nəfərdən çox deyil. Yeni bazarda onların hər birinə yer ayrılıb və ora köçürülüblər".
   Ş.Paşayev bildirib ki, hazırda avtovağzal ərazisində insanların ticarətlə məşğul olmasına icazə verilmir. Sadəcə, bu ərazidə olan mağazalar normal formadadırsa, sanitar tələblərə cavab verirsə, fəaliyyətini davam etdirir: "Digərləri isə normal qaydada yeni bazara köçürülüb".
   Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Etibar Hüseynov da APA-ya bildirib ki, avtovağzal ərazisində ticarətin qadağan olunmasına antisanitariya səbəb olub: "Onlar normal şəkildə yeni bazara köçürülüblər və hər hansı qarşıdurma olmayıb. Bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil". E.Hüseynov bildirib ki, ərazidə olan mağazalar fəaliyyətini davam etdirəcək, küçə ticarəti isə tam yığışdırılıb.
   Bazarın sahibi Füzuli Həsənov isə APA-ya açıqlamasında bildirib ki, İcra Hakimiyyəti bazarı bağlayarkən bu ərazini təmir edəcəyini əsas gətirib: "Amma biz buranı iki il əvvəl təmir etmişik. İki il əvvəl də burada problem yaranmışdı. Salyanda hər dəfə icra başçısı dəyişəndə bu bazarda problem yaranır. Dünəndən burada ticarət tam dayandırılıb, əraziyə polis nəzarət edir. Biz yalnız ərazini süpürüb təhvil vermişik".
   Bazarda baş vermiş qarşıdurmada dünyasının dəyişdiyi iddia olunan Salyanın Ərəbqardaşbəyli kəndinin axundu Hacı Ağahüseyn Səfərovun qardaşı oğlu Zahid Səfərov da APA-ya bildirib ki, onda mərhuma qarşı hər hansı zorakılığın olması barədə məlumat yoxdur: "76 yaşlı əmim iflic olub. O dərhal xəstəxanaya yerləşdirilib, amma həyatını xilas etmək mümkün olmayıb. Onun nəyə görə iflic olması barədə isə məlumatımız yoxdur".
Pullu yolların özü gəlməmiş mübahisəsi başladı
Vüqar Bayramov: "Bu gün Bakı şəhərinin infrastrukturu pullu və ona alternativ yolların çəkilməsinə imkan vermir"
"Düşünmürəm ki, Azərbaycanda pullu yolların istifadəsi mümkündür və eyni zamanda buna ehtiyac var"
Nəqliyyat Nazirliyindən mətbuata verilən məlumata görə, Azərbaycanda bir neçə istiqamətdə pullu avtomobil yollarının tikintisi layihəsi hazırlanır. Belə ki, bu il həmin layihələrdən birinin başlanmasına start veriləcəyi gözlənir. Nazirliyin adının çəkilməsini istəməyən əməkdaşının sözlərinə görə, hazırda iki layihə diqqət mərkəzindədir.
   Həmin layihələr üzrə Nəqliyyat Nazirliyinin müvafiq strukturları Koreya, İsrail və ABŞ şirkətlərilə müzakirələr aparır. Bu layihələrdən birincisi və cari ildə start verilməsi planlaşdırılan Sumqayıtın Hacı Zeynalabdin Tağıyev (keçmiş Nasosnı) qəsəbəsindən Ələtə qədər olacaq avtomobil magistralı, digəri isə İpək Yoluna paralel Hacıqabuldan Gürcüstan sərhədinədək olacaq yeni, beton örtüklü avtomobil magistralıdır. Sumqayıt-Ələt pullu avtomobil yolunun layihəsi üzərində müzakirələr il yarım əvvəl başlayıb. Yol boş ərazilərlə, dövlətin balansında olan torpaqlardan keçməklə çəkiləcək və bu yolda sürətin minimum 100 km/saatdan yüksək olacağı gözlənir.
   Eyni zamanda, açıqlamada o da bildirilir ki, xarici şirkətlərin bilavasitə investisiya qoyuluşları ilə inşa olunacaq bu yolların, uzağı 2015-ci ilədək tikilib istifadəyə verilməsi planlaşdırılır. Pullu yollarda, qəza və ya qanunvericiliyin pozulması halları ilə mübarizə tədbirləri istisna edilməklə, yol polisləri olmayacaq. Yola nəzarət müxtəlif ərazilərə qurulmuş videomüşahidə sistemlərilə həyata keçiriləcək. Yolda baş verəcək hadisələr zamanı xilasetmə işləri həyata keçirmək üçün xüsusi xidmət sistemi yaradılacaq.
   Yolların pullu olması təcrübəsi inkişaf etmiş ölkələrdə, çoxdandır ki, mövcuddur. Həmçinin, sözügedən ölkələrdə bu metodun müəyyən müsbət nəticələri də var. Bəs Azərbaycanda necə, sözügedən layihənin həyata keçirilməsi özünü doğruldacaqmı? Bu variant ölkəmiz üçün nə dərəcədə məqsədəuyğun sayıla bilər?
   Məsələyə münasibət bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov ABŞ-da 20 ildən çoxdur pullu yollardan istifadə olunduğunu dedi: "Bunun mahiyyəti ondan ibarətdir ki, həmin yollardan istifadə edən avtomobil sahibləri buna görə pul ödəyir. Yığılan həmin pullar yolların təmirinə və digər sosial ehtiyacların ödənilməsinə yönəldilir. O baxımdan, Qərb ölkələrində bu təcrübədən geniş istifadə olunur. Ancaq buna baxmayaraq, düşünmürəm ki, Azərbaycanda pullu yolların istifadəsi mümkündür və eyni zamanda buna ehtiyac var. Pullu yollardan o halda istifadə etmək məqsədəuyğun və səmərəli hesab olunur ki, ölkədə yaşayan insanların ödəniş qabiliyyəti pullu yollardan istifadəyə imkan versin. Bu gün düşünmürəm ki, Azərbaycanda bütün avtomobil sahiblərinin buna imkanı var. Başqa bir tərəfdən, adətən Bələdiyyələr pullu yollardan yığılan vəsaitləri daha çox yolların təmirinə və abadlaşdırılmasına yönəldi.
   Bu gün Azərbaycanda yolların təmir və abadlaşması üçün vəsait problemi yoxdur. Problem bu sahəyə dövlət büdcəsindən ayrılan vəsaitlərin səmərəli xərclənməsilə bağlıdır. Bu sahədə bir sıra problemlər var və tenderlər şəffaf keçirilmir. Bu sahəyə ayrılan vəsaitlər səmərəli xərclənsə, o zaman pullu yolların salınmasına ehtiyac qalmayacaq".
   V.Bayramov dünyanın heç bir yerində şəhərdaxili yolların pullu olmadığını bildirdi: "İnkişaf etmiş ölkələrdə belə şəhərdaxili yollar pullu olmur. Adətən o yollar pullu olur ki, həmin yollar müxtəlif şəhərləri birləşdirir. Eyni zamanda, həmin yollardan şəhərdə yaşayanlar istifadə etmir.
   Bununla belə, pullu yolların alternativi də olur. Bu o deməkdir ki, pullu yoldan istifadə etməyə imkanı olmayanlar digər yollardan istifadə edir. Başqa bir tərəfdən, pullu yollarda tıxac az olur. Bu gün Bakı şəhərinin infrastrukturu pullu və ona alternativ yolların çəkilməsinə imkan vermir".
   
