22 Fevral 2010-cı il, N 295(1193)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3668)
"Mən baldırlarımı açıb göstərmirəm" (3557)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2492)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2440)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2259)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2034)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1757)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1650)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1362)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1344)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
İrandan Azərbaycana təxribatçılar dəstəsi keçib
Dini zəmində qarşıdurmada maraqlı qüvvələr fəallaşır
İranla Azərbaycan arasında növbəti bir diplomatik qalmaqalın əsası qoyulmaqdadır və proseslərin təhlili göstərir ki, buna əsas səbəb cənub qonşumuzun nəzarətində olan radikal dini qruplaşmalar vasitəsilə ölkəmizə təsir göstərmək niyyətidir. Söhbət, konkret olaraq, "Hizbullah" terror təşkilatının bir qolu olan "Ənsare Hezbollah" qruplaşmasının bir qrup üzvünün fevralın 16-da Azərbaycanın Təbrizdəki baş konsulluğu qarşısında aksiya keçirərək rəsmi Bakının ünvanına sərt ittihamlar səsləndirməsindən gedir.
   Qeyd edək ki, hizbullahçıları qəzəbləndirən əsas səbəb fevralın 13-də "Hacı Soltanəli" məscidindən ibadətdən çıxan təxminən 60-70 nəfərdən ibarət dindarla polis arasında yaşanan qarşıdurma olub. Həmin vaxt dindarlar qanunsuz aksiya keçirməyə cəhd göstərdiyindən, polis bunun qarşısını almaq məcburiyyətində qalıb. Lakin polisə müqavimət göstərilib. Bununla bağlı verdiyi açıqlamada DİN-in nümayəndəsi Ehsan Zahidov qeyd edib: "Dindarlar qanunsuz yürüş keçirməyə cəhd göstərib. Polis əməkdaşları onlardan bu hərəkətlərinə son qoymağı tələb edib. Çünki onların bu hərəkəti ictimai nəqliyyatın intensiv hərəkətinə mane olurdu, insanların gediş-gəlişini çətinləşdirirdi. Ancaq təəssüf olsun ki, aksiyanın bir neçə üzvü, polisin qanuni tələblərinə məhəl qoymayaraq, hüquqa zidd hərəkətlərini davam etdirib. Təxminən 15 nəfər saxlanaraq ərazi polis bölməsinə aparılıb. Araşdırma aparılır və araşdırmanın nəticəsindən asılı olaraq tədbir görüləcək" .
   Bəzi məlumatlara görə isə, hadisələrin bu səpkidə inkişafında İranla bağlı insanların olması istisna deyil. Bu ehtimalı daha da gücləndirən bir amil Müşfiqabad qəsəbə məscidinin imamı Mübariz Qaçayevin verdiyi açıqlamalardır. Mübariz Qaçayevin sözlərinə görə, fevralın 19-da onu qəsəbə icra nümayəndəliyinə çağırıb namaz zamanı ehtiyatlı olmaq, kənar yerlərdən məscidə adam buraxmamaqla bağlı xəbərdarlıq ediblər. Bununla bağlı "Azadlıq" radiosuna açıqlamasında Mübariz Qaçayev qeyd edib: "İcra nümayəndəliyində dedilər ki, indi Qaradağ Rayon İcra Hakimiyyətindən gəlirik, orda geniş müzakirə aparıldı, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları da o toplantıda olub. Onlar bildiriblər ki, İrandan təxribatçı dəstələr Azərbaycana keçib və adamların sıx olduğu yerlərdə, o cümlədən məscidlərdə təxribatlar törətmək istəyirlər. Ona görə də ehtiyatlı olun".
   Məscidin imamı daha sonra bildirib ki, iki gün əvvəl isə onu ərazi polis şöbəsinə çağırıb tapşırıblar ki, şəhərin başqa yerlərindən məscidə gələnlərin qarşısını alsın. Digər məlumata görə, fevralın 19-u Bakıdakı Məşədi Dadaş məscidinə də xəbərdarlıq edilib. Məscidin nümayəndəsi Şahin Həsənlinin sözügedən radioya verdiyi məlumata görə, onlara Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən deyiblər ki, dindarların küçədə namaz qılmasının qarşısını alsınlar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov da Məşədi Dadaş məscidinə belə bir tövsiyə olunduğunu təsdiqləyib. Şöbə müdirinin sözlərinə görə, xəbərdarlıq törədilə biləcək təxribatlara dair məlumatların olmas ilə bağlıdır.
   Qeyd olunanlar bir daha Azərbaycanda dini zəmində qarşıdurma yaradılmasında maraqlı olan qüvvələrin mövcudluğunu təsdiqləyir. Həmçinin, fevralın 13-də "Hacı Soltanəli" məscidindən çıxan dindarlarla polis arasında qarşıdurmanın yaşanmasının arxasında təxribatçı qüvvələrin durma ehtimalı, qeyd olunduğu kimi, kifayt qədər yüksəldir. Azərbaycana isə, ənənəvi olaraq, dini səpkidə təsir göstərməyə çalışan qüvvə kimi İran tərəfi çıxış edir. Görünür, bu səbəbdən fevralın 13-də ölkəmizdə baş verən məlum olaya İranda müəyyən qüvvələrin sərt reaksiya verməsi təsadüf deyil. "Hizbullah" terror təşkilatının bir qolu olan "Ənsare Hezbollah" adlı qrupun təmsilçiləri Azərbaycanın Təbrizdəki baş konsulluğu qarşısına toplaşaraq ölkəmizin əleyhinə sərt fikirlər səsləndirib. Aksiya iştirakçıları Bakıda "dindarların aksiyasının qarşısının alınmasına" etirazlarını bildirib. "Etirazçılar" Azərbaycan dövlətinə "şiələrə qarşı əməllərinə son qoyulması barədə" xəbərdarlıq edib. Aksiyada Azərbaycan dövləti əleyhinə sərt şüarlar səsləndirilib.
   Olay vaxtı baş konsulluğun ətrafı polis və təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.
   Təbrizin inqilabçı ruhanilərindən biri kimi təqdim olunan Höccətül İslam Becani isə, bir qədər də irəli gedərək, "Azərbaycan polisinin hücum edərək Bakıda aksiya keçirilən küçəni dindarların qanına boyamasını" pisləyib.
   Abdullah Cəfəri adlı tələbə isə, ümumiyyətlə, Azərbaycanın Təbrizdəki baş konsulluğunun bağlanmalı olduğunu deyib: "Bu konsulluq Hatəminin vaxtında açılıb, bu səhv addım idi. Ona görə də Konsulluq təcili olaraq bağlanmalıdır".
   Maraqlıdır ki, Azərbaycana ünvanlanmış bəyanatın sonunda dəstəyə görə İranın rəsmi dövlət qurumlarına minnətdarlıq bildirilir. Deməli, İran hakimiyyət orqanlarının Azərbaycana qarşı təxribat xarakterli aksiyaların keçirilməsində rolu olub ki, "Ənsare Hezbollah" kimi iri şiə təşkilatının nümayəndələri onlara təşəkkür edib. Yeri gəlmişkən, aksiya zamanı Azərbaycanı ABŞ və İsraillə yaxın münasibətlər qurmaqda da ittiham ediblər.
   Bununla yanaşı, fevralın 18-19-da Azərbaycanın İrandakı səfirliyinin qarşısında da etiraz aksiyaları keçirilib. Dünya Azərbaycanlıları Konqresi, bütün bunlara etiraz əlaməti olaraq, fevralın 22-si saat 12.00-da İranın Azərbaycandakı səfirliyi qarşısında dinc aksiya keçirməyi planlaşdırır. Məsələ ilə bağlı
   Dünya Azərbaycanlıları Konqresi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət ünvanlayıb. DAK-ın mətbuat xidmətindən "Lent.az"a verilən məlumata görə, müraciətdə İran hakimiyyətinin 40 milyona yaxın Güney Azərbaycan türkünə qarşı davamlı təzyiq siyasəti həyata keçirdiyi vurğulanır: "Aldığımız məlumata görə, son zamanlar azərbaycanlılara qarşı təqib və təzyiqlər şiddətlənib, öz milli hüquqlarını tələb edən minlərlə soydaşımız həbs olunub, hətta bəzilərinin harada saxlandığı barədə heç bir məlumat yoxdur, onlar təcridxanalarda ağır fiziki və mənəvi işgəncələrə məruz qalır, eyni zamanda hərəkatçılar müxtəlif üsullarla müəmmalı şəkildə qətlə yetirilir, bəzi milli fəalların səhhəti ağırlaşdığından həyatı təhlükə qarşısındadır, onlar tibbi müayinədən, ailəsilə görüşmək və vəkil tutmaq hüququndan məhrum edilib, məhkəmələrdə onlarla soydaşımıza ədalətsiz həbs, sürgün və şallaq cəzaları kəsilib. Bu azmış kimi, 18-19 fevral 2010-cu il tarixində Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinin qarşısında etiraz aksiyaları keçirilib. Piketdə diplomatik korpusumuza və üçrəngli bayrağımıza qarşı hörmətsizlik nümayiş etdirilib. Belə ki, Azərbaycanın bayrağı yandırılıb, səfirlik isə yumurta atəşinə tutulub. Eyni zamanda, Azərbaycan Respublikasının digər simvolları təhqir olunub".
   Lakin son günlər ərzində İranın Azərbaycana qarşı təxribat xarakterli fəaliyyəti bununla yekunlaşmır.
   İranın Ermənistandakı səfiri Seyid Əli Sağeyanın İrəvanda keçirdiyi mətbuat konfransında
   səsləndirdiyi bir fikir hazırda ermənilərin əlində yeni şüara çevrilib. Belə ki, səfir İranı "Qarabağla ümumi sərhəd"ə malik olan yeganə dövlət kimi qiymətləndirib.
   Rusiyanın "Regnum" agentliyinin yaydığı məlumata görə, səfir sülhməramlı qüvvələrin Dağlıq Qarabağda yerləşdirilməsilə bağlı sualı cavablandıraraq bu fikri söyləyib: "Dağlıq Qarabağla müştərək sərhədə malik İran bu ərazilərdə yerləşdirilə biləcək sülhməramlı qüvvələrin tərkibinə dair öz fikrini və mövqeyini bildirəcək". Ermənistan mediası bunu İranın Qarabağı "müstəqil dövlət kimi" qəbul etməsinin göstəricisi olaraq qiymətləndirib. Düzdür, diplomat özü "Qarabağla ümumi sərhəd" deyəndə nəyi nəzərdə tutuduğunu da dəqiqləşdirməyib. Çünki həmin ərazidə İran Azərbaycanla - indi ermənilərin nəzarətində olan Cəbrayıl, Füzuli və Zəngilan rayonları ilə həmsərhəddir. Bütün bunlar fonunda isə İran hakimiyyətinin nəzartəində olan "Səhər" televiziya kanalının Azərbaycana qarşı əsassız tənqidləri yenidən güclənməyə başlayıb.
   Beləliklə, baş verənlər İranın Azərbaycana heç də xoş münasibət sərgiləmədiyini göstərir.
   
