DUİ Müsavat və "Azadlıq" blokunun üçtərəfli birgə görüşünü keçirmək iddiasındadır
Dünən Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti iclası keçirilib.
İttifaqa daxil olan Klassik Xalq Cəbhəsi Partiyasından (KXCP) APA-ya daxil olan məlumata görə, iclasda bu il Azərbaycanda keçiriləcək parlament seçkilərilə bağlı müzakirə aparılıb. DUİ-nin birgə toplantının keçirilməsilə bağlı Müsavat Partiyasına etdiyi müraciətə müsbət cavab verilməsi təqdir olunub. "Azadlıq" blokunun da qısa müddətdə ittifaqa cavab verəcəyini bildirən DUİ rəhbərləri yaxın vaxtlarda üç siyasi qurumun iştirakı ilə birgə toplantının keçirilməsini mümkün sayıb. İclasda ittifaqın seçki qərargahının parlament seçkilərilə bağlı təqvim planının əlavə və düzəlişlərlə qəbul edilməsi qərara alınıb.