.jpg)
Ukraynanın Brovari şəhərində yeniyetmə və gənc qızlar arasında güləş üzrə "Drujba" beynəlxalq turniri başa çatıb. Yarışda mübarizə aparan 7 təmsilçimizdən 4-ü vətənə medalla dönüb.
Yeniyetmələrin rəqabətində baş mükafata Patimat Baqomedova (52 kq) sahib çıxıb. Aydan Səfərli (46 kq) 3-cü yerlə kifayətlənib. Eyni nəticəni gənclərimiz də əldə ediblər. Bütün tərəf müqabillərini üstələyən Marziget Baqomedova (51 kq) qızıl, yalnız bir görüşdə məğlub olan Günay İsmayılova (55 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, komandamız Qara dəniz sahilində olan ölkəyə məşqçi Arif Fərmanovun rəhbərliyi ilə yollanıb. Hakimlər briqadasında gənc referi Vüqar Şükürov yer alıb.