Tahir TAĞIYEV
Rusiya İranı S-300 raketlərinə həsrət qoymayacaq
Rusiya İrana S-300 zenit-raket komplekslərinin satışı ilə bağlı müqavilənin şərtlərini yerinə yetirmək niyyətindədir.
   APA-nın INTERFAX-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. Onun sözlərinə görə, raketlərin çatdırılmasında ləngimələr texniki problemlərlə bağlıdır.
   
General BBC və "Amerikanın səsi"ni hədələdi
İran polisinin şefi general İsmayıl Əhmədi Müqəddəm Britaniyanın BBC, Amerikanın "Voice of America" ("Amerikanın səsi") yayım şirkətlərini xüsusi xidmət orqanlarına işləməkdə günahlandırıb.
   "BBC MI-6-nın əlində alətdir, "Voice of America" isə MKİ-yə məxsusdur", deyə iranlı general bəyan edib.
   "Xəbər və fotoşəkil ötürərək xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edənlər nəzarətdə olduqlarını bilməlidir. Vaxtı çatanda biz onlarla hesablaşacağıq", deyə Müqəddəm əlavə edib.
   
"Taliban" növbəti dəfə Əfqanıstan prezidentinin sülh çağırışını rədd etdi
"Kərzayi oyuncaqdır"
Əfqanıstan prezidenti Həmid Kərzai yenidən Talibana sülhə qoşulmaq səylərini qəbul etmək və hökumətə qoşulmaq haqqında müraciat edib.
   APA-nın voanews.com-a istinadən verdiyi məlumata göra, Kərzai bu cağırışı Kabildə Əfqanıstan parlamentinin açılış sessiyasında etdiyi çıxış zamanı səsləndirib.
   Kərzayi qiyamçıları silahı yerə qoymağa və ölkənin bərpası, eləcə də sülhün bərqərar olması yolunda birgə işləməyə çağırıb. "Taliban" hərəkatı isə növbəti dəfə Əfqanıstan prezidenti Həmid Kərzayinin sülh çağırışını rədd edib. Bunu dünən "Taliban" şurasının rəhbəri Kari Mühəmməd Yusif bəyan edib. "Kərzayi oyuncaqdır. O xalqı və ya hökuməti təmsil edə bilməz", - deyə K.M.Yusif vurğulayıb.
   Bu arada NATO Talibanın Əfqanıstanın cənubunda istinadgahına hücumları davam etdirir.
   
İran da PKK-nın qanadı olan PJAK-a qarşı əməliyyatlara başladı
İran İslam Respublikasında təhlükəsizlik qüvvələri kürdlərin silahlı birləşməsi olan PJAK-a (Azad Kürdüstan Partiyası) qarşı xüsusi əməliyyat keçirib.
   Milli.Az-ın "Reuters"ə istinadən verdiyi xəbərə görə, əməliyyat nəticəsində 4 yaraqlı öldürülüb. İran hakimiyyəti onları ötən ilin dekabrında törədilən teraktda günahlandırır. Həmin terakt nəticəsində 3 yerli polis həlak olmuşdu.
   
"Nəsimi" metrostansiyasının yanında "06" Jiquli yandı
Bakının Binəqədi rayonu ərazisində küçədə avtomobil yanıb.
   Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, dünən axşam saat 21:30 radələrində Bakıda metronun "Nəsimi" stansiyasının yaxınlığında "VAZ-2106" markalı avtomobilin mühərrik hissəsi yanmağa başlayıb.
   Hadisə yerinə gələn yanğınsöndürənlər avtomobilin tamam yanmasının qarşısını alıb. Yanğın elektrik qısaqapanması nəticəsində baş verib.
   
