12 Fevral 2010-cı il, N 289(1187)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3657)
"Mən baldırlarımı açıb göstərmirəm" (3555)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2492)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2438)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2258)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2034)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1755)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1649)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1360)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1343)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Milli Kitab Mükafatının "onluğuna" düşməyənlər danışdı
Seyran Səxavət MKM-nın Mövlud Süleymanlı və Həmid Herisçiyə verilməsini istəyirmiş
Mövlud Süleymanlı: "Bu müsabiqədə qalib gəlmək üçün deyil, Milli Kitab Mükafatını dəyərləndirmək üçün ora əsər verdim"
   
   Seyran Səxavət: "Əvvəldən bilirdim ki, mənə bunlar heç vaxt mükafat verməzlər"
   
   "Onluq"dan kənarda qalan yazıçılar daha nə dedilər?
   
   Elan edildiyi gündən böyük qalmaqalla müşayiət edilən Milli Kitab Mükafatının (MKM) onluğuna düşə bilməyən əsərlərin adları açıqlanıb. Qeyd edək ki, ölkənin bir çox yazarları bu müsabiqənin qeyri-obyektiv keçiriləcəyini bəyan edir, seçimin ədəbiyyat adamlarının ürəyindən xəbər verməyəcəyini deyirdilər.
   "Əli və Nino" kitab mağazasının müdiri, Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli Ekspertlər Şurasının rəyini açıqlayıb və "onluğ"a düşən nasirlərin adlarını elan edib. O bildirib ki, müsabiqəyə əsər təqdim etmiş yazıçı Mövlud Süleymanlının "Erməni adındakı hərflər", Seyran Səxavətin "Yəhudi əlifbası", Həmid Herisçinin "Əli və Nino-Bakı", İlqar Fəhminin "Bakı haqqında kollaj", Rəna Yüzbaşının "Tselaya veçnost v adu", Rəhim Hüseynovun "Klyuç doma tvoyeqo" əsəri və digər müəlliflərin müsabiqəyə təqdim etdiyi bədii əsərlər onluqdan kənarda qalıb.
   Azərbaycan ədəbiyyatında öz sözünü demiş, 50 ilə yaxın nəsr yazmaq təcrübəsinə malik olan xalq yazıçısı Mövlud Süleymanlı və tanınmış qələm sahibi Seyran Səxavətin kitablarının kənarda qalması ədəbi ictimaiyyət tərəfindən təəccüblə qarşılanıb.
   Məlumat üçün bildirək ki, M.Süleymanlının "Erməni adındakı hərflər" və S.Səxavətin "Yəhudi əlifbası" əsərlərini yerli tənqidçilər çox yüksək dəyərləndirib, onları XXI əsrdə yaranan ən gözəl nəsr nümunələri hesab ediblər.
   S.Səxavət və M.Süleymanlının kitablarının "onluğa" düşməməsi qeyri-obyektiv seçimin nəticəsidir?
   Xalq yazıçısı Mövlud Süleymanlı "Bakı-Xəbər"ə bildirdi ki, əsərinin "onluğa" düşməməsi haqda məlumatı ilk dəfə bizdən eşidib. Yazıçının sözlərinə görə, Milli Kitab Müsabiqəsinə kitabını mükafat qazanmaq məqsədilə deyil, bu yarışmanı dəyərləndirmək üçün təqdim edibmiş":Vallah, deyə bilmərəm ki, kitabım niyə "onluğa" düşməyib. Yəqin belə məsləhətdir. Mən eşidəndə ki, Nigar Köçərli belə bir müsabiqə keçirir, bunu çox bəyəndim. Bu müsabiqədə qalib gəlmək üçün deyil, Milli Kitab Mükafatını dəyərləndirmək üçün ora əsər verdim".
   Həmkarından fərqli olaraq, Seyran Səxavət MKM-nın bu addımını təəccüblə qarşılayır. Yazıçının sözlərinə görə, öz əsərinin "onluq"dan kənarda qalması onu qətiyyən narahat eləmir, amma Mövlud Süleymanlı, Həmid Herisçi və digər layiqli yazıçıların kitablarının Milli Kitab Mükafatında qalib olmaması narazılığına səbəb olub":Mən eşidəndə ki, Milli Kitab Mükafatı keçirilir, bu məsələni çox yaxşı qarşıladım. Təzədir də. Bilmirik nədir, nə deyil. Azərbaycan ədəbiyyatı təkcə məndən ibarət deyil ki, o qədər istedadlı adamlar var, kimlərsə bu mükafatı alar. Həmişə mənim səmimiyyətimə oxucular, dinləyicilər inanıb. Səmimi deyirəm ki, bura kitab vermək istəmirdim. Amma Milli Kitab