Əli Xamneyinin özünün iştirakı ilə İran daha bir raket silahını sınaqdan keçirib
.jpg)
İran dövlət televiziyasının bildirdiyinə görə, ölkədə istehsal olunan ilk raketlərə qarşı dağıdıcı gəmi sınaqdan keçirilib.
APA-nın "Amerikanın səsi" radiostansiyasına istinadən verdiyi xəbərə görə, "Camaran" adlı hərbi gəmi srağagün ali ruhani lider Ayətulla Əli Xameneyinin təşkil etdiyi mərasimdə nümayiş etdirilib.
Dövlət televiziyasının verdiyi xəbərə görə, bu növ gəmi su və hava raketlərinin qarşısını almağa yönəlib. Məlumatda o da bildirilir ki, bu gəmidən müasir radar və kimyəvi silahlar daşıyan gəmilərə qarşı da istifadə edilə bilər. Xatırladaq ki, bu ayın əvvəlində də İranın dövlət televiziyası ölkənin yeni raketlər istehsal etməyə başladığını bildirib. Tehran, satellit daşınması üçün istifadə ediləcəyini deyərək, İranın daha bir raketi sınaqdan keçirdiyini bəyan edib.