   
   
   
Bankların müsadirə etdiyi əmlak və obyektlərin satışında canlanma başlayıb
Xammal-əmtəə birjasında yeni proseslər görünür
Azərbaycanın kredit bazarının mövcud durumunun təhlili bir daha göstərir ki, ölkədə problemli sayılan kreditlərin həcmi yenə də artmaqda davam edir. Ekspertlərin bir çoxu burada yerli kommersiya banklarının özünün də kifayət qədər yanlışlıqlara yol verdiyi qənaətindədir.
   Belə ki, Mərkəzi Bankın faiz dərəcəsinin 2 faiz olmasına baxmayaraq, bankların təklif etdiyi istehlak və digər kreditlərin orta faiz dərəcələri həddindən artıq yüksəkdir.
   Borcalanların əksəriyyəti kredit faizlərini ödəyə bilmədiyindən bankların sərəncamında çoxlu sayda ipoteka yükü edilmiş əmlak, maşın, torpaq sahəsi var.
   Araşdırmalar göstərir ki, indi ölkə məhkəmələrində kredit qayıtmadığına görə, girovun sahibindən alınması ilə bağlı minlərlə işə baxılır. Sonra həmin girovlar xüsusi hərraclarda satılır. Girovların çoxu mənzil və avtomobillərdir.
   Respublika xammal-əmtəə birjasının baş direktoru Telman Allahverdiyev bununla bağlı İctimai Televiziyaya açıqlamasında bildirir: "Adətən girovlar mənzillər, obyektlər, müəyyən istehsal sahələri, sexlər, bağ evləri, torpaqlardır".
   Belə girovların satışını təşkil edən respublika xammal-əmtəə birjasında bildirirlər ki, sahibindən alınan girovların əksəriyyəti Bakıdadır, amma bölgələrdə - Lənkəran, Mingəçevir, Şirvan, Gəncə, Yevlaxda da olur. Burda ən çox evlər, obyektlər və müəssisələr - yəni istehsal sexləri olur. Kənd təsərrüfatı rayonlarında isə əsas girov əksinə, yararlı torpaqlardır - kredit qayıtmayanda bunlar sahibindən alınır.
   Məlumdur ki, problemli kreditlərin artmasının əsas səbəbi iqtisadi böhrandır. Böhrandan istifadə edib biznesini genişləndirmək istəyən iş adamları xüsusilə ehtiyatlı olmalıdır.
   Ekspertlər deyir ki, bəzi sahibkarlar yaranmış ucuzluqdan istifadə edib biznesini genişləndirmək istəyir və bu məqsədlə kredit götürsələr də, satışlar onların ümidlərini doğrultmur və bankla problemlər başlayır. Krediti qaytara bilmədiyinə görə həmin vətəndaşın qoyduğu girov banka keçir.
   Girovlar arasında məişət və zinət əşyaları da var. Bunlar mikrokreditləri qaytara bilməyənlərdən alınır. Qeyd edək ki, əmlak birinci hərracda satılmasa 15 %, 2-ci dəfə satılmayanda daha 25 % ucuzlaşır. Bu qiymətə də satılmayanda girov yeni sahibinə, yəni banka qaytarılır.
   Lakin araşdırmalar onu da göstərir ki, son dövrlərdə hərraclar vasitəsilə bankların satışa çıxardığı maşın və torpaqların satışında müəyyən artım qeydə alınır. Buna əsas səbəb son dövrlər qeyd olunan bazarlar üzrə fəallığın artmasıdır. Xatırladaq ki, 2005-2008-ci illərdə avtomobil satışında bumun yaranması vətəndaşların böyük qisminin kreditlə avtomobil almasına gətirib çıxarmışdı.
   Monitorinqlər göstərir ki, böhrandan əvvəlki bir ildə avtomobillərin 80 faizi kreditlə alınıb. Lakin böhran başladıqdan sonra kreditlərin qaytarılmasında, faizlərin ödənilməsində problemlər yarandı. Maşın bazarında fəallığın azalması isə vəziyyəti daha da pisləşdirdi. İndi isə vəziyyət bir qədər dəyişməkdədir və bankların əllərində olan maşınların satışında fəallıq artıb.
   Eyni sözləri daşınmaz əmlak bazarı haqda da söyləmək olar. Xüsusən də bankların kredit ödənilmədiyi üçün müştərilərdən aldığı mənzillərin, torpaqların satış müddəti bir qədər azalıb. Xatırladaq ki, belə obyektləri dərhal satmaq üçün onlar bazara ucuz təklif olunur.
   Lakin o da qeyd olunur ki, bankların sərəncamındakı əmlakların - avtomobillərin, mənzillərin bazara çıxarılması sözügedən bazarlarda qiymətlərin dəyişməsində bu və ya digər şəkildə təsirə malik deyil.
   
Tahir TAĞIYEV
Rektorlar hər şeyə pul tapır, universitetin mühafizəsinə pul tapmır
"Ali məktəb rəhbərlərinin, sadəcə olaraq, mühafizənin təşkilində maraqları yoxdur"
İlham Hüseynli: "İstənilən ali məktəbin imkanı var ki, məktəbin mühafizəsini təşkil etmək üçün 2-5 minlik avadanlıq alsın"
Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Mədət Quliyev mətbuata açıqlamasında maraqlı məqamlara toxunub. Onun sözlərinə görə, 2009-cu il aprelin 30-da Azərbaycan Neft Akademiyasında baş verən qanlı hadisədən sonra mühafizə üçün müraciət edənlərin sayı artıb.
   Belə ki, 60-a yaxın təhsil müəssisəsinin mühafizəsini təşkil etmək üçün sözügedən idarəyə müraciət olunub. Digər tərəfdən, M.Quliyevin açıqlamasından o da məlum olub ki, Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrinin rəhbərliyinə mühafizənin təmin olunması ilə bağlı tapşırıq verilsə də, bütün təhsil müəssisələri tapşırığa əməl etməyib.
   Onu da qeyd edək ki, mühafizə xidməti ödənişlidir və mühafizənin müqabilində təhsil müəssisələri pul ödəməlidir. Nədənsə, ali məktəb rəhbərləri mühafizə işinə pul sərf etmək istəmir. Halbuki, digər məsələlərə pul tapırlar. Görəsən buna səbəb nədir?
   Müstəqil iqtisadçı-ekspert İlham Hüseynli ali və orta məktəblərdə mühafizənin təşkil olunmamasının iqtisadi amillərlə bağlı olmadığını bildirdi: "Ölkədəki ali məktəblərin kifayət qədər maliyyə imkanları var. İstənilən ali məktəbin imkanı var ki, məktəbin mühafizəsini təşkil etmək üçün 2-5 minlik avadanlıq alsın. Avadanlıq almaq əvəzinə, qapıda qaravulçu qoyurlar. Qapıda mühafizəçi adı ilə duran əməkdaşların əksəriyyəti boş-boş işlərlə məşğuldur. Onlar daha çox tələbələrə baxmaq və bu kimi digər yersiz hərəkətlərlə məşğuldur. Şəxsən mən öz müşahidələrimdə daha çox belə halların şahidi olmuşam. Qənaətim də odur ki, ali məktəb rəhbərlərinin, sadəcə olaraq, mühafizənin təşkilində maraqları yoxdur. Ancaq mənə elə gəlir ki, bu işə biganə yanaşmaq olmaz. Çünki burada insan həyatından söhbət gedir. Kiçik bir biganəlik böyük hadisələrin baş verməsinə səbəb ola bilər.
   Hadisə bir dəfə baş verir. Ona görə də, ciddi mühafizənin təşkilinə ehtiyac var. Heç olmasa, hadisə baş verəndən sonra onun təhqiqatını aparmaq mümkün olsun. Azərbaycan Dövlət Neft Akademiyasında baş verən hadisə miqyasına görə o qədər dəhşətli idi ki, bunu təsəvvür belə etmək çətindir. Bu hadisə bir daha göstərdi ki, nəinki ali məktəblərdə, orta məktəblərdə də mühafizə təşkil olunmalıdır. Çünki hadisə bir dəfə baş verir".
   