Vidadi ORDAHALLI
15 il bağlı qalmış 300-dən çox cinayətin üstü açılıb
DİN orqanlarına ictimaiyyətin münasibətini öyrənmək üçün keçirilən monitorinqlər nə göstərib?
Azərbaycanda ötən il daxili işlər orqanları üzrə qanun pozuntularının sayı 2008-ci illə müqayisədə 7 faiz azalıb. Trend News-un məlumatına görə, bunu daxili işlər naziri Ramil Usubov "Azərbaycan" dövlət qəzetinə müsahibəsində deyib.
   Nazir bildirib ki, daxili işlər orqanları üzrə qanun pozuntularına görə məsuliyyətə cəlb edilənlərin sayı da 10,7 faiz azalıb. Usubov qeyd edib ki, ötən il daxili işlər orqanlarının fəaliyyəti və şəxsi heyətlə bağlı ümumi müraciətlərin sayı 2,6 faizədək, Prezident Administrasiyasından daxil olmuş şikayətlərin sayı isə 13 faiz azalıb.
   Həyata keçirilmiş tədbirlərə baxmayaraq, ayrı-ayrı, xüsusən bayır xidməti əməkdaşlarının xidməti fəaliyyətində müxtəlif qanun pozuntularına, nöqsan və çatışmazlıqlara hələ də rast gəlinməsindən təəssüflənən nazir qeyd edib ki, son 3 ildə vətəndaş hüquqlarını pozduqlarına görə 614 nəfər polis əməkdaşı cəzalandırılıb. "Onlardan 16-sı cinayət məsuliyyətinə cəlb edilib, 85-i xidmətdən xaric olunub, 66-sı tutduğu vəzifədən azad edilib, 5-nin xüsusi rütbəsi bir pillə aşağı salınıb, 442 nəfər barəsində digər intizam tədbirləri görülüb", - nazir vurğulayıb.
   Nazir ictimaiyyətin daxili işlər orqanlarının xidməti fəaliyyətinə münasibətini mütəmadi olaraq aparılan monitorinqlərlə müəyyənləşdirildiyini və bu prosesin nazirliyin rəhbərliyi üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
   "Monitorinqlər vasitəsilə fəaliyyətimizdəki çatışmazlıqları, əhalinin narazı olduğu məqamları müəyyən edir və lazımi nəticələr çıxarırıq. Cəmiyyətin münasibətini öyrənməkdə ən səmərəli vasitələrdən biri də rəy sorğularının keçirilməsidir. Sonuncu sorğunun nəticəsi göstərib ki, rəyi soruşulanların 80 faizə qədəri respublikada cinayətkarlığa qarşı mübarizənin hazırkı vəziyyətindən razıdır. Digər məlumat mənbəmiz isə kütləvi informasiya vasitələrində dərc olunan obyektiv və qərəzsiz tənqidi yazılardır. Bu materiallar da tərəfimizdən diqqətlə araşdırılır və lazımi ölçülər götürülür", - Usubov vurğulayıb. Nazir deyib ki, Azərbaycanda daxili işlər orqanları, prokurorluq və milli təhlükəsizlik orqanları ilə birgə son 15 il ərzində bağlı qalmış 376 cinayətin üstü açılıb. Nazir bildirib ki, müxtəlif cinayətlərə görə 15217 nəfər məhkəmə məsuliyyətinə cəlb edilib, yerli və dövlətlərarası axtarışda olan 2441, o cümlədən MDB üzvü olan dövlətlərdə və digər ölkələrdə gizlənmiş 134 təqsirləndirilən şəxs tutulub. Ötən dövr ərzində İnterpolun Azərbaycan Respublikasında Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 67 nəfərin və İnterpol tərəfindən axtarılan 23 şəxsin yeri müəyyən edilib. Usubovun sözlərinə görə, həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ağır və xüsusilə ağır cinayətlər törətmiş 955 nəfəri birləşdirən 436 qrup və mütəşəkkil dəstə zərərsizləşdirilib. Qanunsuz saxlanan 1115 odlu silah və 166 mindən çox güllə götürülüb. Narkotrafikə və insan alverinə qarşı mübarizə üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən 2008-ci illə müqayisədə 372 kiloqram çox - 1 ton 23 kiloqram narkotik vasitə çıxarılıb, 267 nəfərdən ibarət 99 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Nazir bildirib ki, insan alverinə qarşı mübarizədə məqsədyönlü şəkildə davam etdirilən tədbirlərlə 80 insan alveri cinayəti aşkarlanaraq 76 nəfər məsuliyyətə cəlb olunub, 55 nəfərdən ibarət 25 cinayətkar qrup zərərsizləşdirilib, bu cinayətlərin qurbanı olmuş 91 şəxs müəyyən edilib. Usubov qeyd edib ki, ötən il xidməti vəzifələrin icrası zamanı daxili işlər orqanlarının 159 əməkdaşı xəsarət alıb, 7 nəfər isə həlak olub.
   
