22 Fevral 2010-cı il, N 295(1193)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3669)
"Mən baldırlarımı açıb göstərmirəm" (3557)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2492)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2440)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2259)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2034)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1757)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1650)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1362)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1344)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası: nailiyyətlər, problemlər və perspektivlər...
Turizm İnstitutunun timsalında araşdırma nə göstərdi?
"Biz Almaniyanın Oldenburq Universitetilə elektron təhsil layihəsi üzərində çalışırıq"
Nəsir Nəsirli: "Boloniya prosesini institutumuzda tam əhatə edirik"
Böyük ənənələr üzərində qurulan müasir Azərbaycan təhsilində son illər həyata keçirilən islahatlar özünü çox müsbət istiqamətlərdən göstərir.
   Milli ali təhsil sisteminin Boloniya prosesinə qoşulması isə təhsilimizin dünya təhsilinə inteqrasiya etməsindən, qaynayıb-qarışmasından xəbər verir. Artıq Azərbaycan təhsili dünya təhsil ailəsinin bir üzvünə çevrilib. Bu isə Boloniya prosesinə qoşulmağımızın nəticəsidir.
   Məlum olduğu kimi, ölkəmiz 2005-ci ildə Boloniya prosesinə qoşulub və bir çox yerli ali məktəblərdə tədris bu sistemin tələblərinə uyğun şəkildə qurulub. Əksər ali məktəblər tam şəkildə Boloniya prosesini tətbiq etmir, yəni bu təhsil ocaqlarında bu prosesin tələblərinə müəyyən fakültə və kafedralarda riayət edilir.
   Boloniya prosesinin tam tətbiq edildiyi hələlik yeganə dövlət ali təhsil müəssisəsi isə 2006-cı il fevralın 7-də prezident İlham Əliyevin sərəncamı ilə yaradılan və böyük uğurla fəaliyyətini davam etdirən Azərbaycan Turizm İnstitutudur.
   Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, əldə olunan nailiyyətlər, bu sahədə ortaya çıxan problemlər, görülməli işlər, təbii ki, hər bir normal vətəndaşı maraqlandırmalıdır.
   Mövzu ilə əlaqədar Boloniya prosesinin tam tətbiq edildiyi Azərbaycan Turizm İnstitutunun qonağı olduq ki, bu ali məktəbin təcrübəsilə sizləri də tanış edək. Bələdçimiz isə Azərbaycan Turizm İnstitutunun turizmin təşkili və idarəedilməsi fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri namizədi, dosent Nəsir Nəsirlidir.
   Nəsir Nəsirli bildirdi ki, təmsil etdiyi ali məktəb, 2006-cı ildən fəaliyyətə başlamasına baxmayaraq, çox qısa zamanda dünya təhsil sisteminə inteqrasiya etməyi bacarıb. N.Nəsirlinin sözlərinə görə, Azərbaycan Respublikası 2005-ci ildə Boloniya prosesinə qoşulduğundan, Turizm İnstitutu da başdan öz işini bu prosesin tələblərinə uyğun qurub":Ona görə də biz bütün fəaliyyətimizi Baloniya prosesinin prinsipləri əsasında qurmağa çalışdıq. Bu prosesi institutda tam əhatə edirik".
   Dekanın bildirdiyinə görə, Turizm İnstitutu bunun üçün Paris və Boloniya deklarasiyalarına, o cümlədən də buna aid bütün sənədlərə imza atıb. Boloniya prosesinin məqsədlərindən danışan müsahibimiz dedi ki, bunun əsas səbəbi tələbə və müəllim mübadiləsinin təmin olunmasıdır": Bunun nəticəsində də kredit sistemi meydana gəldi. Bu da ondan irəli gəldi ki, ali məktəblər bir-birinin nəticələrini hansı yolla, necə tanısın? Bu səbəbdən də Azərbaycanda kredit sistemi tətbiq olunmağa başladı və 100 ballı qiymətləndirmə sistemi tədrisə daxil oldu, bunun əsasında da hər bir fənn üçün onun tədris saatına müvafiq olaraq kreditlər müəyyənləşdirildi. Tutalım, 60 saatlıq dərs tədris olunursa, bunun üçün dörd kredit, 90 saatlıq dərs tədris olunursa onun üçün 6 kredit və s. Hər tədris saatına uyğun olaraq kredit müəyyənləşdirilir. Kreditdə əsas iki məqam özünü göstərir. Birincisi, tələbənin auditoriyada mövzu, fənn üzrə dinlədikləri, ikincisi isə o tələbənin sərbəst iş üzrə nə qədər iş görməsi, nə qədər hazırlaşmasıdır".
   Boloniya prosesində önəmli xətt olan kredit sisteminin dünyanın müxtəlif ölkələrində eyni şəkildə deyil, fərqli formada tətbiq edildiyini deyən N.Nəsirlinin sözlərinə görə, bu təcrübə yerli ali məktəblərdə də davam etdirilir: "Kredit sistemi dünyada müxtəlif qaydalarda tətbiq olunur. Bizim ali məktəb əsasən Avropanın kredit sistemini qəbul elədi və bu sistemi onların standartlarına uyğunlaşdırdıq. Ona görə də bizim institutda Azərbaycanın digər ali məktəblərində tətbiq edilən kredit sistemindən fərqli bəzi məqamlar var. Məsələn, Turizm İnstitutunda tələbə 61 kredit qazanır. Bu Avropada da belədir. Ölkənin digər universitetlərində isə bu rəqəm 50-dir. Kredit məsələsini ali məktəblərin özləri müəyyənləşdirir".
   N.Nəsirlinin sözlərinə görə, Turizm İnstitutu kredit sistemini Avstriyanın Krems Universitetinin tədris planına uyğun şəkildə nizamlayıb: "Bunun da səbəbi odur ki, bizim tələbələr Avstryanın Krems Universitetinin qruplarında təhsil ala bilsin. Biz o universitetin prosesini daxil elədiyimizə görə 61 krediti qəbul elədik. Düzdür, əvvəllər bunu Təhsil Nazirliyində elə də müsbət qarşılamırdılar ki, bu bizim prinsiplərdən kənara çıxır. Amma biz nəticədə ikili diplom məsələsini Nazirliyə izah edəndən sonra nazirlik bizimlə razılaşdı. Krems Universiteti bizim orada oxuyan tələbələrə diplom verəcək. Onlar Turizm İnstitutunun diplomları ilə yanaşı, Krems Universitetinin turizmin idarə edilməsi ixtisası üzrə diplomunu da alacaq. Doğrudur, bu bütün tələbələrə şamil edilməyəcək. Bunu başqa keyfiyyətlərinə görə deyil, xarici dillər bilmə qabiliyyətinə görə ala biləcəklər. Çünki orada fənlər ingilis dilində tədris olunur. Onlar özləri bizə mütəxəssislər göndərir, həmin fənnləri o müəllimlər keçir". Bizə Boloniya prosesinin əsasını təşkil edən tədris vasitələrindən biri kimi elektron təhsillə bağlı məlumat verən N.Nəsirli dedi ki, artıq dünya ali məktəblərində tələbə dərsə gəlmədən də təhsil ala bilər": Biz Almaniyanın Oldenburq Universitetilə elektron təhsil layihəsi üzərində çalışırıq. Fikrimiz qiyabi təhsil alan tələbələrə elektron təhsili tətbiq etməkdir. İstəyirik ki, onlar dərsə gəlmədən ya evlərində, ya da iş yerlərində internet vasitəsilə bizim onlara təqdim etdiyimiz fənlər, mövzular üzərində hazırlaşa bilsinlər. Telekanallardan birindən eşitdim ki, Dövlət İqtisad Universitetində də belə bir layihə üzərində işlənilir. Amma bilmirəm, onlar nə qədər buna nail olublar. Elektron tədrisin həyata keçirilməsi üçün institutda xüsusi auditoriya ayırmışıq. Orada hər dərsdə 17 tələbə məşğul ola bilər. Tələbələr üçün bu kompüterlərdə tələb olunan şərait yaradılıb və onlar internetə daxil ola, özlərinə aid tapşırığı götürə, cavab verə bilər. Hətta imtahanları da bu üsulla keçirmək mümkündür. Yəni tələbəyə sual verilir, o da cavabını yazır. Doğrudur, orada da bəzi çatışmayan cəhət var. Məsələn, bir başqası o tələbənin yerinə cavab yaza bilər. Hazırda bunun qarşısını almağın yolları araşdırılır. İlkin mərhələdə imtahanın burada keçirilməsini təmin edəcəyik ki, o hallarla rastlaşmayaq. Bizdə imtahanların hamısı yazılı aparılır. Özü də, bu ildən imtahanlar mərkəzləşdirilmiş qaydada keçirilir". N.Nəsirlinin bildirdiyinə görə, təmsil etdiyi ali məktəbdə apelyasiya komissiyası da fəaliyyət göstərir ki, o da qiymətindən narazı olan tələbələrin öz iştirakı ilə onları şikayətlərinə baxılır.