Vidadi ORDAHALLI
Torpaq sürüşməsi problemi Astaranı da tutdu
3 ev köçürülüb, daha 11 ev təhlükə altındadır
Astara rayonunun Kijəbə qəsəbəsində qeydə alınan torpaq sürüşməsi zamanı 11 ev və sakinləri təhlükə altına düşüb. Evlərdən 3-ü - 1950-ci il təvəllüdlü Fətullayev Sabir Mirhəsən oğluna, 1961-ci il təvəllüdlü Əliyev Vaqif Abid oğluna və 1968-ci il təvəllüdlü Rəhimov Hafiz Əsgər oğluna məxsus fərdi yaşayış evləri daha çox qəzalı olduğundan onlar ərazidən köçürülüb.
   Astara rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, iki evin sakinləri müvəqqəti olaraq qəsəbədəki tibb məntəqəsində, bir evin sakinləri isə qohumlarının evində məskunlaşıb. Digər evlərdə çatlar əmələ gəlib.
   Əraziyə yaxın digər kənddə də təhlükəli vəziyyət yaranıb. Belə ki, rayonun Maşxan kəndində dağlıq hissədə 100 tonluq qaya parçası yerindən oynayaraq, iki metr dərinliyindən aralanıb. Ərazidə yaşayan sakinlər də hər an baş verə biləcək təhlükənin qorxusu içindədirlər.
   Rayon Fövqəladə hallar komissiyasının sədri Məzahim Hüseynov bildirib ki, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin nümayəndələri hər iki kənddə olublar: "Sənədləşdirmə işləri aparılıb. Onların müvafiq rəyindən sonra lazımi tədbirlərin görülməsi üçün qərar qəbul ediləcək. Dağətəyi ərazi olduğundan, eyni zamanda yağıntının çox düşməsi yaranmış qəzalara səbəb olub".
   Sakinlər də icra strukturlarının və digər aidiyyəti qurumların müvafiq qərarını gözləyirlər.
Oğuz sakini Esmira Abbasova qadın alverçisi imiş
Qadınları xarici ölkədə cinsi istismara məruz qoymaqda təqsirləndirilən Oğuz rayon sakini tutulub.
   Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının srağagün həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Oğuz rayon sakini, əvvəllər məhkum olunmuş Esmira Abbasova saxlanılıb. O, gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb, cinsi istismara məruz qoyması faktı ilə bağlı ittiham olunur.
   Fakt üzrə Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsilə cinayət işi başlanıb, istintaq aparılır.
Rəsmi dairələrdə milli-etnik kadr söhbətlərinin qaldırılması deputatın narazılığına səbəb olub
Zahid Oruc: "Mənim düşüncəmdə insanın özünü türk və azərbaycanlı kimi duyması onun milli maraqlara və dövlətin ali niyyətlərinə xidmət etməsi üçün yetərlidir"
Son dövrlər bəziləri rəsmi dairələrdə özünün müxtəlif səpkili çıxışlarında milli-etnik məsələlərə də yer ayırmağa başlayıb. Belə ki, bu günlərdə millət vəkillərindən biri mətbuata açıqlamasında Azərbaycanda strateji, xüsusən də enerji və milli təhlükəsizliklə bağlı sahələrə ölkənin əsas etnosunun təmsilçilərinin rəhbərlik etməli olduğunu diqqətə çatdırmışdı.
   Bu fikirdə olanlara görə, müharibə vəziyyətində olduğumuz dövrdə strateji vəzifələrə Azərbaycan türkləri təyin olunmalıdır. Bundan bir müddət qabaq isə başqa bir millət vəkili də Müdafiə Nazirliyilə bağlı məsələdə milli-etnik məsələni qabartmışdı. Bildiyimiz kimi, Azərbaycan çoxmillətli ölkədir. Burada azərbaycan türklərilə yanaşı, ləzgilər, tatlar, ruslar, dağ yəhudiləri, talışlar və bir sıra digər xalqların nümayəndələri yaşayır. Kimliyindən və millətindən asılı olmayaraq, hamı qanun qarşısında bərabərdir. Azərbaycan, eyni zamanda, tolerant ölkə olaraq da diqqəti çəkir. Bu mənada ölkəmiz dünyanın demokratik ölkələrinə belə örnək ola bilər. Bizdə milli və dini tolerantlıq hökm sürür. Belə halda bu və ya digər vəzifələrdə kimlərin olmasının, onlar milli və dövləti maraqlara xidmət edirsə, heç bir ziyanı yoxdur. Əsas məsələ ölkənin stabilliyi və inkişafıdır ki, son illər bu istiqamətdə, Azərbaycan xeyli nailiyyətlər əldə edib. Başda dövlət başçısı olmaqla Azərbaycan hökumətinin yeritdiyi siyasət də ölkədə yaşayan bütün millətlərin bərabərliyinə əsaslanır. Bu mənada da hakimiyyətin atdığı addımlar təqdirəlayiqdir. Belə bir məqamda, görəsən indiki vəziyyətdə bəzi şəxslər tərəfindən milli-etnik məsələlərin qaldırılması nə dərəcədə düzgündür?
   Millət vəkili Zahid Oruc da düşünür ki, bütün hallarda sözügedən məsələnin qabardılması doğru hərəkət deyil. Əksinə, onun fikrincə, hazırda millətçilikdən vətəndaşlığa keçid baş verməkdədir və bunu yaşamalı, ona üstünlük verməliyik: "Belə hesab edirəm ki, bu məsələnin indiki halda təftişi daha artıq dərəcədə elə həmin prosesə əlavə təkan verilməsinə səbəb olacaq. İstənilən mənada, bu kimi məsələlərə geniş şəkildə təhlil vermək, onu ən müxtəlif aspektlərdən şərh etmək hansısa tərəf tutulması mənasına gələ bilər. Mənim anlamımda kim özünü hansı millətdən hesab edirsə, o elə həmin millətdəndir. Əslində insanları şəcərə üzrə araşdırmalı olsaq, çoxlu qarışıqlıqlar meydana çıxacaq. Bəlli olacaq ki, insanların müxtəlif yerdəyişmələr, köçmələr, deportasiya və başqa təbii tarixi proseslərlə məruz qalmaları ilə onsuz da həyatlarında müxtəlif cür yaşantılar olub. Biz ölkədə ari irq yetişdirmirik. Belə siyasət Hitler Almaniyasında çox ağır nəticələr doğurdu. Mənim düşüncəmdə bir insanın özünü türk və azərbaycanlı kimi duyması onun milli maraqlara və dövlətin ən ali niyyətlərinə xidmət etməsi üçün yetərlidir. Bəlkə də şəcərə üzrə kimsə özünü hansısa qatlarla təmiz göstərə bilər, amma mümkündürki, düşüncə və mahiyyət etibarilə o iç mənafelərdən də çox uzaq olsun. Ona görə də parlamentdə səslənmiş məsələ ətrafındakı müzakirələri hazırkı məqamda öz həqiqi məqsədindən yayınmış sayıram. Düşünürəm ki, bu ətrafda ümumi səfərbərolunmaya ziyan vuran elementlər ortalıqdadır. Mənim üçün ən başlıca məsələ ondan ibarətdir ki, istənilən bir dövlət məmuru, hər hansı bir vəzifə daşıyan şəxs qanunla onun qarşısında duran vəzifələri yerinə yetirmiş olsun. O ən yuxarı iyerarxiyada təmsil olunursa, bu halda dövlət başçısı tərəfindən onun qarşısına qoyulan vəzifələr reallaşdırılmalı, millət qarşısında hesabatlı olmalı, vəzifəsini həyata keçirmək üçün bütün potensialını səfərbər etməlidir. Dünyada görün nə qədər yad millətlər, ən müxtəlif etnik zümrələrin təmsilçiləri dövlətlərin müxtəlif vəzifələrində təmsil olunur. Onlar məsələlərə koreyalı, zimbabveli və ya keniyalı kimi yanaşmırlar ki. Amerikanın indiki rəhbəri Barak Obama özünü keniyalı kimi aparmır. ABŞ-ın strateji planları, siyasəti, maraqları və dünya miqyasında böyük hegemon gücü var. Bu tələblər ətrafında da fəaliyyətlərini həyata keçirirlər. Bizdə də millətçilikdən vətəndaşlığa, amma yüksək inkişaf etmiş, intellektual, millət qarşısında böyük məsuliyyətini dərk edən vətəndaşlığa keçid baş verməkdədir. Biz bu halı yaşamalı, buna üstünlük verməliyik".
   
