23 Fevral 2010-cı il, N 296(1194)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3666)
"Mən baldırlarımı açıb göstərmirəm" (3557)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2492)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2439)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2259)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2034)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1757)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1650)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1361)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1344)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Vaqif Sadıqovun istefasının təfərrüatları açıldı
Hər şey "Turan"la danışılmış oyundan başladı
"Neftçi" klubunun baş məşqçisi Vaqif Sadıqov "İnter"lə oyundan sonra istefa verib. Apasport.az saytının xəbərinə görə, 0:1 hesablı məğlubiyyətin ardından Sadıqov futbolçularla ayaqüstü söhbətləşib, onlara komandadan ayrıldığını söyləyib və yetirmələrindən halallıq istəyib.
   O, apasport.az saytının əməkdaşı ilə söhbətində istefa verdiyini təsdiqləyib. Sadıqovun fikrincə, baş məşqçi təyin olunan vaxtda əsas məqsəd çətin vəziyyətdə olan komandanı ilk "altılığ"a salmaq olub: "Biz gələndə komanda çətin vəziyyətdə idi. Məqsəd "altılığ"a düşmək idi ki, buna da nail olduq. İstefa verməyimə gəlincə, fikrimcə, komandaya yeni nəfəs lazımdı".
   Sadıqov, həmçinin bildirib ki, köməkçilərinin komandada qalıb-qalmayacağını bilmir.
   Mötəbər mənbələrdən aldığımız məlumata görə, Sadıqov öz istəyilə istefa ərizəsi yazmayıb. Komandanın son vaxtlar göstərdiyi oyun rəhbərliyi qane etməyindən, Vaqif müəllim bu addımı məcburiyyətdən atıb. Bildirildiyinə görə, "Turan"la nəticəsi əvvəlcədən danışılmış görüşdən sonra onun, eləcə də vitse-prezident Tahir Süleymanovun istefası gündəmdə olub. Amma klubun yeni prezidenti Sadıq Sadıqov köhnə rəhbərlikdən qalan kadrların təmizlənməsinə indi start verib.
   Çox güman ki, yaxın günlərdə Sadıq Sadıqov Süleymanova da qapını göstərəcək. Komandanı isə mövsümün sonunadək Əsgər Abdullayevin çalışdıracağı bildirilir.
Bülent Korkmaz "Bakı"nın qarşısına qoyduğu üç şərti açıqladı
"Azarkeşlərin oyunlara marağı, demək olar ki, yoxdur"
"Azərbaycana gələndə "Bakı" rəhbərliyindən üç şey istədim. Birincisi, infrastrukturu yüksək səviyyəyə qaldırmaq. İkincisi, aşağı yaş qruplarına diqqət ayıraraq, əsas komandaya layiqli oyunçu yetişdirmək.
   Üçüncüsü isə beynəlxalq oyun təcrübəsinə malik oyunçular axtarmaq". Bu sözləri Türkiyənin "Zaman" qəzetinə müsahibəsində "Bakı"nın baş məşqçisi Bülent Korkmaz deyib. Korkmaz Azərbaycan futbolunun çatışmamazlıqlarından danışıb: "Azərbaycan futbolu inkişaf mərhələsinə qədəm qoyub. Amma Türkiyə ilə müqayisədə əlbəttə ki, geri qalır. Çünki stadionların qazonları o qədər də yaxşı deyil. Bir də azarkeşlərin oyunlara marağı, demək olar ki, yoxdur. İndi-indi peşəkarlaşmağa başlayırlar".
"Neftçi"nin məğlubiyyətsizlik seriyası 16-cı oyunda dayandırıldı
Bakının "Neftçi" klubunun Unibank Premyer Liqasının cari mövsümündə rekordu qırılıb. Apasport.az saytının məlumatına görə, "ağ-qaralar"ın ölkə kubokunun 1/8 mərhələsində iki görüşünü də nəzərə alsaq, məğlubiyyətsiz seriyası 16-cı oyunda dayandırılıb.
