23 Fevral 2010-cı il, N 296(1194)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
Gündəm
Deputatlar "reket" qəzetlərə sponsorluq edən məmurların(?) adlarının açıqlanmasını istəyir
Aynur Quliyeva ilə Elmira Axundova eyni mövqedədir
ƏN ÇOX OXUNANLAR
"Mən baldırlarımı açıb göstərmirəm" (894)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (492)
"Taleh açarı", ya "Tale açarı"? (488)
Nabranda istirahət Antalyadan baha başa gəlirmiş (487)
Azərbaycanın bütün hərbi obyektlərinin şəkilləri İnternetdə... (464)
İqtisadçı Vüqar Bayramov 18 saylı Nərimanov-Nizami dairəsindən deputatlığa namizəd veriləcək (443)
"Tale açarı" lotereya biletlərinin satışı astronomik sürətlə artır (440)
Şəhid gizirimizin meyiti hələ də təmas xəttindədir (428)
Türkiyə-Ermənistan sərhədlərinə dair yeni məxfi sənəd... (419)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (414)
SORĞU
Parlament seçkilərində ölkədaxili sabitliyin pozulmasına necə baxırsınız?
Pis
Yaxşı
Belə şeylərə qarışmıram
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Azərbaycan üçün "avro müəmması" yenə başlayır
Avro son 10 ayda ən ucuz həddinə düşdü
Dünyanın əsas aparıcı valyutalarından hesab olunan avro yaxın perspektivdə tam sıradan çıxa bilər. Fransanın məşhur "Sositi Jenerale" bankı mütəxəssislərinin qənaətincə, Avropa ölkələri qlobal maliyyə böhranının ikinci dalğasına da tab gətirə bilməyəcək. Vəziyyət belə davam edərsə, arvonun dövriyyədən çıxarılması qaçılmaz olacaq.
   Artıq avrozona ölkələrində maliyyə böhranı dözülməz həddə çatıb. Avropa İttifaqına üzv ölkələr durumdan çıxış yolları axtarır. Bununla belə, mart ayında qlobal maliyyə böhranının ikinci dalğası gözlənir. Bu, avrozonadakı vəziyyəti daha da çətinləşdirə bilər. İl ərzində avronun məzənnəsində müşahidə olunan ucuzlaşma da davam edəcək. Ekspertlər bunun ardınca avronun dövriyyədən çıxacağını istisna etmir.
   Bununla yanaşı, dünyada bir çox ölkələrin mərkəzi bankları tərəfindən avronun alışının kəskin azalmasının ardınca investorlar öz aktivlərindəki avrodan imtina etməyə başlayıb. Mərkəzi bankların ehtiyatlarında avro nominalında olan vəsaitlərin artım tempi ötən ilin III rübündə 12 faizdən 6 faizə düşüb.
   Analitiklərin fikrincə, mərkəzi banklar tərəfindən avroya tələbatın azalması bazar iştirakçılarına da təsirini göstərib.
   Onu da bildirək ki, Azərbaycanda da avronun manata nisbətən rəsmi məzənnəsi son günlərdə ən aşağı səviyyəyə düşüb. Mərkəzi Bankın statistik məlumatına görə, Avropa valyutasının manata nisbətən rəsmi məzənnəsi 1,0836 manat müəyyən edilib. Bu, 10 may 2009-cu ildən bəri ən aşağı göstəricidir. Həmin tarixdə 1 avro 1,0744 manata bərabər olub. Sonrakı tarixlərdə avronun kursunda möhkəmlənmə müşahidə edilib və hətta dekabrın 2-də 1,211 manata kimi yüksəlib.
   Avronun ucuzlaşması, əsas etibarilə, avrozonada Yunanıstanın timsalında baş verən problemlərlə bağlıdır. Hökumətin büdcə xərclərinin ixtisarı ilə bağlı planları epizodik olaraq avronun bahalaşmasını təmin etsə də, ümumilikdə bu valyutanın məzənnəsində ucuzlaşma müşahidə edilir. Hazırda dünyada 1 avro 1,35 dollardan da aşağı kursla dəyişdirilir. Artıq bir sıra analitiklər, maliyyə institutları avronun ilin sonuna kimi daha da ucuzlaşacağını proqnozlaşdırır. Bu prosesin Azərbaycana da təsiri kifayət qədər böyükdür. Azərbaycanın valyuta ehtiyatlarının dollar, avro və digər xarici dövlətlərə məxsus valyutalarla diversifikasiya olunduğu da nəzərə alınsa, dünyanın maliyyə bazarlarında valyuta dəyərləri məzənnələrinin dəyişməsinin ölkəmizə nə qədər təsir göstərdiyi bir daha məlum olar.
   Digər tərəfdən, avronun ucuzlaşması Avropadan gətirilən malların qiymətinə də təsir göstərir. Belə ki, Avropadan idxal olunan mallar ucuzlaşır. Amma ötən illərin təcrübəsi göstərir ki, ucuzlaşma elə də böyük məbləğlərlə ifadə olunmur. Araşdırmalar göstərir ki, avronun ucuzlaşması Avropadan gətirilən məhsullar sırasında avtomobillərin, məişət avadanlıqlarının qiymətinə daha çox təsir edir. Bu səbəbdən, avronun ucuzlaşması davam edərsə, qarşıdakı dövr ərzində Avropa avtomobillərinin, xüsusən də Azərbaycanda kifayət qədər geniş yayılan Almaniya maşınlarının ucuzlaşmasını gözləməyə dəyər. Qeyd edək ki, Azərbaycan idxalının 60 faizə qədərini, ixracının isə yarısını Avropa ölkələrilə aparır. Avro ilə alınaraq Azərbaycana gətirilən mallar əsasən dərman vasitələri, ərzaq məhsulları, yuyucu vasitələr, mebel və maşınlardır. Bundan başqa, avronun ucuzlaşması, öz növbəsində, onun istifadəçiləri tərəfindən satışını artırır. Məlumatlara görə, Azərbaycanda da əhali tərəfindən nağd avronun satışı artır. Lakin bu vəziyyət Azərbaycanın avro ilə diversifikasiya olunmuş valyuta ehtiyatlarına mənfi təsir göstərir.
   Bununla yanaşı, ekspertlər hesab edir ki, avronun ucuzlaşmasının digər əsas səbəbi Avropada işgüzar fəallığın zəifləməsi, bəzi ölkələrdə yaranan maliyyə problemləridir.
   Onu da bildirək ki, statistikaya əsasən, dünya ticarətinin 80 faizə qədəri dollarla aparılır. Eyni zamanda, dünya ölkələrinin valyuta ehtiyatlarının da 60 faizi dollarla toplanıb. Buna görə də dolların vətəni olan Amerikada baş verən iqtisadi proseslər dollara o qədər də ciddi təsir etmir. Avro isə coğrafi baxımdan daha məhdud ərazidə istifadə olunduğundan, Avropada baş verən iqtisadi geriləmə özünü avronun kursunda göstərir.
   
Tahir TAĞIYEV
AMİP və KXCP-nin hərəsinin bircə üzvü bələdiyyə sədridir
BAXCP, VİP, Sosialist Partiyasının funksionerləri isə bədbin danışdı
Ötən bələdiyyə seçkilərində iştirak etmiş müxalifət partiyaları nəticədə fərqli və təəccüblü göstəricilərlə razılaşmalı oldular. Özünün sosial bazası və imkanları ilə öyünən və ana müxalifət adına iddialı olan partiyaların heç 10 üzvü bələdiyyə üzvü ola bilmədi.
   Amma taktiki cəhətdən seçkilərə daha ciddi şəkildə hazırlaşmış siyasi partiyalar müəyyən uğurlar qazana bildilər.
   Siyasi partiyaların seçkilərdəki nəticələri barədə mətbuatda kifayət qədər məlumat verilib. Qeyd edək ki, seçkidən sonra bələdiyyələrin böyük əksəriyyətinin tərkibi, komissiyaları formalaşıb. Görəsən, müxalifət partiyaları üzvlərindən hazırda bələdiyyə sədri olan varmı?
   Bu suala cavab tapmaq üçün bir neçə müxalifət partiyasının funksionerlərilə söhbətləşdik.
   AMİP təşkilat katibi Nazim Ələsgərov bizimlə söhbətində bildirdi ki, onların cəmi 1 üzvü bələdiyyə sədridir: "Lerikin kənd bələdiyyəsinin sədri AMİP üzvüdür. Ümumilikdə 16 nəfər AMİP adından bələdiyyəyə üzv seçilib. 20 nəfər isə bitərəf kimi seçkilərdə qələbə qazanıb".
   Klassik Xalq Cəbhəsi Partiyasının təşkilat katibi Xəzər Teyyublu 200-dən çox partiya üzvünün bələdiyyə seçkilərində iştirak etdiyini söylədi: "Bizim üzvləri qeydiyyata almadılar. Cəmi 3 nəfər bələdiyyə üzvümüz var". X.Teyyublu qeyd etdi ki, Biləsuvarda bir nəfər KXCP üzvü bələdiyyə sədridir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının funksioneri Elçin Mirzəbəyli isə qeyd etdi ki, onların partiyasından 94 nəfər bələdiyyəyə üzv seçilib. Amma bələdiyyə sədri olanı yoxdur.
   Vətəndaş və İnkişaf Partiyasından 27 nəfər qeydiyyatı alınsa da, bələdiyyə üzvü seçiləni olmayıb. Partiya funksioneri Büllur Hümbətovun sözlərinə görə, hakimiyyət onların üzvlərinə bələdiyyə üzvlüyünü də çox görüb. Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov bələdiyyə seçkilərində iştirak etdiklərini, amma seçilə bilmədiklərini dedi: "Bizim heç bir üzvümüz bələdiyyəyə seçilə bilməyib. Ona görə də, bələdiyyə sədri olan partiya üzvümüz yoxdur".
   