Rüfət SULTAN
Nazirin bəzi hakimlərə "həbs qətimkan iradına" dəstək gəldi
Əliməmməd Nuriyev: "...bu fikirlərin səslənməsi, məhkəmə-hüquq islahatları istiqamətində aparılan məqsədyönlü işin nəticəsidir"
Hakimlər diqqətli olmalıdır
Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov mətbuata açıqlamasında hüquq sistemində islahatların aparılmasına və Avropa standartlarına uyğun olan yeni qanun və məcəllələrin qəbul edilməsinə toxunub. F.Məmmədovun sözlərinə görə, həbs qətimkan tədbiri yalnız alternativ tədbirlər mümkün olmadığı halda tətbiq olunmalıdır:
   "Lakin həbs-qətimkan tədbirlərinin seçilməsi və müddətinin uzadılması vəziyyətilə bağlı məsələ Ali Məhkəmənin plenumunda müzakirə edilərkən bu sahədə qanun pozuntularına yol verildiyi aşkar edilib. Məhkəmə Hüquq Şurası tərəfindən başlanmış intizam icraatları üzrə müəyyən edilib ki, bəzi hakimlər tərəfindən bu sahədə səmərəli məhkəmə nəzarəti həyata keçirilməyib. Qətimkan tədbirlərinin ən ciddi növü olan həbsin qanunvericiliyin tələbləri nəzərə alınmadan əsassız seçilməsi, bu işə formal münasibət bəslənməsi hallarına yol verilib. Bəzi hakimlər isə insan haqları ilə bağlı olan bu mühüm məsələyə xüsusi həssaslıqla yanaşmaq əvəzinə, əksinə, bu sahədə qanunun elementar tələblərini də pozublar".
   F.Məmmədovun açıqlamasından o da məlum olub ki, insanların məhkəmələrə olan ehtimadı artıb. Həmçinin, məhkəmələrdə təmin olunan iddiaların sayı 92 faiz təşkil edib.
   Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev F.Məmmədovun açıqlamasını təqdirəlayiq addım kimi dəyərləndirdi: "Ədliyyə naziri, cənab Fikrət Məmmədov Məhkəmə Hüquq Şurasının sədridir. Sözügedən şura da hakimlərin fəaliyyətini qiymətləndirmə, dəyərləndirmə prosesini həyata keçirir. Bütövlükdə hakimlərin seçki prosesi də, təyin edilməsi də bu quruma aiddir. Bununla belə, məhkəmə hüquq islahatlarının həyata keçirilməsində həlledici qurumlardan biridir. Ona görə də F.Məmmədovun bu dəyərləndirməsini müsbət qiymətləndirirəm. Bununla yanaşı, MHŞ tərəfindən məhkəmələrin fəaliyyətinin monitorinqi aparılır. Eyni zamanda, Ədliyyə Nazirliyi tərəfindən də məhkəmələrin fəaliyyətinin ümumiləşdirilməsi prosesi həyata keçirilir. Belə olanda, təbii ki, ən ciddi, mötəbər məlumatlar şübhəsiz bu qurumlardadır. O baxımdan F.Məmmədov tərəfindən bu fikirlərin səslənməsi, məhkəmə-hüquq islahatları istiqamətində aparılan məqsədyönlü işin nəticəsidir. Çünki Azərbaycan məhkəmələri tərəfindən, çox təəssüf ki, bir sıra hallarda həbs qətimkan tədbiri seçilərkən tərəfsizliyə bir o qədər də əməl olunmayıb".
   Ə.Nuriyevin fikrincə, kimisə həbs edərkən hakim cinayət prosessual qanunvericiliyin tələblərini əsas götürməlidir: "Doğrudan da həmin şəxsin cinayətin açılmasına mane olması məsələsi, eyni zamanda cinayətin xarakteri diqqətə alınmalıdır. Bir çox hallarda ictimai təhlükə törətməyən cinayət hallarının baş verməsi zamanı da hakimlər tərəfindən həbsə sanksiyaların verilməsinin şahidi oluruq.
   Ona görə belə halların baş verməsi hallarını insan hüquqlarının məhdudlaşdırılması kimi də dəyərləndirmək olar. Çünki Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarları var ki, həbs qətimkan tədbiri sonuncu zərurət olaraq tətbiq olunmalıdır. Bütün digər qətimkan tədbirləri hakim tərəfindən süzgəcdən keçirildikdən sonra bu addım atılmalıdır. Məhz bu baxımdan ƏN tərəfindən məsələnin bu formada qoyulması məhkəmə hakimlərinin daha diqqətli olmasını tələb edir".
   
