23 Fevral 2010-cı il, N 296(1194)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3657)
"Mən baldırlarımı açıb göstərmirəm" (3555)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2492)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2438)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2258)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2034)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1755)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1649)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1361)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1344)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
"Bir söz de" televiziya yarışması şairlərin tənqidinə tuş gəldi
Ziyalılar hesab edir ki, bu yolla səhnə üçün deyil, toylar üçün kadr yetişdirilir
Vahid Əziz: "Telekanallar şairləri məsxərəyə qoyub gözdən salmasın"
   
   Vüqar Əhməd: "Bu müsabiqələrdə restoran müğənniləri, tamadalar yetişdirilir"

   
   Yerli telekanallar musiqinin müxtəlif sahələri, janrları üzrə müsabiqələr keçirir. Lakin bu yarışmalardan çıxan gənclərin, insanların böyük əksəriyyəti səhnələrdə yox, toylarda çıxış edir. Peşəkar musiqiçi kimi deyil, toy müğənnisi kimi formalaşır. Elə bir müsabiqə iştirakçısı yoxdur ki, toy məclislərində iştirak eləməsin.
   Bu müsabiqələrin sırasına "Bir söz de" adlı bir layihə də daxil olub. "Srace" kanalında nümayiş olunan bu layihə haqda öncə deyirdilər ki, burada şairlər özlərini sınayacaq. Ancaq yarışma start götürən kimi məlum oldu ki, bu yarışma söz uğrunda düzənlənməyib. Burada şairlər, söz adamları deyil, müxtəlif restoran və şadlıq evlərində işləyən tamadalar yarışır. Münsiflər heyətinin tərkibinə gəlincə isə, demək olar ki, ədəbiyyata, söz aləminə yaxın şəxslərin heç biri o insanları tanımır.
   Bildiyimiz kimi, tamadaların yarışmasından əvvəl "Toylar kralı" və "Toylar kraliçası" yarışmaları efirə verildi. Sözsüz ki, toy xalqımızın ailə-məişət mədəniyyətində əvəzsiz bir hadisədir. Amma bu mühüm hadisəni bayağılaşdırmaq, onun üçün "kral", "kraliça" seçmək nəyə lazımdır? Tamadaların yarışması da əksər ziyalıların ürəyincə deyil. Bu adamlar onlara verilən efir vaxtından istifadə edib toya, məişətə aid şeirlər söyləyir. O şeirlərin isə nə ədəbi yükü olur, nə də bədii mahiyyəti. Bayağı söz yığınından başqa bir şey deyil. Bütün bunlardan sonra belə qənaətə gəlmək olar ki, telekanallar bu yarışları sənətkar yetişdirmək üçün keçirmir, onlar toylar üçün kadr hazırlayır. Bəzi telekanalların məqsədi şadlıq evləri sahiblərinin tələblərinə cavab verən tamadalar, müğənnilər yetişdirməkdir.
   "Bir söz de" layihəsində tamadaların şairlər adından çıxış etməsi, özlərini söz adamı kimi təqdim eləməsi əsl söz adamlarının narazılığına səbəb olub. Düzdür, hələ bu məsələyə Azərbaycan Yazıçılar Birliyi reaksiya verməyib. Amma şair və yazıçılar sözün bu dərəcədə urvatdan salınmasına biganə qala bilmir.
   Tanınmış şair Vahid Əziz hesab edir ki, tamadaların şair adı ilə təqdim edilməsi yaxşı hal deyil. V.Əzizin sözlərinə görə, şairlərin yarışmasını keçirmək mümkünsüzdür":Doğrudur, o verilişə baxmamışam. Amma deyə bilərəm ki, şairlərin müsabiqəsi keçirilə bilməz. Bu, tamadaların yarışması ola bilər. Görürsünüz, bəzi telekanallarda "Toylar kralı", "Toylar kraliçası" və s. yarışlar keçirilir. Hesab edirəm ki, telekanalların çoxu səhnə üçün deyil, toylar üçün kadrlar yetişdirir. Görürsüz, rəssamların, bəstəkarların akademiyası var, amma yazıçı və şairlərin akademiyası yoxdur. Bu məsələyə Yazıçılar Birliyi və Mədəniyyət və Turizm Nazirdiyi baxmalıdır. Şairləri məsxərəyə qoymaq olmaz. Mən bəzən şair olduğumu deməyə utanıram. Belə şey olar? Dəfələrlə demişəm ki, bu neqativ hərəkətlərin qarşısının alınması üçün televiziyalarda ortaq bədii şura yaradılmalıdır. Amma yaratmırlar. Vahid Əziz bədii şuranın üzvü olmaq istəmir. Sadəcə istəyim budur ki, telekanallarda baş verən bu biabırçılıqlara, özbaşınalıqlara son qoyulsun. Akademik Ramiz Mehdiyev çox gözəl bir məqalə yazıb çap etdirdi, ancaq hələ də bəzi televiziyalar əvvəlki vəziyyətdədir. Böyük ədəbiyyatı, söz adamları olan bir xalqın sözü, şeiri, şairi məsxərəyə lağa qoyulur. Demək olar ki, film və tamaşalarda şairlər çox zaman aşağılanır, onlar camaata mənfi istiqamətdən təqdim edilir. Məsələn, Vaqif Səmədoğlunun "Bəxt üzüyü"ndə şair Moşu həm müsbət, həm də mənfi obrazdır. Amma o burada lağ, məsxərə predmetinə çevrilib. Tamadalıqla şairlik fərqli şeylərdir. İndi yerindən duran şeir yazdığını deyir. Telekanallar insanları bir-birilə vuruşdurur. Onlar şairləri gözdən salmasın. Toylar üçün kadr hazırlayan layihələrin çox güclü sponsorları var. Sabah həmin adamların yanına gedib deyəsən ki, Qarabağla bağlı bir kitab var, onu ingilis dilinə tərcümə etmək üçün vəsait lazımdır, adamı qapıdan qovarlar. Amma küçə əxlaqsızlarına sponsorluq edirlər. Elə bil ki, sponsorlar Azərbaycanı, sənətimizi gözdən salmaq, rüsvay etmək üçün maliyyə buraxır".
   Filologiya elmləri doktoru, professor Vüqar Əhməd də bu yarışmanın tamadalar üçün keçirildiyini təsdiq elədi. Professorun sözlərinə görə, Heydər Əliyev Fondunun dəstəyilə keçirilən muğam müsabiqəsini çıxmaq şərtilə, digər müsabiqələrin heç biri sənətə xidmət eləmir: "Mən hələ televiziyada veriliş apararkən tez-tez Mehriban Əliyevanın muğama qayğı və diqqət göstərməsini təqdir edir, bəyənirdim. Hər proqramda ona dəstək verirdim. Amma o vaxt məndən başqa heç kəs danışmırdı. Muğam müsabiqələrini dəstəkləyirəm. O biri müsabiqələr isə, demək olar ki, səhnə üçün ifaçı yetişdirmir. Onlar ancaq toylar üçün kadrlar hazırlayırlar. Mənə belə gəlir ki, bu müsabiqələrdə restoran müğənniləri, tamadalar yetişdirilir. Əsas isə muğamdır. Səsi olmayan estradanı seçir, səsi olansa xalq musiqisilə məşğul olur. Tamadaların yarışmasının keçirilməsi nəyə lazımdır? Dədə-babadan toyları alimlər aparardı, danışmaq üçün ziyalıya söz verərdilər. İndi tamadalar toylarda pullu adamları nəzərə alıb xüsusi repertuar hazırlayır. Bu məsələyə münasibətim elə də yaxşı deyil. Mən yalnız muğama dəstək verirəm. Amma SMS-lə keçirilən müsabiqələrə yaxşı baxmıram. Telekanallar bununla pul qazanır. Bu müsabiqələr sənətə xidmət eləmir".
   
İradə SARIYEVA
Nadir Əzimovun həyat yoldaşı Röyanın nalayiq sözlərinə cavab vermək istəmədi
"Biz onu məhkəməyə vermişik"
Şou-biznes aləmində sənətçilərin bir-birini məhkəməyə verməsi adi hal alıb. Xalq artistləri Flora Kərimova və İlhamə Quliyeva arasında baş verən qarşılıqlı məhkəmə qalmaqalı yaddan çıxmamış indi də bir başqa sənətçi digərini məhkəməyə verib.
   Məlum olduğu kimi, son günlər bəstəkar Nadir Əzimov həmkarı Nailə Mirməmmədlini plagiatlıqda suçlayır. N.Mirməmmədli isə bu iddiaları rədd edir. Bu dava-qalmaqalın N.Mirməmmədli və N.Əzimov arasında baş verməsinə baxmayaraq, müğənni Röya Ayxan gözlənilmədən bu məsələyə müdaxilə edib. Röya birbaşa efirdən N.Əzimovun ünvanına təhqiramiz fikirlər işlədərək, sona qədər Nailə Mirməmmədlinin arxasında duracağını bəyan edib.
   N.Əzimovun həyat yoldaşı Lalə Əzimova isə "Bakı-Xəbər"ə bildirdi ki, mətbuata Röyanın nalayiq hərəkətlərilə bağlı heç bir söz demək niyyətində deyillər: "Röyanın Nadirin ünvanına dediyi sözlərə reaksiya verməyəcəyik. Artıq biz bununla bağlı məhkəməyə müraciət etmişik. Vəkilimiz bizə bu haqda mətbuata hər hansı açıqlama verməyi qadağan edib". Əzimovların hansı rayon məhkəməsinə üz tutduğuna gəlincə, L.Əzimova bu məsələyə də aydınlıq gətirmədi. Bircə onu dedi ki, bir müddətdən sonra hər şey bütün ictimaiyyətə bəlli olacaq.
   