Eldar XƏYAL
Rail Rzayevin keçmiş əməkdaşlarının cinayət işi məhkəməyə göndərildi
Azərbaycanın müdafiə nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı general-leytenant Rail Rzayevin həbsdə olan yavəri Anar Haşımov, köməkçisi Aydın Rəfiyev və onun oğlu Anar Rəfiyevin cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
   Bu barədə APA-ya Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmədən məlumat verilib. Məlumata görə, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən araşdırılan cinayət işinin məhkəmə istintaqının aparılması hakim İslam Neymanova həvalə olunub. Hazırlıq iclasının vaxtı isə hələlik müəyyənləşməyib.
   İttihama görə, generalın köməkçisi Aydın Rəfiyev və yavəri Anar Haşımov 2009-cu il fevralın 11-də, R.Rzayev qətlə yetiriləndən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə edərək oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlayıblar.
   Bundan başqa, Aydın Rəfiyev oğlu Anar Rəfiyevlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 2009-cu ilin mart ayında general R.Rzayevin oğlu Qurban Rzayevin tapşırığı ilə onun şəxsi sürücüsü Bəxtiyar Ələsgərov tərəfindən Müdafiə Nazirliyinə qaytarılması üçün etibar edilərək ona verilmiş R.Rzayevə məxsus 41 manat 37 qəpik dəyərində "general-leytenant" poqonlarına malik 1 ədəd hərbi qış gödəkcəsi, dövlət mülkiyyəti olan generalın xidməti avtomobilinə təhkim olunmuş 18 manat dəyərində 10-00 HM hərbi nömrə nişanını nazirliyə qaytarmadan Anar Rəfiyevə məxsus "Mitsubishi-Pajero" markalı, 10 OR 323 dövlət nömrə nişanlı avtomaşında 16 aprel 2009-cu il tarixinədək saxlamaqla, ona etibar edilmiş özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talayıblar.
   Bundan əlavə, Anar Rəfiyevin əməkdaşlıq etdiyi "Aztol Telekom" MMC-də satış üzrə menecer vəzifəsində çalışdığı müddətdə şirkət rəhbərliyinin icazəsi və razılığı olmadan ona etibar edilmiş ümumi dəyəri 11 min 710 manat olan 18 ədəd mobil telefonu mənimsədiyi məlum olub.
   
Egey dənizində batan gəmidə bir azərbaycanlı da olub
Yunanıstanın sahil mühafizə xidmətinin əməkdaşları, yaxşı ki, vaxtında gəldilər
Yunanıstanın sahil mühafizə xidmətinin əməkdaşları Azərbaycan vətəndaşını xilas edib. APA-nın "RİA Novosti"yə istinadən yaydığı məlumata görə, ötən gecə Egey dənizində batmaq üzrə olan "Alborada" yük gəmisinin ekipajı Yunanıstan sahil mühafizə xidmətinin əməkdaşları tərəfindən xilas olunub.
   Ekipaj 4 Rusiya və 1 Azərbaycan vətəndaşından ibarət olub. Ekipaj üzvlərinin vəziyyəti normaldır.
   Azərbaycanın Yunanıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, xilas olunan şəxs 1984-cü il təvəllüdlü Mikayıl İsmayılovdur. Səfirlikdən bildiriblər ki, Azərbaycan vətəndaşı özünü normal hiss edir. Hazırda səfirlik bu məsələni öz nəzarətində saxlayır. Xatırladaq ki, Yunanıstan Sahil Mühafizə Xidmətinin əməkdaşları batmaqda olan gəminin beş nəfərlik ekipajını xilas etməyə müvəffəq olub. Xilas olunanlardan dördü Rusiya, biri Azərbaycan vətəndaşıdır. Onlar əvvəlcə Rodos adasındakı xəstəxanaya çatdırılıb və ilkin müayinədən sonra xəstəxanadan buraxılıblar. Gəmi Tilos adasından 5 mil şimal-şərqdə, Pirey limanından 220 mil məsafədə aşkarlanıb. Komor adaları bayrağı altında üzən gəmi Bolqarıstandan Türkiyəyə siqaret daşıyırmış.
   
