.jpg)
Fevralın 21-22-də ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson Naxçıvanda olub. "Turan"ın müxbirilə söhbətində Devidson bildirib ki, onun səfəri tanışlıq xarakteri daşıyır.
"Səfər zamanı Naxçıvan Təhsil Nazirliyində, Dövlət Universitetində və Milli Məclisində oldum. Mümkün əməkdaşlıq məsələləri haqqında müzakirələr aparılıb" - deyə diplomat bildirib.
İnsan hüquqları, söz azadlığı və ümumilikdə demokratiyanın vəziyyətilə bağlı məsələləri müzakirə edib-etməməsi barədə suala cavabda Devidson deyib ki, bu mövzulara toxunulub. "Görüşlərdə təsdiq etdim ki, biz bu mövzuları diqqət mərkəzində saxlayırıq və onların inkişafını izləyirik", deyə Devidson bildirib. Qeyd edək ki, Naxçıvan Ali Məclisində amerikalı diplomatı aparat rəhbəri Əli Həsənov qəbul edib.