Vidadi ORDAHALLI
Türkiyə-Ermənistan protokolları ilə bağlı "Qarabağ peşmançılığı" baş qaldırıb
Faruk Loğoğlu: "Dağlıq Qarabağ münaqişəsilə bağlı müddəa protokollara daxil edilməli idi"
"Türkiyə ilə Ermənistan arasında protokollar dalana dirənsə, ABŞ-da proseslər iki istiqamətdə davam edəcək". Bunu Türkiyənin ABŞ-dakı keçmiş səfiri Faruk Loğoğlu "Hürriyət" qəzetinin köşə yazarı Ferai Tınça açıqlamasında deyib.
   Onun sözlərinə görə, ilk istiqamət Barak Obamanın aprelin 24-dəki açıqlamasıdır: "Bu açıqlama çox önəmlidir. Amma Türkiyə ilə münasibətləri və son dövrdəki gözləntiləri təhlükəyə atmamaq üçün Barak Obama, çox böyük ehtimalla, "soyqırımı" ifadəsindən istifadə etməyəcək".
   Faruk Loğoğlunun fikrincə, ikinci istiqamət ABŞ Konqresidir. O bildirib ki, qondarma soyqırım iddialarının yer aldığı qanun layihəsini keçirmək üçün erməni lobbisi və onların siyasi tərəfdaşları Konqresə təzyiq göstərəcək. Diplomat hesab edir ki, bu dəfə erməni dəstəkçilərinin şansları daha yüksəkdir. Çünki "erməni açılımı" dalana dirənib: "ABŞ-dakı yəhudi lobbisi "itirildiyi" üçün bu dəfə qanun layihəsinin qarşısını alacaq bir hərkəteverici qüvvə qalmayıb. Amma bu qərar keçsə belə, ABŞ Türkiyə ilə əlaqələrinə böyük bir zərbə vurulacağını düşünmür. Bəlkə "İncirlik" bazasının bağlanması kimi etiraz ortaya çıxa bilər. Lakin qanun layihəsinin qəbulu, silah alveri də daxil olmaqla, ticarət əlaqələrinə təsir etməyəcək". Türkiyəli diplomat hesab edir ki, ermənilər qondarma soyqırım iddialarının ABŞ Konqresindən keçirilməsilə kifayətlənməyəcək. Çünki Ermənistanın Konstitusiyası və müstəqillik haqqında bəyannaməsində tək prinsip "soyqırım"ın tanınması deyil: "Ondan sonra torpaq tələbi gündəmə gələcək. Bu da son deyil. Mülkiyyətlə bağlı təzminat tələbləri də Türkiyənin qarşısına çıxarılacaq".
   Faruk Loğoğlu Türkiyə-Ermənistan münasibətlərilə Dağlıq Qarabağ münaqişəsi arasındakı əlaqəyə də toxunub. Onun fikrincə, bu məsələ protokollarda öz əksini tapmayan ən vacib məqamlardan biridir: "Dağlıq Qarabağ məsələsi protokollara daxil edilməli idi. Hər halda, Türkiyə hökuməti ABŞ və Rusiyadan vədlər aldı və inandı. Bu səhv idi. Bundan sonra əhəmiyyəti Dağlıq Qarabağ münaqişəsinə verməklə Birləşmiş Ştatları problemin həllinə məcbur etmək lazımdır".
Azərbaycan Elminin İnkişafı Fondunun 10 nəfər işçisi olacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun nizamnaməsi"nin təsdiq edilməsi haqqında Fərman imzalayıb.
   APA-nın AzərTAc-a istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun işçilərinin say həddi 10 ştat vahidi müəyyən edilib.
   Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xərclər smetasını, ştat cədvəlini və işçilərinin aylıq vəzifə maaşlarını müəyyən etmək, Fondun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirləri həyata keçirmək, və bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə isə 1 ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dövlət qeydiyyatına alınmasını təmin etmək tapşırılıb.
Ordubadlı Mir Hüseyn Rəhimov külli miqdarda narkotiklə tutuldu
Ordubad şəhər sakini külli miqdarda narkotik vasitə olan heroin satarkən tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, srağagün DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ordubad şəhər sakini, əvvəllər məhkum olunmuş Mirhüseyin Rəhimov külli miqdarda - 2 kiloqram 230,3 qram narkotik vasitə olan heroini satarkən tutulub.
   Fakta bağlı M.Rəhimov barəsində Cinayət Məcəlləsinin 234-cü maddəsilə cinayət işi başlanıb.
Oqtay Əsədov Mahmud Əhmədinejadla görüşdü
Tehranda səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədov İran prezidenti Mahmud Əhmədinejadla görüşüb. Əhmədinejad görüşdə deyib ki, heç bir amil İranla Azərbaycan arasındakı münasibətlərə təsir göstərə bilməz.
   Əhmədinejad əlavə edib ki, İran həmişə Azərbaycanın təhlükəsizliyini və inkişafını dəstəkləyib. "Bu gün iki ölkə arasında münasibətlərin daha da yaxşılaşması üçün geniş proqramlar mövcuddur. Rəsmi Tehran viza rejimini birtərəfli qaydada ləğv edib və bu, İranın Azərbaycan xalqına hörmətini göstərir", - deyə Əhmədinejad vurğulayıb.
   Öz növbəsində Oqtay Əsədov iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.
   
ABŞ Mərkəzi Asiyaya "əl-Qaidə" barədə xəbərdarlıq etdi
"Bu təşkilat "Taliban"dan da təhlükəlidir"
Amerikanın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi Riçard Holbruk deyib ki, "əl-Qaidə" Mərkəzi Asiya dövlətləri üçün "Taliban"dan daha çox təhlükə kəsb edir.
   Tacikistanda etdiyi çıxışda Holbruk deyib ki, "əl-Qaidə" Mərkəzi Asiyayada güclənərək, beynəlxalq terror düşərgələri qurmaq və buranı qeyri-sabitlik zonasına çevirmək istəyir.
   Cənab Holbruk deyib ki, bu məsələ ABŞ-ı və regionun, Pakistan, Çin və Hindistan daxil olmaqla, bütün ölkələrini narahat edir.
   O, Tacikistandan sonra Qırğızıstan, Özbəkistan, Türkmənistan və Qazaxıstana da səfər edəcək.
   
   
Azərbaycanda avtomobil yolları ilə bağlı yeni layihələr başlayır
Azərbaycanda bir neçə istiqamətdə pullu avtomobil yollarının tikintisi layihəsi hazırlanır. Lent.az-ın Nəqliyyat Nazirliyindən əldə etdiyi məlumata görə, bu il həmin layihələrdən birinin başlanması planlaşdırılır.
   Nazirliyin adının çəkilməsini istəməyən əməkdaşının sözlərinə görə, hazırda iki layihə diqqət mərkəzindədir. Həmin layihələr üzrə Nəqliyyat Nazirliyinin müvafiq strukturları Koreya, İsrail və ABŞ şirkətlərilə müzakirələr aparır. Bu layihələrdən birincisi və cari ildə start verilməsi planlaşdırılan Sumqayıtın Hacı Zeynalabdin Tağıyev (keçmiş Nasosnı) qəsəbəsindən Ələtə qədər olacaq avtomobil magistralı, digəri isə İpək Yoluna paralel Hacıqabuldan Gürcüstan sərhədinədək olacaq yeni, beton örtüklü avtomobil magistralıdır.
   Sumqayıt-Ələt pullu avtomobil yolunun layihəsi üzərində müzakirələr il yarım əvvəl başlayıb. Yol boş ərazilərlə, dövlətin balansında olan torpaqlardan keçməklə çəkiləcək və bu yolda sürətin minimum 100 km/saatdan yüksək olacağı gözlənir. Hacıqabuldan Gürcüstan sərhədinədək olacaq avtomobil yolunun tikintisi isə hazırda ilkin müzakirələr ərəfəsindədir.
   Hazırda adı açıqlanmayan ABŞ-ın məşhur bir şirkəti yolun tikintisini maliyyələşdirməyə və bu layihədə iştiraka marağını ifadə edib. Xarici şirkətlərin bilavasitə investisiya qoyuluşları ilə inşa olunacaq bu yolların, uzağı 2015-ci ilədək tikilib istifadəyə verilməsi planlaşdırılır.
   Nazirlik əməkdaşı onu da əlavə edib ki, pullu yollarda, qəza və ya qanunvericiliyin pozulması halları ilə mübarizə tədbirləri istisna edilməklə, yol polisləri olmayacaq. Yola nəzarət müxtəlif ərazilərə qurulmuş videomüşahidə sistemlərilə həyata keçiriləcək. Yolda baş verəcək hadisələr zamanı xilasetmə işləri həyata keçirmək üçün xüsusi xidmət sistemi yaradılacaq.
   