Sumqayıtda qaz faciələri kütləviləşir
8 nəfər dəm qazından zəhərləndi
Sumqayıt şəhərində iki gün ərzində 8 nəfər dəm qazından zəhərlənib.
   Şəhər Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, fevralın 20-də şəhər sakinləri Cəmil Cəfərov, Mehparə Ağayeva, Aytən Məmmədova və Abşeron rayon sakini Kəmalə Rzayeva dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib. Fevralın 21-də isə şəhər sakinləri Leyla Həsənova, Ramiyə Allahverdiyeva, Ayişə Məmmədova və Rövşanə Quliyeva evlərində dəm qazından zəhərlənib. Zərərçəkmişlər xəstəxanaya yerləşdirilib. Faktlarla bağlı araşdırmalar aparılır.
İranın Bakıdakı səfirliyi önündə piket "qatillərə qucaq açan ölkəyə ar olsun" şüarı ilə keçdi
"Erməniyə silah verirsiniz, bizimlə qardaşlıqdan dəm vurursunuz"
Dünən Dünya Azərbaycanlıları Konqresi tərəfindən İran İslam Respublikasının Azərbaycandakı səfirliyi önündə etiraz piketi keçirildi. Keçən həftənin cümə günü bir qrup İran vətəndaşının Azərbaycanın Təbrizdəki konsulluğu önündə aksiya keçirərkən Azərbaycan əleyhinə əsası olmayan və düşmən şüarlar səsləndirməsi Bakıdakı piketə səbəb oldu.
   Qeyd edək ki, həmin aksiyada Azərbaycan bayrağı yandırılmış, bundan başqa, konsulluğun binası yumurta atəşinə tutulmuşdu. Bakıda ərazi polis qüvvələri tərəfindən əhatə olunmuşdu. Onlar tədbirin qanunlara uyğun şəkildə keçirilməsinə və səfirliyin mühafizəsinə cavabdeh idilər. Səfirlik binasının qapısı açıq idi. Bura bəzi insanlar girib-çıxmaqda davam edirdi. Tədbir barədə məlumat almaq üçün bir sıra aksiya təşkilatçıları ilə danışdıq. VHP nümayəndəsi Bəhmən Sultanlı aksiyaya Tehranın ölkəmizə münasibətdə son zamanlar sərgilədiyi qərəzli yanaşmanın səbəb olduğunu bildirdi: "Son zamanlar Rusiya ilə İranın münasibətlərinin gərginləşməsi fonunda Tehran rejimi tək qalıb. Onun ən yaxın qonşusu, ona dil və mənəvi dəyərlər cəhətdən daha yaxın olan Azərbaycandır. Azərbaycan türklərinin İran əhalisinin yarısını təşkil etməsi də Tehran-Bakı münasibətlərində mühüm rol oynamalı idi. Amma bunların heç birinə əhəmiyyət verilmədən İran Azərbaycana qarşı artıq qərəzli mövqe nümayiş etdirir. Onların Ermənistanla olan münasibətləri də pozulacaq. Çünki ermənilər tarixən heç kimə daimi müttəfiq olmayıb, heç kimə də sədaqət göstərməyib. Tehranın ölkəmizə qarşı qərəzli, düşmən münasibətinə etiraz olaraq Vətəndaş Həmrəyliyi Partiyası Dünya Azərbaycanlıları Konqresilə birgə bu tədbirin keçirilməsinə qərar verib. Aksiya barədə müvafiq qurumlar məlumatlandırılıb. Şüarlarımız İranın Azərbaycana qarşı qərəzli mövqeyindən əl çəkməsi, buradakı azərbaycanlılara qarşı aqressiv münasibətin, repressiyaların dayandırılması istiqamətindədir. Tədbirimizi bununla qurtarmayacağıq. Prosesi davam etdirəcəyik. Düşünürəm ki, bütün Azərbaycan xalqı da bizim bu aksiyamıza rəğbətlə yanaşacaq. Bu tədbirlərin nədən ibarət olacağı Konqresdə müəyyənləşəcək".
   VHP-nin digər nümayəndəsi Fərrux İsmayılbəyli İranda baş verən son olaydan narazı qaldığını gizlətmədi: "İrandakı səfirliyimiz önünə yumurta atılması istər-istəməz bizdə narazılıq yaradıb. Biz ona etiraz əlaməti olaraq buradayıq. İnsan haqları bütün dünyada qəbul olunub. Bu haqlar hamı üçün eynidir. İranda hüquqlarımız kobud şəkildə pozulduğundan, belə aksiyalar sona qədər davam edəcək".
   DAK-ın Daimi Şurasının sədri Əjdər Tağızadə Tehran rejimini erməni təəssübkeşliyində ittiham etdi: "Özlərini "Şimali İran" adlandıran dəstə üzvləri bizim Təbrizdəki konsulluğa hücuma keçiblər. Özü də qondarma bəhanələrlə. Bu onu göstərir ki, İran dövləti ABŞ və İsrail tərəfindən çətinliyə məruz qaldığından, indi də istəyir ki, Əfqanıstan və İraqdan sonra Azərbaycanı belə oyunlara çəksin. Onlar 60 milyonluq azərbaycanlının gücünü görmək istəyirlər. Təbrizdəki konsulluq buradakı Azərbaycan türklərinə əmanətdir. Bura Azərbaycan torpağıdır. Ona görə də, DAK olaraq, biz hər yerdə vətənimiz və millətimizin haqlarını qorumağa hazırıq. Səfirliyə mədəni şəkildə etirazımızı bildirmək istəyirik ki, belə çirkin əməllərdən əl çəksinlər. Tehran dövlətinin özünün başı indi bəladadır. Dünya ilə öz problemini necə istəyir çözsün. Ancaq onlar həmişə ermənilərə yardım edib. Xocalı hadisəsi və Şuşanın işğalı zamanı Azərbaycanı aldatdılar. Ermənilərə silah verirlər. Ermənilər yüz dəfələrlə israillilərdən pisdir. İsrail təkcə Fələstinə qan uddurub, ermənilər isə müsəlman olan Azərbaycan türkünə qarşı genosid yapıb. İranlılar da terroru gətirən ermənilərə yardım edir. Şiəsənsə şiə kimi, müsəlmansansa müsəlman kimi ortaya çıx. Bir tərəfdən erməniyə silah verir, digər tərəfdən də qardaşlıqdan dəm vurursan. 35 milyonluq insanımız hüquqsuzdur. Tehran rejimi bilməlidir ki, Təbrizdəki konsulluğumuzu 35 milyonluq azərbaycanlı qoruyacaq. Tehran Azərbaycanla oynamamalı, bu işlərə son qoymalıdır. Biz DAK olaraq, öz etirazımızı hər yerdə bildirəcəyik".
   Saat 12.00-a yaxın piket başladı. "Qatillərə qucaq açan ölkəyə ar olsun", "Müsəlman təəssübkeşliyinin iç üzü", "Rus, Fars, erməni bunlar türkün düşməni" və s. şüarlarla hərəkət edən aksiya iştirakçıları səfirlik binasına doğru irəlilədi. Aksiyada 20-25 insan iştirak edirdi.
   Tədbir iştirakçıları səfirlik binasının pilləkənləri önündə dayanaraq etiraz bəyanatını səsləndirdilər. Burada göstərilirdi ki, Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, İran da daxil olmaqla, bir sıra düşmən dövlətlərin yuxusunu ərşə çəkib: "Artıq 20 ildir ki, Azərbaycanın quzeyində milli-azadlıq hərəkatı qələbə çalıb. Bu gün xalqımızın milli-siyasi mənafelərini layiqincə təmsil edən müstəqil, demokratik Azərbaycan Respublikası özünün sistemli tərəqqi və inkişaf mərhələsini yaşamaqda, sivilizasiyalı beynəlxalq aləmə uğurla inteqrasiya olunmaqdadır. Müstəqil Azərbaycanın uğurlu siyasəti, beynəlxalq sülh və təhlükəsizlik işinə töhfələri, bir çox transmilli iqtisadi və enerji layihələrində iştirakı, sivil dünya ilə əməkdaşlığı, o cümlədən İslam dünyası ilə sağlam və qarşılıqlı dostluq münasibətləri ölkəmizin düşmənlərinin yuxusunu ərşəyə çəkib. Təəssüf ki, bu düşərgədə İslam qayğısından dəm vuran İran da var. Tehran rejiminin çoxsaylı kütləvi informasiya vasitələrində Azərbaycan dövlətçiliyinə, onun suveren hüquqlarına yolverilməz müdaxilələr edilir, ölkədə etnik-dini və məzhəblərarası münasibətlərin gərginləşdirilməsi istiqamətində təxribatlar həyata keçirilir. 1 milyon azərbaycanlını yurdundan didərgin edən, torpaqlarımızın 20 faizini işğal edən, Qarabağdakı məscidləri yerlə yeksan edən, Xocalı qətliamını törədən dövlətlə bu gün siyasi-strateji əməkdaşlıq münasibətində olan yeganə müsəlman ölkəsi İrandır.
   Tehran rejiminin İslam düşməni olan ölkə ilə bütün sahələrdə canbir qəlbdə olması, Qarabağ üzərində dostluq və qardaşlıq körpüləri yaratması təkcə Azərbaycan düşmənçiliyi deyil, eyni zamanda, İslam dünyası və müsəlman birliyinə xəyanətkarlığın göstəricisidir. Biz İrandakı bütün xalqları mövcud rejimin xəyanətkar fəaliyyətinə, təcavüzkar erməni şovinizmini dəstəkləyən siyasi xəttinə qarşı səfərbər olmağa və qəti iradə nümayiş etdirməyə çağırırıq. Tehran rejimi bilməlidir ki, şər və böhtan üzərində qurulmuş bir siyasətlə, zorakı təqib və repressiv metodlarla tarixin bütün dönəmində şərəfli iz qoymuş böyük bir xalqı və mədəniyyəti yox etmək, onun haqq səsini batırmaq mümkün deyil.
   Biz DAK olaraq, İrandakı mövcud rejimin Azərbaycan türklərinə qarşı amansız, qərəzli siyasətə son qoymasını və onları bütün milli haqlarının beynəlxalq hüquq çərçivəsində təmin olunmasını tələb edirik". Bəyanat səslənən kimi polis aksiya iştirakçılarından tədbiri dayandırmağı tələb etdi. Aksiya İrandakı mövcud rejim əleyhinə şüarlar səsləndirilməklə heç bir insident olmadan başa çatdı. Bir arada xəbər yayıldı ki, bir neçə nəfər piket iştirakçısı həbs edilib. Lakin burada olan polis əməkdaşları yayılan bu məlumatı təkzib etdilər.
   
