12 Fevral 2010-cı il, N 289(1187)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3657)
"Mən baldırlarımı açıb göstərmirəm" (3556)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2492)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2439)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2258)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2034)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1756)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1649)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1361)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1344)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
AFFA "Turan"da məşqçi qoymadı
4-cü məşqçi də cəzalandırıldı
Tovuzun "Turan" klubu ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, Qərb təmsilçisinin məşqçiləri "qarğışa keçib". Belə ki, AFFA-nın İntizam Komitəsi növbə ilə Tovuzun az qala bütün məşqçilərini cəzalandırmaqda davam edir.
   Unibank Premyer Liqasının XIX turunun "Qəbələ" ilə oyununda texniki zona qaydalarını pozduğu üçün 1 oyunluq cəzalandırılan Eltay Aslanov "Turan"ın 4-cü məşqçisidir ki, komitənin qəzəbinə tuş gəlir.
   Bir müddət əvvəl, komandanın baş məşqçisi Nizami Sadıqovun 2+2 oyunluq (yəni 2-si şərti olmaqla) cəzası başa çatdı. Düzdür, 4000 manatlıq cərimə vaxtında ödənmədiyindən o, 3 matçı kənardan izləməli oldu. Ötən il dekabrın 22-də cəzalanan Sadıqov "İnter"dən olan həmkarı Kaxaber Sxadadze ilə bir-birini təhqir etdiyi və bu səbəbdən texniki zonadan qovulduğu üçün cəzaya layiq görülmüşdü.
   Onun digər köməkçisi Eldəniz Hüseynov da komitənin sərt üzünü görüb. Cari mövsüm cəzalanan ilk tovuzlu məşqçi olan Hüseynov ötən il sentyabrın 15-də İntizam Komitəsinin siyahısına düşüb. O, 1 oyunluq kənarlaşdırılma və 2000 manat cərimə ilə canını qurtarıb.
   "Turan"ın hazırda məşqçiliklə məşğul olan daha bir veteranı Etimad Qurbanov isə U-15-in güdazına gedib. Yeniyetmələrlə çalışan çalışdırıcı hakimləri təhqir etdiyi üçün 4 matçlıq cəza alıb.
   Bütün bunlar azmış kimi, Sadıqov daha bir dəfə komandasını xərcə salıb. Onun mətbuat konfransına gəlməməsi komitənin ötən il dekabrın 7-dəki iclasında müzakirə olunub. Tovuzlular buna görə 1000 manat cərimələnib.
   Ümumilikdə, "Turan"ın 4 məşqçisi ilə bağlı 5 qərar çıxaran komitə onları 8+2 oyunluq cəzalandırıb. Çalışdırıcılarının klubuna verdiyi qazanc isə 9 min manatlıq cəriməyə çatıb.
Adrian Mutu Çempionlar Liqasında oynamaqdan məhrum edildi