   İnstitutunun tələbə mübadiləsini iki istiqamətdə həyata keçirdiyini deyən N.Nəsirli bildirdi ki, onların ali məktəbi Avropa İttifaqının "Erosmobons" layihəsinin qalibi olduğu üçün Təhsil Nazirliyinin planından kənar müstəqil olaraq hər semestr 6-8 nəfər tələbəni 16 Avropa ölkəsinə göndərə bilir. Onun sözlərinə görə, institutun əməkdaşları, tədqiqatçılar, müəllimlər də xaricə gedir və o proqramlarda iştirak edir, öz təhsillərini Avropa təhsilinə uyğunlaşdırıb vətənə qayıdırlar: "Biz, bundan əlavə, Avstriyanın Krems Universiteti və Almaniyanın Oldenburq Universitetilə əməkdaşlıq edirik. Həm Almaniyadan, həm Fransadan, həm də digər ölkələrdən bura həm bakalavrlar, həm də magistrlər gəlib. Onlar öz qarşılarına qoyduqları tapşırıqları yerinə yetirənə qədər bizim tələbələrlə bərabər oxuyur və imtahanlarda iştirak edirlər. O universitetlərin göndərdiyi tələbələrin qiymətini biz qəbul edirik, onlar da bizim göndərdiklərimizin qiymətlərini qəbul edir. Artıq Avropanın 16 ali məktəbində bizim tətbiq elədiyimiz sistem məlumdur və onlar da bu sistemi qəbul edib. Çalışırıq ki, təhsilin inteqrasiyasını günün tələbləri səviyyəsində quraq.. Ümumiyyətlə, o layihənin burada bir neçə dəfə müzakirəsi keçirilib və tələbələrimizdən həmişə razılıq ediblər".
   Boloniya prosesinin digər bir özəlliyindən də söhbət açan N.Nəsirlinin dediyinə görə, bu sistem tələbələrə bir çox seçim imkanları və şans verir: "Birinci kursda tələbəyə məcburi qaydada fənləri tədris edirik. Amma ikinci, üçüncü kursdan artıq tələbə öz tədris planını özü müəyyənləşdirir. Yəni hansı fənni keçəcəyini özü seçir. Düzdür, fənlər dekanlıq tərəfindən təklif edilir, ancaq onları seçməyi və hansının nə zaman keçilməyini tələbə özü müəyyən edir. Bundan əlavə, müəllim seçimində də tələbə sərbəstdir. Tutaq ki, eyni fənni müxtəlif müəllimlər tədris edir, tələbə hansı müəllimi istəyirsə, sərbəst şəkildə gedib onun dərsində iştirak edir, həmin qrupun tərkibində də imtahan verir. Tələbələrə heç bir məhdudiyyət qoyulmur. Yalnız xarici dilin tədrisi məsələsində şərt budur ki, tələbələrin sayı 15-dən artıq olmasın. Tələbənin fənn seçimi də, müəllim seçimi də sırf Boloniya sisteminin tələblərindən irəli gələn məsələdir. Təhsil müddətinin seçilməsi də tələbənin öz şəxsi arzusu ilədir. Elə tələbə var yaxşı oxuyur, o istəyirsə, təhsilini dörd ilə deyil, üç ilə başa vurur. Elə tələbə də var ki, dörd ilə çatdıra bilmədiyindən, təhsilini bir neçə il müddətində davam etdirmək üçün əvvəlcədən zəmin hazırlayır. Biz o tələbələri institutdan xaric eləmirik və onlara tapşırıqlar verilir ki, filan hissələrdə çatışmazlıqların var, onları hazırlayıb gəl, imtahan ver. Onlara şans verilir. Biz ancaq nizam-intizamı pozan tələbələri xaric edə bilərik, amma dərsi çatdırmayan tələbəni qovmuruq. Hər tələbəyə üç dəfə imkan verilir ki, çətinlik çəkdiyi fənni dinləsin, sonra imtahan versin. Bizdə akademik arayışla imtahan vermək yoxdur. Tələbənin akademik borcu qaldıqda, o həmin dərsi yenidən dinləməli, sonra imtahan verməlidir. Yalnız bu şanslardan yararlana bilməsə, tələbə xaric edilə bilər".
   N.Nəsirlinin bildirdiyinə görə, elə hal olur ki, tələbə özünün ixtisasına aid olmayan fənni də öyrənmək istəyir, bu halda ona şərait yaradılır və diplom alarkən onun üzərində diplom əlavəsi də verirlir, orada tələbənin tədris müddətində öyrəndiyi ixtisas qeyd edilir.
   Problemlərə gəlincə, N.Nəsirlinin dediyinə görə, ali məktəbin maddi-texniki bazası yüksək səviyyədə qurulsa da, auditoriya fondunun az olması müəyyən çətinliklər yaradır. Dekan bildirdi ki, bu çətinliyin aradan qaldırılması üçün binanın üstündə bir mərtəbə də artırmaq fikirləri var. N.Nəsirlinin sözlərinə görə, bir neçə dəfə ixtisasartırma, peşə təhsili vermə məqsədilə hazırlıq kursları təşkil ediblər":Biz bu kursları müntəzəm davam etdirə bilərik, buna potensialımız çatsa da, yerimizin azlığı bu kursları davamlı şəkildə təşkil etməyə imkan vermir. İçəri Şəhər Tarixi Memarlıq Qoruğu üçün müxtəlif xarici dil bilən "gid" bələdçilərin hazırlanması ilə bağlı bizə sifariş verilib. Biz onlara tədris planı hazırlayıb vermişik. Yerimiz olmadığı üçün onlar bizə yer də veriblər ki, gedib orada dərs keçək. Bilirsiniz ki, Azərbaycanda turizm sahəsində çalışanların əksəriyyəti digər ixtisas sahibləri, turizm təhsili almamış adamlardır. Onları tam turizm təhsililə təmin eləmək məqsədilə tələbə qəbul edirik. Düzdür, birinci il yer çatışmazlığı ucbatından 3, bu il isə 4 nəfər götürmüşük. Bunun sayını artıra da bilərik. Biz turizm ixtisası üzrə ali təhsilli şəxsləri qəbul edirik və bizim tədris planı ilə əvvəl bitirdiyi ali məktəbin tədris planını müqayisə edir, onlara sırf turizm mütəxəssisinə çevrilməsi üçün məcburi qaydada hansı dərslərin keçilməli olduğunu müəyyən edirik. Onlar kreditləri tamamlayıb təhvil verdikdən sonra bakalavr diplomu alacaqlar. Bu yüksək ixtisaslı kadrları yetişdirməyi bizdən həm də Mədəniyyət və Turizm Nazirliyi tələb edir. Biz nazirliyə müraciət göndərmişik ki, heç olmasa bu sahədə çalışan şəxslər üçün iki ildən bir kurslar təşkil edilsin, onlar öz işini nə dərəcədə bacardığını müəyyən eləmək üçün attestasiyadan keçirilsin, sonra isə onlara sənəd verilsin".
   Turizm İnstitutunda tədrisin quruluşunun da digər ali məktəblərdən fərqləndiyini deyən N.Nəsirlinin sözlərinə görə, onlarda əsas üstünlük müzakirələrə və prezentasiyalara verilir: "Başqa ali məktəblərdən fərqli olaraq, qarşımıza məqsəd qoymuşuq ki, bizim institutu bitirən şəxs üç xarici dil bilməli və kompüter texnologiyasını mükəmməl öyrənməli, bundan sonra isə ixtisasının səviyyəsi yüksək olmalıdır. Çalışırıq ki, bu tip mütəxəssislər hazırlayaq. Tələbələrimizin əksəriyyəti artıq sənayedə çalışır. Hətta mehmanxanaların baş meneceri vəzifəsinə qədər yüksələn tələbələrimiz var. Bizim ali məktəbi bitirən tələbələrin heç biri işsiz qalmayacaq, onların hamısı işlə təmin ediləcək".
   Turizm İnstitutunda 1113 (qiyabi və əyani) tələbə təhsil alır, institutun ilk məzunlarının sayı isə 126 nəfərdir":Biz nəzərdə tutmuşuq ki, dörd ildə bizdə təhsil alan tələbələrin sayı 1200 nəfəri keçməsin.
   N.Nəsirli hesab edir ki, onların heç də hamısına diplom almaq nəsib olmayacaq. Yəni bəzi tələbələr təhsildə yüksək nəticə göstərmədiyinə görə diplomsuz qala bilər. N.Nəsirli 80-85 nəfər məzunun diplom almaq iqtidarında olduğunu və magistratura pilləsinə 30 nəfərlik sifariş verdiklərini dedi":Bir dövr təhsilimiz başa çatdıqdan sonra doktorantura və aspirantura ilə bağlı İnstitutun nəzdində ayrıca departament yaradılacaq və o işlərlə də bu departament məşğul olacaq".
   Azərbaycanda qəbul olunan "Təhsil Haqqında" Qanunun milli təhsil sisteminin istənilən səviyyədə qurulması üçün şərait yaratdığını deyən N.Nəsirlinin sözlərinə görə, bundan səmərəli istifadə edilərsə, dövlətmizə lazım olan peşəkar kadrlar hazırlanması tam mümkündür":Qanun buna tam zəmanət verir".
   İnstitutda yeni ixtisasların tədris ediləcəyini bildirən N.Nəsirlinin sözlərinə görə, onlardan biri qida mühəndisliyi ixtisasıdır":Bu il bu ixtisasa 15 nəfər tələbə qəbul edəcəyik. Yəqin ki, yeni laborotoriyanın qurulması məsələsi ortaya çıxacaq. Yerimiz olarsa, biz onu yüksək səviyyədə qurmağa özümüzü hazır sayırıq".
   