3 saylı Bakı İstintaq Təcridxanasında 9 günlük aclıq...
Faktı Ombudsman Aparatının əməkdaşları da təsdiqləyib
Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı və Bakı İstintaq təcridxanalarına baxış keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onlar saxlananlarla görüşüb, həmin şəxslərə hüquqlarını izah edib, müəssisələrdəki şərait və saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olublar.
   Söhbət aparılan şəxslər saxlanma şəraitindən, müəssisələrin rəhbərliyi və əməkdaşlarının onlara qarşı rəftarından narazı olmadıqlarını söyləyib. Aparatın əməkdaşları Ombudsanın ünvanına daxil olmuş müraciətləri də araşdırıb. Bakı İstintaq Təcridxanasında saxlanan bir neçə şəxs cinayət-prosessual qanunvericilikdə təqsirləndirilən şəxslərə münasibətdə ehtiva olunmuş hüquqlarının pozulmasından, barələrində aparılan istintaqın qeyri-obyektivliyindən, çıxarılmış məhkəmə hökmlərindən narazılıqlarını bildiriblər. Onlara müvafiq hüquqi məsləhətlər verilib. Bununla bağlı ombudsman tərəfindən aidiyyəti qurumlara müraciət olunub.
   Baxış zamanı 3 saylı İstintaq Təcridxanasında saxlanılan məhkum Elxan Nəsrullayevin Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin onun barəsində çıxardığı hökmə etiraz olaraq doqquz gün aclıq aksiyası keçirdiyi müəyyən edilib.
   Məhkuma səhhətinə zərər vurduğuna görə aclığı dayandırması və barəsində çıxarılmış məhkəmə hökmündən apelyasiya şikayətinin verilməsi tövsiyə olunub. Aparatın əməkdaşları müəssisədəki həkimlə görüşərək E. Nəsrullayevin səhhətinin diqqətdə saxlanmasını tapşırıb.
Qarabağda pozulan atəşkəs yaxınlaşan müharibədən xəbər verir
Emin Həsənli: "Azərbaycan ordusu atəşkəsi bircə dəfə pozacaq"
Müharibə yenidən başlaya bilərmi?
Yaşar Cəfərli: "Müharibənin hər an alovlanmaq ehtimalı var. Baş verənləri təkcə atəşkəs rejiminin tez-tez pozulması ilə əlaqələndirmək doğru deyil"
Son vaxtlar cəbhə bölgəsində atəşkəsin tez-tez pozulması halları baş verir. Tərəflər əsgər itkisi verir. Bu günlərdə 3 əsgərimiz işğalçı ordunun snayperləri tərəfindən açılan atəş nəticəsində şəhid edildi. Başqa bir tərəfdən, işğal olunan ərazilərdə düşmən ordusunun ara-sıra təlim keçirmələri barədə məlumatlar yayılır.
   Ermənistan ənənəvi hiyləgər mövqeyinə sadiq qalaraq, ictimaiyyətin diqqətini daxili problemlərdən yayındırmaq üçün müharibəyə başlayacağı görüntüsünü yaradır. Xarici strateji araşdırma mərkəzləri də son vaxtlar müharibə ritorikası ilə çıxış edir.
   Onlar iddia edirlər ki, danışıqlar dalana dirəndiyindən, müharibə ehtimalı artır. Bəs əslində nə baş verir?
   Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli hesab edir ki, ermənilərin tez-tez atəşkəsi pozması onların ordusunun hər cəhətdən böhran içərisində olmasından xəbər verir: "Bizdə isə orduya diqqət hər keçən gün daha da artır. Azərbaycanda böyük hərbi təlim keçirildi.
   Düşmən bunları izləyir və narahat olur. Ermənistan ordusunda böhran artıq o həddə gəlib çatıb ki, düşmən ölkənin əsgərləri kütləvi halda və tez-tez Azərbaycan tərəfinə keçir. Bütün bunlar onu göstərir ki, Ermənistan ordusu psixoloji sarsıntı içərisindədir.
   Psixoloji sarsıntı içində olan bir ölkənin əsgərləri də tez-tez atəşkəsi pozmaq məcburiyyətindədir. Bir çox hallarda böhtan atırlar ki, atəşkəsi guya Azərbaycan tərəfi pozur.
   Əslində bu heç də belə deyil. Azərbaycan ordusu atəşkəsi bircə dəfə pozacaq. Nəticədə ali baş komandanın əmri altında torpaqlarımızı bütünlüklə azad edəcəyik. Digər tərəfdən, Ermənistan rəhbərliyi ictimaiyyətin onlara qarşı yönələn təzyiqlərini cəbhə xəttinə yönəltmək istəyir. Bu minvalla ictimaiyyətin diqqətini əsas problemlərdən yayındırmaq istəyirlər. Bununla ictimaiyyətə göstərmək istəyirlər ki, Azərbaycan hər an hərbi əməliyyatlara başlaya və torpaqlarını azad edə bilər. Ötən il də analoji hadisələr baş verirdi. Bütün hallarda biz torpaqlarımızı azad edəcəyik və o gün uzaqda deyil".
   "Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyinin sədri Yaşar Cəfərlinin fikrincə, nə qədər ki, sülh sazişi imzalanmayıb, müharibə hər an başlaya bilər: "Ümumiyyətlə, müharibənin hər an alovlanmaq ehtimalı var. Baş verənləri təkcə atəşkəs rejiminin tez-tez pozulması ilə əlaqələndirmək də doğru deyil. Nə qədər ki, mövcud vəziyyət davam edir, atəşkəs tez-tez pozulacaq. Çünki komandirlər tez-tez döyüş hazırlığı keçirir, əsgərləri hazırlayırlar.
   Silah təsadüfən də açıla bilər. Hərbi hissənin qarşısında yalnız müdafiə olunmaq tapşırığı qoyulubsa, o zaman müdafiə olunmaq üçün də hərdənbir hücuma keçmək lazım olacaq.
   Heç bir atəşin açılmamasına nail olmaq mümkün deyil. Bunlar tez-tez olacaq. Bəziləri bu baş verənləri nəyinsə göstəricisi kimi qələmə verməyə çalışır. Əslində isə bu qətiyyən belə deyil. Ümumiyyətlə, atəşkəs rejiminin pozulmasını müharibə ilə əlaqələndirmək düzgün deyil".
   