Sahil QULİYEV
"Nizami" metrosunda telefon oğrusu Nazim Heydərov yaxalandı
Metroda daha bir cibgir yaxalandı. Bu barədə məlumatı "OLAYLAR"a Bakı Şəhər Baş Polis İdarəsindən veriblər.
   Hadisə fevralın 22-də "Nizami" metrostansiyasında baş verib. Saat 14:30 radələrində Xırdalan şəhər sakini Nazim Heydərov Lənkəran şəhər sakini Füzuli Zamanovun cibindən mobil telefonunu oğurlayıb. Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cibgir dərhal yaxalanıb.
Lalə Şövkət haqqında qalmaqallı məqalə müəllifinin kimliyinə aydınlıq gətiriləcək
"Ölkə" qəzeti ilə Lalə Şövkətin qarşıdurması dərinləşir
Nicat Dağlar: "Lalə xanıma xatırlatmaq istərdim ki..."
"Milli Birlik" Hərəkatının lideri, "Azadlıq" blokunun təmsilçisi Lalə Şövkət "Ölkə" qəzetinə qarşı məhkəmə iddiası qaldırıb. Buna səbəb isə qəzetdə "Madam ləqəbli KQB agenti" başlıqlı məqalədir. Lalə Şövkət iddia edir ki, adıçəkilən yazı onun şərəf və ləyaqətinin təhqirinə yönəlib.
   "Ölkə" qəzetinin məsul katibi Nicat Dağlar isə bu iddia ilə razılaşmır. O hesab edir ki, Azərbaycanda söz azadlığının müdafiəçisi qismində çıxış edən, demokrat kimi təqdim olunan şəxslərin qəzetlərə qarşı məhkəmə iddiası qaldırması azad mətbuatın susdurulmasına yönəlik addım kimi qiymətləndirilməlidir: "Çox təəssüf edirəm ki, Lalə xanım belə bir davranış nümunəsi sərgiləyir. Həmin yazıda Lalə Şövkətin KQB agenti olması barədə hər hansı iddia yoxdur. Mənim üçün də maraqlıdır ki, niyə Lalə xanım yazıya belə bir reaksiya verir. Yazı başqalarının dedikləri və başqalarının yazdıqları əsasında qurulub. Konkret olaraq İsa Qəmbərin açıqlamaları və Lalə xanımın bu açıqlamalara verdiyi cavab ətrafında gəzişmələr aparılıb".
   N.Dağlar "Milli Birlik" liderinin "Ölkə" qəzetinə qarşı məhkəmə iddiası qaldırması faktı ilə Lalə xanımın demokratiya, söz azadlığı, fikir sərbəstliyinə dair bəyanatları arasında ziddiyyət olduğunu bildirdi: "Lalə xanıma xatırlatmaq istərdim ki, onun da korrupsioner, rüşvətxor dediyi, mətbuatın ən sərt formada tənqid etdiyi məmurların qəzetlərə, jurnalistlərə qarşı məhkəmə iddiası qaldırdığına dair nümunə yoxdur.
   Bu vaxta qədər fövqəlsərt yazılarımız olub. Bu yazılarda ittiham obyekti olanlar məhkəmə qapısı döyməyib. Amma təəssüf ki, Lalə xanım barəsində hər hansı ittihama rast gəlinməyən yazını da götürüb, ədalətinə inanmadığı, müstəqilliyinə şübhə etdiyi məhkəməyə üz tutdu. Görünür, hakimiyyətə gəlməyi bacarmayan, illərdir cəmiyyətə yalançı mesajlar verib insanları ümidsizliyə qərq edənlərin həftədə bir dəfə işıq üzü görən qəzetdən 300 min manat tələb edib, həmin vəsaitin hansısa pansionata köçürülməsini istəməsini təbii qarşılamalıyıq".
   N.Dağlar onu da bildirdi ki, "Ölkə" qəzetinin həftənin 4-cü günü işıq üzü görəcək növbəti sayında mübahisəyə səbəb olmuş yazının müəllifinin kimliyinə də aydınlıq gətiriləcək.
   
