12 Fevral 2010-cı il, N 289(1187)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3630)
"Mən baldırlarımı açıb göstərmirəm" (3545)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2465)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2431)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2251)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2030)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1736)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1645)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1350)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1341)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
İranın "nüvə şıltaqlığı" Rusiyanı da təbdən çıxarıb
Sanksiyaların dördüncü sərt paketinin hazırlanmasında Rusiya və ABŞ-ın mövqeyi sürətlə yaxınlaşmaqdadır

İran nüvə proqramını inkişaf etdirdiyi bir vaxtda ABŞ prezidenti Barak Obama Tehran hökumətinə qarşı yeni ciddi sanksiyalar paketinin hazırlandığını elan edib. Cənab Obama bildirib ki, Tehran nüvə silahı istehsalına gətirib çıxara bilən bir proqram üzərində işləyir: "İrana qarşı yeni sanksiyaların hazırlanması prosesi sürətlə gedir.

   Biz gələn bir neçə həftə ərzində onların beynəlxalq ictimaiyyətdən nə qədər təcrid olunduğuna işarə edən mühüm sanksiyalar paketi üzərində işləyəcəyik".

   Obama bunları İranın uranı daha yüksək səviyyədə zənginləşdirəcəyini elan etməsindən sonra Ağ Evdə əvvəlcədən elan edilməmiş brinfinq zamanı söyləyib: "İran, belə görünür, mənim münasibətlərin yaxşılaşdırılması təklifimi rədd edir. Tehran qarışıq siqnallar göndərir, lakin aydındır ki, təklifi qəbul etmir. Bu, İranın urandan hərbi məqsədlələr istifadə etmək istədiyinə işarədir. Bu onu göstərir ki, onların nüvə proqramının yalnız mülki məqsədlərə xidmət etdiyini deməsinə baxmayaraq, əslində onlar silahlanmaya gətirib çıxaran bir kurs götürməyə davam edir".

   Obamanın bu çıxışı ilə bağlı Rusiyanın "nyusinform" portalında yer alan məqaləyə görə,baş verənlər həm də ABŞ-ın İrana qarşı hərbi təzyiqlərini gücləndirəcəyindən və İranın nüvə obyektlərinə zərbələr endirə biləcəyindən xəbər verir. Portal xatırladır ki, son günlər ABŞ-dan İrana qarşı hərbi variantın aktual olduğuna dair yüksək rütbəli hərbi komandanlar tərəfindən bəyanatlar verilib. Belə ki, ötən ay Amerika Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin rəhbəri, admiral Maykl Müllen bəyan edib ki, Birləşmiş Ştatlar ordusu İrana qarşı hərbi əməliyyatlar üçün hazırlıqlara başlayıb.

   Müllen hərbi variantın arzuolunmaz olduğunu və bir sıra gözlənilməz nəticələrə gətirib çıxara biləcəyini bildirərək onu da vurğulayıb ki, İranın nüvə silahı əldə etmək səylərini diplomatik yolla dayandırmaq mümkün olmasa, müharibə qaçılmaz olacaq. Bundan sonra isə Amerika ordusunun Əfqanıstan və İraqdakı hərbi əməliyyatlarını idarə edən Mərkəz Komandanlığının rəhbəri, general Devid Petreus bildirib ki, ABŞ İrana qarşı hərbi əməliyyatların bir neçə planını hazırlayıb və diplomatiya nəticə verməsə, bu planlar işə düşəcək.

   Bunun ardınca CNN telekanalı bəyan edib ki, Amerika ordusunun İranın nüvə obyektlərinə zərbə endirmək üçün hazır planı var.

   "Nyusinform" yazır ki, bütün bunlardan sonra Obamanın açıqlamaları İranın Vaşinqtona əlavə seçim yeri qoymadığını göstərir. İranın uranı 20 faiz həddində zənginləşdirməyə başlamasından sonra isə cari il ərzində bölgənin ABŞ və İran arasında qarşıdurmaya şahid ola biləcəyi istisna olunmur.

