"Barselona" "Nou Kamp"da "Rasinq"i 4 cavabsız qolla məğlub etdi
Futbol üzrə İspaniya çempionatının lideri "Barselona" 23-cü tur çərçivəsində "Rasinq"i çətinlik çəkmədən məğlub edib.
"Nou Kamp"dakı qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qalibin kimliyi fasiləyə qədər müəyyən edilib. Oyunun 7-ci dəqiqəsində hesabı Adres İnyesta açıb, ardınca isə Tyerri Anri (29-cu dəqiqə) və Rafel Markes (34-cü dəqiqə) fərqlənib. Oyunda son nöqtəni 89-cu dəqiqədə "Barselona"nın 18 yaşlı yarımmüdafiəçisi Tiaqo Alkantara qoyub.
"Barselona" bu qələbədən sonra xallarının sayını 58-ə çatdırıb və turnir cədvəlinə liderliyi inamla davam etdirir. "Rasinq" isə 25 xalla 14-cü pillədədir.