UEFA dopinqdən istifadə etdiyi məlum olan İtaliyanın "Fiorentina" klubunun rumın futbolçusu Adrian Mutunu Çempionlar Liqası qarşılaşmalarında oynamaqdan məhrum edib.
   Futbolçu gələn həftə Çempionlar Liqası turniri çərçivəsində keçiriləcək Almaniyanın "Bavariya" klubu ilə oyunda komandasına kömək edə bilməyəcək. İtaliya Antidopinq Qurumunun da Rumıniya yığmasının üzvünə cəza verəcəyi gözlənilir.
   Xatırladaq ki, götürülən nümunələrdə Mutunun qanında istifadəsi qadağan olunmuş sibutramin preparatı aşkar edilmişdi.
Fabreqas "Barselona" məsələsinə aydınlıq gətirdi
"Arsenal"ın ispaniyalı kapitanı Fransesk Fabreqas komandasını tərk etmək fikrində olmadığını bildirib.
   "Sky Sports" xəbər verir ki, o, Kataloniya klubunun da məlumatları təkzib etdiyini xatırladıb: "İndi isə mən bəyan edirəm ki, bu haqda deyilənlər həqiqət deyil. Bizim aramızda heç bir şifahi razılaşma əldə edilməyib. Mən yalnız "Arsenal"ın oyunları haqda düşünürəm". Xatırladaq ki, son günlər idman KİV-nin gündəmini tutmuş əsas xəbərlərdən biri Fabreqasın yayda "Barselona"ya keçəcəyilə bağlı idi.
"Atletiko" ilə oyunöncəsi "Barselona" 6 müdafiəçisini itirdi
İspaniyanın "Barselona" futbol klubunun əsas heyətinin daha bir müdafiəçisi sıradan çıxıb. Ukraynalı Dmitri Çiqrinski məşq prosesi zamanı əzələsini dartaraq 1 həftə yaşıl meydanlardan kənarda qalmağa məcbur olub.
   Çiqrinski son günlər ərzində "Barselona"nın sıradan çıxmış sayca 6-cı müdafiəçisi olub.
   Bir qədər əvvəl zədə və diskvalifikasiya səbəbindən Erik Abidal, Xerard Pike, Rafael Markes, Daniel Alveş və Yaya Ture heyətdən çıxarılıb. "Barselona" klubunun baş məşqçisi Xose Qvardiolanın fevralın 14-də baş tutacaq "Atletiko" klubu ilə çempionat oyununda müdafiə xəttində kimi oynadacığını müəyyənləşdirməkdə çətinlik çəkdiyi bildirilir.
   Xatırladaq ki, futbol üzrə İspaniya çempionatına "Barselona" klubu başçılıq edir. "Real" 5 xallıq fərqlə 2-ci yerdə qərarlaşıb.
"Yuventus" Riberini almaq üçün danışıqlara başladı
İtaliyanın "Yuventus" klubu "Bavariya"nın şərəfini qoruyan fransalı yarımmüdafiəçi Frank Riberini heyətinə qatmaq niyyətindədir. İtaliya mətbuatının yazdığına görə, bu məqsədlə Münhen klubunun rəhbərliyi ilə danışıqlar aparmaq üçün "Qoca sinyora"nın rəhbəri Con Elkann artıq Almaniyadadır. Onun səfərinin rəsmi səbəbi başqa olsa da, Riberinin keçidini də müzakirə edəcəyi dəqiqdir. Qeyd edək ki, "Bavariya" Riberini heyətinə qatmaq istəyən komandanın ən azı 40 milyon avrodan keçməli olduğunu bəyan edib.
   
