.jpg)
"Birinci yarıda ikinci hissədən daha yaxşı oynadıq. Bu gün oyunumuz alınmadı. Müdafiədə səhvlərimiz oldu. Yarımmüdafiədə də boşluqlar yaranırdı". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"lə oyundan sonra "Neftçi"nin baş məşqçisi Vaqif Sadıqov deyib.
"Rəqib daha sürətli oyun nümayiş etdirirdi və bunun nəticəsində qələbə qazandı. Mən əlimdən gələn hər şeyi etdim. Meydana bir xal üçün çıxmamışdıq. Məqsədimiz qələbə qazanmaq idi", deyə Sadıqov əlavə edib.