   Flaqmanın qarşısını axırıncı turda "Şəfa" stadionunda keçirilən matçda "İnter" kəsib (1:0). Bununla həm "Neftçi"nin uğurlu seriyasına son qoyulub, həm də baş məşqçi Vaqif Sadıqov istefaya göndərilib. "İnter" bu vacib qələbə sayəsində çempionatda olduğu kimi, "altılığ"a da vahid lider kimi yollanıb. Beşinci pillədə olan "Neftçi" isə həmşəhərlilərindən artıq 6 xal geri qalır. Qeyd edək ki, cari mövsümdə ən az uduzan komandalar "Qarabağ"la "Xəzər-Lənkəran" da belə uzun müddətli seriyaya malik deyildi. "Neftçi" buna qədər sonuncu dəfə oktyabrın 21-də III turdan təxirə salınan "Qəbələ" ilə səfər oyununda uduzmuşdu - 0:1. Flaqmanın bu dəfə fevralın 21-də yenildiyini nəzərə alsaq, ayın 21-i onlara düşərli olmur. Komanda Sadıqovun rəhbərliyi altında ümumilikdə 3 məğlubiyyət aldı ki, onların hamısı rəqib meydanında, özü də 0:1 hesabı ilə olub. İlk belə məğlubiyyət "Qəbələ" ilə görüşdən üç gün öncə, oktyabrın 18-də Ağdamda "Qarabağ"la görüşdə olmuşdu.
Totalizatorlarla işbirliyində şübhəli bilinən iki klub
Superliqadan çıxarıldı
Neçə vaxtdır danışılmış oyunlarla bağlı araşdırma aparan Çin Futbol Assosiasiyası iki klubla bağlı sərt qərar verib. Apasport.az saytının məlumatına görə, Superliqada çıxış edən "Quanmjou" və "Şenqdu Beydes" komandaları çempionatdan kənarlaşdırılıb. Bu iki klubun rəhbərliyinin totalizatorla məşğul olmasını sübut edən assosiasiya onları aşağı dəstəyə göndərib. Qeyd edək ki, klubların totalizatorlarla işbirliyində şübhəli bilinməsi və danışılmış oyunların keçirilməsi dünya futbolunda adi hal çevrilib. Lakin belə faktların sübut olunub müvafiq qərarların verilməsi nadir hadisələrdən sayılır.
Qurban Qurbanov "Neftçi"yə baş məşqçi gətirilir?
Bakının "Neftçi" klubunun baş məşqçisi Vaqif Sadıqov istefaya göndərildikdən sonra kluba hansı mütəxəssisin təyin olunacağı maraqla gözlənilir. Namizədlər sırasında "Qarabağ"ın hazırki baş məşqçisi Qurban Qurbanov və "Turan"ın sabiq çalışdırıcısı türkiyəli Naci Şensoyun da adı var. ANS PRESS-in əldə etdiyi məlumata görə, "Neftçi" rəhbərliyi kluba "Qarabağ"ın hazırki baş məşqçisi Qurban Qurbanovu gətirməyi planlaşdırır. "Qarabağ" futbol klubunun mətbuat katibi Nurlan İbrahimovun ANS PRESS-ə açıqlamasında Qurban Qurbanovla hər hansı bir danışıqların aparılmasını təkzib edib. Klub rəsmisi eyni zamanda Q. Qurbanovun Ağdam təmsilçisi ilə 3 illik müqaviləsinin olduğunu diqqətə çatdırıb. Xatırladaq ki, "Neftçi" klubu dünən Unibank Premyer Liqasının XXII turu çərçivəsində digər paytaxt təmsilçisi "İnter"ə məğlub olub və klub prezidenti Sadıq Sadıqov məğlubiyyəti Vaqif Sadıqova bağışlamayaraq onu istefaya göndərib.
Runi Kapellonun "zəhmli sifətindən" qorxub
İngiltərə millisi və "Mançester Yunayted"in hücumçusu Ueyn Runi millinin baş məşqçisi Fabio Kapello ilə komandanın ilk görüşündən danışıb.
   Britaniya mətbuatının yazdığına görə, Runi ilk görüşdəcə özünün və bütünlükdə komandanın Kapellonun "zəhmli sifətindən" qorxduğunu bildirib. "Elə ilk məşqdəcə o, dəli təsiri bağışladı və hamımızı qorxutdu. Cəmi bir neçə saniyəyə Kapello hər şeyi tam nəzarətə götürdü", - deyə Runi qeyd edib. Hücumçu Kapellonun "hər şeyi dəyişdiyini" bildirib: "Amma o, fantastik işlər görüb və biz hamımız belə məşqçi ilə işlədiyimiz üçün şadıq".