RAMİL
Ombudsmanlığa üç yeni namizədin adı Milli Məclisə təqdim edildi
Azərbaycanın yeni Ombudsmanının təsdiq olunması ilə bağlı layihə Milli Məclisə (MM) daxil olub. Bu barədə APA-ya MM-dəki mənbələrdən məlumat verilib.
   Qanuna müvafiq olaraq, MM-ə Ombudsman vəzifəsində 3 nəfərin namizədliyinin təqdim olunduğu bildirilir. Namizədlərdən biri hazırkı Ombudsman Elmira Süleymanovadır. Digər namizədin Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov olduğu qeyd edilib. Üçüncü namizəd isə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı təmsilçisi Teymur Məlikaslanovdur. Qeyd edək ki, məsələnin parlamentin növbəti iclasında müzakirəyə çıxarılacağı gözlənir.
"Xocalı qətliamına" görə 286 nəfər cinayət məsuliyyətinə cəlb olunub
38 nəfər barədə həbs qərarı çıxarılıb
Milli Təhlükəsizlik, Daxili İşlər nazirlikləri və Respublika Prokurorluğunun birgə istintaq-əməliyyat qrupunda Xocalı, Qaradağlı, Meşəli, Bağanıs Ayrım və digər Azərbaycan kəndlərində ermənilərin törətdiyi cinayətlərlə bağlı 286 nəfərin, insanlıq əleyhinə cinayətlərdə günahkar bilinərək, təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması üçün qərar qəbul edilib.
   Onlar barəsində məhkəmələr tərəfindən qiyabi həbs qərarı çıxarılıb və beynəlxalq axtarışa verilmələri üçün İnterpolun Azərbaycan Milli Mərkəzi Bürosuna müraciət edilib. APA-nın məlumatına görə, bu barədə MTN, DİN və Respublika Prokurorluğunun birgə istintaq-əməliyyat qrupunun rəhbəri Mehman Poladov bildirib. O deyib ki, 366-cı alayın rəhbər heyəti də beynəlxalq axtarışa verilən şəxslər arasındadır: "Onların arasında həm rus, həm də erməni millətindən olan şəxslər var. Hazırda əməliyyat qrupunda həmin şəxslərin anket məlumatlarının və fotoşəkillərinin toplanması istiqamətində işlər davam etdirilir".
   İstintaq qrupunun rəhbəri deyib ki, artıq 366-cı alayın rəhbərliyinə daxil olan bir sıra şəxslərin azərbaycanlılara qarşı cinayətləri tam sübuta yetirilib: "Yaxın günlərdə həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görülməsi təmin ediləcək. Onlarla bağlı Rusiya, Qazaxıstan və Özbəkistan prokurorluqlarına müvafiq hüquqi yardımlar göstərilməsi üçün arayışlar göndərilib".
   M.Poladovun sözlərinə görə, Xocalı soyqırımına gedən yol Qaradağlı soyqırımından başlayıb. Artıq əməliyyat-istintaq qrupunda Qaradağlı soyqırımı ilə bağlı 6 nəfər barəsində məsuliyyətə cəlb etmə qərarı qəbul edilib və beynəlxalq axtarışa verilmələri üçün müvafiq sənədlər təqdim olunub: "Qaradağlı soyqırımı ilə bağlı kifayət qədər şübhəli şəxs müəyyən olunub. Onların təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunması istiqamətində işlər davam etdirilir".
   İstintaq qrupunun rəhbəri deyib ki, Xocalı soyqırımı ilə bağlı 38 şəxs barəsində həbs qərarı çıxarılıb və onlar beynəlxalq axtarışa verilib. Bu istiqamətdə əməliyyat işləri davam etdirilir.
Piter Semnebi Azərbaycana hələ bir müddət də gəlib-gedəcək
Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurası xüsusi nümayəndələrin mandatının müddətini martın 1-dən avqustun 31-dək artırıb.
   APA-nın məlumatına görə, XİN Şurasının qərarı ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin, Avropa ittifaqının Mərkəzi Asiya ölkələri və Gürcüstanda münaqişələr üzrə xüsusi nümayəndəsi Pyer Morelin və Avropa İttifaqının Moldova üzrə xüsusi nümayəndəsinin mandatının müddəti 6 ay artırılıb. Xatırladaq ki, xüsusi nümayəndələrin mandatının müddəti altı aydan bir artırılır.
Prezident Lökbatanda Qarabağ əlil və şəhid ailələri üçün bina açılışında iştirak etdi
Fevralın 23-də Bakının Lökbatan qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binasının açılışı, həmçinin müharibə əlillərinə minik avtomobillərinin verilməsi mərasimi keçirilib.
   APA-nın məlumatına görə, mərasimdə prezident İlham Əliyev də iştirak edib.
   Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov dövlət başçısına məlumat verib ki, binada 81 mənzil var. Onlardan 72-si 2 otaqlı, 9-u 3 otaqlıdır. Binada əlillərin hərəkəti və rahat yaşaması üçün hər cür şərait yaradılıb.
   Prezident İ.Əliyev Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin orderlərini təqdim edib.
   Sonra dövlət başçısı II Dünya və Qarabağ müharibələrinin əlillərinə minik avtomobillərinin açarlarını verib.
   Prezident binada yaradılmış şəraitlə tanış olub.
   
"Azəryolservis"in işçiləri "Tərəqqi" medalı aldı
Prezident İlham Əliyev Nəqliyyat Nazirliyinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
   APA-nın xəbərinə görə, Azərbaycanda nəqliyyat-yol infrastrukturunun inkişafındakı xidmətlərinə görə "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin aşağıdakı işçiləri - Adamoviç Zinaida Aleksandrovna, Alıyev Əmrah Höccət oğlu, Əmirov Sahib Vəli oğlu, Fatullayeva Sona Carulla qızı, Feyzullayev Əyyub Adil oğlu, Həsənov Rəsul Əli oğlu, Həmidov Siracəddin Baba oğlu, Qəhrəmanov Mövlud Həmid oğlu, Məmmədov Loğman Ərziman oğlu, Məmmədov Saleh Ərşad oğlu, Məmmədov Şıxverdi Süleyman oğlu "Tərəqqi" medalı ilə təltif edilib.
   