Rüfət SULTAN
Binəqədidə şəxsi ev gözətçi ilə birlikdə yandı
Elmir Məhərrəmovun evində yanmış gözətçinin meyiti dağıntılar altından çıxarıldı
Bakının Binəqədi rayonunda yaşayış evi partlayıb. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, srağagün səhər saat 06.00 radələrində Binəqədi kəndində Elmir Məhərrəmova məxsus iki mərtəbəli yaşayış evində baş vermiş partlayış nəticəsində ev tamam dağılıb.
   Evdə gözətçi işləyən 1959-cu il təvəllüdlü Xoşbəxt Babayev dağıntılar altında qalıb.
   Dünən Fövqəladə Hallar Nazirliyi partlayışla bağlı məlumat yayıb. APA-nın Nazirliyin rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, fevralın 22-si saat 05:39-da Fövqəladə Hallar Nazirliyinin "112 zəng mərkəzi"nə Bakı şəhəri, Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsi, 119-cu korpus ünvanında ümumi sahəsi 255 kvadrat metr olan ikimərtəbəli binada yanğınla nəticələnən partlayış baş verməsi barədə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerindən verilən ilkin məlumata əsasən, hadisə nəticəsində binanın 75 faizi dağıntıya məruz qalıb, taxta materiallar 3 kv/m sahədə yanıb. Yanğın saat 06:00-da söndürülüb. Bir nəfərin dağıntılar altında qaldığı ehtimal edilir. Hadisə yerində xilasetmə tədbirləri davam etdirilir. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
   Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerində jurnalistlərə açıqlamasında partlayışa, ilkin versiya olaraq, qaz sızmasının səbəb olduğunu bildirib. Qeyd edək ki, partlayış baş verən bina Binəqədi rayon Yol Təmir-Tikinti İdarəsinə məxsusdur.
   Elə dünən FHN-çilər tərəfindən dağıntılar altında qalan şəxsin meyiti çıxarılıb.
   APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, meyiti çıxarılan şəxs həmin binada gözətçi işləyən 1959-cu il təvəllüdlü Xoşbəxt Babayevdir. X.Babayevin meyiti müayinə olunmaq üçün ekspertizaya göndərilib. Hazırda hadisə yerində araşdırmalar davam etdirilir.
   İlkin versiyalara görə, güclü yanğın qaz partlayışından baş verib. Binəqədi rayon prokurorunun köməkçisi Bəsti Sultanrəşidqızının APA-ya bildirdiyinə görə, artıq baş vermiş hadisə ilə bağlı Cinayət məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, zəruri istintaq tədbirləri davam etdirilir. Lent.az məlumatına görə, dağıntılar altında qalan Xoşbəxt Babayevin həyat yoldaşı Maxanım Babayeva bildirib ki, həyat yoldaşı Binəqədi Yol Tikinti İdarəsinə məxsus inzibati binada gözətçi olmayıb. X.Babayev həmin binada usta kimi çalışıbmış: "Həyat yoldaşım idarənin işçisi deyildi, usta idi. Bir az işi qalmışdı".
   
RAMİL
Novella Cəfəroğlu Müsavatla ALP arasında vasitəçilikdən imtina etdi
"Özləri ağıllı adamlardır, gedib barışsınlar"
Müsavat Partiyasının rəhbərliyilə Liberal Partiyanın (ALP) rəhbərliyi arasında yaranmış narazılığı aradan qaldırmaq üçün bir neçə gün öncə tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu təşəbbüslə çıxış etmişdi. Bildirmişdi ki, iki partiya rəhbərlərini barışdırmaq üçün tərəflərlə görüşəcək.
   "Müsavat Partiyası və Liberal Partiyanın rəhbərləri arasında münaqişənin yaranması mənə əzab verir. Mətbuatda onların bir-birinin ünvanına kəskin çıxışlar etməsi insanlarda ümidsizliyi daha da dərinləşdirir.
   Ona görə də mən planlaşdırıram ki, martın əvvəlində Müsavat Partiyası ilə ALP rəhbərlərini, o cümlədən digər müxalifət partiyalarının rəhbərliklərini bir araya yığım.
   Həmin yığıncağa qədər isə bir neçə nəfərlə görüşüb, bu partiyaların, xüsusilə də Müsavat və ALP liderlərilə görüşəcəyik.
   Hazırkı konfliktli vəziyyətin aradan qaldırılması və münasibətlərin normallaşması üçün bu addımları mütləq atmalıyıq" deyə N.Cəfəroğlu qeyd etmişdi.
   N.Cəfəroğlunun bu təşəbbüsü müxalifət düşərgəsində birmənalı qarşılanmamışdı.
   Belə fikirlər səsləndirilmişdi ki, həm Müsavat Partiyasının, həm də ALP-nin rəhbərləri siyasətdə kifayət qədər püxtələşib. Bu mənada, kimlərinsə onları barışdırmasına ehtiyac yoxdur.
   Dünən vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün N.Cəfəroğlu ilə əlaqə saxladıq.
   Cəfəroğlu bizimlə söhbətində bildirdi ki, sözügedən təşəbbüsündən geri çəkilir: "Bu məsələ artıq mənə lazım deyil.
   Özləri ağıllı adamlardır, gedib barışsınlar. Təşəbbüs irəli sürmüşdüm, indi isə geri götürürəm. Vəssalam!".
   Cəfəroğlu təşəbbüsünü geri götürməsinin səbəblərini açıqlamadı. Sadəcə bildirdi ki, onun barışdırıcı missiya ilə çıxış etməsinə ehtiyac duyulmur.
   
Eldar XƏYAL
Azərbaycanın Milli Qəhrəmanlarına aid sayt açıldı
Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş www.milliqahraman.az adlı saytın təqdimatı olub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva saytın yaradılmasını çox önəmli hadisə adlandırıb.
   Saytın onun təşəbbüsü ilə yaradıldığı deyən millət vəkilinin sözlərinə görə, bundan sonra həm Azərbaycanda, həm də xaricdə yaşayan soydaşlarımız milli qəhrəmanlar haqqında saytdan ətraflı məlumat əldə edə biləcək. Tədbirdə çıxış edən deputat Həvva Məmmədova milli qəhrəmanlarımız haqqında məlumatları istər ölkə, istərsə də dünya ictimaiyyətinə çatdırmağın çox böyük vətənpərvərlik olduğunu deyib: "Bütün dünyanın Azərbaycanın milli qəhrəmanları haqqında məlumat əldə edə bilməsi üçün saytın ingilis dilində versiyasının hazırlanması vacibdir. Nəzərə almalıyıq ki, bizim internet saytlarımızı həm düşmənlərimiz, həm də dostlarımız oxuyur. Qoy, hər kəs Azərbaycanın necə qəhrəmanlarının olduğunu bilsin". Saytın yaradılması işinə böyük dəstək göstərmiş AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev isə bildirib ki, saytda 210 Milli Qəhrəman haqqında ətraflı məlumat yerləşdirilməklə yanaşı, Xocalı soyqırımını əks etdirən materiallar da əksini tapacaq. O, saytın bir neçə günə tam istifadəyə veriləcəyini, yaxın vaxtlarda saytın ingilis dili versiyasının hazırlanacağını deyib. R.Əliquliyevin sözlərinə görə, saytdan Azərbaycanın ermənilər tərəfindən əsir və girov götürülmüş 4459 vətəndaşı, müharibə nəticəsində fiziki sağlamlığını itirmiş 44 mindən çox insan, o cümlədən şəhid olmuş 22 mindən artıq soydaşımız haqqında da məlumat əldə etmək mümkün olacaq.
Elmira Süleymanova beynəlxalq təşkilatlara Xocalı faciəsi ilə bağlı dəhşətli rəqəmlər göndərdi
Xatın, Sonqmi, Xocalı...
Ombudsman Elmira Süleymanova Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar bəyanat verib.
   Bəyanatda bildirilir ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırım siyasətinin daha bir dəhşətli nümunəsidir".
   Ombudsman xatırladıb ki, "1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət nəticəsində qadınlar, qocalar, əlillər, uşaqlar xüsusi amansızlıqla öldürülüb, misli görünməmiş qəddarlıqla diri-diri yandırılıb, başlarının dərisini soyulub, gözləri çıxarılıb. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı adları bəlli olan 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoyub, 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər itkin düşüb".
   E.Süleymanova bəyan edib ki, Xocalı soyqırımı zamanı yol verilmiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyətilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz genosid olduğunu sübut edir. Həmin qətliam Xatın və Sonqmi faciələri kimi qiymətləndirilməlidir: "Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməyib, terrorçu əməllərə qarşı qəti tədbirlər görülməyib. Xocalı soyqırımını törədən erməni terrorçuları və onların havadarları tezliklə cinayət məsuliyyətinə cəlb edilməlidir. Beynəlxalq təşkilatların məlum münaqişənin həllinə yönəlmiş səyləri ikili standartlara yol vermədən, beynəlxalq hüquq norma və prinsiplərinə tam uyğun həyata keçirilməli, Ermənistan işğalçı, təcavüzkar siyasətdən, ərazi iddialarından əl çəkərək, bu münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalı, azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa edilərək, onlar öz doğma yurduna dönməli, əsir və girovlar azad olunmalı, Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyalar tətbiq edilməlidir".
   