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
Dünən Almaniyanın Frankfurt şəhərində Avro-2012-nin seçmə mərhələsi çərçivəsində A qrupunda keçiriləcək oyunların təqviminin müzakirəsi məqsədilə qrupda yer alan komandaların nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
   Milli.Az xəbər portalı AFFA-nın saytına istinadən xəbər verir ki, aparılan müzakirələr nəticəsində qrupun təqvimi müəyyənləşdirilib. Azərbaycan milli komandasının Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunların təqvimi belədir:
   7 sentyabr 2010-cu il Almaniya - Azərbaycan
   8 oktyabr 2010-cu il Avstriya - Azərbaycan
   12 oktyabr 2010-cu il Azərbaycan - Türkiyə
   29 mart 2011-ci il Belçika - Azərbaycan
   3 iyun 2011-ci il Qazaxıstan - Azərbaycan
   7 iyun 2011-ci il Azərbaycan - Almaniya
   2 sentyabr 2011-ci il Azərbaycan - Belçika
   6 sentyabr 2011-ci il Azərbaycan - Qazaxıstan
   7 oktyabr 2011-ci il Azərbaycan - Avstriya
   11 oktyabr 2011-ci il Türkiyə - Azərbaycan
   Tədbirdə iştirak edən Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts təqvimə münasibət bildirib. O deyib ki, təqvim Azərbaycan yığmasının rəhbərliyinin arzuladığı kimi tərtib olunub: "Qızğın müzakirələrin getməsinə baxmayaraq - sözsüz ki, hər bir komandanın nümayəndəsi öz maraqlarını müdafiə edirdi - balanslı və ədalətli təqvim alındı. Artıq bütün diqqətimizi millinin hazırlığına, yoldaşlıq oyunlarının keçirilməsinə yönəldəcəyik. Yaxşı nəticə əldə etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik".
   
"Simurq"da kütləvi təmizləmə əməliyyatı
7 legioner komandadan qovuldu
Unibank Premyer Liqasında "altılıq"dan kənarda qalan "Simurq" rəhbərliyi heyətdə köklü islahatlara başlayıb. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisi cari mövsümdə uğursuz çıxışın müqabilində legionerlərinin çoxunu qovub.
   Rəhbərlik heyətdə olan əcnəbilərdən altısını - gürcülər Roman Axalkatsi, David Bolkvadze, Kaxaber Çxetiani, ukraynalılar Ruslan Qunçakla Yuri Bulıçev və moldovalı Aleksandr Qolbanı saxlayıb. Yeddi futbolçu - ukraynalılar Aleksey Malıgin (kapitan), Sergey Artyux və Andrey Raspopov, serblər Zdraqan Perişiçlə Nenan Beqoviç, latviyalı Gennadi Solonitsın və bolqar Nikolay Petrov-Valev komandadan çıxarılıb. Qeyd edək ki, rəhbərlik uğursuz çıxışda günahkar bildiyi ukraynalı baş məşqçi Roman Pokora ilə də yollarını ayıracaq və "Simurq" gələn mövsümə yeni baş məşqçinin rəhbərliyi altında çıxacaq. Çox güman ki, yeni baş məşqçi milli komandamızın sabiq çalışdırıcısı İqor Ponomaryov olacaq.
   
Hakim təyin etdiyi qırmızı vərəqə və penalti qərarını necə ləğv etdi?
"Kasımpaşa" - "Qaziantepspor" matçında maraqlı hadisə baş verdi
Türkiyə Superliqasının XXII turunda keçirilən "Kasımpaşa" - "Qaziantepspor" oyunu dünya futbolu tarixinə düşüb.
   Apasport.az saytının məlumatına görə, qarşılaşmanın "qəhrəman"ı baş hakim Hakan Özkan olub. O, 51-ci dəqiqədə təyin etdiyi qırmızı vərəqə və penalti qərarını ləğv edib.