   Yazı Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun jurnalistlər üçün keçirdiyi müsabiqəyə təqdim edilir.
İradə SARIYEVA
Kainat şerinə qafiyədir Məhəmməd(ə)
İslam aləmi ortaq dəyərləri olan bir ümmət kimi bu günlərdə Peyğəmbər(ə)-nin mövludunu qeyd edir. Ayrı-ayrı xalqlara deyil, bütün bəşəriyyətə bir rəhmət olaraq göndərilən, yaşayan və Quran simvoluna çevrilən Məhəmməd (ə)-nin doğum günü 1 mlrd. 500 mln. müsəlmanın qəlbindəki iman nemətinin təntənəsidir. Təsadüfi deyil ki, bəşərin iftixar tablosu, kainatın mayası və nüvəsi olan Peyğəmbər(ə)-nin həyat və yaradıcılığını öyrənən islamşünas və məhəmmədşünaslar həmişə olduğu kimi, bu gün də onun irsinə müraciət edirlər.
   
   Mövludu və həyatı
   
   Məhəmməd(ə) peyğəmbərlərin sonuncusu, İslam dininin qurucusudur. Ərəb dilində "Muhamməd" kimi tələffüz olunan bu sözün mənası "çox təriflənən, çox öyülən" deməkdir. Özündən əvvəl bu ad heç kimə verilməyib.
   O, İbrahim(ə)-nin oğlu İsmayıl(ə) nəslindən olub, V əsrin əvvəlindən etibarən Məkkəyə rəhbərlik edən Qureyş qəbiləsinin Bəni-Haşim soyuna mənsubdur. Bir rəvayətə görə, Məhəmməd(ə) 570-ci ilin rəbiüləvvəl ayının 17-də bazar ertəsi günü, digər mənbə isə onun həmin ayın 12-də Fil müharibəsindən 50-55 gün sonra anadan olduğunu xəbər verir. Peyğəmbər(ə)-nin doğum ili barədə də yekdil fikir yoxdur. Bəziləri onun 569, digərləri isə 571-ci ildə anadan olduğunu qəbul edirlər. Lakin əksəriyyətin fikrinə görə, Peyğəmbər(ə)-nin doğum tarixi 570-ci il hesab edilir. Mənbələrə görə, Məhəmməd(ə)-nin mövludunu bayram kimi qeyd etmək İslamın zühurundan 300 il sonra rəsmiləşdirilib. Qaynaqlar həmçinin iddia edirlər ki, onun anadan olma tarixi dəqiq bilinmədiyi üçün, həmin hadisə Peyğəmbər(ə)-nin vəfatı gününə uyğunlaşdırılıb. Ümumiyyətlə, İslamda ölüm tarixi əbədi həyatın başlanğıcı sayıldığından o, doğum günündən fərqli olaraq daha yaddaqalan keçirilir.
   Məhəmməd(ə)-nin anadan olduğu gün Kəbədəki bütlər üzü üstə düşüb, İrandakı Sahə gölü quruyub, atəşpərəstlərin məbədindəki tonqalın alovu sönüb. Maraqlıdır ki, əksər mənbələr Məhəmməd(ə)-nin doğumu, vəfatı, peyğəmbərliyə çatması və hicrətinin bazar ertəsi gününə düşdüyünü qeyd ediblər.
   Peyğəmbər(ə)-nin atası Abdullah oğlunun dünyaya gəlməsindən bir neçə həftə əvvəl Mədinədə səfərdə ikən vəfat edib. O zamankı Ərəbistanın adətinə görə yeni doğulmuş əsilzadə körpələr Məkkəyə nisbətən daha mülayim iqlimli bir yerdə yaşayan süd anasının himayəsinə verilirdi. Məhəmməd(ə) də Həlimə adlı bir qadına verilib. Və o, dörd il süd anasının yanında qalıb. Peyğəmbər(ə) anası Aminəni də tez itirib. O, 8 yaşında ikən babası Əbdül Mütəllib və onun vəfatından sonra əmisi Əbu-Talibin himayəsində olub. Belə ki, bir müddət əmisinin yanında ticarətlə məşğul olan Məhəmməd(ə) özünün düzgünlüyü, halallığı sayəsində Məkkə əhalisinin diqqətini cəlb etdiyi üçün, şəhərin ən varlı tacirlərindən olan Xədicə də öz ticarət işlərinin idarəsini ona etibar edib. Məkkənin bir çox zənginləri isə səfərə gedərkən qiymətli əşyalarını Məhəmməd(ə)-yə tapşırardılar. Həmin səbəbdən, xalq arasında ona Məhəmməd-Əmin də deyirdilər.
   Məhəmməd(ə) orta boylu, ağbənizli idi. Dalğavari saçlarını ortadan ayırıb yanlara darayardı. Onun qaşları hilal şəkilli, kiprikləri uzun, gözləri iri və qara, saqqalı sıx, sinəsi geniş və seyrək tüklü idi. Üzü həmişə nur saçardı.
   Onun yerişi təpədən düşən adamın yerişinə bənzəyirdi. Həz.Məhəmməd sağa və ya sola baxarkən bütün bədənilə dönürdü Qoltuğunun altında peyğəmbərliyini göstərən nişan (möhür) var idi. Onu görənlər deyib: "Biz ikinci belə adamla rastlaşmamışıq"
   Peyğəmbərlik üçün vacib olan bütün xüsusiyyətləri (sidq, əmanət, təbliğ, mətanət - yüksək ağıl və zəka, qüvvətli hafizə və məntiq, ismət) özündə cəm edən Məhəmməd(ə), son dərəcə təvazökar adam idi. O, xəstələri tez-tez yoluxar, qonağı çox sevər və ona özü xidmət edərdi. Peyğəmbər(ə)-nin yaşayışı sadə və təmiz idi. O, daim təmiz geyinər, bədənini təmiz saxlayar, gündə bir neçə dəfə dişlərini yuyar və ətirlənməyi sevərdi. Az yeyər, süfrədən doymadan durardı. O, insanların ən comərdi idi. Özündə olan hər şeyi ehtiyacı olana verər, heç kimi əliboş geri qaytarmazdı. Ona təşəkkür edənlərə isə: "Mən ancaq paylayanam, verən Allahdır" - deyərdi.
   Beşikdən qəbirədək sadə həyat tərzi keçirən, həyatını ibadət və xeyirli işlərə sərf edən Peyğəmbər(ə)-nin qəlbi bəşəriyyətə məhəbbət hissilə dolu idi. O, heç kəsin qəlbini qırmaz, heç yerdə öz böyüklüyünü büruzə verməzdi. Tərkidünyalığı, tənbəlliyi sevməyən Məhəmməd(ə), həm də gözəl ailə başçısı idi. "Cənnət anaların ayaqları altındadır" buyuran Peyğəmbər (ə), tez-tez ümmətinin kişilərinə müraciətlə: "Sizin ən xeyirliniz qadınlarla ən yaxşı rəftar edənlərinizdir" - deyərdi. "Cənnət qılıncların kölgəsi altındadır" kəlamı da Məhəmməd (ə)-yə məxsusdur. Buradakı hikmət vətən və ölkə əhalisinin müdafiəsi, Cənnətin anaların ayaqları altında olması üçün onların namus və iffətinin qorunmasından ibarətdir. Kəlam torpağının 20%-ni itirən, 1 milyondan artıq şəhid, qaçqın və köçkünü olan Azərbaycan üçün xüsusilə aktualdır.
   O, uşaqları çox sevərdi. Peyğəmbər(ə)-nin bir nəfərin uşağını qucağına alıb öpdüyünü görən bir ərəb təəccüblə: "On uşağım var, lakin heç birini öpməmişəm" demişdi. Bu zaman Məhəmməd(ə) ona: "Mərhəmət etməyənə mərhəmət olunmaz" cavabını verib.
   Peyğəmbər(ə)-nin çoxsaylı məziyyətlərindən biri də onun sidqidir. Doğru düşüncə, doğru söz, doğru davranış mənalarını ehtiva edən sidq (sədaqət) əməlin ruhu və özü, sağlam düşüncənin məhəngidir. Sidq peyğəmbər olmayanlarda bir peyğəmbər sifətidir. Ən böyük sidq Rəbbə rizada, İslama sahib çıxmada və Məhəmməd(ə) ruhuna itaət və hörmətdədir.
   
