Sumqayıtda qaz faciələri kütləviləşir
8 nəfər dəm qazından zəhərləndi
Sumqayıt şəhərində iki gün ərzində 8 nəfər dəm qazından zəhərlənib.
Şəhər Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, fevralın 20-də şəhər sakinləri Cəmil Cəfərov, Mehparə Ağayeva, Aytən Məmmədova və Abşeron rayon sakini Kəmalə Rzayeva dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib. Fevralın 21-də isə şəhər sakinləri Leyla Həsənova, Ramiyə Allahverdiyeva, Ayişə Məmmədova və Rövşanə Quliyeva evlərində dəm qazından zəhərlənib. Zərərçəkmişlər xəstəxanaya yerləşdirilib. Faktlarla bağlı araşdırmalar aparılır.