   Belə ki, ikinci hissənin əvvəlində qonaqların hücumçusu Xulia Sezar topu sol cinahdan cərimə meydançasına qaldırıb. Bu epizodda "Kasımpaşa"nın üzvü Ergün Teber topu sinəsi ilə uzaqlaşdırsa da, hakim onun komanda yoldaşı Barışın cərimə meydançasında əllə oynadığını zənn edib. Buna görə də Hakan Özkan Barışa qırmızı vərəqə göstərib və "Kasımpaşa"nın qapısına 11 metrlik cərimə zərbəsi verib. Referini rüsvayçılıqdan dördüncü hakim Hüseyn Sabancı qurtarıb. O, Hakan Özkanla danışaraq, epizodu ona başa salıb və penalti olmadığın söyləyib. Məhz bundan sonra baş hakim həm qırmızı vərəqəni, həm də penalti qərarını ləğv edib.
 
 
 SON XƏBƏRLƏR
2010-02-23 Mənzillərin hər kvadratına 5 min manat istəyənlər Bakıda piketə cəhd etdilər
2010-02-23 Cəlilabadda Rahim Qasımovun dəyirmanında faciə...
2010-02-23 Ceyranbatanda 5 otaqlı ev yandı
2010-02-23 Rauf Talışinskinin müavini həbs olundu
2010-02-23 Lalə Şövkət ona "KQB agenti" deyən qəzeti məhkəməyə verdi
2010-02-23 Gitaraçı Rəmişi xəstəxanaya apardılar
2010-02-23 Nazirlik və dövlət komitələrinin Bakı şöbələri ləğv edilir
2010-02-23 Bakıda külli məbləğdə saxta yüzlük satan 4 nəfərlik dəstə tutuldu
2010-02-23 Qusarın Əvəcuq kənd sakini özünü asıb
2010-02-23 Zirədəki Doğum Evində doğuş üstündə qadın öldü
2010-02-23 Sumqayıt sakini Akif Fərəcov dəm qazından boğulub
2010-02-23 "Sədərək" bazarında yüzlərlə xalça oğurlandı
2010-02-23 İranda daha iki nüvə obyekti tikiləcək
2010-02-23 Fikrət Məmmədov Avropa ədliyyə nazirlərinin beynəlxalq konfransına gedib
2010-02-23 Oqtay Əsədov Təbrizə gedib
2010-02-23 İlham Əliyev Madeyra faciəsinə görə Portuqaliya Respublikası Prezidentinə başsağlığı məktubu göndərib
2010-02-23 Beynəlxalq Diaspor Mərkəzi Belarus, Polşa və Çexiyaya "Xocalıya ədalət" harayı salıb
2010-02-23 Terri Devidson Naxçıvanda olub
2010-02-23 "Yeni Nəsil" Elmar Hüseynovun qətlinin 5-ci ildönümü ilə bağlı bəyanat yaydı
2010-02-23 Sumqayıtda valyutadəyişmə məntəqəsi əməkdaşının qətlə yetirilməsilə bağlı DİN-də əməliyyat müşavirəsi keçirilib
2010-02-23 Elmira Süleymanova beynəlxalq təşkilatlara Xocalı faciəsi ilə bağlı dəhşətli rəqəmlər göndərdi
2010-02-23 Azərbaycanın Milli Qəhrəmanlarına aid sayt açıldı
2010-02-23 Novella Cəfəroğlu Müsavatla ALP arasında vasitəçilikdən imtina etdi
2010-02-23 Sumqayıtda qaz faciələri kütləviləşir
2010-02-23 Egey dənizində batan gəmidə bir azərbaycanlı da olub
2010-02-23 Rail Rzayevin keçmiş əməkdaşlarının cinayət işi məhkəməyə göndərildi
2010-02-23 AMİP və KXCP-nin hərəsinin bircə üzvü bələdiyyə sədridir
2010-02-23 Azərbaycan üçün "avro müəmması" yenə başlayır
2010-02-23 Daşkəsəndəki "Dəstəfur" meşəsi yandı
2010-02-23 Bakıda daha bir möhtəşəm istirahət mərkəzi sökülür
2010-02-23 Təhsil Nazirliyinin dörd əməkdaşı vəzifədən azad olundu
2010-02-23 Heydər Əliyev adına sarayın arxasında hələ sökülməmiş bir evin davası qızışır
2010-02-23 Köhnə maşınların bahalaşacağı barədə proqnozlar yenə sual altına düşdü
2010-02-23 Robert Köçəryan baş nazir postuna gətirilir?
