.jpg)
Azərbaycanda saxta əsginasların dövriyyəsilə məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi xüsusi əməliyyat zamanı Bakı şəhər sakinləri - Azər Abdullayev, Vüqar Yolçuyev, Vüsal Salmanov və İntizam İsayev 500 ədəd 100 manatlıq saxta əskinası 20 min AZN qiymətinə satarkən yaxalanıb.
Vüqar Yolçuyevə məxsus "Tofaş" markalı avtomaşına baxış keçirən əməliyyatçılar oradan da müəyyən miqdarda saxta pul aşkar edərək götürüblər. İ.İsayevin mənzilindən isə qeyd olunan saxta əskinasların çap edilməsində istifadə olunan xüsusi avadanlıqlar aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.