"Qalatasaray" kubokdan əlini üzdü
Türkiyə Kubokunun 1/4 final mərhələsində öz meydanında "Antalyaspor"u 3:2 hesabı ilə məğlub edən "Cim Bom" kubokdan kənarda qalıb.
   Milli.Az xəbər portalının "Qalatasaray"ın internet saytına istinadən verdiyi məlumata görə, qarşılaşmada hesabı İstanbul klubu açıb. Elanonun penaltidən vurduğu topa az sonra Necati qarşılıq verib. 48-ci dəqiqədə Emre Çolak, 87-ci dəqiqədə isə Canerin qollarına rəğmən, "Qalatasaray"ın yarımfinala adlamasına Necati imkan verməyib. Vaxtilə istanbulluların şərəfini qorumuş hücumçu dubl etməklə "Cib Bom"un kubok istəyinin üzərindən xətt çəkib. İlk qarşılaşmada səfərdə "Antalyaspor"a 2:1 hesabı ilə məğlub olmuş "Qalatasaray" ümumi hesaba əsasən kubok uğrunda yarışı dayandırıb. Yarımfinalda "Antalyaspor"un rəqibi "Trabzonspor" olacaq.
   
Mübariz Mənsimov transfer siyahısını genişləndirdi
İş adamının "Beşiktaş"dakı nümayəndəsi beş futbolçu ilə danışıqlara başladı
"Xəzər-Lənkəran"ın sahibi və fəxri prezidenti Mübariz Mənsimovun transfer siyahısı genişlənib. Apasport.az saytının məlumatına görə, mövsümün sonunda "Beşiktaş"a ulduz futbolçu gətirəcəyini söz verən azərbaycanlı iş adamının hədəfinə Deku, Maluda və Kalunun ("Çelsi") ardınca, Visente ("Valensiya") və Halk ("Porto") da düşüb.
   "Palmali" Şirkətlər Qrupuna rəhbərlik edən Mənsimovun "Beşiktaş"ın prezidenti Yıldırım Dəmirörənlə dost olduğu məlumdur. Həmyerlimizin işçisi olan Ələddin Aykaç isə eyni zamanda onun azarkeşi olduğu "Beşiktaş"da nümayəndəsidir. Mənsimovla Dəmirörənin göstərişindən sonra məhz Aykaç transfer işləri ilə fəal məşğul olaraq, həmin beş futbolçudan biri, yaxud ikisini komandaya gətirməyi planlaşdırır.
   Mənsimovun "Çelsi"nin rusiyalı sahibi Roman Abramoviçlə yaxın münasibətlərdə olduğundan əsas diqqət Dekuya yönəlmişdi. Portuqaliya yığmasının heyətində Bakıya da gələn 33 yaşlı yarımmüdafiəçi Londonda qalmaq istədiyindən transfer reallaşmadı.
   İndi əsas diqqət "Çelsi"nin digər iki legionerinə yönəlib ki, Maludanın transfer qiyməti 18, Kaluda 14 milyon avrodur. Ancaq Mənsimovun Abramoviçlə dostluğu ilə əlaqədar məbləğin endiriləcəyi gözlənilir. Hər halda, türklər həmyerlimizə qiymətin onun üçün problem olmadığını və yeni mövsümdə "Beşiktaş"da Mənsimov imzalı bir ulduzun mütləq olacağını xüsusilə qeyd edirlər.
   
"Arsenal" uğursuzluq zolağından çıxdı
İngiltərə çempionatının qarşılaşmasında "Arsenal" öz meydanında "Liverpul"a qalib gəlib. Oyunun taleyini "Arsenal"ın fransalı yarımmüdafiəçisi Abu Dabinin 72-ci dəqiqədə vurduğu qol həll edib.
   Bununla da turnir cədvəlində üçüncü yeri tutan "Arsenal" bir-birinin ardınca "Mançester Yunayted" və "Çelsi" qarşısında məğlubiyyətdən sonra ilk qələbəsini qazanmış olub.
   
Keytanın "Qalatasaray"dan getmək qərarı azarkeşləri şoka saldı
"Qalatasaray"ın əsas futbolçularından biri olan Fil Dişi Sahili təmsilçisi Kader Keyta azarkeşləri şoka salacaq açıqlama verib.
   Milli.Az xəbər portalının məlumatına görə, "SkySports"a asıqlamasında o, gələn mövsümdən İngiltərə Premyer Liqasında çıxış etmək istədiyini bildirib. "Everton"un onu heyətində görmək istədiyini deyən Keytanın sözlərinə görə, mövsümün sonunda ingilis klubu ilə müzakirələrə başlayacaq. "Məni və "Qaralatasaray"ı qane edən təklif olsa, İngiltərəyə yollanaram", - deyə Keyta qeyd edib. O, İngiltərədə oynamağın hər bir futbolçunun arzusu olduğunu söyləyib: "Orada çoxlu sayda dostlarım da var. Premyer Liqada oynamaqda heç bir çətinlik çəkmərəm".
   
Rəhbərlik "Yuventus"da kütləvi təmizləmə əməliyyatına hazırlaşır
İtaliyanın "Yuventus" klubu yay transfer dönəmində bir sıra oyunçuları komandadan göndərəcək.
   İtaliya mətbuatının yazdığına görə, klubun baş menecerinin müavini Roberto Betteqa növbəti mövsüm üçün komandanın özəyini dəyişməyə qərar verib. Onun bu planına komandanın yaşlı oyunçuları uyğun gəlmir. Bu səbəbdən yayda David Trezeqe, Mauro Kamorenezi, həmçinin Fabio Qrosso, Tiaqu Mendeş, Kristian Molinaro kimi futbolçuların komandadan göndərilməsi nəzərdə tutulub.
   