2010-02-23 Ermənistan parlamenti "Sürix protokolları"nın müzakirəsindən imtina etdi
2010-02-23 ABŞ-dakı yəhudi lobbisindən Ankaraya sərt mesaj...
2010-02-23 Prezidentin müharibə bəyanatları böyük dövlətlərin Qarabağ məşğuliyyətində özünü necə göstərir?
2010-02-23 DUİ Müsavat və "Azadlıq" blokunun üçtərəfli birgə görüşünü keçirmək iddiasındadır
2010-02-23 "Azadlıq" blokunun uzun-uzadı müttəfiq axtarışının səbəbini Əli Əliyev açdı
2010-02-23 İqtidar-müxalifət dialoqu yenidən gündəmə qayıdır
2010-02-23 Müdafiə Nazirliyinin müdavimi Bakıda adam bıçaqladı
2010-02-23 Abşeron Ceyranbatan Peşə Litseyinin damını külək dağıtdı
2010-02-23 "Hikmət" və "Ekstra" duzlarının satışı dayandırıldı
2010-02-23 "Yəhova şahidləri"nin qeydiyyatının tamamilə ləğvi məsələsinə baxıla bilər
2010-02-23 Dövlət proqramları regionların simasını necə dəyişdirir?
2010-02-23 Hakim təyin etdiyi qırmızı vərəqə və penalti qərarını necə ləğv etdi?
2010-02-23 "Simurq"da kütləvi təmizləmə əməliyyatı
2010-02-23 Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
2010-02-23 Runi Kapellonun "zəhmli sifətindən" qorxub
2010-02-23 Qurban Qurbanov "Neftçi"yə baş məşqçi gətirilir?
2010-02-23 Totalizatorlarla işbirliyində şübhəli bilinən iki klub
2010-02-23 "Neftçi"nin məğlubiyyətsizlik seriyası 16-cı oyunda dayandırıldı
2010-02-23 Bülent Korkmaz "Bakı"nın qarşısına qoyduğu üç şərti açıqladı
2010-02-23 Vaqif Sadıqovun istefasının təfərrüatları açıldı
2010-02-23 "Azercell" - ilin biznes lideri...
2010-02-23 Dəmir Yollarının üstündəki qanunsuz tikililərin siyahısı bir neçə günə hazır olacaq
2010-02-23 Daşkəsəndə gizirin ermənilərə satdığı əsgər məhkəmədə özünü qismən təqsirli bildi
2010-02-23 DİN-in Baş Mühafizə İdarəsinin xidmətlərindən yararlanan və yararlanmayan universitetlər...
2010-02-23 Qaxda BMW ilə toqquşan "06" Jiqulidə ər-arvad öldü
2010-02-23 Etnoqraf Təvəkkül Səlimov Hadı Rəcəblinin budəfəki fikrini bəyənmədi
2010-02-23 Ağdamın Qaradağlı sakini evin damından yıxılaraq ölüb
2010-02-23 Nadir Əzimovun həyat yoldaşı Röyanın nalayiq sözlərinə cavab vermək istəmədi
2010-02-23 "Bir söz de" televiziya yarışması şairlərin tənqidinə tuş gəldi
2010-02-22 Qarabağda pozulan atəşkəs yaxınlaşan müharibədən xəbər verir
2010-02-22 3 saylı Bakı İstintaq Təcridxanasında 9 günlük aclıq...
2010-02-22 Azərbaycanda avtomobil yolları ilə bağlı yeni layihələr başlayır
2010-02-22 ABŞ Mərkəzi Asiyaya "əl-Qaidə" barədə xəbərdarlıq etdi
2010-02-22 Oqtay Əsədov Mahmud Əhmədinejadla görüşdü
2010-02-22 Ordubadlı Mir Hüseyn Rəhimov külli miqdarda narkotiklə tutuldu
2010-02-22 Azərbaycan Elminin İnkişafı Fondunun 10 nəfər işçisi olacaq
 
 
 
Copyright (c) Bakı Xəbər 2009