Vəhdət Sultanzadə Türkmənistana səfir getdi
Prezident İlham Əliyevin sərəncamı ilə Vəhdət Məmmədağa oğlu Sultan-zadə Azərbaycanın Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
APA-nın xəbərinə görə, ölkə başçısının digər sərəncamı ilə V.Sultan-zadəyə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.