Mükafatının münsiflər heyətini dişimə vurmaq istədim, dedim ki, əcaba, görəsən bunlar da əvvəlkilər kimi olacaq, yoxsa sözə, həqiqətə qiymət verəcəklər? Mən həqiqət deyəndə, söz deyəndə qətiyyən özümü nəzərdə tutmuram. Hər yazıçı özünün nə yazdığını da, necə yazdığını da, öz çəkisini də çox yaxşı bilir. Mənə bir dostum dedi ki, orada sən yoxsan. Soruşdum ki, bəs kimlər var? Eşitdim ki, xalq yazıçımız, Azərbaycan ədəbiyyatında öz sözünü dünən də demiş, bu gün də deyən, inşallah sabah da deyəcək Mövlud Süleymanlı da, yaradıcılığına böyük sevgilə yanaşdığım Həmid Herisçi də, başqaları da yoxdur. Artıq məndə onlara olan inam çat verdi. Bu məndə şübhə yaratdı. Mən orada texnologiyanın necə olduğunu bilmirəm. Amma bir məsələyə münasibətimi bildirmək istəyirəm ki, deyəsən, münsiflərdə iki qrup var. Bir qrupun adı hamıya məlumdur. Mənə çatan məlumata görə, aşağıda bir işçi qrupu var, 280-dən artıq əsəri onlar seçir, onluğu təşkil edirlər, guya son sözü yuxarıdakılar deyir. Onların iş prinsipi də mənə dərindən məlum deyil. "Onluğ"a düşmədiyimizi eşidəndə birtəhər oldum. Yəni Seyran Səxavət, Mövlud Süleymanlı, Həmid Herisçi və adını unutduğum bir neçə adam Azərbaycan ədəbiyyatında on nəfərdən biri də deyil? Bunlar özlərini çoxdan təsdiq eləmiş adamlardır. Deməli, biz milli adam deyilik (ironiya ilə deyir)?
   Milli Kitab Mükafatı yeni təsis ediləndə mənə qəzetlərdən birindən zəng vurmuşdular. Dedim ki, əslində Milli Kitab Mükafatı təşkilatı kökündən yanlış bir hərəkət edir. Çünki bunlar bu mükafatı hər il vermək istəyir. Bəyəm hər il Azərbaycanda ədəbiyyat yaranır? Ədəbiyyat beş, on, on beş ildən bir yaranır. Təklif eləmişdim ki, bunu heç olmasa beş ildən bir eləsinlər. İldə ədəbiyyat yaranmır ki. Artıq onların bu mükafatı illik eləməsinin özü bu adamların ədəbiyyata münasibətinin nə dərəcədə ciddi və qeyri-ciddi olmasından xəbər verir. 60 illik yubileyimdə mənə sual verdilər ki, Seyran müəllim, yubileyiniz dövlət səviyyəsində qeyd ediləcəkmi? Mən də dedim ki, yubileyə hələ iki-üç ay var, bu baxır dövlətin səviyyəsinə. İndi onların ağlı belə kəsib, belə də edib, onlar bu səviyyənin adamlarıdır".
   "Bu mükafatı kimin almasını istərdiniz" sualımıza cavabında S.Səxavət dedi ki, ən çox Mövlud Süleymanlı və Həmid Herisçinin Milli Kitab Mükafatı almasını istəyib: "Amma Mövlud Süleymanlı mükafat alsa da, almasa da Mövlud Süleymanlıdır. Həmid Herisçiyə də mükafat verilsə də, verilməsə də o Həmid Herisçidir. Çünki ortada iş var, əsər var ki, bütün boy-buxunu ilə Azərbaycan ədəbiyyatında görünür. Əvvəldən bilirdim ki, mənə bunlar heç vaxt mükafat verməz. Amma məni şeytan yoldan çıxardı ki, bir dişimə vurum, görüm mənə olan münasibət dəyişib, yoxsa dəyişməyib? Ancaq məşhur deyimdəki kimi, həmin dalğa, həmin koordinat".
   "Sizin haqqınızda həmişə yaşlı nəsil də, yaşıdlarınız da, gənclər də müsbət fikirdə olub. Siz heç vaxt ədəbiyyatımızın ögey balası olmamısınız. Bəs bu umu-küsü hardandır". S.Səxavətin suala cavabı belə oldu":Siz mənə ayaq verdiniz. Belə götürəndə mənim haqqımda Azərbaycanın böyük yazıçısı İsmayıl Şıxlı vaxtilə çox böyük bir məqalə yazıb, Bəxtiyar Vahabzadə yazıb. Mən iki il əsgərlikdə olanda əsərlərimi çap edə bilmədim, onda Məmməd Araz "Ulduz" jurnalında böyük bir məqalə ilə çıxış eləmişdi. O yazırdı ki, Seyran Səxavət niyə ədəbiyyatdan qaçaq düşüb? Yəni mənim mükafatım bunlardır. Bu siyahı həddindən artıq uzundur. Bu baxımdan o mükafatın ədəbiyyata o qədər dəxli yoxdur. Bütün bunlara baxmayaraq, Milli Kitab Mükafatının təşkilatçılarına uğurlar arzu edirəm. Uğurun da kökünü, əsasını, bünövrəsini həqiqət təşkil edir. Yəni həqiqətə səs versin, əsl ədəbiyyatı seçsinlər. İndi görək bunlar kimin üstündə dayanacaq? İnşallah, onda da fikrimizi deyərik".
   
