19 Fevral 2010-cı il, N 294(1192)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3630)
"Mən baldırlarımı açıb göstərmirəm" (3545)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2465)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2431)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2251)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2030)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1736)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1645)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1350)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1341)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
"Gəncə" Premyer Liqaya buraxılmaya bilər
Futbol üzrə Azərbaycan çempionatında I divizionun favoritlərindən sayılan "Gəncə" klubu Premyer Liqadan kənarda qala bilər. AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytına verdiyi məlumata görə, Gəncənin eyniadlı komandası lisenziyalaşdırma ilə bağlı tələbləri yerinə yetirmir.
   Belə ki, sözügedən klub lisenziyalaşdırma prosesinin ilk mərhələsinə qatılmadığından, idman meyarları və infrastruktur üzrə sənədləri AFFA-ya təqdim etməyib.
   "İlk mərhələ fevralın 15-də başa çatsa da, "Gəncə" rəhbərliyi lazımi sənədləri AFFA-ya təqdim etməyib. Halbuki, "Gəncə" rəsmiləri ilə danışmışıq və onlar lisenziyalaşdırma prosesində iştirak edəcəklərini bildiriblər" - deyə Məmmədov vurğulayıb.
   Baş katib deyib ki, qarşıdakı günlərdə "Gəncə"nin sənədləri AFFA-ya təqdim edəcəyi istisna deyil: "Ola bilər ki, sənədlər qarşıdakı günlərdə göndəriləcək, ancaq "Gəncə"yə Premyer Liqada oynamaq üçün lisenziya verilib-verilməyəcəyini söyləməkdə çətinlik çəkirəm. Məsələ burasındadır ki, bizim əsas vəzifəmiz sənədləri toplamaqdır, klublara lisenziyanı isə xüsusi komissiya verir. Əgər "Gəncə" mövsümün sonunda ilk iki yerdən birini tutsa belə, lisenziya ala bilməyəcəyi təqdirdə, Premyer Liqaya buraxılmayacaq. Bununla bağlı qaydalar birmənalı və qətidir: lisenziyası olmayan Premyer Liqa klubu növbəti mövsümü I divizionda başlayacaq. Eyni zamanda, I divizionda 1-2-ci yerlərin sahiblərindən hansısa lisenziyaya malik olmasa, Premyer Liqada çıxış edə bilməyəcək. "Gəncə" rəhbərliyi Premyer Liqada oynamaq istədiklərini dəfələrlə bildiriblər. Ancaq görünür, onlar 2010/11 mövsümündə Premyer Liqaya yüksəlmək istəmirlər".
   Qeyd edək ki, lisenziyalaşdırma prosesində ikinci mərhələ (kadr-inzibati və hüquqi meyarlar) martın 15-də, üçüncü mərhələ (maliyyə meyarları) isə aprelin 5-də yekunlaşacaq. Məhz bundan sonra lisenziya veriləcək klubların adları açıqlanacaq.
Kliçko rinqdən gedəcəyi tarixi açıqladı
Məşhur ukraynalı peşəkar boksçu Vitali Kliçko bu il karyerasını başa vurmaq niyyətindədir.
   Lent.az-ın "UNİAN"a istinadən verdiyi məlumata görə, 39 yaşlı idmançı cəmi bir çempionluq kəmərinin çatışmadığını bildirib. Kliçko bu il boks əlcəklərini mıxdan asacağını söyləyib: "Kiminsə fizionomiyasını "təmizləmək" üçün müxtəlif şəhərlərə yollanmaqdan əl çəkəcəyəm".
   Qeyd edək ki, Vitali Kliçko 2009-cu ildə 3 dəfə Ümumdünya Boks Şurasının çempion titulunu müdafiə edib.
Robinyo "Mançester Siti"yə qayıtmaq istəmir
"Santosa" icarəyə verilən braziliyalı Robinyo mövsümün sonunda İngiltərənin "Mançester Siti" klubuna dönmək istəmədiyini bildirib. "Sky Sports" xəbər verir ki, Robinyo "Santos"da oynamaqla CAR-da keçiriləcək Dünya çempionatında Braziliya yığmasının heyyətində yer alacağını düşünür. "Avropa həyatı məni məyus etdi. Braziliyada evim, dostlarım və möhtəşəm komandam var. "Santos"u tərk etmək istəmirəm. Məhz burda mən xoşbəxtəm", - deyə braziliyalı forvard bildirib.
Bakı derbisinin vaxtı və yeri açıqlandı
Premyer Liqanın təsnifat mərhələsinin sonuncu - XXII turunun oyunlarının başlama vaxtları və keçiriləcəyi stadionlar məlum olub. Fanat.az xəbər verir ki, turun oyunları iki gündə - şənbə və bazar günü keçiriləcək. Yenə bütün oyunlar eyni saatda - 14.00-da başlayacaq. Amma bu dəfə də bir istisna olacaq. Belə ki, "Bakı" - "Muğan" qarşılaşmasına 15 dəqiqə gec - saat 14.15-də start veriləcək. Turun əsas oyunu - Bakı derbisi olan "İnter" - "Neftçi" qarşılaşması bazar günü keçiriləcək.
   20 fevral
   Olimpik-Şüvəlan - Qarabağ
   Bakı - Muğan
   21 fevral
   Xəzər Lənkəran - Karvan
   Qəbələ - Standard
   Turan - Simurq
   İnter - Neftçi
Arda Turan Avropada 5-ci yeri tutdu
"Qalatasaray"ın gənc kapitanı Arda Turan milli çempionatda etdiyi məhsuldar ötürmələrin sayına görə Avropada 5-ci yerdə qərarlaşıb. Bu mövsüm Superliqada 19 oyunda meydana çıxan 23 yaşlı futbolçu 11 dəfə komanda yoldaşlarının fərqlənməsinə şərait yaradıb.
   Apasport.az saytının xəbərinə görə, bu göstəriciyə əsasən, "Anderlext"in mərakeşli yarımmüdafiəçisi Mbark Bussufa liderdir. 25 yaşlı futbolçu 21 oyunda 14 məhsuldar ötürmə edib. Onun ən yaxın izləyicisi isə bir başqa türk - "Verder"in sol cinah yarımmüdafiəçisi Mesut Özildir.
   