   Peyğəmbərliyi və təbliği
   
   İslam tarixçilərinə görə, Məhəmməd(ə)-yə ilk vəhy 610-cu ilin Ramazan ayında 40 yaşında nazil olub. Lakin onun peyğəmbərliyini nə bütpərəstlər, nə də İslama alternativ din kimi baxan əksər yəhudi və xristianlar qəbul edirdilər. 40 yaşına qədər əmanətlərini Məhəmməd(ə)-yə etibar edən bu "ağıllı" adamlar onun peyğəmbərliyini inkar etməklə əslində, özlərinin cahilliyini sübut edirdilər. Düşmənləri Məhəmməd(ə)-ni yalançılıq ittiham etmirdilər. Əgər onlar Məhəmməd(ə)-də yalan tapsaydılar, həmin anda onu faş edərdilər. Ona "şair, məcnun, sehirbaz" deyirdilər. Bəziləri peyğəmbərliyin məhz ona verilməsini qəbul etməyib, "necə ola bilər ki, biz yox, bu yetim peyğəmbər olsun?" - deyirdi.
   Peyğəmbər(ə)-nin şer və bəlağətdə məşhur olan Məkkə müşriklərinə: "İnandıqlarınızı də gətirin və Quranın bir ayəsinə bənzər kəlamlarınızı ortaya qoyun" kəlamına isə onlar qılıncla cavab verirdilər. Məhəmməd(ə)-nin ən qatı düşmənlərindən olan Əbu-Cəhlin: "Doğrusu, biz sənin yalançı olduğunu deyə bilmərik. Amma sənin gətirdiyini (Quranı) yalan hesab edirik" ifadəsi, Peyğəmbər(ə)-nin sidqi qarşısında müşriklərin aciz olduğuna bariz nümunədir. Bu epizodu Quran belə ifadə edir: "Bilirik ki, onların dediyi söz səni çox kədərləndirir. Həqiqətdə isə onlar səni yalançı hesab etmirlər. Ancaq o zalimlər Allahın ayələrini inadla inkar edirlər" (Ənam 33).
   Peyğəmbər(ə)-nin həyat və əxlağını bilən o dövr kafirlərinin gəldiyi qənaət belə idi: "Məhəmməd öz vicdanı ilə yalançı deyil və o, bilərəkdən heç kimi aldatmaz. O, peyğəmbərlik iddiası və təbliğinin doğru olduğuna qəlbən inandığı üçün belə deyir. Lakin onun inandığı kitab, xəbər verdiyi qiyamət, ölmə, dirilmə və s. olaylar inanılası deyil. Xülasə, onun təbliği yanlışdır. O, aldatmır, fəqət aldanıb və aldandığını özü də bilmir".
   Məhəmməd(ə)-nin peyğəmbərlik statusunu rəsmən qəbul etməyən həmin fasiq və müşriklərin bugünkü törəmələri də onun yalnız "müsbət tarixi rolunu" bəyan etməklə kifayətlənərək, mahiyyətcə 14 əsr bundan öncəki sələflərinin inkarını təkrarlayırlar. Halbuki hələ b.e-nin 30-35-ci illərində Rəbbin növbəti möcüzəsi və rəsulu olan İsa(ə) buyurub: "Mən yalnız İsrail oğullarına göndərilən xilasedici bir peyğəmbərəm. Məndən sonra Allah tərəfindən Məhəmməd adında bir rəsul göndəriləcək. Elə bu kainat da onun üçün yaradılıb" (Barnaba İncili, fəsil 96, maddə 8).
   Məhəmməd(ə) bütün bəşər üçün kamil insan, gözəl əxlaq, iffət və həya nümunəsidir. Kiçik alman dövlətlərini birləşdirib vahid Almaniyaya çevirən Otto Bismark (1815-1898) onun bütün məziyyətlərini belə ümumiləşdirib: "Mən iddia edirəm ki, Məhəmməd Allahın seçdiyi müstəsna bir varlıqdır. Yaradanın ikinci belə bir vücudu dünyaya gətirməsi ehtimaldan uzaqdır. Sənin müqəddəs hüzurunda kamal və hörmətlə baş əyirəm, ya Peyğəmbər".
   "Sənin çatdığın səviyyə nə qədər bənzərsiz və möhtəşəmdir" Mədinədə qurulan ilk İslam dövlətinin başçısı olan Məhəmməd(ə), Allahın bu müqəddəs dinini təkcə Ərəbistan yarımadasında təbliğ etməyib. O, Həbəşistan, Misir, İran, Bizans və digər ölkə hökmdarlarına məktublar göndərərək, onları böyük əzmlə İslama dəvət edib. Onun diplomatik missiyası, demokratik idarəetmə prinsipi, fikir müxtəlifliyini müdafiə etməsi ("ümmətimin birliyi onun fikir müxtəlifliyindədir") müasirlik baxımdan xüsusi əhəmiyyət kəsb edir. "Müsəlmanları doğru yola yönəldən adam kəsik burunlu zənci də olsa, ona itaət edin" buyuran Peyğəmbər (ə), dinin saflığı və dövlət quruculuğunda yalnız imanlı, əməlisaleh insanlara üstünlük verirdi.
   "Bir ərəbin qeyri-ərəbdən, qeyri-ərəbin də ərəbdən heç bir üstünlüyü yoxdur. Çünki bütün insanlar Adəm oğullarıdır, Adəm isə torpaqdandır" Peyğəmbər(ə) kəlamıdır. Həmin səbəbdən o, Vida xütbəsində (632 il) 114 min insana "Ey möminlər, ey müsəlmanlar" yox, "Ey insanlar" deyə xitab edib. Əslində bu müraciət ümumbəşəri bir hüquq bəyannaməsi idi. Və heç də təsadüfi deyil ki, 1789-cu il Böyük Fransa İnqilabının ideoloji rəhbərlərindən biri olan filosof Lafayet Mari (1757-1834) məşhur "İnsan Haqları Bəyannaməsi"ni hazırlayarkən bütün hüquq sistemlərini tədqiq etdikdən sonra bu qənaətə gəlib: "Ey Məhəmməd! Ədaləti həyata keçirmək sayəsində sənin çatdığın səviyyə nə qədər bənzərsiz və möhtəşəmdir".
   Məlumdur ki, Quranın 6236 ayəsindən 1000-dən çoxu elmin müxtəlif sahələrinə həsr olunub. Həmin səbəbdən, "beşikdən qəbrə qədər öyrənin" deyən Məhəmməd(ə), elm və alimlərə xüsusi hörmət və qayğı göstərərdi. Elmilə xalqı zülmətdən nura çıxaran ziyalılar üçün Peyğəmbər(ə) buyurub: "Biliyi ilə xalqı faydalandıran bir alim 70 il ibadət edəndən xeyirlidir". Müasir dövrün: "Ziyalı zehni əməklə məşğul olandır" tərifini hələ VII əsrdə rədd edən Məhəmməd(ə) hər oxuyana, hər alimə ziyalı demirdi. Ziyalının buyruq sahiblərinə yox, cəmiyyətə xidmətini önə çəkən Peyğəmbər(ə) buyurub ki, "bir alimin padşahla çox oturub-durduğunu gördünmü, bil ki, o, oğrunun, talançının biridir".
   
   Başqa peyğəmbərlərdən fərqli cəhətləri
   
   Peyğəmbərliyi tamamlayan dəyərlərdən başqa Məhəmməd(ə)-ni digər peyğəmbərdən fərqləndirən əsas keyfiyyətlər bunlardır:
   1) Kainat və onun içindəkiləri Onun naminə yaradıldığı üçün, ilk olaraq onun ruhu yaradılıb. 2) Allah Cənnət və 7 göydə Onun adını yazıb. 3) Mələklər içində Məhəmməd (ə)-nin adını daim zikr edən xüsusi-mükəlləf mələklər var. 4) Onun bədəni həmişə gül iyinə bənzər lətif aromat mənbəyi olub. 5) Həz.Peyğəmbərə möcüzələr verilib. Onun ən böyük möcüzəsi heç bir peyğəmbərə qismət olmayan Meracdır. 6) Onun ağlına bərabər ikinci bəşər ağlı yaradılmayıb. 7) Həz.Məhəmməd iki dəfə Cəbrail (ə)-ni görüb. 8) Qiyamət günü ilk dəfə qəbirdən qalxan O olacaq. Bu zaman bütün peyğəmbərlər və onların ümməti Onun bayrağı altına toplaşacaq. 9) Həz.Məhəmmədin peyğəmbərliyi dinindən, dilindən, irqindən asılı olmayaraq bütün insan və cinlərə şamildir. Digər peyğəmbərlər isə yalnız ayrı-ayrı xalqlara göndərilib. 10) Həz.Peyğəmbərin peyğəmbərliyi Qiyamət gününə qədər davam edəcək. Başqa peyğəmbərlərin peyğəmbərliyi müəyyən vaxt çərçivəsindədir. 11) Məhəmməd (ə) Yer kürəsində peyğəmbərlik missiyasına son qoyan axırıncı peyğəmbərdir. Ondan sonra heç bir peyğəmbər olmayıb və olmayacaq da. 12) Həz.Peyğəmbərin gətirdiyi qanunlar ən axırıncı və ən mükəmməl olmaqla Qiyamətə qədər qüvvədədir.
   Mövlud gecəsi Qədr gecəsindən sonra ən qiymətli gecədir. Bu gecə Peyğəmbər (ə)-nin doğumuna sevinərək, məxsusi ibadət və saleh əməldə bulunanlar üçün bütün il bərəkətli olar. Mövlud bayramı müsəlmanların və bütün Məhəmmədsevərlərin Allahın Rəsuluna (ə) sadiqliyi, məhəbbəti, hörmətinin qəlbən izharıdır. Burada bizim Ona olan məhəbbətimizin göstəricisi Peyğəmbər (ə) əxlaqına söykənən əxlaqımız olmalıdır. Qüsur və günahlarımız, səhf və çatışmazlığımız, təkəbbür və laqeydliyimiz Onun müqəddəs əxlaqı ilə təmizlənməli, mənən saflaşmalıdır. Bu bayram İslamda kanonik (ilahi qayda, norma) olmasa da, onun mənən ucalmaq baxımından hər bir müsəlmanın həyatında müstəsna rolu var. Bu baxımdan mövlud ərəfəsində Dini Quruplarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin Quran və Məhəmməd (ə)-yə həsr olunan nəsr, poeziya müsabiqəsi keçirməsi təqdirəlayiq olardı.
   Bu əziz günlərdə biz də Allahın şahidliyilə iqrar edirik ki, Həzrət Məhəmməd Onun qulu, Peyğəmbəri, seçdiyi dostu, mülkünün gözəlliyi, meracının sahibi, sənətinin təməl daşı, inayətinin açarı, hidayətinin günəşi, məhəbbətinin izharı, rəhmətinin misalı, yaratdıqlarının nuru, mövcudatının şərəfi, kəlamlarının təbliğçisi, kainat sirlərinin bəyançısı, qullarının müəllimi, peyğəmbərlərin möhürü, aləmlərə rəhmət olaraq göndərdiyi həbibi və rəsuludur. O, kainat ağacının insan adlanan meyvələri içində ən işıqlısı, ən nurlusu, ən üstünü, ən gözəli, ən böyüyü, ən lətifi, ən xeyirlisi, ən təriflisidir.
   O, nuru ilə Əhməd, Hamdilə Mühamməd, şəfaət bayrağı ilə Məhmud, böyük əxlaq sahibi olması ilə Mustəfə Həzrətləridir! Doğum günün mübarək, ya Əhmədi Məhmudi Mühamməd (ə)! Ümmətinin sayı qədər Sənə salət və sələm olsun! Amin! Ya Rəbb! Bizi Həzrəti Məhəmmədin layiqli ümməti em! Amin!
   