İradə SARIYEVA
Yunus Oğuz "Təhmasib şah" romanını da təqdim etdi
Dünən yazıçı Yunus Oğuzun "Təhmasib şah" romanının təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən kitabın ön söz müəllifi, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov deyib ki, "Təhmasib şah" romanı indiyə qədər Azərbaycanın tarixşünaslığında o qədər də öyrənilməyən bir dövrə həsr olunub:
   "Səfəvilər dövrünün tarixi istər elmi baxımdan, istərsə də ictimai-publisistik səviyyədə tariximizin tərkib hissəsi olaraq araşdırılarkən əsas diqqət Şah İsmayıl Xətaiyə yönəlib. Sonra XVI əsrin sonu, XVII əsrin əvvəllərində hakimiyyətdə olmuş II Şah Abbasın fəaliyyəti qabardılıb. Amma Şah İsmayıldan Şah Abbasa qədərki dövr həmişə kölgədə qalıb. Əslində isə həmin dövrün ən görkəmli hökmdarı Təhmasib şahdır".
   N.Cəfərov deyib ki, müəllif romanda xeyli dərəcədə tarixi materialı dərinliyilə əks etdirməyə çalışıb.
   Filologiya elmləri doktoru Şamil Vəliyev isə deyib ki, romanda 52 il hakimiyyətdə olmuş, Şəki və Şirvan hakimliyini ləğv edərək Bütöv Azərbaycan qurmuş Təhmasib şahın sərkərdə və diplomat kimi fəaliyyəti əks olunub. Tədbirdə çıxış edən Milli Məclisin deputatları Aqil Abbas, Qənirə Paşayeva, jurnalist Qulu Məhərrəmli, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və digərləri romanın əhəmiyyətindən danışıb.
   Kitabın müəllifi Yunus Oğuz isə romanda Azərbaycan tarixinin bu mərhələsində baş verən proseslərə aydınlıq gətirməyə çalışdığını deyib. O, romanın geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanacağına ümid etdiyini də söyləyib.
   