Aynur İBRAHİMLİ
Ağdamın Qaradağlı sakini evin damından yıxılaraq ölüb
Ağdam rayonunun Qaradağlı kəndində bədbəxt hadisə baş verib.
   APA-nın Qarabağ bürosunun xəbərinə görə, ev təmirilə məşğul olan kənd sakini, 1963-cü il təvəllüdlü Bağırov Kərim Bağır oğlu evin damından yıxılaraq ölüb. Hadisə dünən saat 12.00 radələrində qeydə alınıb. Ağdam Rayon Prokurorluğunda faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
   
Etnoqraf Təvəkkül Səlimov Hadı Rəcəblinin budəfəki fikrini bəyənmədi
Dəvətnamələrin üstündə toy proqramının olması təklifi birmənalı qarşılanmır
Müasir toy şənliklərinin məzmunu(və ya məzmunsuzluğu), uzun illərdir ki, müzakirə edilir. Çox az adam tapmaq olar ki, toyların bugünkü vəziyyətindən razılıq eləsin, musiqiçilərin ifasını bəyənsin, süfrədəki nemətlər haqda müsbət fikir söyləsin.
   Milli toy ənənələrinə bağlı olan insanların bir çoxu bundan çıxış yolu arayır, hər kəs öz ideyasının toylarda tətbiq edilməsinə çalışır. Əksər ziyalılar hesab edir ki, bu qarmaqarşıqlığı aradan qaldırmaq üçün mütləq nümunəvi toylar keçirilməli, burada sırf milli elementlərdən istifadə edilməlidir.
   Millət vəkili, professor Hadı Rəcəbli çoxdan bəridir ki, mərasimlərimizdə yaşanan problemləri, müşahidə olunan nöqsanları aradan qaldırmaq üçün müxtəlif təkliflər verir, çıxışlarında ziyalıları, sadə vətəndaşları bu hala qarşı birgə mübarizəyə səsləyir. Bu günlərdə televiziyalardan birində yenə toy haqda danışılırdı. Proqrama qatılan Hadı Rəcəbli dedi ki, subay oğlu üçün toy edərkən əsl Azərbaycan toyunun necə olmalı olduğunu bütün ölkəyə nümunə kimi təqdim edəcək. H.Rəcəbli təklif elədi ki, toy dəvətnamələrinin içinə toyun proqramı da qoyulsun. Yəni insanların bu toyda hansı müğənnilərin olduğu, onların nə oxuyacağı, təamların çeşidi və s. haqda məlumatı olsun.
   Hadı müəllimin bu təşəbbüsü olduqca maraqlıdır. Bəziləri onun bu fikrini dəstəkləsə də, buna tərəfdar olmayanlar da var. Etnoqraflar hesab edir ki, müasir toyun proqramını yaymağın özü milli mentalitetə uyğun gəlmir.
   Tarix elmləri doktoru, professor, tanınmış etnoqraf Təvəkkül Səlimov "Bakı-Xəbər"ə bildirdi ki, H.Rəcəblinin bütün təkliflərinə hörmətlə yanaşır. Onun sözlərinə görə, H.Rəcəbli həm bir millət vəkili, həm də ziyalı kimi həmişə xalqın qeydinə qalıb, onun problemlərini həll eləməyə çalışıb. Amma etnoqraf millət vəkilinin toyların proqramının dəvətnamələrin içində yerləşdirilməsi təklifini normal qəbul eləmir: "Hadı müəllimə böyük hörmətimiz var, böyük insandır. O həmişə xalqın mövqeyini müdafiə edən bir insandır. Ancaq söhbət konkret olaraq toydan gedirsə, toy proqramlaşdırılırsa, bu artıq toy deyil. Hesab edirəm ki, burada heç millilik də olmur. Hadı müəllim deyəndə ki, mən övladıma nümunəvi toy eləmək istəyirəm, fikrimcə, o, milli-mənəvi dəyərlərin modern formasını nəzərdə tutur. O, ənənəçiliyin formasını saxlamaqla modern qaydada toy keçirmək istəyir. Ancaq bu toy ortaya necə gələcək, necə olacaq? Bu barədə toyu görəndən sonra nə isə demək olar. Toyun proqramlaşdırılması isə mümkünsüzdür. Bəlkə də mümkün olacaq, amma mən bu perspektivi görmürəm. Mən xalqımızın 40 ildən artıqdır ki, etnoqrafiyasını, məişətini araşdırıram. Min illər boyu toylarımızın yazılmamış proqramları olub. İndi durub yazılı proqram hazırlamaq mənə çatmır. Özü də ki, bu yaşayan məsələ deyil. Bu konsert deyil, hansısa bir yığıncaq, tədbir deyil-gələn baxıb görsün ki, filan şeydən sonra filan olacaq və s. Hadı müəllimin xətirinə dəyməsin, düşünürəm ki, bir az burada bayağılıq var. Açığı, bu mentalitetə uyğun gəlməyən bir məsələdir".
   
İradə SARIYEVA
Qaxda BMW ilə toqquşan "06" Jiqulidə ər-arvad öldü
Dünən saat 16.30 radələrində Xaldan-Balakən magistral yolunun Qax rayonu Tanqıt kəndi ərazisindən keçən hissəsində iki nəfərin ölümü, iki nəfərin isə ağır yaralanması ilə nəticələnmiş yol qəzası baş verib.
   Qax Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, qəza VAZ-2106 markalı 10-EL-248 dövlət nömrə nişanlı avtomobillə BMW-745 markalı avtomobilin toqquşması nəticəsində baş verib. Nəticədə BMW markalı maşın alışıb və tam yararsız vəziyyətə düşüb. Hadisə nəticəsində "VAZ-2106"nın sürücüsü, 1962-ci il təvəllüdlü Rəcəbov Əllaz Yasin oğlu və onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Rəcəbova Mayə Murtuz qızı hadisə yerindəcə keçinib. Məlumata görə, Ə.Rəcəbov N saylı hərbi hissənin komandir müavinidir.
   BMW markalı maşının sürücüsünün və sərnişinin şəxsiyyətini dəqiqləşdirmək hələlik mümkün olmasa da, onların ağır bədən xəsarətlərilə Zaqatala Rayon Diaqnostika Mərkəzinə yerləşdirildiyi məlumdur. Faktla bağlı polis araşdırma aparır.
   
DİN-in Baş Mühafizə İdarəsinin xidmətlərindən yararlanan və yararlanmayan universitetlər...
Xarici Dillər Universiteti: "Bu iş öz qüvvələrimiz hesabına həyata keçirilir"
   
   Qafqaz Universiteti: "Daxili İşlər Nazirliyilə müqaviləmiz var, amma mühafizə xidməti sırf öz yerli qüvvələrimizdən ibarətdir"
   
   ADPU: "Hazırda mühafizə ilə bağlı özəl şirkət olan "Qartal" Mühafizə Xidmətilə əməkdaşlıq edirik"
   
   İncəsənət və Mədəniyyət Universiteti: "Yasamal Rayon Polis İdarəsilə də müqaviləmiz var"

   
   Xatırlayırsınızsa, keçən ilin aprelində Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hadisəsindən sonra orta və ali təhsil ocaqlarının mühafizəsinin gücləndirilməsi məsələsi gündəmə gəldi. Qeyd edək ki, ADNA-da baş verən olayda xeyli dinc sakin terrorun qurbanı olmuşdu. Həmin hadisədən az sonra Təhsil Nazirliyi məktəb və universitetlərin qorunması üçün Daxili İşlər Nazirliyilə müqavilə bağlanmasının vacibliyini önə çəkmişdi.
   O vaxta kimi isə sözügedən təhsil müəssisələri ya qorunmur, ya da bu işi öz daxili qüvvələri hesabına həyata keçirirdilər. Bu hal, sözsüz ki, təhsil ocaqlarının, baş verə biləcək hər hansı neqativ hadisələrdən sığortalanması üçün, daha çevik qüvvələr tərəfindən mühafizə edilməsini gündəmə gətirdi. Qeyd edək ki, hazırda Azərbaycanda obyektlərin mühafizəsi işilə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi məşğul olur. Bu günlərdə mətbuata açıqlamasında sözügedən idarənin rəisi, polis general-mayoru Mədət Quliyev ADNA-da baş verən məlum hadisədən sonra mühafizə üçün müraciət edənlərin sayında artım olduğunu bildirib: "Məlum hadisədən sonra mühafizə üçün müraciətlər artıb. 60-a yaxın təhsil ocağı mühafizənin təşkili üçün bizə müraciət edib və əməkdaşlarımız tərəfindən həmin müəssisələrin təhlükəsizliyi təmin olunur. Həmin müəssisələrdə tərəfimizdən texnika, kameralar qurulub. 24 saat ərzində videomüşahidələr aparırıq. Təhsil Nazirliyi ali təhsil müəssisələrinin rəhbərliyinə mühafizənin təmin olunması üçün tapşırıq verib. Bu xidmət ödənişli olduğundan, bütün təhsil müəssisələri bizə müraciət etməyib. Ali və orta təhsil müəssisələrinin rəhbərləri bu məsələni diqqətdə saxlamalıdır. Texnikanın alınması üçün 2000 manata yaxın xərc tələb olunur. Universitet rəhbərləri üçün bu məbləğ problem olmamalıdır". Bu açıqlamadan belə görünür ki, müqavilə bağlayan ali təhsil ocaqları canlı qüvvə baxımından deyil, əsasən müasir tələblərə uyğun kamera və videomüşahidələr vasitəsilə mühafizə olunur. Amma heç də bütün universitetlər bu xidmətdən istifadə etmir. Hansı təhsil ocaqlarının Baş Mühafizə İdarəsinin mühafizə xidmətindən yararlandığını aydınlaşdırmaq üçün bir sıra ali məktəblərlə əlaqə saxladıq.
   Xarici Dillər Universitetinin mətbuat xidmətindən Zeynəb Kazımovanın dediyinə görə, müəssisənin mühafizə işini öz daxili qüvvələri hesabına həyata keçirirlər. Deməli, Mühafizə İdarəsilə bu istiqamətdə hər hansı müqavilə imzalamayıblar: "Məlum hadisələrdən sonra universitetin təhlükəsizlik sistemi bir qədər də gücləndirilib. Bizdə komendant sistemi fəaliyyət göstərir. Tələbə və işçilər içəri yalnız vəsiqə və tələbə biletlərini təqdim etdikdən sonra buraxılır. Yəni kənar şəxslərin universitetə əsassız daxil olmasının qarşısı maksimum alınır. Mühafizə işi ciddi surətdə həyata keçirilir. Bu iş öz qüvvələrimiz hesabına həyata keçirilir. Onlar silahsız olsalar da, hər bir halda gücləndirilmiş rejimdə çalışır. Hesab edirəm ki, onlar hər an ola biləcək hücumun qarşısını almağı bacaracaq. Mühafizə işi bütün sutka ərzində iki növbəli sistemlə həyata keçirilir. Biz həmin mühafizə xidmətinin işindən razıyıq və ümid edirik ki, onlar bizim təhlükəsizliyimizi layiqincə qoruya biləcəklər".
   Qafqaz Universiteti isə mühafizə ilə bağlı müqavilə əsasında fəaliyyət göstərir. Bu barədə məlumat verən təhsil ocağının mətbuat xidmətinin rəhbəri Fuad Şərbətov mühafizəçilərin fəaliyyətinin onları tam qane etdiyini dedi: "Daxili İşlər Nazirliyilə müqaviləmiz var. Onlar bizə müxtəlif rabitə sistemləri verib və onun hesabına daim asayiş keşikçilərilə təmasdayıq. Amma mühafizə xidməti sırf öz yerli qüvvələrimizdən ibarətdir. Mühafizə İdarəsinin əməkdaşları isə hər gün iki saatdan bir gəlib yoxlayırlar. Qeydiyyat kitabına imza ataraq ərazidə yoxlama aparırlar. Hər hansı bir hadisə baş verərsə, onlar dərhal buradadırlar. Bundan başqa, universitetin öz yerli qüvvələri giriş-çıxışa nəzarət edir.
   Azərbaycan Dövlət Pedaqoji Universitetinin təhlükəsizlik işlərilə isə özəl mühafizə xidməti məşğul olur. Bunu bizə açıqlamasında Universitetin mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov bildirdi: "2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş verən məlum faciəli hadisədən dərhal sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinə giriş-çıxış qaydalarının möhkəmləndirilməsi üçün rəhbərlik tərəfindən dərhal müvafiq əmr imzalandı. Həmin əmrə əsasən universitetə giriş-çıxış qaydalarının gücləndirilməsi işi xüsusi nəzarətə götürüldü. Hazırda mühafizə ilə bağlı Daxili İşlər Nazirliyində rəsmi surətdə qeydiyyatdan keçən, müvafiq lisenziya əsasında fəaliyyət göstərən özəl "Qartal" Mühafizə Xidmətilə əməkdaşlıq edirik. Onlarla bir illik müqaviləmiz var, müqaviləyə uyğun olaraq, Universitetin mühafizə işini həyata keçirirlər. Bununla bərabər, bu işə Universitet əməkdaşları da cəlb olunub. Universitetə giriş-çıxış çox ciddi nəzarət altındadır. Hər bir tələbə və əməkdaş yalnız müvafiq sənədləri göstərdikdən sonra içəri buraxılır. Mühafizəçilər kifayət qədər təcrübəli yoldaşlardır. Onlar öz işlərinin öhdəsindən lazımınca gəlir. Fəaliyyətləri qənaətbəxşdir. Özəl şirkət hər gün səhər saat 9.00-dan axşam saat 20.00-a kimi işləyirlər. Mühafizəçilər xüsusi vasitələrlə təmin olunmayıb, silahsızdırlar, sadəcə olaraq, müvafiq xidməti geyimləri var. Üç korpusumuz var, hər birində 3-4 mühafizəçi olur".
   Bakı Dövlət Universitetilə bütün günü əlaqə saxlamağa çalışsaq da, telefonumuza cavab verən olmadı. Bununla belə, kənarda müşahidə əsasında ölkənin bir nömrəli təhsil ocağının da polislər tərəfindən mühafizə edilmədiyinin şahidi olduq. Belə ki, Universitetin giriş-çıxışında sənədlərin yoxlanması ilə məşğul olanların polislərə heç bir aidiyyəti yoxdur. Burada duranlar yalnız adi işçilər idi.
   İncəsənət və Mədəniyyət Universitetinin mətbuat xidmətinin rəhbəri İntiqam Mehdizadə də təhsil ocağının mühafizə olunduğunu söylədi: "Hər gün universitet əməkdaşları tərəfindən gələnlərin sənədləri yoxlanır. Bundan başqa, Yasamal Rayon Polis İdarəsilə də müqaviləmiz var. Cari tədris ilində bağlanıb. Onlar da, səlahiyyətlərinə uyğun olaraq, mühafizə sistemini həyata keçirirlər".
   