Vaqif Cəliloğlu
"Poçtbank"ın Azərbaycan Rabitə Nazirliyinə yaratdığı beynəlxalq qalmaqal bitdi
Nazirlik 20 min avro uddu
Rotterdam məhkəməsi Malta "FIM Bank"ının Azərbaycan dövlətinə qarşı qaldırdığı iddianı rədd edib və bankın Azərbaycana 20 590 avro təzminat ödəməsi barədə qərar qəbul edib.
   Bu barədə APA-ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov məlumat verib.
   M.Əmirovun sözlərinə görə, bu barədə qərar Rotterdam məhkəməsinin fevralın 17-də keçirilən yekun iclasında qəbul olunub.
   Məhkəmədə Azərbaycan dövlətinin maraqlarını Hollandiyanın "Eversheds Faasen" hüquq şirkəti təmsil edib: "Şirkətdən bildirilib ki, fevralın 17-də keçirilən yekun iclasda məhkəmə "FIM Bank"ın iddiasının təmin olunmaması barədə qərar qəbul edib. Bankın iddiası ləğv edilməklə yanaşı, "FIM Bank"dan 20 590 avro məbləğində vəsaitin tutularaq Azərbaycana ödənilməsi qərara alınıb".
   Qeyd edək ki, "FIM Bank" Rotterdam məhkəməsində Azərbaycan dövlətinə qarşı 6,775 mln. ABŞ dolları məbləğində iddia qaldırmışdı.
   Azərbaycanda fəaliyyət göstərən "Poçtbank" Səhmdar Kommersiya Bankı külli miqdarda borcu yarandığı üçün Azərbaycan hökuməti adından müəyyən sənədlər təqdim etməklə "FIM Bank"dan kredit alıb. "FIM Bank"da həmin sənədlərin həqiqi olmadığını bilsələr də, ikitərəfli razılaşmalar nəticəsində kredit ayrılıb. Bu sənədlərdə göstərilib ki, guya Rabitə Nazirliyinə məxsus olan "Aztell" və "Baktell" şirkətləri (əslində bu şirkətlər mövcud olmayıb) üçün telekommunikasiya avadanlıqları alınacaq və həmin vəsaitin geri qaytarılmasına dövlət Rabitə Nazirliyi qismində zəmanət verir. "Poçtbank" bu krediti qaytara bilmədiyi üçün "FIM Bank" onu Azərbaycan dövlətindən almaq məqsədilə müxtəlif ölkələrdə məhkəmələrə müraciət edib. İddia ərizələrinin təmin olunması üçün görülmüş tədbirlər nəticəsində Azərbaycanın Hollandiyada "New Skies Satellites N.V." şirkətindəki 50 min səhminə, Fransada "Eutelsat S.A." şirkətindəki 500 min səhminə və səhmlərdən əldə edilən dividendlərə, Bermud adalarında qeydiyyatdan keçmiş "İntelsat Ltd." şirkətindəki payına həbs qoyulması barədə qərar çıxarılıb.
   Lakin 2006-cı ilin noyabrında Paris Yuxarı İnstansiya Məhkəməsi Paris Məhkəməsinin "Eutelsat S.A." peyk rabitəsi şirkətindəki Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 500 min səhminə və bu səhmlərdən əldə edilən dividendlərə həbs tədbirinin icra edilməsi barədə 2004-cü il 8 iyul tarixli qərarını ləğv edib.
Hüseyn Mirzəyevin İmişlidəki evi əxlaqsızlıq yuvasına dönüb
İmişli rayon sakininin mənzilində əxlaqsızlıq yuvası aşkarlanıb.
   Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları fevralın 19-da həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhərində yaşayan, İmişli rayon sakini Hüseyn Mirzəyevin mənzilində əxlaqsızlıq yuvası aşkar ediblər.
   Faktla bağlı H.Mirzəyev istintaqa cəlb olunaraq saxlanıb.
Azərbaycanda Elmi-praktik Psixatriya İnstitutu barədə təklif hələ reallaşmayıb
Nadir İsmayılov Musa Quliyevlə eyni mövqedədir
Ölkədə psixi xəstələrin sayı artıb. Bu barədə Milli Məclisin son iclasında Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev açıqlama verib. Ancaq qeyd edilən problemin səbəblərilə bağlı məlumat açıqlanmayıb. Azərbaycan Psixiatriya Assosiasiyasından aldığımız məlumatda isə bu problemlə bağlı həqiqətən vəziyyətin gərgin olduğu bildirilir.
   Respublikanın baş psixoloqu Nadir İsmayılov M.Quliyevin fikirlərini təsdiqlədi. Onun sözlərinə görə, ölkədə belə xəstələr artsa da, onların müalicəsi üçün yetərincə şərait yaradılmır: "Bu şizofreniya, epilepsiya kimi xəstəliklərə aid deyil. Bura daha çox stress, depressiya nəticəsində əmələ gələn xəstəliklər daxildir, bir də ki, özünəqəsd halları artıb. Belə halların hamısı əsəb pozuntuları nəticəsində əmələ gəlir. İndi həkimlərə müraciət edən pasiyentlərin sayının artması da bunu sübut edir".
   Respublika Psixiatriya Assosiasiyasının prezidenti bildirdi ki, sözügedən problemin səbəblərini müəyyən etmək üçün bir neçə il elmi araşdırma aparmaq lazımdır: "Post-sovet ölkələrində psixi sağlamlıq mərkəzləri var. Orada elmi araşdırmalar aparırlar, anketlər paylayırlar, müşahidə aparırlar və müəyyən nəticələrə gəlirlər. Bu nəticələrə gəlmədən konkret fikir söyləmək çətindir. Amma ümumi şəkildə səbəbləri bilirik. Bura sosial, iqtisadi gərginlik, qanunçuluğun bəzi hallarda yerinə yetirilməməsi, güzəranından narazı olan insanların reaksiyaları aiddir. Lakin buna qarşı profilaktik tədbirlərin hazırlanıb təklif olunması üçün elmi mərkəz olmalıdır. Bu isə bizdə yoxdur".
   N.İsmayılov özünə müraciət edən psixi xəstələrin sayının da artdığını, hətta bəzən növbələrin həftələrlə çəkdiyini dedi. Baş psixoloqun verdiyi məlumata görə, psixi xəstələrin əksəriyyəti indi ev şəraitində müalicə olunmağa üstünlük verir. Həkimlər də bunun öhdəsindən gələ bilir: "Dərmanların da hamısı apteklərdə var. Həmin dərmanları özəl firma və şirkətlər gətirir. Dərman qıtlığı müşahidə olunmur. Dövlət təminatı yalnız stasionarda müalicə olunan xəstələrə aiddir. Bakı şəhəri üzrə götürsək, Maştağadakı 1 saylı Müalicə Müəssisəsində, 2 saylı Xəstəxanada, bir də mənim işlədiyim Dispanserdə stasionar üsulla müalicə mövcuddur. Onlara dərmanlar dövlət hesabına verilir".
   N.İsmayılov bildirdi ki, Azərbaycanda psixi xəstələrin sayının azalması və ümumilikdə bu məsələnin bir ictimai problem kimi həllinə nail olmaq üçün ölkədə elmi-praktik psixiatriya institutu açılmalıdır. Bu barədə hökumətə dəfələrlə təkliflər göndərilsə də cavabsız qalıb: "Hər dəfə bəhanə gətirirlər ki, imkan yoxdur, pul yoxdur, yer çatışmır. Amma baxın görün, səhiyyəyə nə qədər pul ayrılır? Bəzən bir körpünün tikilməsinə ayırlan pul səhiyyənin 6 aylıq xərcinə bərabər olur. Əlbəttə, səhiyyəyə pul çatmır. Həikm 110 manat maaş alırsa, tibb bacısı, ondan da az alırsa, hansı yaxşı xidmətdən söhbət gedə bilər? Xəstəxanalarda da şərait pis olduğundan, xəstə orada yatmaq istəmir. Xəstələrin müalicəsi o vaxt yüksək səviyyədə olur ki, həkim ona ürəyinin bir parçasını bağışlayır. 110 manat maaş alan həkim ürəyinin bir parçasını xəstəyə bağışlaya bilməz. Amma keçmiş SSRİ-nin bütün respublikalarında psixiatriya elmi institutları fəaliyyət göstərir. Hətta ən kiçik respublika olan Ermənistanda da 20 ildir elmi mərkəz təşkil olunub.
   Əhalisinin sayına görə bizə yaxın olan Belarusda da Dövlət Psixiatriya Sağlamlıq Mərkəzi yaradıblar ki, 240 nəfər işçisi var. Elmi-tədqiqat laboratoriyaları var, dissertasiyalar yazılır. Belə imkanlar bizdə də var. Ancaq istifadə olunmur. Bizim qarşımızda məsələ qaldırsınlar ki, elmi institut yaradın, onu bir göz qırpımında təşkil edərik. Bizdə 8 nəfər elmlər doktoru, professor, 30 nəfər tibb eləmləri namizədi var. 1924-cü ildə Azərbaycanda Psixiatriya İnstitutu təşkil olunub, ancaq kadr çatışmazlığı ucbatından 3 il sonra bağlanıb.
   İndi kadr nə qədər istəsən var, ancaq işləməyə yer və şərait yoxdur. Onların bir çoxu ingilis dilini bilən gənc alimlərdir. Tez-tez xaricə çağırıb onlara təlimlər keçirlər. Ancaq həmin kadrlar Azərbaycanı tərk etmir, qalıb burada işləmək istəyir. Burada isə lazımi şərait yoxdur".
   