Sumqayıtda valyutadəyişmə məntəqəsi əməkdaşının qətlə yetirilməsilə bağlı DİN-də əməliyyat müşavirəsi keçirilib
Müşavirəyə Vilayət Eyvazov sədrlik edib
Fevralın 20-də Sumqayıtda bir nəfərin ölümü, bir nəfərin isə ağır yaralanması ilə nəticələnən silahlı insidentlə bağlı dünən əməliyyat müşavirəsi keçirilib.
   Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib. Məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsində keçirilən müşavirəyə daxili işlər nazirinin müavini, general-leytenant Vilayət Eyvazov sədrlik edib. Müşavirədə fevralın 20-də Sumqayıtda valyutadəyişmə məntəqəsinin işçisi Vüqar Balayevin ölümü, atası İsmayıl Balayevin isə ağır yaralanması ilə nəticələnən ağır cinayət hadisəsinin üstünün açılması istiqamətində həyata keçirilən əməliyyat tədbirlərindən danışılıb. Nazir müavini məlum cinayət hadisəsinin açılması istiqamətində zəruri tapşırıqlarını verib.
   Dünən Daxili İşlər Nazirliyi və Baş Prokurorluq da Sumqayıt şəhərində baş vermiş silahlı basqınla bağlı birgə məlumat yayıb. Məlumatda bildirilir ki, fevralın 20-də saat 7:30 radələrində Sumqayıt şəhərində valyutadəyişmə məntəqəsində işləyən Vüqar Balayevin naməlum şəxs tərəfindən "Makarov" tipli tapança ilə qəsdən öldürülməsi, onun atası İsmayıl Balayevə isə bıçaqla xəsarət yetirilməsi faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 29,120.2.5, 29, 120.2.7 (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələrilə cinayət işi başlanıb. Cinayət işi Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupunun icraatına götürülüb. Hazırda cinayəti törətmiş şəxsin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Qeyd edək ki, Sumqayıtda silahlı basqına məruz qalan ata-oğul millət vəkili İqbal Ağazadənin yaxın qohumlarıdır.
   
Deputatlar "reket" qəzetlərə sponsorluq edən məmurların(?) adlarının açıqlanmasını istəyir
Aynur Quliyeva ilə Elmira Axundova eyni mövqedədir
Xəbər verildiyi kimi, Azərbaycan Mətbuat Şurası bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, illərdən bəri şərti olaraq "reket jurnalistika" adlandırdığımız xoşagəlməz meyl bu gün də davam etməkdə, mediamızın nüfuzuna, onun saf və təmiz adına ləkə gətirməkdədir. Mətbuat Şurası Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarını, ölkə qanunvericiliyinin tələblərini kobud və mütəmadi şəkildə pozan qəzet və jurnalların növbəti "qara siyahısı"nı açıqlayıb. Onların sayı 94-dür.
   MŞ bildirib ki, bu siyahıya daxil olanlar qurumu hədələmək yolu tutub. Bəyanatda qeyd olunub ki, əməllərini yeni adla qeydiyyatdan keçirdikləri nəşrlərdə davam etdirən qəzet rəhbərləri də var: "Xüsusən "Gündəlik Bakı" və "Təzadlar" qəzetləri, həmçinin "Mozalan" jurnalı kimi bütün sərhədləri aşan nəşrlər də mövcuddur. Mətbuat Şurasının rəhbərliyini məhkəməyə verməklə kifayətlənməyən bu KİV-lər hər saylarında Şuranın İdarə Heyətinin üzvlərinə hədə-qorxu gəlməkdən belə çəkinmirlər".
   Bəyanatda daha sonra bildirilib: "Mətbuat Şurası bəzi "reket nəşr"lərin arxasında gizli havadarların olmasını, onların maliyyələşdirilərək məkrli sifarişli icrasına cəlb edilmələrini yolverilməz hal sayır. MŞ bununla bağlı kifayət qədər tutarlı faktlara malikdir. Gizli sponsorlar sırasında dövlət orqanlarında çalışan bəzi məmurların mövcudluğu isə xüsusilə təəssüf doğurur. Azərbaycan iqtidarının söz və mətbuat azadlığı ilə bağlı məsələlərə həssas yanaşdığı şəraitdə onların bu siyasətə uyğun gəlməyən addımlar atanlara, öz mənafeləri naminə müxtəlif spekulyasiyalara baş vuranlara himayədarlığı heç bir məntiqə sığmır".
   Şura bildirib ki, quruma qarşı göstərilən bütün təsir və təzyiq cəhdləri mənasız və əbəsdir.
   Qurum "reket qəzetlər"ə gizli şəkildə maddi və mənəvi dəstək verənlərin mövqelərini pisləyib, bu kimi halları ölkədə sivil jurnalistika mühiti yaratmaq istəklərinə, media sahəsində aparılan sistemli və ardıcıl fəaliyyətə zidd hərəkətlər kimi dəyərləndirib.
   Millət vəkili Aynur Quliyeva MŞ-nın bu bəyanatını alqışladığını desə də, daha sərt tədbirlərin görülməsini vacib hesab edir: "Azərbaycan kiçik bir ölkədir və hər kəs bir-birini tanıyır. Hansı qəzetin redaksiyasında nə baş verdiyi barədə, demək olar ki, bütün paytaxt əhalisi məlumatlıdır. Bu mənada, düşünürəm ki, Mətbuat Şurası bizə məlum olmayan həqiqətlərin üstünü açmayıb. Biz özümüz də bilirik ki, hansı reket qəzetin arxasında hansı məmur dayanır və hansı niyyətlə onu maliyyələşdirir. Hesab edirəm ki, Mətbuat Şurası həyəcan təbilini hətta bundan da əvvəl çalmalı idi. Amma indiki zamanda belə bir məlumatı verməklə yanaşı, mən çox istərdim ki, Mətbuat Şurasının rəhbərliyi həm reket qəzetlərin, həm onların arxasında dayanan məmurların adlarını açıqlasın. Demokratik dövlətdə yaşamanın təməl prinsiplərindən biri də şəffaflıqdır. Yəni biz cəmiyyətə hər şeyi açıq söyləməli, şəffaf olmalıyıq. Həmin məmurların adları açıqlanmalıdır ki, onlar ictimai qınaq obyektinə çevrilsin, gələcəkdə barələrində daha sərt tədbirlər görülsün. Belə məmurların adları açıqlansa, ictimai rəydə persona non-qrata elan oluna bilərlər. Onlar demokratik mətbuatın inkişafına mane olanlara havadarlıq etməklə cinayətə yol verir".
   Milli Məclisin üzvü Elmira Axundova da hesab edir ki, reket qəzetləri maliyyələşdirən vəzifəli şəxslər varsa, onların adları cəmiyyətə açıqlanmalıdır: "Təəssüf ki, son vaxtlar ölkəmizdə sarı mətbuatın, şantaj hallarının sayı artıb. Mən peşəkar jurnalist kimi, ilk növbədə bunu qeyd etmək istəyirəm. Qəzetlərdə mentalitetə uyğun olmayan sərlövhələr, şəkillər yer alır. Ona görə də, mənə elə gəlir, Mətbuat Şurasının haqqı var ki, bu barədə danışsın. Amma Mətbuat Şurası belə bəyanatla çıxış edirsə, gərək həmin bəyanatın arxasında təkzibedilməz faktlar dayansın. 94 qəzeti "reket qəzet" adlandırmaq ağır ittihamdır, xüsusilə də demək ki, həmin qəzetlərin arxasında məmurlar dayanır. Həmin məmurların adları bəllidirsə, gərək qəzetlərlə bərabər ictimaiyyətə açıqlansın. Anonimdirsə, buna inandırıcı yanaşmıram. Təsəvvür edə bilərəm ki, hansısa qəzetin arxasında hansısa məmur dayanıb, ola bilər. Belə hallar Rusiyada, başqa ölkələrdə də var. Yoxsa bütün məsuliyyəti qəzetin üzərinə atmaq olmaz. Mən soruşmaq istəyirəm: kim daha çox günahkardır - reket fəaliyyətilə məşğul olan qəzet, yoxsa dövlətin ona etibar etdiyi pulları belə işlərə həsr edən məmur? O məmur varsa, buna yol veribsə, deməli əməlində cinayət tərkibi var. Ona görə də faktı axıra qədər açıqlamaq lazımdır. Mən aşkarlığın tərəfdarıyam".
Müşfiq ABDULLA
"Yeni Nəsil" Elmar Hüseynovun qətlinin 5-ci ildönümü ilə bağlı bəyanat yaydı
Müəlliflər beş il öncə martın 2-də XXI əsrdə ilk dəfə olaraq Azərbaycan jurnalistinin peşə fəaliyyətilə əlaqədar öz evinin qarşısında amansızcasına qətlə yetirildiyini xatırladır.
   "Məhz həmin gün Elmar Hüseynovun həmkarları onun ideallarını yaşadacaqlarına, müstəqillik və ictimai maraqların üstünlüyü prinsiplərinə sadiq qalacaqlarına and içdilər, prezident başda olmaqla, bütün ölkə rəsmiləri bu hadisəni dövlətçilik əleyhinə cinayət adlandırdılar, işin üstünün ən qısa müddətdə açılacağına xalq qarşısında söz verdilər" - deyə müəlliflər beş il öncəki hadisələri yada salır.
   