Həsən İSLAMOV
Daşkəsəndə gizirin ermənilərə satdığı əsgər məhkəmədə özünü qismən təqsirli bildi
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə dövlətə xəyanətdə təqsirləndirilən Azərbaycan Ordusunun hərbi qulluqçusunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
   APA-nın məlumatına görə, hakim Mürsəl Əliyevin sədrliyilə qapalı keçirilən prosesdə ittiham olunan Azərbaycan Ordusunun əsgəri Namiq Hüseyn oğlu Rəcəbov özünü qismən təqsirli bilib. N. Rəcəbov ona qarşı irəli sürülən ittihamın bəzi müddəaları ilə razılaşmadığını deyib. Prosesdə ifadə verən zərərçəkmiş və şahidlər ibtidai istintaqda verdikləri ifadələrini təsdiq ediblər. Proses martın 3-də davam etdiriləcək.
   İttihama görə, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin əsgəri Namiq Hüseyn oğlu Rəcəbov Daşkəsən rayonunda yerləşən hərbi hissədə xidmətdə olduğu müddətdə gizir Anar Allahverdiyev tərəfindən Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşlarına təhvil verilib. Ermənilər əsgərə qarşı cinsi zorakılıq edərək, həmin hadisənin videoçəkilişini aparıblar. Sonra əsgəri hədələyiblər ki, həmin videoçəkilişi yayacaqlar. Bu yolla da ondan qulluq etdiyi hərbi hissədəki döyüş anbarı, silahlar və s. barədə məlumatlar alıblar.
Dəmir Yollarının üstündəki qanunsuz tikililərin siyahısı bir neçə günə hazır olacaq
Kompensasiya verilib-verilməyəcəyi hələ məlum deyil
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti dəmir yollarının təhkim zolağındakı obyektlərin siyahıya alınması prosesini yekunlaşdırmaq üzrədir.
   Bu barədə məlumatı "OLAYLAR"a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov verib. Onun sözlərinə görə, artıq ötən həftədən qurum əməkdaşları prosesə başlayıb və əksər obyektləri qeydiyyata alıb: "Ötən həftə Nazirlər Kabinetində mühafizə zolağında zəbt edilən ərazilərdə inşa olunan qanunsuz obyektlərin siyahıya alınması ilə bağlı müşavirə keçirilib və bu barədə dəmir yoluna da tapşırıqlar verilib. Həmin tapşırığa əsasən dəmir yolunun mühafizə zolağındakı qanunsuz obyektlərin siyahıya alınmasına başlanıb. Artıq ayın sonuna kimi bu siyahı dəqiqləşdirilməli və Nazirlər Kabinetinə təhvil verilməlidir". Həmin obyektlərin nə vaxt köçürüləcəyi və obyekt sahiblərinə kompensasiyaların verilib-verilməməsinə gəlincə isə Nadir Əzməmmədov bildirdi ki, bu məsələ Nazirlər Kabinetinin verdiyi qərardan asılı olacaq.
"Azercell" - ilin biznes lideri...
Şirkət biznes sahəsində milli mükafata layiq görülüb
Azərbaycanın mobil rabitə sahəsinin öndəri olan "Azercell Telekom" MMC biznesdə də birinciliyini növbəti dəfə sübut etmiş oldu. AZERI BUSINESS AWARD Milli mükafatına layiq görülən şirkət "İlin biznes lideri" seçilib.
   "Buta Palas"da baş tutan təntənəli mərasimdə mükafat "Azercell Telekom" MMC-nin prezidenti Ali Ağana təqdim olunub. Cənab Ağan öz çıxışında "Azercell"in 13 illik fəaliyyətinə nəzərə salaraq, bu dövr ərzində şirkətin xeyli sayda mükafatlara layiq görüldüyünü deyib: "Şirkətimizin əməkdaşları daim öz işlərində peşəkarlıq nümayiş etdirir. Həmçinin "Azercell" ailəsinə yeni qatılan işçilərin də bu ənənəyə sadiq qalmasına çalışırıq. Əminəm ki, qarşıda "Azercell" yeni-yeni uğurlara imza atacaq".
   Şirkət prezidentinin sözlərinə görə, "Azercell" hər zaman abonentlərinin rahatlığını düşünərək, onları maraqlı kampaniyalar, ölkəmiz üçün yenilik olan layihələrlə sevindirir. "Azercell ailəsi olaraq, nailiyyətlərimizi davam etdirərək, daha da səylə çalışacağıq. Əminəm ki, yeniliklərimiz artdıqca mükafatlarımızın sayı da çoxalacaq"-deyə Ali Ağan vurğulayıb.
   Mükafatın təqdimat mərasimindən əvvəl laureatların nailiyyətlərini əks etdirən sərgi təşkil olunub. Burada mükafatın qalibləri, onların layihələri, məhsulları və mükafata layiq görülmələrini şərtləndirən əsas uğurları ilə bağlı materiallar nümayiş etdirilib. .
   Qeyd edək ki, AZERI BUSINESS AWARD Milli mükafatı Azərbaycanın işgüzar aləmlə bağlı aparıcı nəşrlərindən olan "Business Time" jurnalı tərəfindən təsis olunub. Mükafatın təsis edilməsində məqsəd ən yaxşı fəaliyyət nümayiş etdirən şirkətlərin adlarını açıqlamaqla milli biznesimizin yeni imicini yaratmaqdan ibarətdir. Ölkədə işgüzar etikanın yeni standartlarını təbliğ edən AZERI BUSINESS AWARD Milli Mükafatının qalibləri hər ilin yekunlarına görə müəyyənləşdirilir. "Azercell Telekom" MMC indiyədək biznes sahəsində əldə etdiyi uğurlara görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. Brand Award Azerbaijan, "Uğur" kimi mükafatlar alan bu qurum bir neçə dəfə "İlin korporativ şirkəti", "İlin top meneceri", "İlin biznes uğuru", "İlin uğurlu layihəsi" kimi nominasiyaların qalibi seçilib.
Əqrəb geni vurulmuş kartof, insan geni vurulmuş düyü yeyirik
Nə yeyiriksə, tədricən ona oxşamağa başlayacağıq
GMO ilə qidalandırılmış siçovullar bir müddət sonra bir-birini yeməyə başlayıb
Əhalini dəhşətli GMO qidalarından qoruya biləcək 3004 saylı prezident fərmanı niyə indiyədək icra olunmayıb?
   
   Son günlər Azərbaycanda Geni Dəyişdirilmiş Məhsullarla (GMO) bağlı polemikalar artıb. Sadə Azərbaycan vətəndaşı üçün nə qədər anlaşılmaz olsa da, bizi gözləyən təhlükənin böyük olduğu faktdır. Bazarlardan, mağazalardan alıb yediyimiz, övladlarımıza yedirdiyimiz məhsulların tərkibinin nədən ibarət olduğunu bilmiriksə, deməli, doğrudan da laboratoriyalarda üzərində eksperiment aparılan sınaq siçovulları rolundayıq.
   
   GMO nədir?
   
   Geni Modifikasiya Olunmuş (dəyişdirilmiş) orqanizm (GMO) müasir biotexnologiya üsulu ilə müxtəlif mənşəli canlı orqanizmlərin genlərinin kombinasiyası vasitəsilə əldə edilmiş istənilən canlı orqanizmdir. Bu orqanizmlərin əldə edilməsi zamanı heyvan geninin bitkiyə və əksinə, bitki geninin bitkiyə, heyvan geninin heyvana köçürülməsi baş verir. GMO-nun yaradılması üzərində ilk eksperimentlər XX əsrin 70-ci illərində başlayıb. 1992-ci ildə Çində pestisidlərə dözümlü olan tütün becərilməyə başlanıb. 1994-cü ildə isə ABŞ-da daşınmalara dözümlü olan GMO pomidorlar peyda olub. Həmin dövrdən GMO bütün dünyada daha sürətlə irəliləməyə başlayıb. Artıq 15 ildən çoxdur ki, milyonlarla istehlakçı istər heyvan və quş, istərsə də bitki mənşəli genetik modifikasiyalaşdırılmış məhsullardan istifadə edir. GMO istehsalının zərərli təsirilə bağlı ilk elmi nəticə isə ingilis alim Arpad Puştaiyə məxsusdur. Onun sınaq siçovullarına bir müddət genetik modifikasiyalaşdırılmış məhsul yedizdirməsi nəticəsində bu heyvanların qanında leykositlərin miqdarı aşağı düşüb, mədə və qara ciyərin ölçüləri kiçilərək funksiyaları zəifləyib, ümumi çəkisi və beynin çəkisi azalıb, balalarının ölüm faizi artıb, həm analarda, həm də balalarda aqressivlik yüksəlib, hətta onlar bir-birini yeməyə başlayıblar. Siçovullar öz morfologiya və biokimyasına görə insana çox oxşar olduğundan, laboratoriya sınaqları zamanı məhz bu heyvanlardan istifadə olunur. Puştainin həmin bəyanatının doğurduğu etirazlar səbəbindən o, çalışdığı Rouet elmi-tədqiqat institutundan kənarlaşdırılıb. Lakin maraqlıdır ki, Puştainin həmkarı Stenli Yuen onun eksperimentlərinin nəticələrini yoxlayıb və düzgünlüyünü təsdiq edib.
   
