.jpg)
Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət ona "KQB" agenti böhtanı atdıqlarına görə, "Ölkə" qəzetinin redaksiyasını, baş redaktor Rəfael Becanovu və böhtan atmış "Orxan Sultanəli" təxəllüslü müəllifi məhkəməyə verib.
ALP mətbuat xidmətindən Milli.Az-a daxil olan məlumata görə, iddia ərizəsində Lalə Şövkət cavabdehlərdən məlumatın təkzib edilməsini, üzr istənilməsini və onlardan hər birinin 100 min manat məbləğində cərimə edilərək, bütün məbləğin Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatın hesabına köçürülməsini tələb edir.