TURAN
Terri Devidson Naxçıvanda olub
Fevralın 21-22-də ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson Naxçıvanda olub. "Turan"ın müxbirilə söhbətində Devidson bildirib ki, onun səfəri tanışlıq xarakteri daşıyır.
   "Səfər zamanı Naxçıvan Təhsil Nazirliyində, Dövlət Universitetində və Milli Məclisində oldum. Mümkün əməkdaşlıq məsələləri haqqında müzakirələr aparılıb" - deyə diplomat bildirib.
   İnsan hüquqları, söz azadlığı və ümumilikdə demokratiyanın vəziyyətilə bağlı məsələləri müzakirə edib-etməməsi barədə suala cavabda Devidson deyib ki, bu mövzulara toxunulub. "Görüşlərdə təsdiq etdim ki, biz bu mövzuları diqqət mərkəzində saxlayırıq və onların inkişafını izləyirik", deyə Devidson bildirib. Qeyd edək ki, Naxçıvan Ali Məclisində amerikalı diplomatı aparat rəhbəri Əli Həsənov qəbul edib.
   
TURAN
Beynəlxalq Diaspor Mərkəzi Belarus, Polşa və Çexiyaya "Xocalıya ədalət" harayı salıb
Vaqif Arzumanlı, Gülər Əhmədova da Çexiyadadır
İKT Gənclər Forumunun "Mədəniyyətlərarası dialoq" layihəsinin baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət" kampaniyasına dəstək olaraq Beynəlxalq Diaspor Mərkəzi millət vəkili Gülər Əhmədova ilə birlikdə Belarus, Polşa və Çexiyanın universitetlərində rektor-müəllim heyətinin iştirakı ilə dəyirmi masalar, görüşlər keçirir.
   Millət vəkili Gülər Əhmədovanın APA-ya verdiyi məlumata görə, heyət fevralın 18-dən 20-dək Belarus Dövlət İqtisad Universitetində, Yanka Kupala adına Qrodno Dövlət Universitetində, Baranoviç Dövlət Universitetində dəyirmi masalar, parlamentin üzvü Svetlana Piş ilə rəsmi görüş, Baranoviç şəhər icra hakimiyyətində, Şəhər Şurasında görüşlər keçiriblər. Görüşlərdə çıxış edən "Diasporun səsi" jurnalının baş redaktoru, professor Vaqif Arzumanlı, millət vəkili Gülər Əhmədova kampaniya haqqında geniş məlumat verib. Heyətin Polşa və Çexiyada keçirəcəyi tədbirlərə dünən start verilib.
   
   
İlham Əliyev Madeyra faciəsinə görə Portuqaliya Respublikası Prezidentinə başsağlığı məktubu göndərib
Azərbaycan Prezidenti Portuqaliya Respublikasının Prezidenti Anibal Kavaku Silvaya başsağlığı məktubu göndərib. Bu barədə AzərTAc agentliyi xəbər verir.
   Başsağlığı teleqramında dövlət başçısı Madeyra adasında baş vermiş güclü daşqın nəticəsində çoxsaylı insan tələfatı barədə xəbərdən son dərəcə kədərləndiyini bildirib və faciə ilə əlaqədar Portuqaliya Respublikasının Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Portuqaliya xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıb.
Oqtay Əsədov Təbrizə gedib
İranda rəsmi səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov paytaxt Tehrandakı proqramını tamamladıqdan sonra Təbrizə gedib.
   APA-nın "İribnews"a istinadən verdiyi məlumata görə, O.Əsədovu Təbriz hava limanında Şərqi Azərbaycan əyalətinin rəhbəri və digər rəsmi şəxslər qarşılayıb. Azərbaycan Milli Məclisinin sədri Təbrizdə bir sıra rəsmi şəxslərlə görüşəcək və traktor zavoduna baxış keçirəcək. O.Əsədov şairlər məqbərəsini, o cümlədən böyük şair Məhəmməd Hüseyn Şəhriyarın məzarını da ziyarət edəcək.
   
Fikrət Məmmədov Avropa ədliyyə nazirlərinin beynəlxalq konfransına gedib
İsveçrə Konfederasiyasının İnterlaken şəhərində Avropa Şurası ölkələri ədliyyə nazirlərinin Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) gələcəyinə dair konfransı keçirilib.
   Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanı konfransda ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, ölkənin AİHM yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov təmsil edib.
   Konfransın açılış mərasimində İsveçrənin ədliyyə və polis naziri Evelin Vidmer-Şlumpf, Avropa Şurasının baş katibi Turbyorn Yaqland, AŞ Parlament Assambleyasının sədri Mevlud Çavuşoğlu, AİHM sədri Jan-Pol Kosta, Avropa Şurasının komissarı Tomas Hammarberq çıxış edib. Konfransda İnsan Hüquqları üzrə Avropa Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə dair daha effektiv mexanizmlərin müəyyən edilməsi, AİHM-nin səmərəsinin artırılmasına dəstək və bu kimi digər aktual məsələlər müzakirə edilib. Avropa Məhkəməsinə daxil olan şikayətlər çıxarılan qərarlardan qat-qat çox olduğundan, tarazlığın təmin olunması məqsədilə təcili tədbirlərə böyük ehtiyac olduğu vurğulanıb. Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov tədbirdə çıxış edərək, ölkədə İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi üzrə görülən işlərdən danışıb.
   Konfransın sonunda Avropa və yerli səviyyələrdə tədbirlərə dair fəaliyyət planını əhatə edən siyasi Bəyannamə qəbul olunub.
   
İranda daha iki nüvə obyekti tikiləcək
İranda daha iki nüvə obyekti inşa ediləcək. APA-nın "İsna"ya istinadən verdiyi məlumata görə, bunu İran Atom Enerjisi Agentliyinin rəhbəri Əli Əkbər Salehi deyib.
   O bildirib ki, ölkə başçısının göstərişinə əsasən, nüvə obyektlərinin inşası üçün 2 ay ərzində 5 sahə tapılıb müəyyənləşdirilməlidir: "Biz artıq nüvə obyektlərinin inşası üçün yararlı olan 20 yer müəyyən edib ölkə başçısına təqdim etmişik". Ə.Salehi yeni obyektlərin istehsal həcminin "Natanz" nüvə müəssisəsinin istehsal gücündə olacağını söyləyib.
   
   
   
"Sədərək" bazarında yüzlərlə xalça oğurlandı
Bakıda "Sədərək" Ticarət Mərkəzindən xeyli sayda xalça oğurlanıb. Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib. Hadisə fevralın 19-u saat 18.00 radələrində baş verib. Ramana qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Rafiq Xəlilov "Sədərək" ticarət mərkəzində yerləşən anbardan qıfılı sındırmaq yolu ilə 326 ədəd xalça oğurlayıb. Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R.Xəlilov tutularaq istintaqa təhvil verilib.
   
Sumqayıt sakini Akif Fərəcov dəm qazından boğulub
Sumqayıt şəhərində 31 yaşlı kişi dəm qazından boğulub. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib. Hadisə dünən səhər saatlarında qeydə alınıb. Sumqayıt şəhər sakini, 1979-cu il təvəllüdlü Akif Yavər oğlu Fərəcov yaşadığı evin hamamında çimərkən dəm qazından boğularaq ölüb. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
   
   
Zirədəki Doğum Evində doğuş üstündə qadın öldü
Bu barədə APA-ya Əzizbəyov rayon Prokurorluğundan məlumat verilib. Hadisə fevralın 21-i, Zirə qəsəbəsində yerləşən Doğum Evində qeydə alınıb. Qəsəbə sakini, 1978-ci il təvəllüdlü Natiqə Xanbaba qızı Cavadova doğuş zamanı dünyasını dəyişib. Onun ölümünün səbəbləri hələlik məlum deyil. Faktla bağlı Əzizbəyov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
   
Qusarın Əvəcuq kənd sakini özünü asıb
Qusarda intihar hadisəsi baş verib. APA-nın şimal bürosunun xəbərinə görə, rayonun Əvəcuq kənd sakini, 1995-ci il təvəllüdlü Şahov Həzrətəli Aydın oğlu yaşadığı evin həyətində olan yardımçı tikilidə özünü asıb. Hadisə fevralın 21-də saat 22.00 radələrində qeydə alınıb.
   Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi açılıb. Hadisənin səbəbləri araşdırılır.
   