Rusiyanın Mozambikdəki səfiri ATƏT-in Minsk Qrupuna həmsədr gəlir
Yuri Merzlyakov isə Estoniyaya səfir gedir(?)
ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov Estoniyaya səfir göndərilə bilər. APA-nın "Regnum"a istinadən verdiyi məlumata görə, Y.Merzlyakov daha əvvəl Rusiyanın Qazaxıstan, Madaqaskar və Komor adlarındakı səfiri vəzifələrində çalışıb.
   Hələlik xəbər rəsmi təsdiqini tapmayıb.
   ATƏT-in Minsk Qrupunda yeni rusiyalı həmsədrin adı məlum olub. APA-nın "News.am"a istinadən yaydığı məlumata görə, bu vəzifəni Rusiyanın Mozambikdəki səfiri İqor Popovun icra edəcəyi bildirilib.
   Bu barədə Rusiya Xarici İşlər Nazirliyindəki mənbələr bildirib. Hələlik təyinat rəsmən açıqlanmayıb. Hazırkı həmsədr Yuri Merzlyakovun isə Rusiyanın Estoniyadakı səfiri vəzifəsinə təyin olunacağı gözlənir.
   
"Xocalı günü" Ankaradakı Keçiören bələdiyyəsindəki abidə yad ediləcək
Azərbaycanın Türkiyədəki səfirliyi Xocalı soyqırımının 18-ci ildönümü münasibətilə silsilə tədbirlər həyata keçirəcək. Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu tədbirlər çərçivəsində fevralın 24-də Qazi Universitetinin diş həkimliyi fakültəsində "Azərbaycanda qanayan yara:
   Xocalı qətliamı" mövzusunda konfrans həyata keçiriləcək. Fevralın 25-də isə yenə həmin universitetin "Memar Kəmaləddin" salonunda "Xocalı qətliamı - sözün bitdiyi yer" adı altında tədbir həyata keçiriləcək.
   Fevralın 26-da Ankaranın Keçiören bələdiyyəsində tədbirlər silsiləsi həyata keçiriləcək. İlk olaraq bələdiyyədəki "Xocalı qətliamı qurbanları" abidəsinin önünə əklil qoyulacaq, nitqlər söyləniləcək. Sonra "Esterqon" qalasında "Xocalıda yaşanan dram" adlı sərgi açılacaq. Sərginin açılışından sonra Heydər Əliyev Fondunun dəstəyilə çəkilmiş "Xocalı qətliamı" filmi nümayiş etdiriləcək, "Xocalıya ədalət" kampaniyası çərçivəsində imzalar toplanacaq. Sərgi 1 həftə davam edəcək.
   
   
   
   
Xəbər xidməti
PKK-çı Ərdoğana ayaqqabı tulladı
Məşhur siyasi xadimlərə çəkmə atılması ilə bağlı hadisələr sırasına daha bir insident daxil olub. İspaniyada rəsmi səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana çəkmə atılıb.
   APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, naməlum şəxs Andalusiyanın paytaxtı Sevilyanın hava limanına yola düşmək üçün avtomobilə əyləşən Ərdoğana çəkmə ataraq, "Yaşasın Kürdüstan!" deyə hayqırıb. Çəkmə baş nazirdən yan ötüb, həmin şəxs isə təhlükəsizlik xidməti tərəfindən saxlanıb.
   Xatırladaq ki, 2008-ci ilin dekabr ayında bir müddət əvvəl ABŞ-ın keçmiş prezidenti Bağdadda səfərdə olarkən iraqlı jurnalist Müntəzir əz-Zeydi çəkməsini ona atıb və buna görə də həbs olunub.
   İspaniya polisi Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana ayaqqabı atan şəxsin həbsi ilə bağlı qərar çıxarıb. Həmin şəxsin Suriya vətəndaşı, 27 yaşlı etnik kürd olduğu üzə çıxıb. Onun artıq 1 ildir Sevilyada yaşadığı müəyyən edilib.
Bakıxanov qəsəbəsində aptekə oğru girdi
Bakıda fəaliyyət göstərən apteklərdən biri qarət edilib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, Bakı şəhər sakini Elnur Mirzəyevə məxsus Bakıxanov qəsəbəsi, Gənclik küçəsi 15-də yerləşən aptekdən açıq qapıdan keçmək yolu ilə 159 manat dəyərində dərman preparatları oğurlanıb. Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Aqil Carıyev tutularaq məsuliyyətə cəlb olunub.
"Nar Mobile"nin Şirvan şöbəsinə pulla işçi yığan dələduz tutuldu
Şirvanda vətəndaşları aldadaraq pullarını mənimsəyən şəxs istintaq cəlb edilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan Şəhər Polis Şöbəsindən məlumat verib. Məlumatda bildirilir ki, Şirvan şəhər sakini Xudatov Oqtay Mirzə oğlu ayrı-ayrı vaxtlarda sakinləri "Nar Mobile" Şirvan şəhər şöbəsinin "Betta" MMC təhlükəsizlik idarəsinə mühafizəçi vəzifəsinə işə düzəldəcəyini vəd edərək, onlardan müxtəlif məbləğdə pul alaraq aldadıb. O, Şirvan sakinləri Rəşad Xəlilovdan 400 manat, Kərim Dadaşovdan 700 manat, Rəşid Musayevdən 600 manat və Elvin Rəsulovdan 600 manat alıb.
   Fevralın 18-də Oqtay Xudatov əməliyyat axtarış tədbirləri nəticəsində qohumunun toyunda yaxalanaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
   