   Hamı dəhşətli təhlükədən xəbərdar olmalıdır
   
   GMO sahəsində uzun illərdir araşdırmalar aparan müstəqil ekspert Babək Tatlıyev APA-ya deyib ki, dünyada GMO məhsullarının sürətli istehsalı 1992-ci ildən başlayıb. Hazırda bu sahədə aktivlik göstərən 15-dək şirkət var. Bu məhsullar daha çox Şimali Amerikada istehsal olunur. B. Tatlıyev deyib ki, Azərbaycanda GMO sahəsində lazımi araşdırmalar aparılmayıb. Qərb kompaniyalarının transgen məhsullarla bağlı ekspansiyası qısa müddət ərzində başladığından, tək Azərbaycan deyil, dünyanın bir çox ölkəsi buna müqavimət göstərməyə hazır deyil: "Lakin hamı bu təhlükələrin mahiyyətindən xəbərdar olmalıdır. İndiyədək qabaqlayıcı tədbirlər ona görə görülməmişdi ki, informasiya qıtlığı var idi. Azərbaycanın özündə GMO-nun nə olduğunu bilən tək-tək adam var. Bu sahədə əsas məsuliyyət alimlərin və mətbuatın üzərinə düşür. 2005-ci ildə dünyanın 84 ölkəsindən 825 alim Avropa Birliyinin Ərzaq Təhlükəsizliyi Agentliyinə GMO-nun təhlükəliliyilə bağlı məktub göndərib. Azərbaycanda isə hələ indiyədək alimlər bu sahədə həyəcan təbili çalmayıb". B.Tatlıyevin sözlərinə görə, hazırda əhalinin ən çox istifadə etdiyi transgen məhsullar ət məhsulları, kolbasa və sosiskalar, dondurmalar, makaron məmulatları, meyvə-tərəvəzlər, bəzi növ uşaq qidalarıdır: "Bu məhsullar Azərbaycana daha çox İrandan, Rusiyadan, Gürcüstandan daxil olur. Amerikadan gətirilən qidaların, ABŞ-dan, Kanadadan, Argentinadan idxal olunan yemlərin də çoxu transgendir. Təsəvvür edin, kartoflara soyuğa və xəstəliyə davamlı olması üçün, əqrəb və ya qargülü geni vururlar. Artıq bütün dünyada kartofa, onlarla yad genin köçürülməsi təcrübəsi var. Bəzi növ pomidorlara və çiyələklərə isə, soyuğa və şaxtaya davamlı olması üçün, kambala balığının geni vurulur. Düyünü daha qidalı etmək üçün ona ana südünün daşıyıcısı olan insan geni vururlar. Dovşanlara, qaçanda işıq saçsınlar deyə, meduza geni əlavə edirlər. Hətta donuzlara insan geninin vurulması hazırda bəzi Qərb ölkələrində ənənəvi dinlərin nümayəndələrində ciddi etirazlar yaradıb. Hazırda bununla bağlı Qərb ölkələrində ciddi polemikalar gedir. Bütün bunlar onu göstərir ki, gen mühəndisliyi nə qədər "rəngarəngdir". Ekspert çıxış yolunu bu məhsulların Azərbaycan bazarına daxil olmasını qanunvericilik baxımından maksimum qaydada məhdudlaşdırmaqda görür.
   
   "Qanun olmadığından biz hər hansı sahibkardan soruşa bilmərik ki, sənin gətirdiyin mal geni dəyişdirilmişdir, ya yox?"
   
   Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev APA-ya bildirib ki, Azərbaycanda "Genetik modifikasiya olunmuş məhsullar haqqında" qanun olmadığından bu məhsullardan istifadəni də tənzimləmək mümkün deyil: "Buna görə də biz hansısa sahibkardan soruşa bilmərik ki, sənin gətirdiyin mal geni dəyişdirilmişdir, ya yox? Bu məsələdə hər hansı qadağa, ya tənzimləyici norma olmadığına görə, hər hansı tələb də irəli sürmək mümkün deyil. Bu məhsulların insan orqanizminə gələcək təsirləri barədə indidən fikir söyləmək çətin məsələdir. Biz istəyirik ki, Azərbaycanda bu sahədə tezliklə qanun qəbul olunsun, GMO-nu araşdıran elmi laboratoriyalar açılsın. Bu, çox qlobal bir işdir, xırda məsələ deyil". İ.Abdullayevin sözlərinə görə, genetik dəyişdirilmiş məhsullarla bağlı araşdırmalar aparmaq tək GEM-in görə biləcəyi iş deyil.
   Bölmə müdiri deyib ki, Azərbaycan prezidentinin ölkə əhalisinin etibarlı ərzaq təminatı ilə bağlı (2008-2015-ci illər) 3004 saylı fərmanı var. Azərbaycan Nazirlər Kabinetində həmin fərmandan irəli gələn Tədbirlər Planı hazırlanıb. Həmin fərmanda genetik modifikasiya olunmuş məhsullarla bağlı bənd də yer alıb. Bu məhsulların ekspertizasının aparılması, onlara dair tələblərin qoyulması fərmanda əksini tapıb. Lakin qanun qəbul olunmadığından, hələ bu məhsullar haqqında ciddi tədbirlərə əl atmaq mümkün deyil.
   
   Azərbaycana gətirilən pomidorun 90 faizi GMO məhsuludur
   
   Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov APA-ya bildirib ki, AİB Avropa Komissiyasının Azərbaycandan başqa yeddi ölkədə maliyyələşdirdiyi "Biomüxtəlifliyin qorunmasında istehlakçı təşəbbüsü" layihəsini yekunlaşdırıb: "Bu layihə çərçivəsində tədqiqatlar aparmışıq. Məlum olub ki, Azərbaycan bir neçə beynəlxalq sənədə, o cümlədən 2005-ci ildə Kartaxen protokoluna qoşulub. Biotəhlükəsizlik haqqında olan bu protokola ümumilikdə 150-dən artıq ölkə qoşulub. Yəni Azərbaycan genetik modifikasiya olunmuş orqanizmlərin ətraf mühitə nəzarətsiz buraxılması, risqlərin qiymətləndirilməsi, onun yayılmasının, kommersiya məqsədilə istifadə olunmasının qarşısının alınması üçün üzərinə öhdəliklər götürüb. Lakin təəssüf ki, Azərbaycanda genetik modifikasiya olunmuş məhsullar nəzarətdən çıxıb. Yəni, bir növ, cin şüşədən çıxıb, onu şüşəyə qaytarmaq mümkün deyil. Azərbaycanda GMO əkinçilik var, GMO toxumçuluq var. Xaricdən gətirilmiş kartofların 80 faizi, İrandan gətirilən pomidorların 70 faizi, ümumilikdə ölkəyə gətirilən pomidorların 90 faizi, soyaların 98 faizi, qarğıdalıların 70 faizi, çuğundurların 60 faizi, qarpızların isə, demək olar ki, hamısı GMO məhsuludur. Əkilir, biçilir və ətraf mühitə nəzarətsiz yayılır. Məlumdur ki, GMO bitkiləri ətraf mühitə nəzarətsiz yayılanda təbiətin biomüxtəlifliyini pozur, digər aborigen bitkiləri sıradan çıxarır. GMO barədə alimlərin fikri birmənalı deyil. GMO-nu dünyada irəlilədən Amerikanın "Monsanto" şirkətidir. Hansı ki, keçmiş Amerika prezidentləri onun şərikləridir. O şirkət bütün dünyaya GMO-nu yayır. Ümumdünya Ticarət Təşkilatı (ÜTT) isə, Amerikanın əlində alət olaraq, GMO-nun bütün dünyada yayılmasına xidmət edir". E.Hüseynovun sözlərinə görə, 2007-ci il iyulun 13-də Azərbaycanda qəbul olunmuş "Ekoloji Təmiz Kənd Təsərrüfatı Haqqında" Qanunda Azərbaycanda GMO-nun yayılmasına yaşıl işıq yandırılıb: "Baxmayaraq ki, Azərbaycan beynəlxalq sənədlərlə öz üzərinə öhdəliklər götürüb. Qanun qəbul ediləndə biz radikal çıxış etdik ki, Azərbaycanda GMO məhsullarının gətirilməsinə qadağa qoyulsun. Amma ÜTT kimi böyük qurumun qarşısında Azərbaycan acizdir. Buna görə də GMO Azərbaycanda irəliləyir. Onu ətraf mühitdən yığışdırmaq isə artıq mümkün deyil. Azərbaycan artıq GMO-nun əsiridir".
   