   Lakin hələlik ABŞ sanksiyalarla danışmağa daha çox üstünlük verir. Bu arada

   ABŞ və Fransa bildirib ki, İranın hərəkətləri onların BMT-nin Təhlükəsizlik Şurasında sanksiyaların dördüncü paketinin hazırlanması səylərini intensivləşdirməsindən başqa seçim qoymur. Məsələ ətrafında isə Barak Obama Moskvanın mövqeyini dəyişməsindən razı qaldığını bildirib: "Fikrimcə, onlar tamamilə aydın görürlər ki, İran onunla beynəlxalq ictimaiyyət arasında həlli mümkün olan mübahisənin çözümünə ciddi yanaşmır".

   Rusiya rəsmiləri bir-birinin ardınca İranın nüvə layihəsini tənqid edən bəyanatlarla çıxış edirlər. Hazırda, ehtimallara görə, əvvəllər İran məsələsində çox ehtiyatlı olan Moskva Tehrana qarşı yeni sanksiyaları dəstəkləyə bilər. Rusiyanın kəskin reaksiyasına səbəb İranın uranı 20 faizə qədər zənginləşdirmək qərarı olub.

   Bununla belə, Moskva təkidlə bildirir ki, problem dinc yolla həll olunmalıdır."Kommersant" qəzetinə müsahibəsində Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov qeyd edib: "Çox güman, iş ona gedir ki, Nyu-Yorkda sanksiyalar haqda diskussiya qalxacaq. Biz sanksiyaların işləkliyinə inanmırıq, ancaq başa düşürük ki, müəyyən vəziyyətdə onlarsız keçinmək mümkün olmayacaq".

   Cənab Ryabkov İran üzrə vasitəçilər qrupunda Rusiyanı təmsil edir. Nyu-Yorkda isə yaxınlarda BMT Təhlükəsizlik Şurası İran məsələsini müzakirə edəcək. İranın uranı 20 faizə qədər zənginləşdirmək niyyətləri haqda bəyanatından sonra Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev isə bəyan edib ki, Tehrana qarşı səbrin hüdudu var. Onun sözlərinə görə, İranın nüvə layihəsi şübhələr oyadır:

   "İran deyir ki, nüvə silahı əldə etmək istəmir, dinc atom layihəsini inkişaf etdirir. Ancaq onun hərəkətləri, o cümlədən uranı 20 faizə qədər zənginləşdirməyə başlaması başqa ölkələrdə şübhələr oyadıb. Özü də bu şübhələr əsaslıdır. Lakin deyim ki, İran məsələsində hərb həll yolu qətiyyən qəbulolunmazdır".

   Moskvalı ekspert Vladimir Sotnikov Rusiyanın mövqeyinin sərtləşməsinin səbəbini belə görür: "İran artıq neçənci dəfədir ki, Moskvanın mövqeyini zərbə altına qoyur, onun mövqeyilə hesablaşmır. Açığı, Rusiya iranın nüvə proqramı ilə bağlı böhranın dinc yolla həll edilməsinə çalışırdı".

   Ekspertlərə görə, İran uranı Rusiyada zənginləşdirilib sonra geri qaytarılmalıydı və indi İranın bu prosesi özü etmək istəməsini bəyan etməsi Moskvanın qəzəbinə səbəb olub. İndiyə kimi ABŞ-ın sərt mövqeyinə Rusiya onunla cavab verirdi ki, İranla danışıqlar gedir və atom enerjisi agentliyi BATENA çərçivəsində uranın xaricdə zənginləşdirilməsi təklifi müzakirə edilir. İndi Tehrandan gələn son bəyanatlar nəzərə alınsa, ekspertlərə görə, Rusiyanın artıq arqumenti qalmayıb. Moskvalı politoloq Aleksandr Pikayev Rusiyanın mövqeyindəki mümkün inkişaf haqda bunları deyir: "İndi Rusiya, əvvəlki vaxtlarla müqayisədə, sanksiyalar işində xeyli irəli getməyə hazır ola bilər. Ancaq BMT Təhlükəsizlik Şurasında bu bəs etməyə də bilər. Şuranın daimi üzvü Çin hələ barışığa çağıran bəyanatlarla çıxış edir. Düzdür, Rusiyanın Qərblə birlikdə çıxış etməsi, faktiki, Çini tək qoya bilər".

