.jpg)
Ermənistan mətbuatında baş nazir Tiqran Sarkisyanın martın 1-də istefaya göndəriləcəyinə dair xəbərlər yayılıb.
Milli.Az xəbər verir ki, hökumət başçısının köməkçisi Aram Ananyan news.am saytına açıqlamasında məlumatların yalan olduğunu söyləyib. O, baş nazirin normal rejimdə fəaliyyətini davam etdirdiyini bildirib. Bəzi mətbuat orqanları isə, nəinki T.Sarkisyanın istefaya göndəriləcəyini, hətta onun yerinə kimin təyin olunacağını da yazır. Bu, sabiq prezident Robert Köçəryandır.