.jpg)
Şirvan Apelyasiya Məhkəməsi narkotik vasitələrin qaçaqmalçılığı və alverilə məşğul olan İran və Azərbaycan vətəndaşlarından ibarət dəstə üzvlərinin apelyasiya şikayətinə baxıb.
APA-nın xəbərinə görə, İmran Hacıqayıbovun sədrliyilə keçirilən prosesdə məhkəmə İran vətəndaşları Həmid Məhər oğlu Səməndəri, Mirzabil Mirzəyar oğlu Rzayi, Azərbaycanın Yardımlı rayon sakinləri Mirzabil Mirzəyar oğlu Xurşudov və Mirhani Mircəfər oğlu Mirhəzərovun apelyasiya şikayətini təmin etməyib. Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Həmid Səməndəri 14 il 6 ay, Mirzabil Rzayi 14 il, Mirzabil Xurşudov və Mirhani Mirhəzərov isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxslər bu il yanvarın 25-də Biləsuvar rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən tutulub. Onlardan 10 kq həşiş, 2 kq 901 qram heroin və 1 ədəd TT markalı tapança götürülüb.