Yasamal polisi Aydəmirovdan "PM" tapançası götürdü
Bakıda silahlı şəxs saxlanıb. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, fevralın 22-də Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Məhərrəm Aydəmirovdan 4 ədəd patronu ilə birlikdə "PM" markalı tapança aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
   
   
Sumqayıtda valyutadəyişənləri güllələmiş qatilin fotorobotu hazırlandı
Fevralın 20-də Sumqayıtda valyutadəyişmə məntəqəsinin işçisini qətlə yetirməkdə şübhəli bilinən şəxsin fotorobotu hazırlanıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
   Nazirliyin məlumatına görə, hadisəni törədən şəxsin yaşı 25-30, boyu 170-175, bədən quruluşu dolu və idmançı tiplidir. Onu tanıyan şəxslərdən daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat vermələri xahiş olunur.
   Xatırladaq ki, məlum cinayət hadisəsi fevralın 20-də saat 7:30 radələrində Sumqayıt şəhərində baş verib. Valyutadəyişmə məntəqəsində işləyən Vüqar Balayevin naməlum şəxs tərəfindən "Makarov" tipli tapança ilə qəsdən öldürülməsi, onun atası İsmayıl Balayevə isə bıçaqla xəsarət yetirilməsi faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 29,120.2.5, 29, 120.2.7 (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupunun icraatına götürülüb. Hazırda cinayəti törətmiş şəxsin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
   Qeyd edək ki, Sumqayıtda silahlı basqına məruz qalan ata-oğul millət vəkili İqbal Ağazadənin yaxın qohumlarıdır.
   
Üç partiya polislə toqquşmada həbs olunmuş 5 dinçinin hüquqlarını müdafiə komitəsi yaratdı
Fevralın 13-də Məhəmməd peyğəmbərin vəfatı günü hakimiyyətin icazəsi olmadan Hacı Soltan Əli məscidindən Şəhidlər Xiyabanına yürüş zamanı saxlanmış 5 islamçı hazırda həbsdədir.
   Saxlananların vəkili Fəxrəddin Mehdiyevin "Turan"a verdiyi məlumata görə, onlara qarşı Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddələrilə ittiham irəli sürülüb. Daha bir neçə nəfər bir neçə günlük həbs cəzası almışdı. Onlardan 2-si yanvarın 21-də azad edilib, deyə vəkil bildirib.
   Hüquq müdafiəçisi Çingiz Qənizadə bu günlərdə müttəhimlərlə görüşüb. "Mən onların hər birilə ayrı-ayrılıqda görüşdüm. Saxlanmadan və Polis İdarəsinə gətirildikdən sonra onlara qarşı fiziki təzyiqlərə yol verilməyib" - deyə Qənizadə "Turan"ın müxbirinə bildirib. İslam Partiyası mətbuat xidmətinin rəhbəri Akif Heydərli həbs edilən dindarların hüquqlarını müdafiə komitəsi yaradıldığını, bu gün komitənin ilk iclası keçiriləcəyini deyib.
   "Biz bu həbsləri qanunsuz sayırıq və onların azadlığı üçün tədbirlər həyata keçirəcəyik. Komitə ölkənin hüquq müdafiəçilərinə, beynəlxalq birliyə müvafiq müraciət ünvanlayacaq" - deyə Heydərli bildirib. Onun sözlərinə görə, Komitənin tərkibinə İslam, Fəzilət və Birlik partiyalarının, Ziyalılar Birliyinin təmsilçiləri daxildir.
   
   
TURAN
AZAL Bakı-Naxçıvan aviareyslərindən uzaqlaşdırılıb
Bu reysləri "Turan Air" şirkəti həyata keçirəcək
"Azerbaijan Airlines" (AZAL) QSC dövlət aviaşirkəti Bakı-Naxçıvan-Bakı marşrutu ilə müntəzəm sərnişin reyslərinin həyata keçirilməsindən uzaqlaşdırılıb. Bu reysləri özəl şirkət olan "Turan Air" həyata keçirəcək. Bu şirkət Silk Way Holding qrupuna məxsusdur. "AZAL" bu reysi başqa şirkətə versə də, rəsmi olaraq heç bir izahat vermir. Qeyd edək ki, bu reys "TuranAir"ə veriləndən öncə aviabiletin qiyməti 40 manatdan 75 manata qaldırılıb. Bundan başqa, aviadaşıyıcı hər bilet üçün dövlət büdcəsindən əlavə 20 manat alır.
   Hazırda mövsümlə bağlı Naxçıvana reyslər gündə iki dəfə olur. Yayda onların sayı sutkada 4-5, bəzənsə daha çox olur. Uçuşlar TU-154-lə həyata keçirilir. Maraqlıdır ki, bir müddət əvvəl AZAL özünün bütün sovet istehsalı olan aviaparkını "Turan Air"ə verib.
Portuqaliyada daşqın baş verib, 30 nəfərdən çox insan itkin düşüb
Portuqaliyanın Madeyra adasında baş vermiş daşqın və sel nəticəsində itkin düşənlərin sayı 32 nəfərə çatıb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 42 nəfər həlak olub, 100 nəfərdən çox müxtəlif dərəcəli xəsarət alıb. Bazar ertəsi hadisə ilə bağlı Portuqaliyada üç günlük matəm elan olunub.
   