   
Tahir TAĞIYEV
Oxunub: 337 Geri gayıt
Digər xəbərlər
İranın "nüvə şıltaqlığı" Rusiyanı da təbdən çıxarıb
Sanksiyaların dördüncü sərt paketinin hazırlanmasında Rusiya və ABŞ-ın mövqeyi sürətlə yaxınlaşmaqdadır
Xomeyninin nəvəsi, Kərrubinin oğlu, Hatəminin qardaşı həbs olundu
Tehran küçələri atəş səslərinə qərq olub
Vəhdət Sultanzadə Türkmənistana səfir getdi
Bakıya Malidən, Serbiya və Kanadadan səfir gəldi
Bakıda pilotsuz təyyarə zavodu reallığa yaxınlaşır
Azərbaycanla İsrailin daha dərin hərbi əməkdaşlıq səyləri müəyyən dairələrdə narahatlıq doğurub
İsrailin Azərbaycanla viza rejiminin aradan qaldırılması istəyinə Türkiyə mediasından sərt reaksiyalar gəldi
"Vizanın aradan qaldırılması İsraildə Azərbaycan səfirliyinin açılmasından çətindir"
 
 SON XƏBƏRLƏR
2010-02-12 Qaynana evini də yandırarlar?
2010-02-12 Suraxanıda Həsənov Ramil keçmiş həyat yoldaşı Güneli bıçaqladı
2010-02-12 Bir gündə dəm qazından 7 nəfər zəhərlənib
2010-02-12 Qaradağda daş karxanasından mis naqil oğurlayanlar tutulub
2010-02-12 Sabunçu dairəsində sərnişin avtobusu aşdı
2010-02-12 "Xırdalan" yarımstansiyasında daha bir qəza...
2010-02-12 Sabutay Hacıyev işə düzəltmək adı ilə 5 min "qopardı"
2010-02-12 Mehdi Hümbətova BŞBPİ-də yeni vəzifə verilib
2010-02-12 Dənizdən tapılan meyit Elçin Əfəndiyevin köməkçisinin kürəkəni imiş
2010-02-12 Bakı-Rostov dəmiryoluna partlayıcı qurğu qoyulan anda işə düşüb
2010-02-12 Ehsan Zahidov DİN mətbuat xidmətinə rəis müavini təyin edildi
2010-02-12 Marşrut avtobusu Mədəniyyət Nazirliyinin sektor müdiri Leyla Axundzadəni vurdu
2010-02-12 Əfqanıstandakı antisovet mücahidlərinin dostu ABŞ konqresmeni 76 yaşında vəfat etdi
2010-02-12 Mirmahmud Mirəlioğlu Müsavat Partiyası və "Azadlıq"dan mənfi cavab gələ biləcəyini istisna etmir
2010-02-12 Yuliya Timoşenko Ukraynanın baş nazir postunu qoyub getmək istəmir
2010-02-12 Bir qrup vergi əməkdaşı prezidentdən mükafat aldı
2010-02-12 Prezident Gəncədədir
2010-02-12 Bələdiyyələrin fəaliyyətindəki neqativ faktlar ümumi hesabatlarda itirilir
2010-02-12 Azərbaycan ərazisində yenidən qar yağacaq
2010-02-12 "Bibiheybət"də 500-dək mənzil söküləcək
2010-02-12 Beynəlxalq Bankın səhmdarı nədən narazıdır?
2010-02-12 "Azəriqaz"ın Göyçay rəhbərliyi "vuruldu"
2010-02-12 Azərbaycanın İranla sərhəd rayonlarında dini mağazalar qapadıla bilər
2010-02-12 ABŞ İranın 4 şirkətinə sanksiya tətbiq etdi
2010-02-12 İran Rusiyaya neftin azı 80 dollara satılması barədə razılaşma təklif etdi
2010-02-12 Abdulla Gül Sarkisyanın təyyarədən yazdığı məktuba cavab göndərib
2010-02-12 Nərimanov rayonunda tikintidə dəhşətli hadisə...
2010-02-12 Gəncədə toyuq dönəri satanlara 100 manat cərimə təyin edildi
2010-02-12 Seçkiyə qədər Azərbaycanda bir televiziya da açılacaq
2010-02-12 Kürdəmirin Mollakənd və Türkədi kəndində 60-a yaxın ev yeraltı qrunt sularının altında qaldı
