Goranboyun Dəliməmmədli kəndindəki qətlin məhkəməsi bitdi
14 il...
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə həmyerlisini qətlə yetirən Goranboy rayon sakininə hökm oxunub.
APA-nın xəbərinə görə, hakim Elmar Quliyevin sədrliyilə keçirilən prosesdə məhkəmə təqsirləndirilən Cavanşir Məmmədova qarşı irəli sürülən ittihamın sübuta yetirildiyi qənaətinə gəlib. Məhkəmənin hökmü ilə Cavanşir Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2009-cu il oktyabrın 6-da Goranboy rayonunun Dəliməmmədli kənd sakini, 1969-cu il təvəllüdlü Cavanşir Məmmədov 1979-cu il təvəllüdlü Tağıyev Ağasəf Faiq oğlunu bıçaqla qətlə yetirib. C.Məmmədov ibtidai istintaqa ifadəsində A.Tağıyevi ona qarşı nalayiq sözlər işlətdiyi üçün bıçaqla vurduğunu deyib.
Qeyd edək ki, C.Məmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyətilə adam öldürmə) maddəsilə ittiham olunub.