Müşfiq ABDULLA
Orta məktəb müəllimləri ilə çoxdan 5 illik müqavilə imzalanmalı imiş
Məlahət Mürşüdlü: "Müqavilə lazımdır, o, müəllimlərin öz peşə və vəzifələrinə məsuliyyətlə yanaşmasında mühüm rol oynayacaq"
Azərbaycanda bir sıra digər sahələrdə olduğu kimi, təhsil sistemində də son illər ardıcıl islahatlar həyata keçirilir. Bu islahatlardan biri də orta məktəb müəllimlərinin 5 illik müqavilə əsasında işləmələrilə bağlı ola bilər. Bu barədə mətbuata açıqlamasında Təhsil Nazirliyinin baş məsləhətçisi Musa Əhmədov bildirib:
   "Yeni qaydalar təsdiqini taparsa, müəllimlərlə 5 il müddətinə iş müqaviləsi bağlanacaq. Həmin dövr bitdikdə, müəllimin ixtisasartırma kurslarında topladığı kredit balları nəzərə alınaraq müqavilə uzadıla, yaxud da ləğv oluna bilər". Onun sözlərinə görə, hazırda nazirlikdə əlavə təhsil qaydaları hazırlanır ki, bu da müəllimlərin təkmilləşdirilməsinin yeni modul kredit sisteminə əsasən həyata keçirilməsini nəzərdə tutur. Bundan başqa, cari ildə Təhsil Nazirliyi tərəfindən müəllimlər üçün işə qəbul müsabiqələri rayon təhsil şöbələri vakant vəzifələr siyahısını təqdim etdikdən sonra elan ediləcək. Nazirlik nümayəndəsi bu imtahanların gələn tədris ilinin əvvəlinə təsadüf edəcəyini də qeyd edib. Bundan başqa, orta məktəbi yüksək nailiyyətlərlə başa vuran şagirdlərə qızıl və gümüş medalların verilməsi prosesinin bərpası da gözlənir. Həmin proses cari tədris ilindən tətbiq oluna bilər. Bunu isə jürnalistlərə müsahibəsində təhsil naziri Misir Mərdanov deyib. Artıq belə bir təklif hökumətə təqdim olunub. Müəllimlərin 5 illik müqavilə əsasında işə götürülmələri sivil Qərb ölkələrində geniş yayılmış üsuldur. Bu üsulun tətbiqi müəllimi öz peşəkarlığını daim olaraq artırmağa sövq edir ki, müasir əsrdə bunsuz keçinmək qeyri-mümkündür. Peşəkarlıq səviyyəsini artırmaqla müəllim həm də cəmiyyətdə şagird və valideyn kollektivi arasında nüfuzunu artırmış olur. Müəllimin məsuliyyət hissinin artırılması baxımından da sözügedən dəyişiklik labüddür. Başqa bir tərəfdən, sirr deyil ki, müəllimlərin heç də hamısının bilik səviyyəsi qənaətbəxş deyil. Vaxtilə olan bir sıra neqativ hallar səbəbindən indi dərs deyən müəllimlər arasında elələri var ki, onları orta məktəblərə buraxmaq belə qəbahətdir. Çünki belələri, şagirdlərə bilik öyrətməkdən daha çox, onun savadsız qalmasına rəvac verir. Bu mənada, 5 illik dövr bitdikdən sonra ixtisasartırma kurslarında toplanılan balların nəzərə alınması əsasında müqaviləyə yenidən baxılması savadsız müəllimlərin tədricən sıradan çıxmasına gətirib çıxaracaq.
   Görəsən sözügedən yeniliyə, habelə qızıl və gümüş medalla bağlı məsələlərə mütəxəssislərin münasibəti necədir?
   Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü, ən azından, məsuliyyət hissinin artırılması prizmasından müəllimlərlə müqavilə bağlanmasına müsbət baxır: "İstər dövlət, istərsə də özəl müəssisələrə işə götürəndə işçilə müqavilə bağlanır. Doğru addım olardı. Həmin hal müəllimin məsuliyyətini daha da artıracaq. Bu, gələcək müəllimlər olan tələbələr üçün də gözəl örnək olacaq. Öz üzərində çalışmaq, biliklərə dərindən yiyələnmək, elmi metodik səviyyəni püxtələşdirmək baxımından olduqca mühüm şərtdir. Müqavilə lazımdır və o, müəllimlərin öz peşə və vəzifələrinə məsuliyyətlə yanaşmalarında mühüm rol oynayacaq. Ancaq gələcəkdə neqativ hallar olmasa, şərtlərə hər iki tərəfdən doğru-düzgün əməl edilsə onun nəticəsi də müsbət olacaq. Burada söhbətin başlıca mahiyyəti müəllimin öz peşə səviyyəsini günbəgün, saatbasaat artırmasından ibarətdir. O daim öz üzərində işləməlidir. Düşünürəm orada elə şərtlər qoyulacaq ki, onu yerinə yetirməyən müəllimlərlə müqavilənin uzadılması ümumiyyətlə qeyri-mümkün olacaq. Prosesin gələcəkdə necə olacağını zaman göstərəcək. Müəllimin əvvəlki səviyyəsi bu günlə uyğunlaşmır. Həmin səviyyə zamanın tələblərinə, təhsilin qarşısında duran vəzifələrə, valideynin tələblərinə cavab vermir. Yəni müəllimlərimiz hazırda cəmiyyətin verdiyi sosial sifarişi yerinə yetirməkdə əsasən acizdir. Müqavilə nəticəyə əsaslanan müqavilə olacaq".
   Həmsöhbətimiz, qızıl və gümüş medalların verilməsinə gəldikdə isə, məsələyə bir qədər ehtiyatlı yanaşmanın tərəfdarıdır: "Orta məktəbi yüksək qiymətlə bitirənlər üçün fərqlənmə attestatları var. Bu, orta məktəbdə oxuyan şagird üçün bir stimuldur. Ancaq çox istərdim ki, ali məktəblərə qəbul zamanı qızıl və gümüş medalla bitirən əlaçı şagirdlərə heç bir imtiyaz verilməsin. Bunu, sadəcə olaraq, 11 il ərzində yüksək nəticələr əldə etmiş şagirdə verilən fərqləndirici döş nişanı kimi qəbul edirəm.
   Amma bir imtahan verməklə ali məktəblərə qəbul olunmaq kimi keçmiş imtiyaz verən ənənə bərpa olunmamalıdır. Qanunda da bu yoxdur, bununla belə, gələcəkdə kimsə belə imtiyazların verilməsilə bağlı hansısa maddə əlavə edəcəksə, bu çox qorxulu bir tendensiyaya səbəb olacaq. Sovet dönəmində bunu yaşadıq. Qızıl və gümüş medallar imtiyazlar olmadan veriləcəksə, əlaçı şagirdin 11 illik zəhmətini fərqləndirən bir döş nişanı kimi ona müsbət yanaşıram".
   
Həsən İSLAMOV
Xəzərin suyunun içməli hala gətirilməsi ideyası ekspertlərin qızğın müzakirəsinə səbəb oldu
Telman Zeynalov: "Dəniz suyunun yararlı vəziyyətə gətirilməsi kənd təsərrüfatı sektorunda çox faydalı nəticələrin əldə olunmasına ciddi təkan verə bilər"
Dövlət Məmmədov: "Bizdə dəniz suyunu içməli hala gətirmək üçün hansı texnologiyadan istifadə olunacağı barədə fikirlər hələlik aydın deyil"
Fevralın 18-də prezident İlham Əliyevin yanında ekoloji problemlərə həsr olunmuş müşavirə keçirilib. Sözügedən müşavirədə prezident İ.Əliyev 2010-cu ilin ölkəmizdə "Ekologiya ili" elan olunduğunu bildirib. Həmçinin, ölkə prezidenti respublikada ekoloji problemlərin həllinə böyük diqqət yetirildiyini və bununla bağlı konkret proqramın qəbul edildiyini vurğulayıb.
   Bununla yanaşı, prezident İlham Əliyev Xəzər dənizi suyundan içməli su kimi və suvarma məqsədilə istifadə edilməsinin beynəlxalq təcrübəyə uyğun mümkünlüyünü də qeyd edib. Prezidentin sözügedən fikri ölkə ictimaiyyətinin böyük marağına səbəb olub. Çünki Azərbaycan əhalisinə görə Cənubi Qafqazda ən böyük ölkə olsa da, su ehtiyatlarına görə həmin dövlətlərdən geri qalır. Ölkə əhalisi də hər keçən gün artmaqda davam edir. O baxımdan gələcəkdə dəniz suyundan suvarma və digər məqsədlər üçün istifadə olunması heç də pis olmazdı. Bəs mütəxəssislər necə düşünür?
   Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin sədri, ekoloq Telman Zeynalov bizimlə söhbətində sözügedən fikrin gözəl ideya olduğunu bildirdi: "Bir şərtlə ki, pul olsun. Pul olandan sonra bu səpkili layihələrin reallaşdırılması problem deyil. Ancaq bundan əvvəl çox istərdim ki, atılan suların təmizlənərək təkrar emala yönəldilsin. Hesab edirəm ki, bu daha sərfəli olardı. Çünki dəniz suyunun təmizlənib yararlı hala salınması bir qədər baha başa gəlir. Hərçənd, İsraildə, ərəb ölkələrində bu metoddan geniş istifadə olunur. İstəməzdim ki, onların təcrübəsindən necə var, elə də istifadə edək. Çünki bizdən fərqli olaraq, həmin ölkələrin içməli su ehtiyatı yoxdur. Ona görə də onlar dəniz suyunu duzdan təmizləyib istifadə edir. Bizdə analoji metoda keçməzdən əvvəl, yaxşı olardı ki, mövcud suları təmizləyib, istifadəyə yararlı vəziyyətə gətirək. Onu da qeyd edim ki, dəniz suyunun yararlı vəziyyətə gətirilməsi kənd təsərrüfatı sektorunda çox faydalı nəticələrin əldə olunmasına ciddi təkan verə bilər. Məsələ ondadır ki, dəniz sularının tərkibində həddən artıq gübrə tərkibli maddələr var. Azot, fosfor, kalium və sair gübrələr var. Biz torpaqdan çıxan məhsulu istehlak edirik. Həmin məhsulun tərkibi də gübrələrlə zəngindir. O baxımdan dəniz suyu ilə suvarmanın aparılması sərfəlidir, həmin suvarmadan sonra əldə olunan məhsulun keyfiyyəti də digərlərindən üstün olacaq. Bununla belə, məhsuldarlığın səviyyəsi də üstün olacaq. Ən nəhayət, əldə olunan məhsul da ekoloji baxımdan təmiz olacaq".
   "Su İstehsalçıları" İctimai Birliyinin sədri Dövlət Məmmədovun fikrincə, dəniz suyunun təmizlənməsi praktikası dünyanın hər yerində var: "Dünyanın bəzi ölkələrində, ABŞ-da, Avstraliyada, ərəb ölkələrində dəniz suyunu təmizləyib, içirlər. Eyni zamanda, digər məqsədlər üçün istifadə edirlər.
   Ancaq dəniz suyundan daha çox suvarma məqsədilə istifadə edilir. Məsələn, ağacların, əkin sahələrinin suvarılmasında istifadə olunur. İndi bizdə də bu məsələyə qayıdırlar. Ona görə ki, içməli su ilə bağlı problemlər var. Həmin içməli suyu ağaclara, tarlaya vermək düzgün deyil. Ona görə də gələcəkdə dəniz suyunu yararlı hala gətirilməsi üçün sözügedən metod haqqında fikirləşirlər.
   O baxımdan sözügedən layihənin reallaşdırılması pis olmazdı. Ancaq buna baxmayaraq, bizdə dəniz suyunun içməli hala gətirmək üçün hansı texnologiyadan istifadə olunacağı barədə fikirlər hələlik aydın deyil.
   Müqayisə üçün qeyd edim ki, bulaq sularının tərkibində oksigen çoxdur və bu da insan orqanizminə, əsasən də uşaqlara yaxşı təsir edir.
   Ancaq dəniz suyu təmizlənəndən sonra bunun təzədən oksidləşəcəyi, yoxsa həmin suya oksigen vurulacağı aydın deyil. Digər tərəfdən, Avropa Birliyinin dəstəyilə bütün Azərbaycan sularının xəritəsi hazırlanır. Bu ona görədir ki, biz Qafqaz respublikaları içərisində su ehtiyatlarına görə üçüncü yeri tuturuq. Meşələrin qırılması ilə əlaqədar bulaqlar da quruyur. O üzdən bu problem bizi düşündürməli və alternativ yollar axtarmalıyıq".
   