   
   
 
 
 SON XƏBƏRLƏR
2010-02-12 Qaynana evini də yandırarlar?
2010-02-12 Suraxanıda Həsənov Ramil keçmiş həyat yoldaşı Güneli bıçaqladı
2010-02-12 Bir gündə dəm qazından 7 nəfər zəhərlənib
2010-02-12 Qaradağda daş karxanasından mis naqil oğurlayanlar tutulub
2010-02-12 Sabunçu dairəsində sərnişin avtobusu aşdı
2010-02-12 "Xırdalan" yarımstansiyasında daha bir qəza...
2010-02-12 Sabutay Hacıyev işə düzəltmək adı ilə 5 min "qopardı"
2010-02-12 Mehdi Hümbətova BŞBPİ-də yeni vəzifə verilib
2010-02-12 Dənizdən tapılan meyit Elçin Əfəndiyevin köməkçisinin kürəkəni imiş
2010-02-12 Bakı-Rostov dəmiryoluna partlayıcı qurğu qoyulan anda işə düşüb
2010-02-12 Ehsan Zahidov DİN mətbuat xidmətinə rəis müavini təyin edildi
2010-02-12 Marşrut avtobusu Mədəniyyət Nazirliyinin sektor müdiri Leyla Axundzadəni vurdu
2010-02-12 Əfqanıstandakı antisovet mücahidlərinin dostu ABŞ konqresmeni 76 yaşında vəfat etdi
2010-02-12 Mirmahmud Mirəlioğlu Müsavat Partiyası və "Azadlıq"dan mənfi cavab gələ biləcəyini istisna etmir
2010-02-12 Yuliya Timoşenko Ukraynanın baş nazir postunu qoyub getmək istəmir
2010-02-12 Bir qrup vergi əməkdaşı prezidentdən mükafat aldı
2010-02-12 Prezident Gəncədədir
2010-02-12 Bələdiyyələrin fəaliyyətindəki neqativ faktlar ümumi hesabatlarda itirilir
2010-02-12 Azərbaycan ərazisində yenidən qar yağacaq
2010-02-12 "Bibiheybət"də 500-dək mənzil söküləcək
2010-02-12 Beynəlxalq Bankın səhmdarı nədən narazıdır?
2010-02-12 "Azəriqaz"ın Göyçay rəhbərliyi "vuruldu"
2010-02-12 Azərbaycanın İranla sərhəd rayonlarında dini mağazalar qapadıla bilər
2010-02-12 ABŞ İranın 4 şirkətinə sanksiya tətbiq etdi
2010-02-12 İran Rusiyaya neftin azı 80 dollara satılması barədə razılaşma təklif etdi
2010-02-12 Abdulla Gül Sarkisyanın təyyarədən yazdığı məktuba cavab göndərib
2010-02-12 Nərimanov rayonunda tikintidə dəhşətli hadisə...
2010-02-12 Gəncədə toyuq dönəri satanlara 100 manat cərimə təyin edildi
2010-02-12 Seçkiyə qədər Azərbaycanda bir televiziya da açılacaq
2010-02-12 Kürdəmirin Mollakənd və Türkədi kəndində 60-a yaxın ev yeraltı qrunt sularının altında qaldı
2010-02-12 Bakı Hərbi Təyyarəçilik Məktəbinin tələbəsi Bakıda yoxa çıxdı
2010-02-12 Rüşvətxor icra nümayəndəsinə hökm oxundu
2010-02-12 Fazil Məmmədov bir sıra vergilərin xeyli endirildiyini bildirdi
2010-02-12 8-ci Polis Bölməsi Buzovnada keçmiş dustaqdan silah götürdü
2010-02-12 Fermerlərin istifadəsiz saxladığı böyük torpaq sahələri barədə sərt tədbirlər görülə bilər