Məntəqə və dairə komissiyalarının üzvləri əməkhaqlarını ala bilmir
Azər Sarıyev: "Yaxın günlərdə problem həllini tapacaq
Mərkəzi Seçki Komissiyası dairə və məntəqə seçki komissiyaları işçilərinin əməkhaqlarını vermir. Bu barədə "OLAYLAR"a dairə seçki komissiyalarının əməkdaşları xəbər verib.
   Artıq 25 gündür, işçilərin əmək haqlarını ala bilmədiyi deyilən məlumatda bildirilir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məntəqə və dairə seçki komissiyaları işçilərinin maaşlarını verməyəcəyini bildirib. Məsələyə Mərkəzi Seçki Komissiyası da münasibət bildirib. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev "OLAYLAR"a bildirib ki, həqiqətən də maaşlarda gecikmələr var. Amma bu, texniki problemlərlə bağlıdır: "Burda heç bir qərəz yoxdur. Sadəcə olaraq, həmin şəxslərin işləri fevralın 2-də başa çatıb. Ona görə də bu şəxslərin maaşları həmin vaxtdan sonra hesablanmağa başlanıb. Yaxın bir-iki günə həmin şəxslərin maaşları tam veriləcək.
"Qış bulvarı" yox, sadəcə şəhər parkı...
BŞİH Heydər Əliyev adına Sarayla Dövlət Dram Teatrı arasındakı sahədə tikilən parkın adına aydınlıq gətirdi
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Heydər Əliyev adına Sarayla Dövlət Dram Teatrı arasındakı sahədə parkın salınması ilə bağlı açıqlama yayıb.
   BŞİH-nin mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada bildirilir ki, bəzi mətbu orqanlarda tez-tez Heydər Əliyev Sarayı ilə Azərbaycan Dövlət Dram Teatrının arasındakı sahədə "Qış bulvarı"nın tikiləcəyilə bağlı yanlış məlumatlar dərc olunur: "Bu mənbəyi məlum olmayan məlumata aydınlıq gətirərək bildiririk ki, həmin ərazidə naməlum "Qış bulvarı" deyil, Bakı şəhərinin Baş planına uyğun olaraq şəhərimizin daha da gözəlləşməsi və şəhər sakinlərinin istirahətinin yaxşılaşdırılması məqsədilə müasir, gözəl şəhər parkının salınması nəzərdə tutulur".
   
Bakıda öz mənzillərində ehtiyacdan ölmüş ana və qızı aşkarlandı
FHN əməkdaşları dəhşətli ailə dramının şahidi oldular
Bakıda mənzildə köməksiz vəziyyətdə qalan ana və bala aşkar edilib. Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
   Məlumatda bildirilir ki, FHN-ə Bakı şəhəri, Xətai rayonunda 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə doqquzmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açıb mənzilə daxil olublar. Mənzilə baxış keçirilərkən 1943-cü il təvəllüdlü Sevil Qurbanovanın yataqda hərəkətsiz vəziyyətdə olduğu aşkar olunub. Keçirilmiş müayinə zamanı S.Qurbanovanın vəfat etdiyi müəyyən edilib. S.Qurbanovanın qızı isə xəstə vəziyyətdə aşkarlanıb. Qızın ruhi xəstə olduğu məlum olub. Xilasedicilər Sevil Qurbanovanın cəsədini və xəstəni aidiyyəti üzrə təhvil veriblər.
   
Yasamalda üç avtomobil toqquşdu, yaralı çətinliklə çıxarıldı
Bakının Yasamal rayonunda "Mercedes", "Nissan" və "VAZ" markalı 3 minik avtomobili toqquşub.
   Milli.Az xəbər portalı Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, toqquşma nəticəsində hər üç nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, "Mercedes"in sürücüsü yaralanaraq avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər müvafiq avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib.
 