   Azərbaycanda GMO məhsullarını müəyyən edən bircə laboratoriya da yoxdur
   
   Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik İnstitutunun baş elmi işçisi Elxan Əliyev də APA-ya deyib ki, hazırda Azərbaycanın bazarları müxtəlif yollarla gətirilən GMO məhsullar və onların çeşidlərilə doludur: "Biz bu problemi əhali arasında tam açıqlığı ilə qabartmasaq, problem daha da böyüyəcək. Hazırda Azərbaycanda GMO məhsullarını aşkar edən laboratoriya, hətta GMO-nu təsdiq edən kiçik metodlar belə yoxdur. Bu təklif dəfələrlə yüksək dairələrdə qaldırılıb. Əhali nə yediyini bilməlidir. Əhali arasında müxtəlif allergik reaksiyalar, mədə-bağırsaq xəstəlikləri, cürbəcür patologiyalar yaranır. Həkimlərin özləri də xəstəliyin mənşəyini tapmaqda çətinlik çəkir. Problem son dərəcə ciddidir. Mütəxəssislərin fikrincə, hazırda dünyada üç qlobal problem var: ozon dəliyi, atom bombası və GMO. Azərbaycan unikal əraziyə malikdir. Bu gün ölkəyə heç bir yolla GMO məhsullarının gətirilməsinə imkan vermək olmaz. Bu məhsullar Azərbaycanın biomüxtəlifliyinə dəyən ziyanın çeşidini artıra, biomüxtəlifliyin itirilməsinə, müxtəlif səviyyədə ətraf mühitin zəhərlənməsinə gətirib çıxara bilər. İnsan sağlamlığının qorunması sahəsində büdrəyə bilərik. Artıq hamımız qəbul etməliyik ki, yediyimiz qidaların hamısının tərkibi pisə doğru dəyişib". E.Əliyevin sözlərinə görə, hazırda Azərbaycanda GMO məhsullarının gətirilməsini qadağan heç bir qanun yoxdur. Yalnız "Toxumçuluq Haqqında" Qanunun 27-ci maddəsinin ikinci bəndində qeyd edilir ki, Azərbaycana genetik modifikasiya olunmuş toxumların gətirilməsi qəti qadağandır. Müstəsna hal kimi bu məhsullar sərgilərdə, qapalı şəraitlərdə təcrübə aparmaq üçün gətirilə bilər: "Amma bilirsiniz ki, qaçaqmalçılıq yolu ilə, humanitar yardım yolu ilə, ən müxtəlif yollarla işgüzar adamlar, kommersantlar bu məhsulları Azərbaycana gətirir. Qanunların olmaması vəziyyətin nəzarətdən çıxmasına səbəb olur. Əhalini sevmək lazımdır. İnsan nə yeyirsə, ona da oxşayır". E.Əliyevin sözlərinə görə, Azərbaycanda GMO sahəsində əsas problem laboratoriyanın olmamasından yaranır: "Hazırda Ukraynada 5 laboratoriya var. Almaniyada isə yüzlərlə belə laboratoriya fəaliyyət göstərir. Uzun illərdən sonra Rusiya da bu laboratoriyanı əldə edib. Azərbaycan isə hazırda "açıq qapı" formasında fəaliyyət göstərir. Bu laboratoriyalar Azərbaycanda quraşdırılmalı, onlarla işləyə bilən mütəxəssislər hazırlanmalıdır". Mütəxəssis deyib ki, Azərbaycanda "Gen mühəndisliyi zamanı təhlükəsizlik haqqında" qanun layihəsi hazırlanıb: "Bu qanunda laboratoriya haqqında xüsusi maddə var. Ümid edirik ki, bu qanun qəbul olunacaq. Bu, çox bahalı laboratoriya da deyil. 70-80 min manat Azərbaycan üçün nə böyük puldur ki?"
   
   ÜTT-yə üzvlük xatirinə zəhər yeməkdə davam etməliyik
   
   Azərbaycan Milli Məclisinin Aqrar siyasət daimi komitəsinin sədri Eldar İbrahimov isə APA-ya bildirib ki, hələlik Azərbaycanda GMO-nu tənzimləyən ayrıca qanun yoxdur. Lakin müxtəlif qanunlarda olan maddələr bu məsələni qismən tənzimləyir. 2007-ci ildə qəbul olunmuş "Ekoloji Təmiz Kənd Təsərrüfatı Haqqında" Qanunun 6.5-ci maddəsində göstərilir ki, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə edilməsin. Qanunun 19.9-cu maddəsində də göstərilir ki, alıcıların seçim hüququnu təmin etmək məqsədilə Azərbaycan Respublikasında satışa çıxarılan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində həmin məhsulların istehsalında GMO və onların törəmələrindən istifadə haqqında məlumatlar göstərilməlidir. Həmin qanunun 18.4-cü maddəsində isə qeyd olunur ki, Azərbaycana idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində onların istehsal prosesində GMO-dan və onların törəmələrindən istifadə haqqında məlumatlar əksini tapmalıdır. "Toxumçuluq Haqqında" Qanunda da göstərilir ki, Azərbaycana genetik modifikasiya olunmuş toxumların gətirilməsinə yol verilmir. E.İbrahimov deyib ki, Rusiyada GMO ilə bağlı ayrıca qanun var. Hətta Moskva meri Yuri Lujkovun qərarı var ki, bütün istehsal olunan məhsulların üzərində GMO-nun olub-olmadığı yazılsın: "Təəssüf ki, bizdə bu yoxdur. GMO-nun olub-olmadığını yoxlamaq üçün Azərbaycanda laboratoriya və mütəxəssis olmalıdır. Lakin bu da yoxdur. Bazara bu məhsullar açıq şəkildə daxil olur. Rusiyadan, digər ölkələrdən gələn məhsulların üzərində bu yazılar qeyd olunmur". Komitə sədri deyib ki, Azərbaycan öz qanunvericiliyində GMO-dan istifadəni ÜTT-yə üzvlük səbəbindən qadağan edə bilməyib: "Təşkilatın belə bir müddəası var ki, hansı məhsulun insan orqanizminə mənfi təsiri əsaslandırılmış qaydada sübut olunmursa, onun idxalına qadağa qoyula bilməz. GMO-nun mənfi təsirini də hələlik sübut eləmək mümkün deyil. Bunun üçün müəyyən müddət keçməlidir. Ancaq ilkin olaraq müəyyən nəticələr özünü göstərir. Xüsusən də uşaqlarda mədə-bağırsaq xəstəlikləri, immun sisteminin zəifləməsi baş verir. GMO tətbiqi zamanı məhsuldarlıq çox olur. Əsasən belə məhsulları aclıq çəkən ölkələrə göndərirlər. Bu, daha çox, kommersiya xarakteri daşıyır. Azərbaycanın özündə istehsal edilən məhsulların hamısı ekoloji təmiz məhsullardır. Bu cür məhsulu qoyub, biz nəyə görə həmin məhsulları almalıyıq? 50-yə yaxın ölkə artıq bunu qadağan edib. ÜTT-yə üzv olandan sonra biz də qanuna dəyişiklik edə bilərik". Komitə sədri deyib ki, Azərbaycanda GMO ilə bağlı maarifləndirmə işi çox aşağıdır. Onun fikrincə, əslində GMO ilə bağlı sistemli maarifləndirmə işləri aparılmalıdır ki, əhali bu məhsulu alıb-almayacağını bilsin.
   
"APA"
Quşçuluq müəssisələri kreditlərdən məhrum edilib
Kənd Təsərrüfatı Nazirliyi qeyri-müəyyən reaksiya versə də, Aydın Vəliyev məlumatı təsdiqlədi
Vahid Məhərrəmov isə...
Kommersiya banklarının, əvvəlki illərdən fərqli olaraq, bu il heyvandarlığın inkişafına daha çox kredit ayırması barədə ötən saylarımızdan birində məlumat vermişdik. Lakin bankların fermerlərlə hətta müəyyən güzəştlərə söykənən bu əməkdaşlığı quşçuluq sahəsində müşahidə olunmur.
   Ölkədə fəaliyyət göstərən broyler təsərrüfatlarının hamısı, demək olar ki, öz gücünə işləyir. Xatırladaq ki, 2009-cu ildə Kənd Təsərrüfatı Nazirliyi Yanında Kreditlər üzrə Dövlət Agentliyinin xəttilə quşçuluq təsərrüfatlarının inkişafına 552 min manat mikrokreditlər ayrılmışdı. 2010-cu ildə nə qədər vəsait ayrılması barədə suala cavab almaq üçün müraciət etdikdə isə KTN-dən bildirdilər ki, quşçuluq təsərrüfatlarına ayrılan kreditlər müxtəlif layihələr üzrə verilir. Həmin kreditlərin məbləğini isə İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığın İnkişafına Kömək Milli Fondundan öyrənmək olar. İqtisadi İnkişaf Nazirliyindən isə bu barədə sualımızı cavablandıran tapılmadı.
   Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev isə qəzetimizə açıqlamasında bankların broyler təsərrüfatlarına kredit verməkdə maraqlı olmadığını təsdiqlədi: "Buna səbəb sığorta şirkətləridir. Onlar quşu sığorta etməyi risqli addım hesab edirlər. Banklar da sığorta olunmamış sahəyə kredit vermək istəmir. Banklar həm də verdiyi kreditin müqabilində yüksək dəyərdə girov tələb edir. Bu da quşçuluğun imkanlarına uyğun deyil. Amma heyvandarlıq gəlirli sahədir. Onu quşçuluqla müqayisə etmək olmaz. Ona görə də banklar heyvandarlığa kredit ayırır".
   A.Vəliyev hazırda ölkədə 22 broyler təsərrüfatının hamısının fəaliyyətini davam etdirdiyini dedi.
   Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmovun fikrincə, "Vaxtilə bu sahəyə yüksək kapital qoyuluşu baş verdi. Məsələn, "Mərdəkan Broyler" hər kəsin yaxşı xatirindədir. Amma sonra bu müəssisənin çökməsinin əsas səbəblərindən biri bazarda istehlakçı tələbatının zəif olması oldu. Çünki bizim istehlakçılar dondurulmuş toyuq ətindən istifadə etməyə öyrəşməyib. İndi təklifin tələbi üstələməsi problemi bütün ölkə üzrə mövcuddur. Sahibkarlar da quşçuluğu əldə saxlamağa çalışırlar ki, bəlkə gələcəkdə fayda verdi. Bu sahədə əsas problemlər yemçilikdə, dərman preparatlarının, yumurtanın hələ də xaricdən alınıb gətirilməsindədir. Bu da məhsulun maya dəyərini artırır. Hətta bəzi sahibkarlar təsərrüfatını saxlamaq üçün Bakı şəhərindəki evlərini girov qoyub kredit götürüb. Sahibkarlar tanıyıram ki, kreditləri qaytara bilmədiyinə görə müflis olub, bankla mübahisəsi məhkəmə həllini gözləyir. Amma bu sahənin inkişafı üçün kreditlər və iri həcmdə subsidiya ayrılmalıdır, dövlət özü avadanlıqların alınıb gətirilməsini təmin etməlidir. Əks halda, quşçuluğu inkişaf etdirmək mümkün olmayacaq".
   Xatırladaq ki, Respublika Quşçular Cəmiyyəti ötən ildən etibarən Azərbaycana idxal olunan quş yeminə tətbiq olunan əlavə dəyər vergisinin ləğvi təklifini irəli sürüb.
   Lakin Dövlət Gömrük Komitəsi bu halda dövlət büdcəsində boşluq yaranacağını bildirərək təklifin əleyhinə çıxdı. V.Məhərrəmov isə hesab edir ki, dövlət tərəfindən ayrıla biləcək subsidiyaların həcmi yüksək olarsa, ƏDV aradan qaldırılmadan da quşçuluğu inkişaf etdirmək olar: "Sahibkarlara ayrılan subsidiya çox cüzidir.
   Mən həmişə deyirəm ki, Avropada kənd təsərrüfatının inkişafı üçün sərf olunan vəsait adambaşına 1000 avro olduğu halda, bizdə 10 manatdır.
   Bizim də həm quşçuluğun, həm də digər sahələrin inkişafı üçün sanballı subsidiya ayırmaq imkanımız var".
   Qeyd edək ki, banklar son vaxtlar uzunmüddətli təsərrüfat sahəsi sayılan üzümçülüyə də kredit ayırdıqları halda, cəmi 30 günə yetişən broyler toyuqlarına vəsait vermək istəmir. V.Məhərrəmov isə bildirir ki, bunun səbəbi quşçuluğun marketinqindəki problemlərlə bağlıdır: "Qısa müddətdə ciddi problemlər meydana çıxır. Broylerlərin xəstələnməməsi, onların sağlam yetişməsi üçün mühit yaranmalıdır. Bunun üçün lazım olan texnologiya isə çox vəsait tələb edir. Bank mütəxəssisləri də gözəl bilir ki, orada yüksək gəlir əldə etmək mümkün deyil. Banklar da çalışır ki, krediti gəlirli sahəyə ayırsın".
   