Vidadi ORDAHALLI
 
 
 SON XƏBƏRLƏR
2010-02-22 Qarabağda pozulan atəşkəs yaxınlaşan müharibədən xəbər verir
2010-02-22 3 saylı Bakı İstintaq Təcridxanasında 9 günlük aclıq...
2010-02-22 Azərbaycanda avtomobil yolları ilə bağlı yeni layihələr başlayır
2010-02-22 ABŞ Mərkəzi Asiyaya "əl-Qaidə" barədə xəbərdarlıq etdi
2010-02-22 Oqtay Əsədov Mahmud Əhmədinejadla görüşdü
2010-02-22 Ordubadlı Mir Hüseyn Rəhimov külli miqdarda narkotiklə tutuldu
2010-02-22 Azərbaycan Elminin İnkişafı Fondunun 10 nəfər işçisi olacaq
2010-02-22 Türkiyə-Ermənistan protokolları ilə bağlı "Qarabağ peşmançılığı" baş qaldırıb
2010-02-22 Nazirin bəzi hakimlərə "həbs qətimkan iradına" dəstək gəldi
2010-02-22 Rəsmi dairələrdə milli-etnik kadr söhbətlərinin qaldırılması deputatın narazılığına səbəb olub
2010-02-22 Oğuz sakini Esmira Abbasova qadın alverçisi imiş
2010-02-22 Torpaq sürüşməsi problemi Astaranı da tutdu
2010-02-22 "Nəsimi" metrostansiyasının yanında "06" Jiquli yandı
2010-02-22 İran da PKK-nın qanadı olan PJAK-a qarşı əməliyyatlara başladı
2010-02-22 "Taliban" növbəti dəfə Əfqanıstan prezidentinin sülh çağırışını rədd etdi
2010-02-22 General BBC və "Amerikanın səsi"ni hədələdi
2010-02-22 Rusiya İranı S-300 raketlərinə həsrət qoymayacaq
2010-02-22 Elməddin Sadıqov "Mercedes"i ağaca vurdu və bir nəfər öldü
2010-02-22 Lənkəranın Qumbaşı kəndində polis külli miqdarda silah-sursat aşkarlayıb
2010-02-22 Xaçmazda benzin üstündə Standartlaşdırma Komitəsi ilə YDM rəhbərinin "davası" düşüb
2010-02-22 Bankların gəlirliyi xeyli zəifləyə bilər
2010-02-22 BVF-nin Azərbaycan Mərkəzi Bankına 4 faizlik inflyasiya təklifi müzakirəyə çıxdı
2010-02-22 Qabil Hüseynli Azərbaycanın İrana nota verməsini zəruri sayır
2010-02-22 Qarabağ probleminə İranda da ədalətlə baxanlar az deyil
2010-02-22 İsrail nüvə silahının yayılmamasına dair sazişə qoşulmadığını bir daha bildirdi
2010-02-22 Əli Xamneyinin özünün iştirakı ilə İran daha bir raket silahını sınaqdan keçirib
2010-02-22 Xəzərin suyunun içməli hala gətirilməsi ideyası ekspertlərin qızğın müzakirəsinə səbəb oldu
2010-02-22 Orta məktəb müəllimləri ilə çoxdan 5 illik müqavilə imzalanmalı imiş
2010-02-22 Azərbaycanda Elmi-praktik Psixatriya İnstitutu barədə təklif hələ reallaşmayıb
2010-02-22 Hüseyn Mirzəyevin İmişlidəki evi əxlaqsızlıq yuvasına dönüb
2010-02-22 "Poçtbank"ın Azərbaycan Rabitə Nazirliyinə yaratdığı beynəlxalq qalmaqal bitdi
2010-02-22 Kainat şerinə qafiyədir Məhəmməd(ə)
2010-02-22 "Neftçi"nin baş məşqçisi futbolçuları günahlandırdı
2010-02-22 Nazim Süleymanov PFL-in qərarına qarşı çıxdı
2010-02-22 İl ərzində Braziliyanı 1000-dən artıq futbolçu tərk edib
2010-02-22 "Barselona" "Nou Kamp"da "Rasinq"i 4 cavabsız qolla məğlub etdi
2010-02-22 "Altılığ"a düşən sonuncu komanda bəlli oldu
2010-02-22 "Bavariya" - "Fiorentina" matçında hakimin kobud səhvi Blatteri hərəkətə gətirdi
2010-02-22 Bukmeker kontorları ilə işbirliyinə girib oyun satan futbolçunun adı açıqlandı
2010-02-22 Bir futbolçu bir oyunda 6 qırmızı vərəqəni necə aldı?
2010-02-22 Fatih Terim hələ də işsizdir
2010-02-22 Pokora məğlub oldu və şikayətləndi
2010-02-22 U-21-in kapitanının sarı vərəqə limiti dolub
2010-02-22 Azərbaycan təmsilçisinin olimpiadadakı çıxışı təxirə salındı
2010-02-22 Güləşçilərimiz Ukraynadan 4 medalla dönür
2010-02-22 Ponomaryovun komandası Konyada hamını şoka saldı
2010-02-22 "Neftçi"nin baş məşqçisi Vaqif Sadıqov istefaya göndərildi
2010-02-22 Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası: nailiyyətlər, problemlər və perspektivlər...
2010-02-22 Aşıq Ədalətin ANS-ə qarşı "Yanıq Kərəmi" qadağası...(?)
2010-02-22 Avtoqrafa meyl azalıb, ya imzalar hörmətdən düşüb?
2010-02-19 Ermənilərlə təmas xəttində əsl müharibə döyüşləri başlayıb
2010-02-19 Gəncəli Sabiq qaynatasının evində arvadını güllələdi
2010-02-19 "Turan"ın müxbiri Tapdıq Fərhadoğlu "Sahil"də qız oğurluğunun qarşısını fədakarcasına aldı
2010-02-19 Çexiya şirkəti Zakir Qaralovu məhkəməyə verdi
2010-02-19 övsanda 39 yaşlı polis kapitanını döyəni tutdular
2010-02-19 İqtisad Universiteti ilə üzbəüz "Karvan" çay evi partladı
2010-02-19 Elxan Mustafayev insan alverinə görə tutuldu
2010-02-19 Azərbaycandan Türkmənistana gedən "Qarabağ" gəmisindən bir nəfər xəbərsiz dənizə düşüb
2010-02-19 Göygölün Hacıməlik kəndində dəhşətli qətl...
2010-02-19 Ermənistan parlamenti fevralın 19-da məşhur və qalmaqallı Sürix protokollarının müzakirəsinə başlayır
2010-02-19 Qarabağ münaqişəsinin həllinə dair bir "yol xəritəsi" də gəlir...
2010-02-19 5 deputat ATƏT Parlament Assambleyasının qış sessiyasına getdi
2010-02-19 ABŞ dövlət katibinin müavini Uilyams Berns bu gün bir günlüyə Bakıya gəlir
2010-02-19 "Reket" qəzetlərin arxasında bəzi dövlət məmurları dayanır
2010-02-19 Prezident ekoloji müşavirədə Xəzərin suyu ilə bağlı maraqlı bəyanat verib
2010-02-19 "Qış bulvarı"nın güdazına gedən ev sahiblərindən dördü dünən Prezident Administrasiyasında qəbul olundu
2010-02-19 Çingiz Qənizadə də Bakıda polislə toqquşan dindarların idarə edildiyini bildirdi
2010-02-19 Əflatun Amaşov bəzi dövlət qurumları ilə "reket" qəzetlərin planlaşdırılmış hərəkət etməsindən şübhələnir
2010-02-19 "ATV adlı bir kanalın olduğu artıq təsdiqlənib"
2010-02-19 Azərbaycanda hərbi səfərbərlik hazırlığı...
 
 
 
Copyright (c) Bakı Xəbər 2009