.jpg)
Rusiyanın Müdafiə Nazirliyi Birləşmiş Ştatların İrana zərbə endirməsi ehtimalını yüksək qiymətləndirir. APA-nın vesti.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Baş Qərargah rəisi, general Nikolay Makarov bildirib.
Onun sözlərinə görə, "amerikalılar İrana zərbə endirilməsi planlarının olduğunu dəqiq və birmənalı şəkildə bildiriblər". Nikolay Makarov xatırladıb ki, bu barədə Qərargah rəisləri birləşmiş komitəsinin sədri admiral Maykl Mullen açıqlama verib.
Makarov onu da bildirib ki, ehtimal olunan zərbə nəinki İran üçün, həmçinin ümumilikdə bütün region üçün mənfi nəticələrə gətirə bilər: "İran bizim qonşumuzdur və biz vəziyyətə diqqətlə nəzarət edirik. Rusiya rəhbərliyi bunun baş verməməsi üçün bütün lazımi səyləri əsirgəmir".