UEFA prezidenti üçün Messi ulduzların ulduzudur
UEFA prezidenti Mişel Platini müasir futbolun ən yaxşılarının adlarını açıqlayıb. "Barselona"nın rəsmi saytına müsahibə verən fransız mütəxəssis Kataloniya klubunun gənc vunderkindi Lionel Messi haqqında tərifləri yağdırıb: "Messi ulduzların ulduzudur. Ötən ilin dekabr ayında FİFA-nın dünyanın ən yaxşı oyunçusu mükafatını təqdimetmə mərasimində digər futbolçuları görəndə hamısının yaxşı oyunçu olduğunu başa düşdüm. Amma Messi onların hamısından yaxşıdır. Ondan sonra Kriştianu Ronaldo, Kaka və digərləri gəlir".
   
"Beşiktaş"ın transferlərinə cavabdehlik Mübariz Mənsimovun əlinə keçdi
Türkiyənin "Beşiktaş" klubunda struktur dəyişiklikləri baş verib. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisinin İdarə Heyətinin növbəti yığıncağında yeni vəzifə bölgüsü gerçəkləşib.
   Dəyişikliklər "Xəzər-Lənkəran" klubunun fəxri prezidenti, "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovdan da yan ötməyib. Belə ki, "Palmali"nin əməkdaşı və "Beşiktaş"dakı nümayəndəsi Ələddin Aykaç sponsor məsələləri üzrə vitse-prezident vəzifəsindən kənarlaşdırılıb. Bundan sonra o, Futbol Komitəsinin üzvü olacaq. Bu komitə İstanbul təmsilçisinin transferlərinə cavabdehlik daşıdığından, Aykaç "futbolçu bazarı"nda daha çox söz sahibi olacaq.
"Qarabağ"ın futbolçusu dekabrın ən yaxşısı seçildi
Ağdamın "Qarabağ" futbol klubunun futbolçusu Əfran İsmayılov Unibank Premyer Liqasında 2009-cu ilin dekabr ayının yekunlarına görə, ən yaxşı futbolçu seçilib. Müvafiq qərar Peşəkar Futbol Liqası tərəfindən verilib.
   Xatırladaq ki, oktyabr və noyabr aylarında Unibank Premyer Liqasının ən yaxşı futbolçuları hazırda "Tvente"nin şərəfini qoruyan Vaqif Cavadov və "Xəzər Lənkəran"lı Mario Souza seçilmişdi.
   
Qvardiola Anriyə qapını göstərdi
"Barselona" klubunun baş məşqçisi Xosep Qvardiola fransız futbolçusu Tyerri Anrinin xidmətində maraqlı deyil. Futbolçuya gələn mövsümün əvvəlindən özünə yenu klub axtarmaq məsləhət görülüb.
   Bu mövsüm "Barselona"nın heyətində sadəcə 13 qarşılaşmada meydana çıxan Anrinin ABŞ-ın "Nyu York" klubuna keçmək ehtimalı var.
   Xatırladaq ki, Tyeri Anri karyerasının ən parlaq dövrünü İngiltərənin "Arsenal" klubunda keçirib.
   
