.jpg)
İsrail nüvə silahının yayılmamasına dair sazişə qoşulmayıb. İsrailin Azərbaycandakı səfiri Mixail Lavon Lotem ANS-ə müsahibəsində bildirib ki, onun ölkəsi bu məsələdə də qonşu ölkələrlə müzakirələrin tərəfdarıdır.
"Bununla bağlı bizim düşüncələrimiz olub. Hazırda da fikir mübadiləsi gedir. Əsas məqsəd Orta Şərqdə boş hərbi sahələrdə bu nüvə silahından istifadədir. Biz çalışırıq ki, bu məsələni qonşu dövlətləri bir masaya yığaraq müzakirə edək. Əlbəttə, müzakirələr daha kiçik məsələdən başlanmalıdır. Daha sonra isə daha mürəkkəb məsələlərə doğru addımlar atılmalıdır. Dediyim kimi, əsas məqsəd boş sahələrdə bu silahlardan təcrübə aparmaqdır", deyə səfir bildirib.