.jpg)
Unibank Premyer Liqasının təsnifat mərhələsində son turun oyunları başa çatdı. Apasport.az saytının xəbərinə görə, baş tutan bu görüşlərdən sonra "altılığ"a düşən sonuncu komanda da bəlli olub.
"Qəbələ" öz meydanında "Standard"ı məğlub etməklə, mükafatlar uğrunda mübarizəni davam etdirəcək. Ötən il avroliqada çıxış etmiş "Simurq" isə turu qələbə ilə başa vursa belə, ikinci "altılıq"da yarışacaq.
Turun mərkəzi "İnter" - "Neftçi" görüşünün taleyini Karlsonsun son dəqiqələrdə vurduğu bir qol həll edib. Günün böyük hesablı qələbəsi isə Lənkəranda qeydə alınıb. Yerli "Xəzər-Lənkəran" autsayder Yevlaxın "Karvan" klubunu 3 cavabsız qolla üstələyib.
Beləliklə, "altılıq"da "İnter", "Qarabağ", "Xəzər-Lənkəran", "Bakı", "Neftçi" və "Qəbələ" mübarizə aparacaq.
21 fevral
"Xəzər-Lənkəran" - "Karvan" - 3:0
İlk dövrədəki oyun - 2:0
"Qəbələ" - "Standard" - 2:1
İlk dövrədəki oyun - 2:1
"Turan" - "Simurq" - 1:2
İlk dövrədəki oyun - 1:2
"İnter" - "Neftçi" - 1:0
İlk dövrədəki oyun - 1:2
20 fevral
"Olimpik-Şüvəlan" - "Qarabağ" - 1:1
İlk dövrədəki oyun - 0:1
"Bakı" - "Muğan" - 0:0
İlk dövrədəki oyun - 1:0