.jpg)
"Ənənəvi olaraq, oyun boyu əldə etdiyimiz qol imkanlarını bugünkü qarşılaşmada da boşa verdik. Oyun boyu 10-12 real qol epizodlarından yalnız birindən istifadə etdik.
Rəqibin uzaq məsafədən vurduğu qol bizim üçün gözlənilməz oldu". Fanat.az xəbər verir ki, bu sözləri "Simurq"la oyundan sonra "Turan"ın baş məşqçisi Nizami Sadıqov deyib.
"Simurq"un baş məşqçisi Roman Pokora isə "Turan"ı təbrik edib: "Meydança və paltardəyişmə otaqları bərbad gündə idi. Bu şəraitsizliyə baxmayaraq, "Turan" çox gözəl və baxımlı oyun göstərir. Onları təbrik edirəm. Biz əldə etdiyimi imkanlardan maksimum istifadə etdik".