Müşfiq ABDULLA
"Yəhova şahidləri"nin qeydiyyatının tamamilə ləğvi məsələsinə baxıla bilər
"Yəhova şahidləri" dini icması təkrar qeydiyyatdan keçirilməyib. Bu barədə "OLAYLAR"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov bildirib. G.İsmayılov deyib ki, dini icma qeydiyyat üçün müraciət edib.
   Lakin sənədlər qaydasında olmadığından qeydiyyatdan imtina edilib. Lakin icma hələ də fəaliyyətini davam etdirir: "İcmanın fəaliyyətinin qadağan olunması üçün qeydiyyatı tamamilə ləğv edilməlidir. Fəaliyyətlərində qanun pozuntusuna rast gəlinərsə, qeydiyyatlarının ləğvinə baxıla bilər". Xatırladaq ki, icma Ermənistan, Rusiya, Almaniya kimi dövlətlərdə ən çox tənqidə məruz qalan təşkilatdır.
   Hətta Almaniyada bu təriqətin təsirinə düşənlərə yardım məqsədilə psixoloji reabilitasiya mərkəzləri yaradılıb. Azərbaycanda da bu təriqət ən çox qanun pozuntusuna yol verənlər arasında birincidir.
"Hikmət" və "Ekstra" duzlarının satışı dayandırıldı
Birində yod həddən az, birində isə həddən çoxdur
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti satışda olan duzların keyfiyyət və təhlükəsizliyinin laborator müayinəsinə başlayıb. İstehlak bazarını normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan duzdan qorumaq məqsədilə aparılan müayinələrin nəticələri artıq bəllidir.
   Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, aparılmış müayinələr nəticəsində Binəqədi rayonu, Novxanı yolu, 7-ci kilometr ünvanında fəaliyyət göstərən "Hikmət" MMC-də istehsal edilən və kağız qutulara qablaşdırılmış 1-ci növ xörək duzunun tərkibində yodun miqdarının normadan az, "Ekstra" xörək duzunun tərkibində isə yodun miqdarının normadan çox olduğu müəyyən edilib. Bununla əlaqədar "Hikmət" MMC-də duz istehsalının qanunauyğunluğu ilə bağlı yoxlamaya başlanmış və müəssisənin anbarında olan 1-ci növ xörək duzundan və "Ekstra" xörək duzundan nümunə götürülərək laborator müayinəyə göndərilib. Laborator müayinəsi zamanı 1-ci növ xörək duzunun tərkibində yodun miqdarının normadan az, "Ekstra" xörək duzunun tərkibində isə yodun miqdarının normadan çox olduğu təsdiqlənib.
   Dövlət Xidməti tərəfindən normativ-texniki sənədlərin tələblərinə cavab verməyən duzların satışının dayandırılması və ticarət şəbəkəsindən geri qaytarılması barədə "Hikmət" MMC-yə icrası məcburi göstəriş verilib.
Abşeron Ceyranbatan Peşə Litseyinin damını külək dağıtdı
Litsey direktoru yağışlar başlasa, bütün binanın su altında qalacağını deyir
Eynulla Qasımov: "Korpusun pəncərələrinə, həyətinə də ciddi ziyan dəyib"
Builki qış mövsümü əvvəlki illə müqayisədə davamlı olaraq şaxtalı, soyuq keçməsə də, ziyansız da ötüşmədi. Belə ki, havaların küləkli olması kommunal təsərrüfat sahələrinə və fərdi, inzibati tikililərə ciddi ziyan vurdu. Bu, əsasən rayonlarda özünü daha çox göstərsə də, Bakı şəhərindən də yan keçmədi. Analoji hallar Bakıda da bu və ya digər dərəcədə özünü göstərdi.
   Fevralın 21-də baş verən güclü külək nəticəsində Ceyranbatan qəsəbəsində yerləşən Abşeron Ceyranbatan Peşə Litseyinin dam örtüyünə ciddi ziyan dəydiyi barədə məlumat aldıq. Sözügedən məsələ ilə bağlı qəzetimizə açıqlama verən Litseyin direktoru Eynulla Qasımovun sözlərinə görə, ciddi ziyanın dəyməsinə baxmayaraq, aydiyyəti qurumlar indiyədək tədris ocağının son durumu ilə maraqlanmayıb: "Hadisə olub, hardasa 16:30 radələrində. Biz saat 17:42-də Fövqəladə Hallar Nazirliyinə məlumat verdik. Abşeron Rayon İcra Hakimiyyətinə və digər qurumlara da məlumat verməyimizə baxmayaraq, gəlib maraqlanan belə yoxdur. Bu saata qədər bir adam da gəlib baş verənlərlə maraqlanmayıb. Külək nəticəsində tədris korpusunun dam örtüyü tamamilə dağılıb. Külək dam örtüyünü dağıtmaqla yanaşı, korpusun pəncərələrinə, həyətinə ciddi ziyan dəyib. Bu gün də dəfələrlə məlumat versək də, gələn yoxdur. Bu qədər biganəlik olmaz axı. Dünən, tutalım bazar günü idi, bəs bu gün nə olub? İcra hakimiyyətindən də bir nəfər də olsun gəlib vəziyyətlə maraqlanmayıb. Konkret litseyə nə qədər ziyan dəydiyi barədə bir söz deyə bilmərəm. Ona görə ki, gərək dəymiş ziyanın hesablanmasından ötrü mütəxəssislər olsun və onların araşdırmasından sonra konkret rəqəm söyləmək mümkün olacaq. Hələlik mütəxəssislər gəlməyib. Gözləyirik ki, FHN-dən mütəxəssislər gəlib dəymiş ziyanı hesablasın. Qiymətləndirmə aparılmadan dəymiş ziyan barədə hansısa rəqəm açıqlamaq, məncə, düzgün olmazdı".
   E.Qasımovun açıqlamasından o da məlum oldu ki, dəyən ziyanın fəsadları tədris prosesinin gedişinə mane olur: "Məsələ ondadır ki, dam örtüyünün dağıntıları giriş-çıxışı tutub. Bu da dərsə gələnlərə mane olur. Dağıntılara dəymirik ki, aydiyyəti qurumlar gəlib dəymiş ziyanı yerində görsün. Məcbur olub, uşaqları məktəbin arxa girişindən içəri salmışıq ki, əziyyət çəkməsinlər. Çünki dəmir konstruksiyalar məktəbin bütün həyətini tutub. Uşaqları dala qaytarmadıq ki, tədris prosesi pozulmasın. Ancaq bu heç də o demək deyil ki, tədris prosesi pozulmayacaq. Çünki müvafiq tədbirlər görülməsə, yağış yağsa otaqları su götürəcək. O zaman da tədris prosesini davam etdirmək olmaz. Onu da qeyd edim ki, bütövlükdə litsey 4 korpusdan ibarətdir və bütün korpusların dam örtüklərinə ciddi ziyan dəyib. Dam örtükləri həyətlərə çırpılıb. Litseydə 3 ixtisas üzrə 333 nəfər uşaq təhsil alır. Məktəbin dam örtüyünü ötən il müəllimlərin daxili imkanları hesabına bağlatdırmışdıq. Neçə illər idi ki, litseyin dam örtüyü pis vəziyyətdə idi. Bu il isə bunu etməyə imkanımız olmayacaq. Ona görə də mənim istəyim odur ki, dövlət gəlib dəymiş ziyanı hesablasın və dam örtüyünü bağlasınlar". E.Qasımov dəymiş ziyan barədə Təhsil Nazirliyinə də məlumat verdiklərini bildirdi: "Təhsil Nazirliyindən mənə bildirdilər ki, çalışacaqlar FHN xəttilə litseyə nümayəndə heyəti göndərsinlər. Mən onlara cavabımda bildirdim ki, FHN tez gəlməlidir. Ona görə ki, tədris prosesi pozulmasın".
   
Vidadi ORDAHALLI
Müdafiə Nazirliyinin müdavimi Bakıda adam bıçaqladı
Rəmzi Səfərov həbs edildi
Bu barədə məlumatı "OLAYLAR"a hərbi mənbələrdən veriblər. məlumata görə, hadisə fevralın 21-də axşam saatlarında baş verib.
   Təlim-Tədris Mərkəzində zabitlər kursunda təhsil alan müdavim Rəmzi Səfərov Bakı şəhər sakini Niyazi Rüstəmovu mübahisə zəminində bıçaqlayıb. Yaralı 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Sabunçu rayon polis İdarəsinin əməkdaşları hadisəni törədən Rəmzi Səfərovu yaxalayıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Mənbənin məlumatına görə, müdavimin ali hərbi təhsili yoxdur. Rəmzi Səfərov "N" saylı hərbi hissənin əsgəri olub. Bir müddət əvvəl isə o könüllü olaraq xidmət dövründə zabit kimi fəaliyyət göstərmək üçün Təlim-Tədris Mərkəzində 3 aylıq zabit kursuna gəlibmiş.
   