   
   
Bakıda külli məbləğdə saxta yüzlük satan 4 nəfərlik dəstə tutuldu
Azərbaycanda saxta əsginasların dövriyyəsilə məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
   Məlumatda bildirilir ki, Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi xüsusi əməliyyat zamanı Bakı şəhər sakinləri - Azər Abdullayev, Vüqar Yolçuyev, Vüsal Salmanov və İntizam İsayev 500 ədəd 100 manatlıq saxta əskinası 20 min AZN qiymətinə satarkən yaxalanıb.
   Vüqar Yolçuyevə məxsus "Tofaş" markalı avtomaşına baxış keçirən əməliyyatçılar oradan da müəyyən miqdarda saxta pul aşkar edərək götürüblər. İ.İsayevin mənzilindən isə qeyd olunan saxta əskinasların çap edilməsində istifadə olunan xüsusi avadanlıqlar aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
   
Nazirlik və dövlət komitələrinin Bakı şöbələri ləğv edilir
Bütün səlahiyyətlər nazirliklərə həvalə olunacaq
Bir neçə nazirlik və komitənin Bakı şəhərində fəaliyyət göstərən şöbələri ləğv ediləcək. "OLAYLAR"ın məlumatına görə, artıq bununla bağlı nazirliklərə xüsusi tapşırıqlar verilib.
   Həmin tapşırıqlara əsasən, nazirlik və komitələrin Bakı şəhərində fəaliyyət göstərən şöbələri ləğv edilməli və həmin səlahiyyətlər birbaşa nazirliklərə verilməlidir. Səbəb həmin şöbələrin Bakı şəhərində ayrıca binaları zəbt etməsi və əlavə iş görməməsidir. Məlumata görə, bu cür şöbə və mərkəzlərin fəaliyyəti araşdırılıb və qurumların büdcədən boş yerə maliyyələşdiyi meydana çıxıb. Məlum olub ki, həmin mərkəz və şöbələrin işini nazirliklər özləri həyata keçirə bilər. Nazirlik və dövlət komitələri Bakıda fəaliyyət göstərdiyindən həmin şöbə və mərkəzlərin fəaliyyəti artıq hesab edilib. Elə bu məqsədlə də həmin mərkəz və şöbələrin fəaliyyətinin dayandırılması və qurumun ləğv edilərək yerləşdiyi binalardan çıxarılması barədə qərar qəbul edilib. Mənbə bildirir ki, Bakı şəhər Baş Təhsil İdarəsinin Bakı şəhər təhsil şöbəsi də məhz bu məqsədlə ləğv edilib. Yaxın günlərdə isə digər bu cür obyektlər ləğv ediləcək.
   
Gitaraçı Rəmişi xəstəxanaya apardılar
Azərbaycanın əməkdar artisti, tanınmış gitara ifaçısı Rəmişin (Rafiq Hüseynov) səhhətində ciddi problemlər yaranıb. Gitaraçının həyat yoldaşı Güllü Hüseynova APA-ya açıqlamasında səhhətində yaranan problemlə əlaqədar Rəmişin Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirildiyini deyib. G.Hüseynovanın sözlərinə görə, Rəmiş fevralın 16-dan xəstəxananın ağ ciyər xəstəlikləri şöbəsində ciddi müalicə alır: "Bir aydan artıq idi ki, Rəmiş çox əziyyət çəkirdi. Bir çox xəstəxanada müayinə olundu, lakin heç birində düzgün diaqnoz qoyulmadığından, problem aradan qalxmadı. Sonra isə ailəvi dostumuz Toğrul Rəhimovun köməyilə Neftçilər Xəstəxanasına gəldik. Rəmişə nəfəs çatışmazlığı və bağırsaq keçməzliyi diaqnozu qoyulub. Hazırda problemin qismən aradan qalxması üçün ciddi müalicə aparılır". G.Hüseynova qeyd edib ki, Rəmişin bu ayın sonuna kimi xəstəxanada müalicə alacağı gözlənir: "Həkimlər bildirdilər ki, cərrahiyyə əməliyyatına ehtiyac yoxdur. Ancaq ciddi müalicə və lazımi pəhriz davam etdirilməlidir. Yağlı yeməklər, spirtli içkilər qadağan olunub".
Lalə Şövkət ona "KQB agenti" deyən qəzeti məhkəməyə verdi
Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət ona "KQB" agenti böhtanı atdıqlarına görə, "Ölkə" qəzetinin redaksiyasını, baş redaktor Rəfael Becanovu və böhtan atmış "Orxan Sultanəli" təxəllüslü müəllifi məhkəməyə verib.
   ALP mətbuat xidmətindən Milli.Az-a daxil olan məlumata görə, iddia ərizəsində Lalə Şövkət cavabdehlərdən məlumatın təkzib edilməsini, üzr istənilməsini və onlardan hər birinin 100 min manat məbləğində cərimə edilərək, bütün məbləğin Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatın hesabına köçürülməsini tələb edir.
   
Rauf Talışinskinin müavini həbs olundu
Fərhad Süleymanovu Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb
"Ayna" Mətbu Evinin vitse-prezidenti Fərhad Süleymanov həbs edilib. Bu barədə Lent.az-a məlumat verən mənbə onun Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları (BMCMİ) tərəfindən saxlandığını bildirib. Lakin onun hansı səbəbdən həbs olunduğu bildirilməyib.
   "Ayna" Mətbu Evinin sədri, "Exo" qəzetinin sahibi və baş redaktoru Rauf Talışinski Lent.az-a açıqlamasında məlumatı qismən təsdiqləyib. O, Fərhad Süleymanovun həbsi barədə məlumat olmadığını bildirsə də, bununla yanaşı, F.Süleymanovun son günlər nə evdə, nə də işdə olmadığını deyib: "Ondan xəbər tuta bilmirəm". DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə məlumatı nə təsdiq, nə təkzib edib.
   
Ceyranbatanda 5 otaqlı ev yandı
Ceyranbatan qəsəbə sakini Ceyhun Məmmədova məxsus 1 mərtəbəli 5 otaqlı evdə yanğın baş verib.
   /"OLAYLAR"İA/ DİN-dən verilən məlumata görə, nəticədə bütövlükdə evin yanar konstruksiyası və oradakı əşyalar tamamilə yanıb. Hazırda yanğının baş vermə səbəblərini müəyyən etmək məqsədilə araşdırma aparılır.
   
Cəlilabadda Rahim Qasımovun dəyirmanında faciə...
İsmayıl İbadov dəzgaha düşdü
Cəlilabad rayonunda bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Cəlilabad rayon sakini Rahib Qasımova məxsus dəyirmanda həmyerlisi İsmayıl İbadov un üyüdərkən dəzgaha düşərək ölüb. Faktla bağlı araşdırmalar aparılır.
   
   
   
Mənzillərin hər kvadratına 5 min manat istəyənlər Bakıda piketə cəhd etdilər
"Qış bulvarı" salınacaq ərazinin sakinlərindən 6 nəfər saxlanıb
Dünən saat 11:00 radələrində Bakıda "Qış bulvarı"nın tikintisilə əlaqədar evi sökülən bir qrup vətəndaş Prezident Adminstrasiyasının qarşısında icazəsiz piket keçirməyə cəhd göstərib. Bu barədə ANS PRESS-ə piket iştirakçılarından biri - Sevinc Qasımova məlumat verib. Aksiyanın qarşısı Prezident Adminstrasiyanın Mühafizə İdarəsinin əməkdaşları tərəfindən alınıb.
   "Qış bulvarı" salınacaq ərazinin sakinlərindən 6 nəfər saxlanıb. Onlar Nəsimi Rayon Polis İdarəsinin 21-ci və 22-ci polis bölmələrinə aparılıb. Polislə saxlananlar arasında qarşıdurmaya səbəb vətəndaşların polis xəbərdarlığına məhəl qoymadan ərazidə toplaşmasıdır.
   Saxlananların 3-ü kişi, 3-ü qadındır.
   Nəsimi RPİ 22-ci Polis Bölməsindən "Azadlıq" Radiosuna bildiriblər ki, hazırda bölmədə heç kəs yoxdur, ora gətirilənlər sonradan 21-ci bölməyə aparılıb.
   Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsindən Milli.Az xəbər portalına verilən məlumata görə, piketə cəhd edən şəxslər Heydər Əliyev Sarayının arxasında "Qış bulvarı" salınacaq ərazinin sakinləri olub. Qanunsuz piketə cəhd etdiyinə və tikinti işinə mane olduqlarını görə onlardan 4 nəfəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə aparılıb. Piketçilərin izahatları alınıb və xəbərdarlıq olunduqdan sonra onlar sərbəst buraxılıb.
   Qeyd edək ki, Heydər Əliyev Sarayının arxasında - Füzuli və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində "Qış bulvarı" tikilir. Artıq bir müddətdir ki, ərazidəki köhnə evlər və obyektlər sökülür. Ərazidə yaşayan əhalinin bir hissəsi artıq köçürülüb. Köçürülməkdə olan digər sakinlər isə onlara təklif olunan 1500 dollarla razılaşmır. Onlar Bakı meriyası tərəfindən aldadıldıqlarını iddia edirlər. Deyirlər ki, hökumət ərazidən köçürüləcək sakinlərə daha artıq pul ayırıb, ancaq məmurlar bu pulu ödəmək istəmir.
   Sakinlər evlərinin hər kvadrat metrinə 5 min manat tələb edirlər.
   Qeyd edək ki, ərazidə park salmaq ideyası hələ sovet dövründə yaranıb. Prezidentin Bakının abadlaşdırılması ilə bağlı 2006-cı ildə imzaladığı sərəncam isə bu ideyanın reallaşmasına imkan yaradıb.
   