2010-02-12 Bakı Hərbi Təyyarəçilik Məktəbinin tələbəsi Bakıda yoxa çıxdı
2010-02-12 Rüşvətxor icra nümayəndəsinə hökm oxundu
2010-02-12 Fazil Məmmədov bir sıra vergilərin xeyli endirildiyini bildirdi
2010-02-12 8-ci Polis Bölməsi Buzovnada keçmiş dustaqdan silah götürdü
2010-02-12 Fermerlərin istifadəsiz saxladığı böyük torpaq sahələri barədə sərt tədbirlər görülə bilər
2010-02-12 Əlövsət Osmanlı Təhsil Nazirliyində 5600 dollardan imtina etdiyini deyir
2010-02-12 İranın "nüvə şıltaqlığı" Rusiyanı da təbdən çıxarıb
2010-02-12 Vəhdət Sultanzadə Türkmənistana səfir getdi
2010-02-12 Bakıya Malidən, Serbiya və Kanadadan səfir gəldi
2010-02-12 Bakıda pilotsuz təyyarə zavodu reallığa yaxınlaşır
2010-02-12 İsrailin Azərbaycanla viza rejiminin aradan qaldırılması istəyinə Türkiyə mediasından sərt reaksiyalar gəldi
2010-02-12 Bakı kəndlərinə işləyən "elektriçkaların" yeri görünməyə başlayıb
2010-02-12 Sumqayıt savad dəryası imiş
2010-02-12 Enerji mənbələrinin üstündəki qanunsuz tikililərin sökülməsi tərəfdarları artır
2010-02-12 Quba sakini həbsdə ola-ola 2 ev yardı
2010-02-12 Kərbəlada azərbaycanlı zəvvarlara silahlı basqın edən "Əl-Qaidə" yaraqlıları tutuldu
2010-02-12 İqtisadiyyat Nazirliyi Bakı mağazalarında 600 kq xarab ərzaq məhsulu müsadirə etdi
2010-02-12 Bakıdakı marşrut avtobuslarında azmaq olar
2010-02-12 Professor Cəmil Əhmədli vəfat edib
2010-02-12 Mənzili olan tənha qocalar təhlükə ilə üzləşib
2010-02-12 Cənub bölgəsində azyaşlılara daha nikah kəsilmir?
2010-02-12 Müəllimlərlə şagirdlərin sayı arasında uyğunsuzluq yaranıb
2010-02-12 Hər kəs öz sənətinin orta məktəblərdə fənn kimi tədris edilməsini istəyir
2010-02-12 Rəhbərlik "Yuventus"da kütləvi təmizləmə əməliyyatına hazırlaşır
2010-02-12 Keytanın "Qalatasaray"dan getmək qərarı azarkeşləri şoka saldı
2010-02-12 "Arsenal" uğursuzluq zolağından çıxdı
2010-02-12 Mübariz Mənsimov transfer siyahısını genişləndirdi
2010-02-12 "Qalatasaray" kubokdan əlini üzdü
2010-02-12 "Yuventus" Riberini almaq üçün danışıqlara başladı
2010-02-12 "Atletiko" ilə oyunöncəsi "Barselona" 6 müdafiəçisini itirdi
2010-02-12 Fabreqas "Barselona" məsələsinə aydınlıq gətirdi
2010-02-12 Adrian Mutu Çempionlar Liqasında oynamaqdan məhrum edildi
2010-02-12 AFFA "Turan"da məşqçi qoymadı
2010-02-12 Rusiya FTX Saratovda 44 yaşlı Azərbaycan vətəndaşını həbs etdi
2010-02-12 Quldurluqla Nurlan İbrahimovun maşınını qaçıran dustaqların məhkəməsi başladı
2010-02-12 Polisin maşınından tapança oğurlamış dəstənin məhkəməsi başladı
2010-02-12 Yeni il gecəsi telefon oğurlayan Cavid Mahmudov ay yarım sonra tutuldu
2010-02-12 İki Yardımlı sakininin də qoşulduğu iranlı narkodəstənin şikayətinə baxmadılar
2010-02-12 Goranboyun Dəliməmmədli kəndindəki qətlin məhkəməsi bitdi
2010-02-12 Bakıda çinlini yaralayan Ağdam sakini tutuldu
 
 
 
Copyright (c) Bakı Xəbər 2009