.jpg)
İngiltərə millisi və "Mançester Yunayted"in hücumçusu Ueyn Runi millinin baş məşqçisi Fabio Kapello ilə komandanın ilk görüşündən danışıb.
Britaniya mətbuatının yazdığına görə, Runi ilk görüşdəcə özünün və bütünlükdə komandanın Kapellonun "zəhmli sifətindən" qorxduğunu bildirib. "Elə ilk məşqdəcə o, dəli təsiri bağışladı və hamımızı qorxutdu. Cəmi bir neçə saniyəyə Kapello hər şeyi tam nəzarətə götürdü", - deyə Runi qeyd edib. Hücumçu Kapellonun "hər şeyi dəyişdiyini" bildirib: "Amma o, fantastik işlər görüb və biz hamımız belə məşqçi ilə işlədiyimiz üçün şadıq".