   
   
 
 
 SON XƏBƏRLƏR
2010-02-12 Qaynana evini də yandırarlar?
2010-02-12 Suraxanıda Həsənov Ramil keçmiş həyat yoldaşı Güneli bıçaqladı
2010-02-12 Bir gündə dəm qazından 7 nəfər zəhərlənib
2010-02-12 Qaradağda daş karxanasından mis naqil oğurlayanlar tutulub
2010-02-12 Sabunçu dairəsində sərnişin avtobusu aşdı
2010-02-12 "Xırdalan" yarımstansiyasında daha bir qəza...
2010-02-12 Sabutay Hacıyev işə düzəltmək adı ilə 5 min "qopardı"
2010-02-12 Mehdi Hümbətova BŞBPİ-də yeni vəzifə verilib
2010-02-12 Dənizdən tapılan meyit Elçin Əfəndiyevin köməkçisinin kürəkəni imiş
2010-02-12 Bakı-Rostov dəmiryoluna partlayıcı qurğu qoyulan anda işə düşüb
2010-02-12 Ehsan Zahidov DİN mətbuat xidmətinə rəis müavini təyin edildi
2010-02-12 Marşrut avtobusu Mədəniyyət Nazirliyinin sektor müdiri Leyla Axundzadəni vurdu
2010-02-12 Əfqanıstandakı antisovet mücahidlərinin dostu ABŞ konqresmeni 76 yaşında vəfat etdi
2010-02-12 Mirmahmud Mirəlioğlu Müsavat Partiyası və "Azadlıq"dan mənfi cavab gələ biləcəyini istisna etmir
2010-02-12 Yuliya Timoşenko Ukraynanın baş nazir postunu qoyub getmək istəmir
2010-02-12 Bir qrup vergi əməkdaşı prezidentdən mükafat aldı
2010-02-12 Prezident Gəncədədir
2010-02-12 Bələdiyyələrin fəaliyyətindəki neqativ faktlar ümumi hesabatlarda itirilir
2010-02-12 Azərbaycan ərazisində yenidən qar yağacaq
2010-02-12 "Bibiheybət"də 500-dək mənzil söküləcək
2010-02-12 Beynəlxalq Bankın səhmdarı nədən narazıdır?
2010-02-12 "Azəriqaz"ın Göyçay rəhbərliyi "vuruldu"
2010-02-12 Azərbaycanın İranla sərhəd rayonlarında dini mağazalar qapadıla bilər
2010-02-12 ABŞ İranın 4 şirkətinə sanksiya tətbiq etdi
2010-02-12 İran Rusiyaya neftin azı 80 dollara satılması barədə razılaşma təklif etdi
2010-02-12 Abdulla Gül Sarkisyanın təyyarədən yazdığı məktuba cavab göndərib
2010-02-12 Nərimanov rayonunda tikintidə dəhşətli hadisə...
2010-02-12 Gəncədə toyuq dönəri satanlara 100 manat cərimə təyin edildi
2010-02-12 Seçkiyə qədər Azərbaycanda bir televiziya da açılacaq
2010-02-12 Kürdəmirin Mollakənd və Türkədi kəndində 60-a yaxın ev yeraltı qrunt sularının altında qaldı
2010-02-12 Bakı Hərbi Təyyarəçilik Məktəbinin tələbəsi Bakıda yoxa çıxdı
2010-02-12 Rüşvətxor icra nümayəndəsinə hökm oxundu
2010-02-12 Fazil Məmmədov bir sıra vergilərin xeyli endirildiyini bildirdi
2010-02-12 8-ci Polis Bölməsi Buzovnada keçmiş dustaqdan silah götürdü
2010-02-12 Fermerlərin istifadəsiz saxladığı böyük torpaq sahələri barədə sərt tədbirlər görülə bilər
