Zirədəki Doğum Evində
doğuş üstündə qadın öldü
Bu barədə APA-ya Əzizbəyov rayon Prokurorluğundan məlumat verilib. Hadisə fevralın 21-i, Zirə qəsəbəsində yerləşən Doğum Evində qeydə alınıb. Qəsəbə sakini, 1978-ci il təvəllüdlü Natiqə Xanbaba qızı Cavadova doğuş zamanı dünyasını dəyişib. Onun ölümünün səbəbləri hələlik məlum deyil. Faktla bağlı Əzizbəyov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.