 
 SON XƏBƏRLƏR
2010-02-24 Yasamalda üç avtomobil toqquşdu, yaralı çətinliklə çıxarıldı
2010-02-24 Bakıda öz mənzillərində ehtiyacdan ölmüş ana və qızı aşkarlandı
2010-02-24 "Qış bulvarı" yox, sadəcə şəhər parkı...
2010-02-24 Məntəqə və dairə komissiyalarının üzvləri əməkhaqlarını ala bilmir
2010-02-24 Portuqaliyada daşqın baş verib, 30 nəfərdən çox insan itkin düşüb
2010-02-24 AZAL Bakı-Naxçıvan aviareyslərindən uzaqlaşdırılıb
2010-02-24 Üç partiya polislə toqquşmada həbs olunmuş 5 dinçinin hüquqlarını müdafiə komitəsi yaratdı
2010-02-24 Sumqayıtda valyutadəyişənləri güllələmiş qatilin fotorobotu hazırlandı
2010-02-24 Yasamal polisi Aydəmirovdan "PM" tapançası götürdü
2010-02-24 "Nar Mobile"nin Şirvan şöbəsinə pulla işçi yığan dələduz tutuldu
2010-02-24 Bakıxanov qəsəbəsində aptekə oğru girdi
2010-02-24 "Xocalı günü" Ankaradakı Keçiören bələdiyyəsindəki abidə yad ediləcək
2010-02-24 Rusiyanın Mozambikdəki səfiri ATƏT-in Minsk Qrupuna həmsədr gəlir
2010-02-24 "Azəryolservis"in işçiləri "Tərəqqi" medalı aldı
2010-02-24 Prezident Lökbatanda Qarabağ əlil və şəhid ailələri üçün bina açılışında iştirak etdi
2010-02-24 Piter Semnebi Azərbaycana hələ bir müddət də gəlib-gedəcək
2010-02-24 "Xocalı qətliamına" görə 286 nəfər cinayət məsuliyyətinə cəlb olunub
2010-02-24 Ombudsmanlığa üç yeni namizədin adı Milli Məclisə təqdim edildi
2010-02-24 Lalə Şövkət haqqında qalmaqallı məqalə müəllifinin kimliyinə aydınlıq gətiriləcək
2010-02-24 "Nizami" metrosunda telefon oğrusu Nazim Heydərov yaxalandı
2010-02-24 15 il bağlı qalmış 300-dən çox cinayətin üstü açılıb
2010-02-24 Pullu yolların özü gəlməmiş mübahisəsi başladı
2010-02-24 Salyan avtovağzalındakı bazar davasına rayondan cavab gəldi
2010-02-24 ABŞ-dakı azərbaycanlılar bu dövlətin başçılarına 1211 "Xocalı məktubu" göndərib
2010-02-24 Polis-jurnalist münasibətləri ətrafında çarpaz müzakirələr aparıldı
2010-02-24 Kriminal avtoritet Rauf Quliyev prokurorun ona qarşı qərəzli olduğunu deyir
2010-02-24 Ermənistan prezidentinin kürəkəni qaynatasına qarşı çıxdı
2010-02-24 İranın Bakıdakı səfirliyi İrəvandakı səfirin səhvini düzəltməyə çalışdı
2010-02-24 Ermənistan parlamenti Kollektiv Operativ Reaksiya Qüvvələrinin yaradılması haqqında müqaviləni ratifikasiya edib
2010-02-24 "Əl-Qaidə" indi də Türkiyəni hədələdi
2010-02-24 Yanukoviç Moskvanı Brüsselə dəyişdi?
2010-02-24 İran parlamentinin vitse-spikeri ölkəsinin Ermənistan səfirinin sözlərinə "əhəmiyyət verməyin" deyib
2010-02-24 ABŞ-ın Azərbaycan siyasətinə həsr olunmuş konfrans keçiriləcək
2010-02-24 Dmitri Roqozin deyir ki, Rusiya öz hərbçilərini heç bir halda Əfqanıstana göndərməyəcək
2010-02-24 Böyük Quruluş BAXCP və Ədalət partiyaları "Vətən" bayrağının altına yığışırlar
2010-02-24 AMİP daha İran səfirliyi qarşısında görünmür
2010-02-24 "Cundullah" terror təşkilatının rəhbəri İranda həbs edildi
2010-02-24 Silivri həbsxanası məhbus türk general və zabitləri ilə dolub
2010-02-24 Şirvan şəhər sakini Qarayev Azərin qarajından mal-qara oğurlanıb
2010-02-24 Qeyri-adi tam verən GMO-lu meyvələr siyasilərin də diqqətindən yayınmayıb
2010-02-24 Ovçular Daşkəsən meşələrində dəhşətli yanğın törədib
2010-02-24 Bank kreditlərinin və əmanətlərin faizləri düşəcək
2010-02-24 "Texnikabank" və "Dekabank" POS terminal xidmətində digərlərindən nə ilə fərqləndi?
2010-02-24 İKT sektorunun yeni inkişaf mərhələsi başlayır
2010-02-24 Məni həbsxanaya salın!
2010-02-24 "Bursaspor" "Fənərbaxça"nın fənərini öz meydanında söndürdü
2010-02-24 "Everton"un qapıçısı "Qalatasaray"dan qorxur
2010-02-24 Mübariz Mənsimov "Beşiktaş"da islahatlara başlayır
2010-02-24 Qış Olimpiadasında daha bir ölüm hadisəsi
2010-02-24 Bülent Korkmaz "Bakı"da ilk cəzasını aldı
2010-02-24 "Real" və "Barselona"nın Eşli Koul davası
2010-02-24 Ronaldo karyerasını bitirəcəyi tarixi açıqladı
2010-02-24 AFFA-nın "Xəzər Lənkəran"la qalmaqalı böyüyür
2010-02-24 Azərbaycanda dünya futbolunda görünməmiş hadisə
2010-02-24 "BlackBerry" telefonu "İlin brendi" oldu
2010-02-24 Yasamal polisi ailəsindən küsən kişini bir ay sonra geri qaytardı
2010-02-24 Avtoritet "Dərzi Taleh"in məhkəməsi başladı
2010-02-24 Bakıda üç ayda on mənzil qarət etmiş Mahir Həsənov 10 il aldı
2010-02-24 Üç oğru, üç doğru, bir yalançı çərşənbə...
2010-02-24 "Anar bu işi sonsuza qədər davam etdirməlidir"
2010-02-24 Bərdənin 90 kəndinin 70-də qaz yoxdur
2010-02-24 "Bizə vəhhabi deyirlər, biz sadəcə müsəlmanıq"
2010-02-24 "Azərbaycan Dəmir Yolları"nda Xeyrulla Hümbətovun vəzifəsi ləğv olundu
2010-02-24 Sadıq Murtuzayevin təklifinə şərik olmayanlar var
2010-02-24 "Muskomediya"nın Yaradıcılıq Studiyası mübahisəyə səbəb oldu
2010-02-23 Mənzillərin hər kvadratına 5 min manat istəyənlər Bakıda piketə cəhd etdilər
2010-02-23 Cəlilabadda Rahim Qasımovun dəyirmanında faciə...
2010-02-23 Ceyranbatanda 5 otaqlı ev yandı
2010-02-23 Rauf Talışinskinin müavini həbs olundu
2010-02-23 Lalə Şövkət ona "KQB agenti" deyən qəzeti məhkəməyə verdi
 
 
 
Copyright (c) Bakı Xəbər 2009