.jpg)
Bakının "Neftçi" klubunun baş məşqçisi Vaqif Sadıqov istefaya göndərildikdən sonra kluba hansı mütəxəssisin təyin olunacağı maraqla gözlənilir. Namizədlər sırasında "Qarabağ"ın hazırki baş məşqçisi Qurban Qurbanov və "Turan"ın sabiq çalışdırıcısı türkiyəli Naci Şensoyun da adı var. ANS PRESS-in əldə etdiyi məlumata görə, "Neftçi" rəhbərliyi kluba "Qarabağ"ın hazırki baş məşqçisi Qurban Qurbanovu gətirməyi planlaşdırır. "Qarabağ" futbol klubunun mətbuat katibi Nurlan İbrahimovun ANS PRESS-ə açıqlamasında Qurban Qurbanovla hər hansı bir danışıqların aparılmasını təkzib edib. Klub rəsmisi eyni zamanda Q. Qurbanovun Ağdam təmsilçisi ilə 3 illik müqaviləsinin olduğunu diqqətə çatdırıb. Xatırladaq ki, "Neftçi" klubu dünən Unibank Premyer Liqasının XXII turu çərçivəsində digər paytaxt təmsilçisi "İnter"ə məğlub olub və klub prezidenti Sadıq Sadıqov məğlubiyyəti Vaqif Sadıqova bağışlamayaraq onu istefaya göndərib.