.jpg)
"Bu formal oyun idi. Buna baxmayaraq, nəticəyə görə çox şadam. Çünki bu gün ölkənin ən güclü komandalarından birinə qarşı oynayıram". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"la oyundan sonra "Olimpik-Şüvəlan"ın baş məşqçisi Nazim Süleymanov deyib.
Süleymanov Premyer Liqanın reqlamentindən narazılıq edib: "Məncə, gələcəkdə çempionatın formatı dəyişdirilsə, yaxşı olar. Çünki bu sistem elə də uğurlu deyil".