RAMİL
 
 
 SON XƏBƏRLƏR
2010-02-23 Mənzillərin hər kvadratına 5 min manat istəyənlər Bakıda piketə cəhd etdilər
2010-02-23 Cəlilabadda Rahim Qasımovun dəyirmanında faciə...
2010-02-23 Ceyranbatanda 5 otaqlı ev yandı
2010-02-23 Rauf Talışinskinin müavini həbs olundu
2010-02-23 Lalə Şövkət ona "KQB agenti" deyən qəzeti məhkəməyə verdi
2010-02-23 Gitaraçı Rəmişi xəstəxanaya apardılar
2010-02-23 Nazirlik və dövlət komitələrinin Bakı şöbələri ləğv edilir
2010-02-23 Bakıda külli məbləğdə saxta yüzlük satan 4 nəfərlik dəstə tutuldu
2010-02-23 Qusarın Əvəcuq kənd sakini özünü asıb
2010-02-23 Zirədəki Doğum Evində doğuş üstündə qadın öldü
2010-02-23 Sumqayıt sakini Akif Fərəcov dəm qazından boğulub
2010-02-23 "Sədərək" bazarında yüzlərlə xalça oğurlandı
2010-02-23 İranda daha iki nüvə obyekti tikiləcək
2010-02-23 Fikrət Məmmədov Avropa ədliyyə nazirlərinin beynəlxalq konfransına gedib
2010-02-23 Oqtay Əsədov Təbrizə gedib
2010-02-23 İlham Əliyev Madeyra faciəsinə görə Portuqaliya Respublikası Prezidentinə başsağlığı məktubu göndərib
2010-02-23 Beynəlxalq Diaspor Mərkəzi Belarus, Polşa və Çexiyaya "Xocalıya ədalət" harayı salıb
2010-02-23 Terri Devidson Naxçıvanda olub
2010-02-23 "Yeni Nəsil" Elmar Hüseynovun qətlinin 5-ci ildönümü ilə bağlı bəyanat yaydı
2010-02-23 Sumqayıtda valyutadəyişmə məntəqəsi əməkdaşının qətlə yetirilməsilə bağlı DİN-də əməliyyat müşavirəsi keçirilib
2010-02-23 Elmira Süleymanova beynəlxalq təşkilatlara Xocalı faciəsi ilə bağlı dəhşətli rəqəmlər göndərdi
2010-02-23 Azərbaycanın Milli Qəhrəmanlarına aid sayt açıldı
2010-02-23 Novella Cəfəroğlu Müsavatla ALP arasında vasitəçilikdən imtina etdi
2010-02-23 Sumqayıtda qaz faciələri kütləviləşir
2010-02-23 Egey dənizində batan gəmidə bir azərbaycanlı da olub
2010-02-23 Rail Rzayevin keçmiş əməkdaşlarının cinayət işi məhkəməyə göndərildi
2010-02-23 AMİP və KXCP-nin hərəsinin bircə üzvü bələdiyyə sədridir
2010-02-23 Azərbaycan üçün "avro müəmması" yenə başlayır
2010-02-23 Daşkəsəndəki "Dəstəfur" meşəsi yandı
2010-02-23 Bakıda daha bir möhtəşəm istirahət mərkəzi sökülür
2010-02-23 Təhsil Nazirliyinin dörd əməkdaşı vəzifədən azad olundu
2010-02-23 Heydər Əliyev adına sarayın arxasında hələ sökülməmiş bir evin davası qızışır
2010-02-23 Köhnə maşınların bahalaşacağı barədə proqnozlar yenə sual altına düşdü
2010-02-23 Robert Köçəryan baş nazir postuna gətirilir?
2010-02-23 Ermənistan parlamenti "Sürix protokolları"nın müzakirəsindən imtina etdi
2010-02-23 ABŞ-dakı yəhudi lobbisindən Ankaraya sərt mesaj...
2010-02-23 Prezidentin müharibə bəyanatları böyük dövlətlərin Qarabağ məşğuliyyətində özünü necə göstərir?
2010-02-23 DUİ Müsavat və "Azadlıq" blokunun üçtərəfli birgə görüşünü keçirmək iddiasındadır
2010-02-23 "Azadlıq" blokunun uzun-uzadı müttəfiq axtarışının səbəbini Əli Əliyev açdı
2010-02-23 İqtidar-müxalifət dialoqu yenidən gündəmə qayıdır
2010-02-23 Müdafiə Nazirliyinin müdavimi Bakıda adam bıçaqladı
2010-02-23 Abşeron Ceyranbatan Peşə Litseyinin damını külək dağıtdı
2010-02-23 "Hikmət" və "Ekstra" duzlarının satışı dayandırıldı
2010-02-23 "Yəhova şahidləri"nin qeydiyyatının tamamilə ləğvi məsələsinə baxıla bilər
2010-02-23 Dövlət proqramları regionların simasını necə dəyişdirir?
2010-02-23 Hakim təyin etdiyi qırmızı vərəqə və penalti qərarını necə ləğv etdi?
2010-02-23 "Simurq"da kütləvi təmizləmə əməliyyatı
2010-02-23 Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
2010-02-23 Runi Kapellonun "zəhmli sifətindən" qorxub
2010-02-23 Qurban Qurbanov "Neftçi"yə baş məşqçi gətirilir?
2010-02-23 Totalizatorlarla işbirliyində şübhəli bilinən iki klub
2010-02-23 "Neftçi"nin məğlubiyyətsizlik seriyası 16-cı oyunda dayandırıldı
2010-02-23 Bülent Korkmaz "Bakı"nın qarşısına qoyduğu üç şərti açıqladı
2010-02-23 Vaqif Sadıqovun istefasının təfərrüatları açıldı
2010-02-23 "Azercell" - ilin biznes lideri...
2010-02-23 Dəmir Yollarının üstündəki qanunsuz tikililərin siyahısı bir neçə günə hazır olacaq
2010-02-23 Daşkəsəndə gizirin ermənilərə satdığı əsgər məhkəmədə özünü qismən təqsirli bildi
2010-02-23 DİN-in Baş Mühafizə İdarəsinin xidmətlərindən yararlanan və yararlanmayan universitetlər...
2010-02-23 Qaxda BMW ilə toqquşan "06" Jiqulidə ər-arvad öldü
2010-02-23 Etnoqraf Təvəkkül Səlimov Hadı Rəcəblinin budəfəki fikrini bəyənmədi
2010-02-23 Ağdamın Qaradağlı sakini evin damından yıxılaraq ölüb
2010-02-23 Nadir Əzimovun həyat yoldaşı Röyanın nalayiq sözlərinə cavab vermək istəmədi
2010-02-23 "Bir söz de" televiziya yarışması şairlərin tənqidinə tuş gəldi
2010-02-22 Rektorlar hər şeyə pul tapır, universitetin mühafizəsinə pul tapmır
2010-02-22 Bankların müsadirə etdiyi əmlak və obyektlərin satışında canlanma başlayıb
2010-02-22 İrandan Azərbaycana təxribatçılar dəstəsi keçib
2010-02-22 Avtomobil satış mərkəzlərinin reklamı bərbad vəziyyətə düşüb
2010-02-22 Qondarma "DQR" liderini Ağdamda raketlə vurmaq imkanı əldən çıxdı
2010-02-22 Türkiyə Sürix protokollarına görə "İncirlik" hərbi bazasını ABŞ-dan geri ala bilər
2010-02-19 Ermənilərlə təmas xəttində əsl müharibə döyüşləri başlayıb
 
 
 
Copyright (c) Bakı Xəbər 2009