Vidadi ORDAHALLI
Avtomobil satış mərkəzlərinin reklamı bərbad vəziyyətə düşüb
"Adi avtomobil sahibləri piyada qalacaq", "indicə aldığımız məlumata görə", "yollar buz bağlayacaq"...
Azərbaycanda bazar iqtisadiyyatı qaydaları getdikcə möhkəmlənir. Əslində bu zərurəti əksəriyyət dərk edir ki, uğurlu biznes-istehsal fəaliyyəti reklam-marketinq texnologiyasından çox asılıdır. Kim öz məhsul və xidmət növünün yaxşı reklamını təşkil edə bilirsə, lazımi uğurları qazana bilir. Əks təqdirdə isə... iflas, süqut və s. qaçılmazdır.
   Xeyli vaxtdır ki, müxtəlif biznes mərkəzləri ölkə KİV-də öz reklam materiallarını yerləşdirir və təbii ki, xeyli pulların xərcləndiyi bu işin arxasında müəyyən maddi gəlirlər götür-qoy edilir.
   Müxtəlif satış-istehsal mərkəzlərinin, bir qayda olaraq, audiovizual reklam mətnlərinə üstünlük verməyi, bir növ, əsas reklam üsuluna çevrilib və bu zaman iş adamlarının çap KİV-nin reklam imkanlarına hansısa səbəbdən göz yumması başqa söhbətin mövzusudur. Tək onu deyək ki, çap KİV-nin elektron KİV ilə müqayisədə daha üstün reklam imkanlarına malik olması şəksizdir və bu üstünlüyə iş adamları tərəfindən lazımi önəm verilməməsi fakt olmaqla yanaşı, iş adamlarının öz günahıdır.
   Keçək əsas məsələyə. Yəqin ki, teleradio həvəskarları artıq 5-6 aya yaxın müddət ərzində Bakıdakı avtomobil satışı mərkəzlərinin reklam mətnlərilə tanış olmaq imkanına malik olub. Bu reklam mətnləri o qədər yersiz və uyğunsuzdur ki, belə reklama minlərlə pul xərcləyən iş adamlarının menecerlik qabiliyyəti, sadəcə təəssüf doğurur. Reklam mətnləri tərtib olunarkən məkan və zaman prinsipinin savadsızcasına pozulması təkcə fəlsəfi təfəkkürü olan adamların yox, həm də çox sadə insanların təəssüfünə səbəb olur. Təkcə iki fakt göstərək. Söhbət Bakıdakı avtomobil satışı mərkəzlərinin radio və televiziyalardakı reklam mətnlərindən gedir. Bəlkə də, bu mətnlərin səviyyəsizliyini və uyğunsuzluğunu müvafiq radio və televiziyalar da dərk edir. Lakin əhəmiyyət vermədən həmin mətnləri aylarla, illərlə öz efirlərində fırladırlar. Başadüşüləndir. Onlar reklam üçün müvafiq tariflərə uyğun pullarını alır və necə deyərlər, "kef edirlər". Bəs, avtomobil satışı mərkəzləri necə? Onlar belə savadsız mətnlərə görə nə qədər alıcını və potensial alıcı rəğbətini itirdiklərinin fərqinə varırmı?
   Biz konkret avtomobil satış firmasının adını çəkməyəcəyik. Onlar bu gün Bakıda çoxdur. "Hunday", "Kia", "Honda", "Toyota", "Shewrolet", "Pejo", "Subaru", "Mercedes", "Ford" və s. Bizim dediklərimizdən hər kəs öz payını götürəcək.
   Birinci fakt: bir reklamda deyilir: "Sinoptiklərin məlumatına görə, Azərbaycanda qar yağacaq, yollar buz bağlayacaq və yəqin ki, adi avtomobil sahibləri piyada qalacaq. Ona görə də filan şirkət sizə hər cür hava şəraitində problemsiz hərəkət edən filan maşınları təklif edir, tələsin, avtomobillərin sayı məhduddur". Çox gözəl! Ancaq reklamın səsləndiyi vaxt firma sahibləri filan qədər endirimlə alıcıları cəlb edə biləcəklərini düşünürsə, səhvə yol verir. "Camaat çörəyi qulağına yemədiyinə" görə belə tələlərə düşməz. Çünki hamı yaxşı bilir ki, havaların ən sərt və yolların buz bağladığı dövr arxada qaldı. Azərbaycanda bundan sonra, ən azı, 10 ay yolların buz bağlamayacağını və adi avtomobil sahiblərinin piyada qalmayacağını hamı bilir. Kimi aldadırsınız?! Belə reklamlar beş-on gün əvvələ qədərki bir-iki aylıq dövrdə səsləndirilsəydi, biznes uğurları böyük ola bilərdi. Ancaq indi, havaların bahar nəfəsilə sürətlə isindiyi bir dövrdə hansı yolların buz bağlamasından söhbət gedə bilər? Deyəsən belə getsə, bu cür avtomobil reklamları yayın ortasında da teleradio efirlərində səslənəcək?
   İkinci fakt: bir avtomobil satış mərkəzi elektron KİV-də belə məzmunlu reklam çarxını, bu məqalə müəllifinin xatırlamasına görə, artıq 5-6 aydır səsləndirir: "İndicə beynəlxalq aləmdən aldığımız məlumata görə, filan avtomobil filan reytinq göstəricisinə görə uğur qazanıb".
   Sözsüz ki, bu cümlədən sonra alıcılar müxtəlif şirnikləndirici şərtlərlə həmin avtomobili almağa dəvət edilir. Diqqət edirsinizmi? 5-6 aydır həmin reklam gedir və hər dəfə də reklamın əvvəlində "indicə aldığımız məlumata görə" ifadəsi səslənir. Belə ifadə maksimum 3-5 gün, uzağı bir həftə onu dinləyənləri təsirləndirə bilər. Ancaq söhbət 5-6 aylıq bir dövrdən gedəndə "indicə" ifadəsi mənasız və aldadıcı bir taktikaya çevrilir və yəqin ki, bunu anlamayan yoxdur.
   Biz iki fakt göstərdik. Faktlar çoxdur. Ancaq saysız faktları göstərmədən də suallar yaranır: "Belə reklamların mənasızlığını müəllif şirkətlər dərk etmirmi? Bəlkə, onları satışın vəziyyəti yox, reklam adı altında, sadəcə hansısa məbləğdə pulların silinməsi maraqlandırır?".
   Mövzuya qayıdacağıq.
   
Sahil QULİYEV
Xaçmazda benzin üstündə Standartlaşdırma Komitəsi ilə YDM rəhbərinin "davası" düşüb
Gülağa Ağayevlə Fəxrəddin Məmmədovun fikirləri çarpazlaşdı
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Xaçmazdakı yanacaqdoldurma məntəqələrində yoxlama aparıb və nəticədə qüsurlar aşkarlanıb. Nəticələrlə razılaşmayan məntəqə sahibləri yoxlamanın pulunun onlardan tutulmasını hələ də anlaya bilmir.
   Komitənin müfəttişi Fəxrəddin Məmmədovun sözlərinə görə, ötən ilin oktyabrından bəri regionlarda yoxlamalara başlanıb. Nəticədə 50-yə yaxın yanacaqdoldurma məntəqəsi müvəqqəti bağlanıb. Komitə Quba və Xaçmazda bir qaz və beş benzinlə işləyən yanacaqdoldurma məntəqəsində reyd keçirib.
   Fəxrəddin Məmmədovun sözlərinə görə, bir neçə gün əvvəl nümunə götürülüb və yoxlanıb, keyfiyyət aşağı çıxıb.
   Yanacdaqdoldurma məntəqələrində isə bununla razı deyillər. Müəssisə rəhbərlərinin sözlərinə görə, yanacağın keyfiyyətinin aşağı olması onların günahı deyil. Belə ki, müəssisə yanacağı Xaçmazdakı neft bazasından alır və benzinə heç nə qatmır. Bundan başqa, sahibkarları narazı salan digər səbəb yoxlamanın haqqının onlardan tutulmasıdır.
   "Benzinin yoxlanması mənim hesabıma deyil, yoxlanan tərəfin hesabına olmalıdır. Mən sifariş etməmişəm ki, kimsə gəlib benzin yoxlasın. 731 manat pulu köçürməyə imkan yoxdu, 622 manat sınaq pulu, 111 manatda ƏDV puludur" - deyə yanacaqdoldurma məntəqəsinin rəhbəri Gülağa Ağayev söyləyib.
   Komitənin müfəttişi Fəxrəddin Məmmədovun sözlərinə görə, bu məbləğ komitəyə deyil, yanacağın keyfiyyətini yoxlayan laboratoriyalara ödənilir. "Şərtlərə görə, benzin üzrə 15 növ, dizel yanacağı üzrə 21 növ analizlər aparılır. Hər bir analizin özünün qiyməti var. Standartlaşdırma, Metrologiya və Patent Dövlət Komitəsi üçün 50 faiz bu laboratoriyalar endirim etdikdən sonra gəlir 635 və 620 manata gəlib çıxır. Hələ burda bu qiymətlərin içərisində nümunənin alınma qiyməti yoxdur" -deyə o bildirib.
   Keyfiyyətə gəldikdə isə, Fəxrəddin Məmmədov deyir ki, komitə Xaçmaz neft bazasında da yoxlama aparıb və nəticədə heç bir keyfiyyətsiz mal aşkar edilməyib.
Lənkəranın Qumbaşı kəndində polis külli miqdarda silah-sursat aşkarlayıb
Hətta avtobus dayanacağından da silah tapılıb
Bu barədə APA-nın cənub bürosuna Lənkəran şəhər Polis Şöbəsindən məlumat verilib.
   Məlumata görə, şöbəyə daxil olan anonim telefon zəngi əsasında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Qumbaşı kəndi ərazisində 2 ədəd "F1" əl qumbarasından, 1 ədəd əl qumbarasının alışdırıcısı, 340 ədəd 7,62 kalibrli avtomat mərmisi, 1 ədəd avtomat sandıqçası və 1 ədəd süngü bıçağı silah-sursat tapılaraq götürülüb. Bundan əlavə, rayonun Nərimanabad qəsəbəsindəki avtobus dayanacağından 1 ədəd 16 kalibrli ov tüfəngi aşkarlanaraq götürülüb.
   Polis şöbəsindən bildirilib ki, aşkar olunan silahların hər hansı bir cinayətdə istifadə olunub-olunmadığını və döyüşə yararlılığını dəqiqləşdirmək məqsədilə müvafiq ekspertiza keçiriləcək və daha sonra onlar Daxili İşlər Nazirliyinin anbarına təhvil veriləcək.
   Faktla bağlı araşdırma aparılır.
   