2010-02-12 Əlövsət Osmanlı Təhsil Nazirliyində 5600 dollardan imtina etdiyini deyir
2010-02-12 İranın "nüvə şıltaqlığı" Rusiyanı da təbdən çıxarıb
2010-02-12 Vəhdət Sultanzadə Türkmənistana səfir getdi
2010-02-12 Bakıya Malidən, Serbiya və Kanadadan səfir gəldi
2010-02-12 Bakıda pilotsuz təyyarə zavodu reallığa yaxınlaşır
2010-02-12 İsrailin Azərbaycanla viza rejiminin aradan qaldırılması istəyinə Türkiyə mediasından sərt reaksiyalar gəldi
2010-02-12 Bakı kəndlərinə işləyən "elektriçkaların" yeri görünməyə başlayıb
2010-02-12 Sumqayıt savad dəryası imiş
2010-02-12 Enerji mənbələrinin üstündəki qanunsuz tikililərin sökülməsi tərəfdarları artır
2010-02-12 Quba sakini həbsdə ola-ola 2 ev yardı
2010-02-12 Kərbəlada azərbaycanlı zəvvarlara silahlı basqın edən "Əl-Qaidə" yaraqlıları tutuldu
2010-02-12 İqtisadiyyat Nazirliyi Bakı mağazalarında 600 kq xarab ərzaq məhsulu müsadirə etdi
2010-02-12 Bakıdakı marşrut avtobuslarında azmaq olar
2010-02-12 Professor Cəmil Əhmədli vəfat edib
2010-02-12 Mənzili olan tənha qocalar təhlükə ilə üzləşib
2010-02-12 Cənub bölgəsində azyaşlılara daha nikah kəsilmir?
2010-02-12 Müəllimlərlə şagirdlərin sayı arasında uyğunsuzluq yaranıb
2010-02-12 Hər kəs öz sənətinin orta məktəblərdə fənn kimi tədris edilməsini istəyir
2010-02-12 Rəhbərlik "Yuventus"da kütləvi təmizləmə əməliyyatına hazırlaşır
2010-02-12 Keytanın "Qalatasaray"dan getmək qərarı azarkeşləri şoka saldı
2010-02-12 "Arsenal" uğursuzluq zolağından çıxdı
2010-02-12 Mübariz Mənsimov transfer siyahısını genişləndirdi
2010-02-12 "Qalatasaray" kubokdan əlini üzdü
2010-02-12 "Yuventus" Riberini almaq üçün danışıqlara başladı
2010-02-12 "Atletiko" ilə oyunöncəsi "Barselona" 6 müdafiəçisini itirdi
2010-02-12 Fabreqas "Barselona" məsələsinə aydınlıq gətirdi
2010-02-12 Adrian Mutu Çempionlar Liqasında oynamaqdan məhrum edildi
2010-02-12 AFFA "Turan"da məşqçi qoymadı
2010-02-12 Rusiya FTX Saratovda 44 yaşlı Azərbaycan vətəndaşını həbs etdi
2010-02-12 Quldurluqla Nurlan İbrahimovun maşınını qaçıran dustaqların məhkəməsi başladı
2010-02-12 Polisin maşınından tapança oğurlamış dəstənin məhkəməsi başladı
2010-02-12 Yeni il gecəsi telefon oğurlayan Cavid Mahmudov ay yarım sonra tutuldu
2010-02-12 İki Yardımlı sakininin də qoşulduğu iranlı narkodəstənin şikayətinə baxmadılar
2010-02-12 Goranboyun Dəliməmmədli kəndindəki qətlin məhkəməsi bitdi
2010-02-12 Bakıda çinlini yaralayan Ağdam sakini tutuldu
 
 
 
Copyright (c) Bakı Xəbər 2009