.jpg)
Tənha qocalara qarşı zorakılıq halları artıb. Qadın Krizis Mərkəzindən "OLAYLAR"a bildiriblər ki, tənha qocaların mənzillərini ələ keçirmək hərisliyi yaşlıların həyatını fəlakətə çevirib:
"Yanvardan indiyədək 6 müraciət daxil olub. Sonuncu müraciət əvvəllər Elmlər Akademiyasında çalışmış elmlər namizədindən daxil olub. Yaşlı qadın qardaşı oğlu tərəfindən döyülərək mənzilindən qovulub. Faktla bağlı Nəsimi Rayon Polis Bölməsinə müraciət edilib". Mənzilindən çıxarılan qadın məscid və ya kilsələrdə gecələyir, "bomj" həyatı sürür: "Qadın qardaşı oğlunun qorxusundan mənzilinə getmək istəmir. Bu problemlə rastlaşanların sayı artır. Maddi problemlər tənha qocaları hədəfə çevirib". Mərkəz məsələ ilə bağlı araşdırmalara başlayıb.