.jpg)
Həmyerlimiz Anatoli Ponomaryov Türkiyənin Bank Asiya 1-ci liqasında növbəti oyununu keçirib. Fanat.az xəbər verir ki, onun çıxış etdiyi "Orduspor" dünən "Konyaspor"un qonağı olub.
Heç kimin gözləmədiyi halda, "Orduspor" turnir cədvəlininin üçüncü pilləsində qərarlaşmış rəqibi ilə oyundan bir xalla ayrılıb. Hesabı 45-ci dəqiqədə meydan sahiblərinin oyunçusu Ahmet Görkem Görk açıb. 55-ci dəqiqədə isə Emre Özkan "Orduspor"a bir xal qazandıran qola imza atıb.
"Orduspor"un baş məşqçisi Ponomaryova start heyətində şans verib. Onu 60-cı dəqiqədə Volkan Arslan əvəzləyib. Ajansspor.com saytı futbolçumuzun oyununu iki ulduzla qiymətləndirib. "Orduspor" hazırda turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Ponomaryovun komandası 23 oyunda 25 xal qazanıb.