.jpg)
Kanadanın Vankuver şəhərində keçirilən Qış Olimpiya Oyunları davam edir. Yarışda Azərbaycanı təmsil edən idmançılardan əslən isveçrəli Sedrik Notsun dünənə planlaşdırılan çıxışı təxirə salınıb.
Vankuverdə olan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin ANS-ə verdiyi məlumata görə, hava şəraitinin yararsız olduğu səbəbindən yarış iki gün sonra keçiriləcək. Qeyd edək ki, Nots dağ xizəyinin slalom növündə mübarizə aparacaq.