2010-02-12 Əlövsət Osmanlı Təhsil Nazirliyində 5600 dollardan imtina etdiyini deyir
2010-02-12 İranın "nüvə şıltaqlığı" Rusiyanı da təbdən çıxarıb
2010-02-12 Vəhdət Sultanzadə Türkmənistana səfir getdi
2010-02-12 Bakıya Malidən, Serbiya və Kanadadan səfir gəldi
2010-02-12 Bakıda pilotsuz təyyarə zavodu reallığa yaxınlaşır
2010-02-12 İsrailin Azərbaycanla viza rejiminin aradan qaldırılması istəyinə Türkiyə mediasından sərt reaksiyalar gəldi
2010-02-12 Bakı kəndlərinə işləyən "elektriçkaların" yeri görünməyə başlayıb
2010-02-12 Sumqayıt savad dəryası imiş
2010-02-12 Enerji mənbələrinin üstündəki qanunsuz tikililərin sökülməsi tərəfdarları artır
2010-02-12 Quba sakini həbsdə ola-ola 2 ev yardı
2010-02-12 Kərbəlada azərbaycanlı zəvvarlara silahlı basqın edən "Əl-Qaidə" yaraqlıları tutuldu
2010-02-12 İqtisadiyyat Nazirliyi Bakı mağazalarında 600 kq xarab ərzaq məhsulu müsadirə etdi
2010-02-12 Bakıdakı marşrut avtobuslarında azmaq olar
2010-02-12 Professor Cəmil Əhmədli vəfat edib
2010-02-12 Mənzili olan tənha qocalar təhlükə ilə üzləşib
2010-02-12 Cənub bölgəsində azyaşlılara daha nikah kəsilmir?
2010-02-12 Müəllimlərlə şagirdlərin sayı arasında uyğunsuzluq yaranıb
2010-02-12 Hər kəs öz sənətinin orta məktəblərdə fənn kimi tədris edilməsini istəyir
2010-02-12 Rəhbərlik "Yuventus"da kütləvi təmizləmə əməliyyatına hazırlaşır
2010-02-12 Keytanın "Qalatasaray"dan getmək qərarı azarkeşləri şoka saldı
2010-02-12 "Arsenal" uğursuzluq zolağından çıxdı
2010-02-12 Mübariz Mənsimov transfer siyahısını genişləndirdi
2010-02-12 "Qalatasaray" kubokdan əlini üzdü
2010-02-12 "Yuventus" Riberini almaq üçün danışıqlara başladı
2010-02-12 "Atletiko" ilə oyunöncəsi "Barselona" 6 müdafiəçisini itirdi
2010-02-12 Fabreqas "Barselona" məsələsinə aydınlıq gətirdi
2010-02-12 Adrian Mutu Çempionlar Liqasında oynamaqdan məhrum edildi
2010-02-12 AFFA "Turan"da məşqçi qoymadı
2010-02-12 Rusiya FTX Saratovda 44 yaşlı Azərbaycan vətəndaşını həbs etdi
2010-02-12 Quldurluqla Nurlan İbrahimovun maşınını qaçıran dustaqların məhkəməsi başladı
2010-02-12 Polisin maşınından tapança oğurlamış dəstənin məhkəməsi başladı
2010-02-12 Yeni il gecəsi telefon oğurlayan Cavid Mahmudov ay yarım sonra tutuldu
2010-02-12 İki Yardımlı sakininin də qoşulduğu iranlı narkodəstənin şikayətinə baxmadılar
2010-02-12 Goranboyun Dəliməmmədli kəndindəki qətlin məhkəməsi bitdi
2010-02-12 Bakıda çinlini yaralayan Ağdam sakini tutuldu
 
 
 
Copyright (c) Bakı Xəbər 2009