AFFA rəsmisindən maraqlı açıqlama - "Qurumda artıq adamlar var"
2009/2010 mövsümü başa çatdıqdan sonra AFFA Hakim-İnspektorlar Komitəsində (HİK) böyük islahatlar aparılacaq. Bu haqda Lent.az-a HİK-in sədri Gülağa Cabbarov məlumat verib.
   Cabbarovun sözlərinə görə, ilk növbədə, hakim-inspektorlar attestasiyadan keçəcəklər. Attestasiya futbol qaydaları, hakimliyin keyfiyyətinin qiymətləndirilməsi mexanizmi amillərini əhatə edəcək: "Növbəti mövsümün hakim-inspektorları seçim qaydalarına uyğun müəyyənləşdiriləcək. Hakim-inspektorlar futbol adamları olmalıdırlar".
   Lakin HİK sədri hazırkı hakim-inspektorlar arasında kimlərin artıq olduqlarını ilə bağlı suala konkret cavab verməyib. Cabbarov bunu etik baxımdan düzgün saymayıb: "Biz mövsümün əvvəlində bütün hakim-inspektorların siyahısını təsdiqləmişik. İndi onların hansının artıq olduğunu demək etik baxımdan doğru olmazdı. Mövsüm başa çatsın, attestasiya keçirək, sonra da kimin hakim-inspektor kimi fəaliyyətini davam etdirəcəyinə aydınlıq gəlsin".
 