Elməddin Sadıqov "Mercedes"i ağaca vurdu və bir nəfər öldü
5 nəfər xəsarət alıb
Azərbaycan paytaxtında yol qəzasında bir nəfər ölüb, 5 nəfər xəsarət alıb.
   Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend News-a verilən məlumata görə, srağagün saat 03:25 radələrində Tbilisi prospektində Biləcəri qəsəbə sakini Elməddin Sadıqov idarə etdiyi "Mercedes" markalı avtomobili ağaca vurub.
   Nəticədə, hadisə yerinin yaxınlığında olanlardan Bakı şəhər sakini Gülsüm Mirzəyeva ölüb, Siyəzən şəhər sakini Nizami Hacıyev, habelə, sürücü Sadıqov və onun avtomobilindəki sərnişinlər - Bakı şəhər sakinləri Vüqar Abdullayev, Pərviz Qədirov, Novruz İmanov isə xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı cinayət işi başlanıb.
   
 
 
 SON XƏBƏRLƏR
2010-02-22 Qarabağda pozulan atəşkəs yaxınlaşan müharibədən xəbər verir
2010-02-22 3 saylı Bakı İstintaq Təcridxanasında 9 günlük aclıq...
2010-02-22 Azərbaycanda avtomobil yolları ilə bağlı yeni layihələr başlayır
2010-02-22 ABŞ Mərkəzi Asiyaya "əl-Qaidə" barədə xəbərdarlıq etdi
2010-02-22 Oqtay Əsədov Mahmud Əhmədinejadla görüşdü
2010-02-22 Ordubadlı Mir Hüseyn Rəhimov külli miqdarda narkotiklə tutuldu
2010-02-22 Azərbaycan Elminin İnkişafı Fondunun 10 nəfər işçisi olacaq
2010-02-22 Türkiyə-Ermənistan protokolları ilə bağlı "Qarabağ peşmançılığı" baş qaldırıb
2010-02-22 Nazirin bəzi hakimlərə "həbs qətimkan iradına" dəstək gəldi
2010-02-22 Rəsmi dairələrdə milli-etnik kadr söhbətlərinin qaldırılması deputatın narazılığına səbəb olub
2010-02-22 Oğuz sakini Esmira Abbasova qadın alverçisi imiş
2010-02-22 Torpaq sürüşməsi problemi Astaranı da tutdu
2010-02-22 "Nəsimi" metrostansiyasının yanında "06" Jiquli yandı
2010-02-22 İran da PKK-nın qanadı olan PJAK-a qarşı əməliyyatlara başladı
2010-02-22 "Taliban" növbəti dəfə Əfqanıstan prezidentinin sülh çağırışını rədd etdi
2010-02-22 General BBC və "Amerikanın səsi"ni hədələdi
2010-02-22 Rusiya İranı S-300 raketlərinə həsrət qoymayacaq
2010-02-22 Elməddin Sadıqov "Mercedes"i ağaca vurdu və bir nəfər öldü
2010-02-22 Lənkəranın Qumbaşı kəndində polis külli miqdarda silah-sursat aşkarlayıb
2010-02-22 Xaçmazda benzin üstündə Standartlaşdırma Komitəsi ilə YDM rəhbərinin "davası" düşüb
2010-02-22 Bankların gəlirliyi xeyli zəifləyə bilər
2010-02-22 BVF-nin Azərbaycan Mərkəzi Bankına 4 faizlik inflyasiya təklifi müzakirəyə çıxdı
2010-02-22 Qabil Hüseynli Azərbaycanın İrana nota verməsini zəruri sayır
2010-02-22 Qarabağ probleminə İranda da ədalətlə baxanlar az deyil
2010-02-22 İsrail nüvə silahının yayılmamasına dair sazişə qoşulmadığını bir daha bildirdi
2010-02-22 Əli Xamneyinin özünün iştirakı ilə İran daha bir raket silahını sınaqdan keçirib
2010-02-22 Xəzərin suyunun içməli hala gətirilməsi ideyası ekspertlərin qızğın müzakirəsinə səbəb oldu
2010-02-22 Orta məktəb müəllimləri ilə çoxdan 5 illik müqavilə imzalanmalı imiş
2010-02-22 Azərbaycanda Elmi-praktik Psixatriya İnstitutu barədə təklif hələ reallaşmayıb
2010-02-22 Hüseyn Mirzəyevin İmişlidəki evi əxlaqsızlıq yuvasına dönüb
2010-02-22 "Poçtbank"ın Azərbaycan Rabitə Nazirliyinə yaratdığı beynəlxalq qalmaqal bitdi
2010-02-22 Kainat şerinə qafiyədir Məhəmməd(ə)
2010-02-22 "Neftçi"nin baş məşqçisi futbolçuları günahlandırdı
2010-02-22 Nazim Süleymanov PFL-in qərarına qarşı çıxdı
2010-02-22 İl ərzində Braziliyanı 1000-dən artıq futbolçu tərk edib
2010-02-22 "Barselona" "Nou Kamp"da "Rasinq"i 4 cavabsız qolla məğlub etdi
2010-02-22 "Altılığ"a düşən sonuncu komanda bəlli oldu
2010-02-22 "Bavariya" - "Fiorentina" matçında hakimin kobud səhvi Blatteri hərəkətə gətirdi
2010-02-22 Bukmeker kontorları ilə işbirliyinə girib oyun satan futbolçunun adı açıqlandı
2010-02-22 Bir futbolçu bir oyunda 6 qırmızı vərəqəni necə aldı?
2010-02-22 Fatih Terim hələ də işsizdir
2010-02-22 Pokora məğlub oldu və şikayətləndi
2010-02-22 U-21-in kapitanının sarı vərəqə limiti dolub
2010-02-22 Azərbaycan təmsilçisinin olimpiadadakı çıxışı təxirə salındı
2010-02-22 Güləşçilərimiz Ukraynadan 4 medalla dönür
2010-02-22 Ponomaryovun komandası Konyada hamını şoka saldı
2010-02-22 "Neftçi"nin baş məşqçisi Vaqif Sadıqov istefaya göndərildi
2010-02-22 Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası: nailiyyətlər, problemlər və perspektivlər...
2010-02-22 Aşıq Ədalətin ANS-ə qarşı "Yanıq Kərəmi" qadağası...(?)
2010-02-22 Avtoqrafa meyl azalıb, ya imzalar hörmətdən düşüb?
2010-02-19 Ermənilərlə təmas xəttində əsl müharibə döyüşləri başlayıb
2010-02-19 Gəncəli Sabiq qaynatasının evində arvadını güllələdi
2010-02-19 "Turan"ın müxbiri Tapdıq Fərhadoğlu "Sahil"də qız oğurluğunun qarşısını fədakarcasına aldı
2010-02-19 Çexiya şirkəti Zakir Qaralovu məhkəməyə verdi
2010-02-19 övsanda 39 yaşlı polis kapitanını döyəni tutdular
2010-02-19 İqtisad Universiteti ilə üzbəüz "Karvan" çay evi partladı
2010-02-19 Elxan Mustafayev insan alverinə görə tutuldu
2010-02-19 Azərbaycandan Türkmənistana gedən "Qarabağ" gəmisindən bir nəfər xəbərsiz dənizə düşüb
2010-02-19 Göygölün Hacıməlik kəndində dəhşətli qətl...
2010-02-19 Ermənistan parlamenti fevralın 19-da məşhur və qalmaqallı Sürix protokollarının müzakirəsinə başlayır
2010-02-19 Qarabağ münaqişəsinin həllinə dair bir "yol xəritəsi" də gəlir...
2010-02-19 5 deputat ATƏT Parlament Assambleyasının qış sessiyasına getdi
2010-02-19 ABŞ dövlət katibinin müavini Uilyams Berns bu gün bir günlüyə Bakıya gəlir
2010-02-19 "Reket" qəzetlərin arxasında bəzi dövlət məmurları dayanır
2010-02-19 Prezident ekoloji müşavirədə Xəzərin suyu ilə bağlı maraqlı bəyanat verib
2010-02-19 "Qış bulvarı"nın güdazına gedən ev sahiblərindən dördü dünən Prezident Administrasiyasında qəbul olundu
2010-02-19 Çingiz Qənizadə də Bakıda polislə toqquşan dindarların idarə edildiyini bildirdi
2010-02-19 Əflatun Amaşov bəzi dövlət qurumları ilə "reket" qəzetlərin planlaşdırılmış hərəkət etməsindən şübhələnir
2010-02-19 "ATV adlı bir kanalın olduğu artıq təsdiqlənib"
2010-02-19 Azərbaycanda hərbi səfərbərlik hazırlığı...
 
 
 
Copyright (c) Bakı Xəbər 2009