Köhnə maşınların bahalaşacağı barədə proqnozlar yenə sual altına düşdü
Bakıda 550 minə yaxın maşının 85 faizi...
Məlum olduğu kimi, son bir neçə gündə diqqət hədəfində olan məsələlərdən biri də köhnə avtomobillərlə bağlıdır. Belə avtomobillərin ölkəyə gətirilməsinə ilin ikinci yarısından etibarən qadağa qoyulacağı ilə bağlı yayılan məlumatlar, rəsmilər tərəfindən verilən açıqlamalar hələlik köhnə maşın biznesilə məşğul olanların işinə yarayıb.
   Avtomobil ticarətilə məşğul olanlar deyir ki, son bir neçə gündə bazarda maşınla maraqlananlar artıb. Avropadan gətirilən avtomobil ticarətində canlanma daha çoxdur. Müşahidəçilər bunu iyulun 1-dən "Avro-2" standartlarına cavab verməyən maşınların ölkəyə buraxılmayacağı ilə bağlı xəbərlərlə əlaqələndirir. Ancaq ekspertlər əhalini sakitləşdirməyə çalışır. Belə ki, araşdırmalardan məlum olur ki, əslində son vaxtlar Azərbaycana gətirilən avtomobillərin, demək olar, 95 faizi "Avro-2" standartına cavab verir. İş burasındadır ki, artıq Avropada "Avro-2" standartına cavab verməyən maşın qalmayıb.
   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş məsləhətçisi Sadiq Şirəliyev İctimai Televiziyaya açıqlamasında bununla bağlı qeyd edir: " Avropada 92-95-ci illərdən yeni avro standartına keçməyə başlanıb. 92-ci ildən bəri buraxılan avtomobillər "Avro-2" standartına uyğundur. Amma Yaponiyada istehsal olunan avtomobillərdə bu başlanır 97-ci ildən, Koreyada buraxılanlar 2000-ci ildən. Rusiyada, hardasa 2005-2006-ci ildən tədricən başlanıb".
   Statistikaya əsasən, Azərbaycana Yaponiya və Koreyadan gətirilən köhnə maşınlar çox azdır. Əvəzində Rusiyadan həddindən çox maşın gətirilir. Deməli, qadağa daha çox Rusiya maşınlarının ixracına təsir edəcək.
   Ancaq "Avro-2" standartı təkcə avtomobillə bağlı deyil. Burda avtomobilin işlətdiyi yanacaq daha önəmlidir. İndi avtomobil tüstüsünə tətbiq olunan ekoloji standartlar da yanacağa uyğundur. Qeyd edək ki, avtomobilin ixrac qazında 280-dən çox zərərli maddə var.
   Avtomobil mütəxəssisləri deyir ki, indiki vəziyyətdə avtomobil, hətta "Avro-5" standartına cavab versə də, Azərbaycandakı yanacaqla işləyəndə onun tüstü borusundan çıxan tullantılar heç "Avro-2"yə də cavab vermir. Avro standartına uyğun maşınlardakı tüstü filtri - katalizator Azərbaycan benzininin təsirindən tez sıradan çıxır. Ən böyük problem isə dizel yanacağı ilə bağlıdır. İndi dünyanın əksər ölkələri, ucuz və qənaətli olduğuna görə, dizel mühərrikli avtomobillərə üstünlük verir. Ancaq hələlik MDB ölkələrində, o cümlədən Azərbaycanda istehsal olunan dizel yüksək standartlara cavab vermədiyindən, onun üstünlüyündən istifadə olunmur.
   Maşın istehsalçılarının çoxu Azərbaycan üçün dizel maşınlarını məsləhət görmür. Çünki MDB ölkələrində istifadə olunan dizel yanacaqlarında su və ya kükürd qarışığı olur.
   Bu qarışıqlar da həmin sistemin sıradan çıxmasına səbəb olur. Onu da qeyd edək ki, tüstü filtrlərini dəyişmək 750-1000 manata başa gəldiyindən, əksər avtomobil sahibləri onu birdəfəlik çıxarıb atmağa üstünlük verir.
   Yanacağın keyfiyyətinə gəlincə, Dövlət Neft Şirkətində bildirirlər ki, Azərbaycanda istehsal olunan neft məhsulları "Avro-2" standartlarına tam cavab verir.
   Zavodlarda aparılan yenidənqurma isə yanacağı "Avro-3" standartına uyğunlaşdıracaq. Ancaq indi Avropada tətbiq olunan "Avro-5" standartına cavab verən yanacağı Azərbaycanda istehsal etmək üçün böyük vəsait tələb olunur. Neft Şirkəti isə maliyyə cəhətdən bu işin reallaşmasının hələlik mümkün olmadığını bildirir.
   Bununla belə, artıq məlumdur ki, Azərbaycanda avtomobil nəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması üzrə tədbirlər planı hazırlanıb.
   Xatırladaq ki, bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov prezident yanında ekoloji problemlərə həsr olunmuş müşavirədə çıxışında bildirib:
   "Sovet dövründə Azərbaycan atmosferə çirkləndiricilər və karbon birləşmələrini 70 milyon ton həcmində atırdısa, hazırda bu göstərici 38 milyon tona enib.
   Lakin 70 milyon tonun içində nəqliyyatın payı 4,5 milyon ton idisə, bu gün artıq 38 milyon tonun 14-15 milyon tonu təkcə nəqliyyatın payına düşür".
   Nazir onu da deyib ki, bu problemin həlli üçün avtomobil nəqliyyat vasitələrindən atmosferə atılan zərərli tullantılara dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması üzrə tədbirlər planı hazırlanıb və yaxın vaxtlarda qüvvəyə minəcək: "Bu plana əsasən, artıq bu il "Avro-2" standartlarına keçid nəzərdə tutulub.
   Yeni neft-qaz emalı kompleksinin tikilməsi nəticəsində Azərbaycanda istehsal olunacaq yanacaq-sürtkü materialları "Avro-5" standartlarına cavab verəcək ki, bu da artıq "Avro-3" və "Avro-4" mərhələlərini adlayaraq, birdəfəlik "Avro-5" standartlarına keçməyə imkan yaradacaq".
   Onu da bildirək ki, hazırda Bakıda qeydiyyata alınmış 549 min 511 avtomobilin 80%-i "Avro-3" və "Avro-4 standartlarına cavab vermir.
   
Tahir TAĞIYEV
Heydər Əliyev adına sarayın arxasında hələ sökülməmiş bir evin davası qızışır
Heydər Abbasov hər kvadrata görə 2 min dollara durmur
Heydər Abbasov və onun üç övladı ailələrilə birlikdə Şəmsi Bədəlbəyli küçəsi 83 ünvanında yerləşən evlərindən zorla çıxarıla bilər.
   Fevralın 23-də Nəsimi Rayon Məhkəməsi hakim Kəmaləddin Bədəlovun sədrliyilə Bakı şəhər İcra Hakimiyyətinin Abbasova qarşı sonuncunun evdən çıxmaqdan imtina etməsilə bağlı iddiasına baxacaq. Bu barədə "Turan"ın müxbirinə Heydər Abbasov bildirib.
   Dörd ailənin üzvlərinin ümumilikdə sayı 13 nəfərdir.
   Abbasov evdən çıxmaqdan imtina etməsini kompensasiyanın çox kiçik olması ilə izah edir. "Biz 1969-cu ildən burada qeydiyyatdayıq. "Qonşulara hər kv. metr üçün 2500 manat ödəyiblər, bizə isə maksimum 2 min dollar təklif edirlər", deyə Abbasov bildirib.
   Öz növbəsində, Şəhər İcra Hakimiyyətinin adının açıqlanmasını istəməyən nümayəndəsi "Turan"ın müxbirinə bildirib ki, il yarım ərzində bu ərazidən 200-dən çox ailə köçürülüb. "Abbasovlar və Heydər Əliyev ad. saraydan Füzuli meydanına qədər ərazidə yaşayan bütün digər sakinlər istənilən halda evlərindən çıxarılacaq" - deyə o bildirib.
   Vaxtilə "tədbirlilik" nümayiş etdirib, vaxtında evlərini tərk edənlər hər kv. metr üçün 3,5 min manat alıblar. Lakin maliyyə böhranı ilə əlaqədar büdcə xərcləri azaldılıb və indi artıq bu qədər ödənilmir. "Hazırkı kompensasiya ilə razılaşmayanlar gələcəkdə bunu da almaya bilər" - deyə məmur qeyd edib. Onun sözlərinə görə, kompensasiya məbləği hər kv. metr üçün 1,2 min dollara qədər kiçildilə bilər.
   Dövlət Şəhərsalma və Memarlıq Komitəsindən "Turan"a bildiriblər ki, əvvəldən Bakı şəhərinin Baş Planında (1985-ci il) Dəmir Yolu Vağzalından Azərbaycan Dövlət Dram Teatrına qədərki bütün ərazi park - Qış bulvarının salınması üçün ayrılıb.
   Bu arada, Heydər Abbasov bu günkü məhkəməyə hazırlaşır. Onun sözlərinə görə, hökumət nəinki qiymətləndirmə komissiyası yaratmayıb, hətta sakinlərə, Nazirlər Kabinetinin sərəncamında nəzərdə tutulduğu kimi, 80 gün əvvəldən evdən çıxarılma barədə bildiriş verməyib. Bunun əvəzində onun iki oğlu öyrədilmiş xuliqanlar tərəfindən döyülüb, evdə işıq, qaz və su kəsilib. Hətta Abbasovların yaşadığı evin yandırılmasına cəhd olunub.
   
TURAN
Təhsil Nazirliyinin dörd əməkdaşı vəzifədən azad olundu
Ancaq nazirlik ağsaqqalları işsiz qoymadı
Azərbaycan Təhsil Nazirliyinin 4 nəfər əməkdaşı təqaüd yaşına çatdığı üçün öz ərizəsilə tutduğu vəzifədən azad olunub.
   Bu barədə APA-ya Təhsil Nazirliyindən məlumat verilib. Bunlar nazirliyin şəhərlər üzrə ümumtəhsil şöbəsinin müdiri Arif Muradov, şəhərlər üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin baş məsləhətçisi Əlvan Səfərov, ümumi şöbənin müdiri İdris Mirzəyev, onun müavini Tumruz Cuvarlıdır. Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə APA-ya bildirib ki, təqaüd yaşına çatmış əməkdaşlar təhsil sektorunda müvafiq işlərlə təmin olunacaq: "Bizim onların hər birinə hörmətimiz var. İndiyədək də təhsil sahəsində böyük işlər görüblər. Onların gücündən, potensialından bundan sonra da istifadə olunacaq". Şöbə müdiri deyib ki, Təhsil Nazirliyinin icra aparatı çevik qurum olduğundan, burada daha gənc, müasir tələblərə, texnologiyalara cavab verən şəxslər işləməlidir.
   B.Hüseynzadə deyib ki, artıq işdən çıxarılmış şəxslərdən 2 nəfəri müvafiq işlə təmin olunub. Şəhərlər üzrə ümumtəhsil şöbəsi ləğv olunaraq, ümumi təhsil şöbəsilə birləşdirilib. Bu şöbəyə rəhbərlik etmiş Arif Muradov Təhsil Muzeyinə direktor müavini göndərilib. Şəhərlər üzrə ümumtəhsil şöbəsinin əvəzinə isə akkreditasiya şöbəsi yaradılıb. Artıq yeni yaradılmış şöbəyə təyinat da olub. Təhsil sahəsində tanınmış alim Həbib Zərbəliyev bu şöbəyə rəhbərlik edəcək. İ.Mirzəyev APA-ya bildirib ki, təqaüd yaşı çatdığından, öz ərizəsi ilə işdən çıxıb. Artıq 70 yaşının olduğunu deyən İ.Mirzəyev ona münasib işlə təmin olunacağı ilə bağlı söz verildiyini deyib. İ.Mirzəyevin sözlərinə görə, hazırda onun vəzifəsini müavini əvəz edir. Ə.Səfərov isə APA-ya bildirib ki, Təhsil Nazirliyində bu prosesin getməyi təbiidir: "Mənim artıq 70 yaşım var. Bundan sonra fəaliyyətimi daha çox metodiki işdə, məsləhətçi kimi davam etdirəcəyəm". Qeyd edək ki, Təhsil Nazirliyindəki kadr dəyişikliyi haqqında "Yeni Müsavat" qəzetinin dünənki sayında məlumat verilib.
   
