.jpg)
Bu barədə APA-nın cənub bürosuna Lənkəran şəhər Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, şöbəyə daxil olan anonim telefon zəngi əsasında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Qumbaşı kəndi ərazisində 2 ədəd "F1" əl qumbarasından, 1 ədəd əl qumbarasının alışdırıcısı, 340 ədəd 7,62 kalibrli avtomat mərmisi, 1 ədəd avtomat sandıqçası və 1 ədəd süngü bıçağı silah-sursat tapılaraq götürülüb. Bundan əlavə, rayonun Nərimanabad qəsəbəsindəki avtobus dayanacağından 1 ədəd 16 kalibrli ov tüfəngi aşkarlanaraq götürülüb.
Polis şöbəsindən bildirilib ki, aşkar olunan silahların hər hansı bir cinayətdə istifadə olunub-olunmadığını və döyüşə yararlılığını dəqiqləşdirmək məqsədilə müvafiq ekspertiza keçiriləcək və daha sonra onlar Daxili İşlər Nazirliyinin anbarına təhvil veriləcək.
Faktla bağlı araşdırma aparılır.