 
 SON XƏBƏRLƏR
2010-02-19 Gəncəli Sabiq qaynatasının evində arvadını güllələdi
2010-02-19 "Turan"ın müxbiri Tapdıq Fərhadoğlu "Sahil"də qız oğurluğunun qarşısını fədakarcasına aldı
2010-02-19 Çexiya şirkəti Zakir Qaralovu məhkəməyə verdi
2010-02-19 övsanda 39 yaşlı polis kapitanını döyəni tutdular
2010-02-19 İqtisad Universiteti ilə üzbəüz "Karvan" çay evi partladı
2010-02-19 Elxan Mustafayev insan alverinə görə tutuldu
2010-02-19 Azərbaycandan Türkmənistana gedən "Qarabağ" gəmisindən bir nəfər xəbərsiz dənizə düşüb
2010-02-19 Göygölün Hacıməlik kəndində dəhşətli qətl...
2010-02-19 Ermənistan parlamenti fevralın 19-da məşhur və qalmaqallı Sürix protokollarının müzakirəsinə başlayır
2010-02-19 Qarabağ münaqişəsinin həllinə dair bir "yol xəritəsi" də gəlir...
2010-02-19 5 deputat ATƏT Parlament Assambleyasının qış sessiyasına getdi
2010-02-19 ABŞ dövlət katibinin müavini Uilyams Berns bu gün bir günlüyə Bakıya gəlir
2010-02-19 "Reket" qəzetlərin arxasında bəzi dövlət məmurları dayanır
2010-02-19 Prezident ekoloji müşavirədə Xəzərin suyu ilə bağlı maraqlı bəyanat verib
2010-02-19 "Qış bulvarı"nın güdazına gedən ev sahiblərindən dördü dünən Prezident Administrasiyasında qəbul olundu
2010-02-19 Çingiz Qənizadə də Bakıda polislə toqquşan dindarların idarə edildiyini bildirdi
2010-02-19 Əflatun Amaşov bəzi dövlət qurumları ilə "reket" qəzetlərin planlaşdırılmış hərəkət etməsindən şübhələnir
2010-02-19 "ATV adlı bir kanalın olduğu artıq təsdiqlənib"
2010-02-19 Mətbuatın 135 illiyində böyük dəyişikliklər olacaq
2010-02-19 İdarə olunan dindarların fəallaşması üç mühüm amillə bağlıdır
2010-02-19 Azərbaycan Diaspor Komitəsi xaricdə "Xocalı-18" tədbirlərinin geniş siyahısını təsdiqlədi
2010-02-19 Ramil Usubov Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbərilə müzakirə apardı
2010-02-19 Şükrü Ələkdağ Türkiyə parlamentinin çiyninə Azərbaycanla bağlı ağır yük qoydu
2010-02-19 Əmək pensiyalarının sığorta hissəsi artırıldı
2010-02-19 AMİP parlament seçkilərində dairələrin heç də hamısından namizəd verməyəcək
2010-02-19 Prokurorun 12 il iş istədiyi "Lotu Süleyman" məhkəmə zalından azadlığa buraxıldı
2010-02-19 BVF-dən Azərbaycan banklarına üç ismarıc... Bankların xilas tədbirlərinə son qoyun
2010-02-19 Qazaxıstan Bakı-Tiflis-Ceyhan kəmərinə neft verməkdən imtina etdi
2010-02-19 Əhmədinejad İsrailin İrana hücum vaxtını haradan bildi?
2010-02-19 ABŞ araşdırma mərkəzindən Konqresə türk-erməni sərhədi və Qarabağ xəbərdarlığı...
2010-02-19 İsrailin baş naziri Moskvaya gələn günün səhəri Rusiya İran barədə yeni qərar verdi
2010-02-19 Əli Əhmədov Viktor Yanukoviçə təbrik məktubu yazdı
2010-02-19 Əfşar Süleymani Bakıda səfir olduğu dövrlərin "palan içini" tökdü
2010-02-19 "Heç bir qüvvə İsa Qəmbəri partiya başqanlığından getmək qərarından döndərə bilməz"
2010-02-19 AXCP və KXCP-çilər Arif Hacılının sözlərini top-tüfəngə tutdu
2010-02-19 Daşkəsənli taksi sürücüsü qətlin iki addımlığından qayıtdı
2010-02-19 Onlar necə işləyir?
2010-02-19 Orta məktəblərə qızıl-gümüş medallar yenə qayıdır
2010-02-19 Orta məktəb müəllimləri ilə 5 illik müqavilə imzalanacaq
2010-02-19 Yasamalda "Araz MTK"nın 17 mərtəbəli binası yandı
2010-02-19 Sumqayıtda Lətifə Zamanova adlı qadın kişinin üzünə "şram" çəkib pulunu apardı
2010-02-19 Sumqayıtda Əsməd Əliyevanın əlli min manatını aparıblar
2010-02-19 Bakıda gizli fəaliyyət göstərən kazinolar hələ də var
2010-02-19 2010-cu ildə bankların durumu ilə bağlı ekspert rəyləri sərt çarpazlaşdı
2010-02-19 Azərbaycanın xarici borcu təhlükəli həddə deyil
2010-02-19 AFFA rəsmisindən maraqlı açıqlama - "Qurumda artıq adamlar var"
2010-02-19 Qvardiola Anriyə qapını göstərdi
2010-02-19 "Qarabağ"ın futbolçusu dekabrın ən yaxşısı seçildi
2010-02-19 "Beşiktaş"ın transferlərinə cavabdehlik Mübariz Mənsimovun əlinə keçdi
2010-02-19 UEFA prezidenti üçün Messi ulduzların ulduzudur
2010-02-19 Arda Turan Avropada 5-ci yeri tutdu
2010-02-19 Bakı derbisinin vaxtı və yeri açıqlandı
2010-02-19 Robinyo "Mançester Siti"yə qayıtmaq istəmir
2010-02-19 Kliçko rinqdən gedəcəyi tarixi açıqladı
2010-02-19 "Gəncə" Premyer Liqaya buraxılmaya bilər
2010-02-19 Bakıda Səriyyə Nəsrullayeva qazdan boğuldu
2010-02-19 Yardımlı polisi rayonda xeyli sayda silah-sursat aşkarladı
2010-02-19 İtkin düşmüş yüzlərlə hərbi qulluqçu ailəsinin sığorta problemləri üzə çıxıb
2010-02-19 Binəqədidə daha bir kafe partladı
2010-02-19 Bakı Metropoliteninin pul mənbələri azalır
2010-02-19 İmişlidə qanunsuz ov edən 4 şəxs tutulub
2010-02-19 Səbail polisi evdən qızıl oğurlayan Ramil Əsgərovu tutdu
2010-02-19 Sabirabad sakini Zamiq Mirzəyev həmyerlisini bıçaqladı
2010-02-19 Cinayətə görə Rusiyada axtarılan Neftçala sakini Bakıda özünü asdı
2010-02-19 Gənclərin vaxtında ailə qurması üçün yeni dövlət siyasəti başlayır
2010-02-19 Öz əsgərlərini ölümlə hədələyən kiçik çavuşun məhkəməsi başladı
2010-02-19 Qəbələ sakininin başına meşədə daş düşdü
2010-02-19 Ədliyyə Nazirliyinin məhkəmə icraçıları bir problemlə üzləşib
2010-02-19 Nazirlər Kabineti xarici ölkələrdə təhsil alan gənclərin pulunu bölüşdürdü
2010-02-19 Yanacaqdoldurma məntəqələrinin sahibləri 1500-2000 manat cərimələnəcək
 
 
 
Copyright (c) Bakı Xəbər 2009