Bakıda daha bir möhtəşəm istirahət mərkəzi sökülür
Şıx qəsəbəsindəki villa-koteclər seysmik zonada yerləşirmiş
Bakıda tikilməkdə olan istirahət mərkəzi sökülmək təhlükəsilə üz-üzə qalıb. Bu barədə "OLAYLAR"a etibarlı mənbədən məlumat veriblər. Məlumata görə, söküləcək istirahət mərkəzi Səbail rayonu ərazisində yerləşir.
   Daha doğrusu, həmin istirahət mərkəzi Səbail rayonunun Şıx qəsəbəsi ərazisində yerləşən villa-koteclərdir. Mənbənin dediyinə görə, bir müddət əvvəl maddi problemə görə tikintisi dayandırılan istirahət mərkəzinin daha bir problemi ortaya çıxıb. Artıq istirahət mərkəzi sökülmək təhlükəsilə üzləşib. Mənbənin dediyinə görə, bir ay öncə ərazidə aparılan monitorinq zamanı həmin villalar insan həyatı üçün təhlükəli hesab edilib. Monitorinq zamanı məlum olub ki, əsasən yamac hissədə yerləşən həmin istirahət mərkəzinin ərazisi seysmik zonadır. Buna görə də bu ərazidə istirahət mərkəzinin fəaliyyət göstərməsi qadağan edilib. Mənbə deyir ki, məsələ ilə bağlı istirahət mərkəzinin sahibinə də xəbərdarlıq edilib. Amma obyekt sahibi monitorinqin qərarı ilə razılaşmayıb və qərarın ona qarşı təzyiq vasitəsi olduğunu bildirib. Nəticədə maraqlı bir fakt ortaya çıxıb. Məlum olub ki, obyekt sahibi istirahət mərkəzini inşa etdirməzdən əvvəl aidiyyəti qurumlardan rəsmi icazə alıb və həmin ərazinin seysmik ərazi olmaması barədə rəy alıb. Amma bir neçə ildən sonra həmin ərazinin seysmik zona olması barədə qərarın açıqlanması aranı qarışdırıb. Mənbə deyir ki, obyekt sahibinin cəhdlərinə baxmayaraq, monitorinq qrupunun qərarını ləğv etmək mümkün olmayıb. Obyektin tamamilə köçürülməsi barədə qərar verilib və yaxın günlərdə işə başlanacağı bildirilib.
   
Daşkəsəndəki "Dəstəfur" meşəsi yandı
Daşkəsən rayonunda yerləşən "Dəstəfur" meşəsinin 5-ci dolayında yanğın baş verib.
   Daşkəsən rayon Fövqəladə Hallar Komissiyasından APA-nın qərb bürosuna verilən məlumata görə, fevralın 21-i axşam saatlarından başlayan yanğın nəticəsində əsasən fısdıq və vələs ağaclarından ibarət meşə massivinin 1.5 hektarı yanaraq yararsız hala düşüb. Fevralın 22-də gecə 2.00 radələrində Daşkəsən rayon Yanğından Mühafizə Şöbəsi əməkdaşları tərəfindən yanğının qarşısı alınıb. Yanğının baş vermə səbəbləri məlum olmasa da, ilkin ehtimal kimi ehtiyatsızlıq göstərilir. Hazırda yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.
 
 
 SON XƏBƏRLƏR
2010-02-23 Mənzillərin hər kvadratına 5 min manat istəyənlər Bakıda piketə cəhd etdilər
2010-02-23 Cəlilabadda Rahim Qasımovun dəyirmanında faciə...
2010-02-23 Ceyranbatanda 5 otaqlı ev yandı
2010-02-23 Rauf Talışinskinin müavini həbs olundu
2010-02-23 Lalə Şövkət ona "KQB agenti" deyən qəzeti məhkəməyə verdi
2010-02-23 Gitaraçı Rəmişi xəstəxanaya apardılar
2010-02-23 Nazirlik və dövlət komitələrinin Bakı şöbələri ləğv edilir
2010-02-23 Bakıda külli məbləğdə saxta yüzlük satan 4 nəfərlik dəstə tutuldu
2010-02-23 Qusarın Əvəcuq kənd sakini özünü asıb
2010-02-23 Zirədəki Doğum Evində doğuş üstündə qadın öldü
2010-02-23 Sumqayıt sakini Akif Fərəcov dəm qazından boğulub
2010-02-23 "Sədərək" bazarında yüzlərlə xalça oğurlandı
2010-02-23 İranda daha iki nüvə obyekti tikiləcək
2010-02-23 Fikrət Məmmədov Avropa ədliyyə nazirlərinin beynəlxalq konfransına gedib
2010-02-23 Oqtay Əsədov Təbrizə gedib
2010-02-23 İlham Əliyev Madeyra faciəsinə görə Portuqaliya Respublikası Prezidentinə başsağlığı məktubu göndərib
2010-02-23 Beynəlxalq Diaspor Mərkəzi Belarus, Polşa və Çexiyaya "Xocalıya ədalət" harayı salıb
2010-02-23 Terri Devidson Naxçıvanda olub
2010-02-23 "Yeni Nəsil" Elmar Hüseynovun qətlinin 5-ci ildönümü ilə bağlı bəyanat yaydı
2010-02-23 Sumqayıtda valyutadəyişmə məntəqəsi əməkdaşının qətlə yetirilməsilə bağlı DİN-də əməliyyat müşavirəsi keçirilib
2010-02-23 Elmira Süleymanova beynəlxalq təşkilatlara Xocalı faciəsi ilə bağlı dəhşətli rəqəmlər göndərdi
2010-02-23 Azərbaycanın Milli Qəhrəmanlarına aid sayt açıldı
2010-02-23 Novella Cəfəroğlu Müsavatla ALP arasında vasitəçilikdən imtina etdi
2010-02-23 Sumqayıtda qaz faciələri kütləviləşir
2010-02-23 Egey dənizində batan gəmidə bir azərbaycanlı da olub
2010-02-23 Rail Rzayevin keçmiş əməkdaşlarının cinayət işi məhkəməyə göndərildi
2010-02-23 AMİP və KXCP-nin hərəsinin bircə üzvü bələdiyyə sədridir
2010-02-23 Azərbaycan üçün "avro müəmması" yenə başlayır
2010-02-23 Daşkəsəndəki "Dəstəfur" meşəsi yandı
2010-02-23 Bakıda daha bir möhtəşəm istirahət mərkəzi sökülür
2010-02-23 Təhsil Nazirliyinin dörd əməkdaşı vəzifədən azad olundu
2010-02-23 Heydər Əliyev adına sarayın arxasında hələ sökülməmiş bir evin davası qızışır
2010-02-23 Köhnə maşınların bahalaşacağı barədə proqnozlar yenə sual altına düşdü
2010-02-23 Robert Köçəryan baş nazir postuna gətirilir?
2010-02-23 Ermənistan parlamenti "Sürix protokolları"nın müzakirəsindən imtina etdi
2010-02-23 ABŞ-dakı yəhudi lobbisindən Ankaraya sərt mesaj...
2010-02-23 Prezidentin müharibə bəyanatları böyük dövlətlərin Qarabağ məşğuliyyətində özünü necə göstərir?
2010-02-23 DUİ Müsavat və "Azadlıq" blokunun üçtərəfli birgə görüşünü keçirmək iddiasındadır
2010-02-23 "Azadlıq" blokunun uzun-uzadı müttəfiq axtarışının səbəbini Əli Əliyev açdı
2010-02-23 İqtidar-müxalifət dialoqu yenidən gündəmə qayıdır
2010-02-23 Müdafiə Nazirliyinin müdavimi Bakıda adam bıçaqladı
2010-02-23 Abşeron Ceyranbatan Peşə Litseyinin damını külək dağıtdı
2010-02-23 "Hikmət" və "Ekstra" duzlarının satışı dayandırıldı
2010-02-23 "Yəhova şahidləri"nin qeydiyyatının tamamilə ləğvi məsələsinə baxıla bilər
2010-02-23 Dövlət proqramları regionların simasını necə dəyişdirir?
2010-02-23 Hakim təyin etdiyi qırmızı vərəqə və penalti qərarını necə ləğv etdi?
2010-02-23 "Simurq"da kütləvi təmizləmə əməliyyatı
2010-02-23 Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
2010-02-23 Runi Kapellonun "zəhmli sifətindən" qorxub
2010-02-23 Qurban Qurbanov "Neftçi"yə baş məşqçi gətirilir?
2010-02-23 Totalizatorlarla işbirliyində şübhəli bilinən iki klub
2010-02-23 "Neftçi"nin məğlubiyyətsizlik seriyası 16-cı oyunda dayandırıldı
2010-02-23 Bülent Korkmaz "Bakı"nın qarşısına qoyduğu üç şərti açıqladı
2010-02-23 Vaqif Sadıqovun istefasının təfərrüatları açıldı
2010-02-23 "Azercell" - ilin biznes lideri...
2010-02-23 Dəmir Yollarının üstündəki qanunsuz tikililərin siyahısı bir neçə günə hazır olacaq
2010-02-23 Daşkəsəndə gizirin ermənilərə satdığı əsgər məhkəmədə özünü qismən təqsirli bildi
2010-02-23 DİN-in Baş Mühafizə İdarəsinin xidmətlərindən yararlanan və yararlanmayan universitetlər...
2010-02-23 Qaxda BMW ilə toqquşan "06" Jiqulidə ər-arvad öldü
2010-02-23 Etnoqraf Təvəkkül Səlimov Hadı Rəcəblinin budəfəki fikrini bəyənmədi
2010-02-23 Ağdamın Qaradağlı sakini evin damından yıxılaraq ölüb
2010-02-23 Nadir Əzimovun həyat yoldaşı Röyanın nalayiq sözlərinə cavab vermək istəmədi
2010-02-23 "Bir söz de" televiziya yarışması şairlərin tənqidinə tuş gəldi
2010-02-22 Qarabağda pozulan atəşkəs yaxınlaşan müharibədən xəbər verir
2010-02-22 3 saylı Bakı İstintaq Təcridxanasında 9 günlük aclıq...
2010-02-22 Azərbaycanda avtomobil yolları ilə bağlı yeni layihələr başlayır
2010-02-22 ABŞ Mərkəzi Asiyaya "əl-Qaidə" barədə xəbərdarlıq etdi
2010-02-22 Oqtay Əsədov Mahmud Əhmədinejadla görüşdü
2010-02-22 Ordubadlı Mir Hüseyn Rəhimov külli miqdarda narkotiklə tutuldu
2010-02-22 Azərbaycan Elminin İnkişafı Fondunun 10 nəfər işçisi olacaq
 
 
 
Copyright (c) Bakı Xəbər 2009