.jpg)
21 yaşlı futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu səfərdə Şotlandiyaya qarşı keçirəcək.
Fanat.az-ın verdiyi xəbərə görə, çətin səfər öncəsi milli komandamız ciddi itki ilə üzləşib. Bundan öncəki matçda ikinci sarı vərqə alaraq, cəzalı duruma düşən Nodar Məmmədov baş məşqçi Bernard Lippertin sərəncamında olmayacaq. Nodar özünün iştirak etməyəcəyi oyunda komanda yoldaşlarını sona qədər mübarizəyə səsləyir: "Sarı vərəqə limitim dolub. Bu səbəbdən nə oyunda, nə də təlim-məşq toplanışında iştirak edəcəyəm. Şotlandiya yığmasının heyəti güclü futbolçulardan qurulub. Amma onlar məğlubedilməz deyillər. Birləşib sona qədər mübarizə aparsaq, nəticə qazana bilərik. Şotlandiya ilə oyundan sonra doğma meydançamızda Albaniya ilə üz-üzə gələcəyik. Məncə, bu oyunda mütləq qalib gəlməliyik. Başqa çıxış yolumuz yoxdur".
Xatırladaq ki, U-21 seçmə mərhələdə keçirdiyi 5 oyunun hamısında məğlub olub.